A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə1/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
  1   2   3   4   5   6   7   8   9   ...   137


 

A.MİRZƏCANZADƏ.  



 

    

    Z.ƏHMƏDOV, R.QURBANOV  

 

 



 

NEFT  LAYININ 

FİZİKASI 

 

 

 

     


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 


 

A.MİRZƏCANZADƏ. 



Z.ƏHMƏDOV, R.QURBANOV 

 

 



 

 

NEFT  LAYININ 



FİZİKASI 

 

Ali texniki məktəblər üçün 

dərslik 

 

Azərbaycan SSR Ali və Orta İxtisas 



Təhsili  Nazirliyi  tərəfindən  təsdiq 

edilmişdir 

 

 



 

 

 



 

 

 



 

 

 



 

“MAARİF” NƏŞRİYYATI 

BAKI – 1983 

 

 



 

 

 




 

33.361  



  M67  

 

 



 

 

          Dərslikdə  süxurların, neft, qaz və  suyun lay şəraitində fiziki 



xassələrinin, faza keçid və səthi molekulyar hadisələrin, neft və qazın 

məsaməli mühitdən sıxışdırılması prosesinin, həmçinin layın neft və 

qazvermə qabiliyyətinin artırılması məsələsinin müasir elmi əsasları 

verilmişdir.  

 

Burada oxşarlıq nəzəriyyəsinin və riyazi statistikanın tətbiqi ilə 



lay fizikasının bir çox məsələlərinin həlli yolları da göstərilmişdir.  

 

Dərslik neft ixtisaslı tələblər üçün nəzərdə tutulmuşdur.  



 

 

 



 

 

 



Əsərə rəy verən: Azərbaycan  EA müxbir üzvü  

  

    prof. 



Q.Cəlilov,  

 

İxtisas redaktoru: texnika elmləri doktoru,  



 

   


 

prof. Ə.Qasımov  

 

 

 



 

 

 



 

 

 



82

124


82

652


000

20403


M

M

 1904050000 

 

 

“Maarif” nəşriyyatı,  1983.   




 

 



   

 

MÜƏLLİFLƏRDƏN  



 

 

Ölkəmizin ağır sənaye sahəsində neft və qazçıxarma sənayesi 

xüsusi yer tutur. Bu əsas etibarıilə neft və qazın ölkəmizin yanacaq-

energetika kompleksinin inkişafında və neft-kimya istehsalının 

xammala təlabatının ödənilməsindəki rolu ilə  müəyyən edilir. 

Yanacaq-energetika balansında neftin və qazın yanacaq kimi istifadə 

olunan hissəsi 60,4%-dən (1970-ci ildə) 70,7%-ə (1980-cı ildə) 

çatmışdır.  

 

Sov.  İKP XXVI qurultayının qəbul etdiyi “1981-1985-ci 



illərdə  və 1990-cı ilədək SSRİ-nin iqtisadi və  sosial inkişafının  əsas 

istiqamətləri” 

qətnaməsində 

ölkəmizdə 1985-ci ildə neft 

çıxarılmasının 620-645 mln. M-a, qazın isə 600-640 mlrd. m

3

-ə 



çatdırılması nəzərdə tutulmuşdur.  

 Bu 


məsul vəzifəninyerinə yetirilməsində  yeni yataqların 

sənaye mioqyasında yüksək sürətlə  istismarına başlanması ilə 

bərabər, istismarda olan yataqların neft və qazvermə qabiliyyətinin 

artırılması da əsas məsələlərdən biridir.  

 Neft, 

qaz 


və qaz-kondensat yataqlarının səmərəli istismar 

rejimlərinin təyin edilməsində, layda baş verən proseslərin neft və 

qazın laydan tam çıxarılmasını  təmin edən istiqamətdə idarə 

olunması  məsələsinin həllində  “Neft layının fizikası” fəninin rolu 

böyükdür.  

 

“Neft layının fizikası” neft mühəndisi ixtisası alan ali məktəb 



tələbələri üçün əsas fəndlərdən biridir. Bu fənn neft və  qaz layının, 

onları  təşkil edən süxur, neft, qaz və suyun fiziki-mexaniki 

xassələrini, onların qarşılıqlı  təsirini öyrənən, layın  neft, qazvermə 

qabiliyyətinin fiziki əsaslarını müəyyən edən müstəqil elm sahəsidir. 

Məhz buna görə  də  neft layının fizikası elmini neft və  qaz layının 

fiziki-kimyəvi mexanikası adlandırmaq daha düzgün olardı.  

 

Dərslik ali texniki məktəblərin neft və  qaz yataqlarının 



işlənməsi və  istismarı ixtisası üzrə  təsdiq edilmiş proqram əsasında 

yazılmışdır.  




 

 



Neft layının fizikasının problemləri həm nəzəri, həm də praktik 

baxımdan çox mürəkkəbdir. Bu problemləri öyrənmək üçün tələbələr 

fizika, riyaziyyat, kimya, nəzəri mexanika, materiallar müqaviməti

termodinamika ümümi və yeraltı hidravlika və s. fənləri kifayət qədər 

yaxşı bilməlidirlər.  

 

Müəlliflər dərsliyi yazarkən neft layının fiziki-kimyəvi 



mexanikasının əsaslarını, neft və qazçıxarma proseslərin tənzimetmə 

prinsiplərini və onlara nəzarətetmə bacarığını  tələbələrə  aşılamağı 

əsas götürmüşlər. Öyrəniləcək hadisələri seçərkən nəzərdə tutmuşlar 

ki, “təbiət özünün ən kiçik təzahüründə  də  qəribədir”. Ona görə  də 

neft layında baş verən ən kiçik təzahürləri ayrı-ayrılıqda deyil, bu və 

ya digər  lay hadisəsini həm izah etmək, həm də  diaqnostlaşdırmaq 

məqsədi ilə  öyrınmıyı vacib saymışlar. Bununla əlaqədar olaraq 

öyrənilən məsələlərin timsalında tələbələrə lay hadisəsini xarakterizə 

edən bu və ya digər parametrləti qiymətləndirmə bacarığı aşılamağa 

da çalışmışlar. Ona görə  də  dərslikdə  Uiler qaydasına  əməl 

edilmişdir. Yəni “heç vaxt nəticəni bilmədən hesablamaya başlama! 

Gözəyarı hesablamaya üstünlük ver; ətraflı çıxarılış etməzdən əvvəl 

sadə fiziki qanunauyğunluqlara (simmetriya, invariantlıq və saxlama 

qanunlarına)  əl at; hər bir müəmmaya mümkün olan cavab hazırla. 

Ürəkli ol, axı sınin nə təklif edəcəyinin heç kimə dəxli yoxdur. Ona 

görə  də bu təklifi tez və intusiya ilə yerinə  yetir. Müvəffəqiyyətli 

təklif bu intuisiyanı daha da möhkəmləndirirsə, səhv təklif ancaq 

faydalı sarsıntı yaradar”.  

 Bu 

məqsədlə  dərslikdə  ölçülər nəzəriyyəsinə, sadə modelləin 



tətbiqinə geniş yer verilmişdir.  

 

Məlum olduğu kimi, mürəkkəb coğrafi və  sərt iqlim şəraitli 



rayonlarda son vaxtlar kəşf olunan neft və qaz yataqlarının sayı 

getdikcə  artır (məsələnŞ  dəniz tataqları,vkeçilməz bataqlıqlardakı, 

kənd təsərrüfatı sahələrindəki yataqlar və s.). Belə  şəraitdə istsmar 

olunan neft və qaz yataqlarının işlənməsini tənzim etmək üçün lazım 

olan məlumatın alınma imkanı  xeyli çətinləşir. Buna baxmayaraq 

göstərilən şəraitdə neft və qazvermə əmsalının artmasını təmin edən 

qərar qəbul etmək lazımdır. Odur ki, dərslikdə determinik 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə