A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə14/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   10   11   12   13   14   15   16   17   ...   137

48 

 

mədən tədqiqatları  əsasında süzülmənin xətti qanununun aşağıdakı 3 



səbəbdən pozulması aşkar edilmişdir: 

1)

 



mayenin və məsaməli mühitin reoloji xüsusiyyətlərindən

2)

 



maye və qazla məsaməli süxurlar arasında baş verən 

qarşılıqlı təsirlər nəticəsində; 

3)

 

ətalət qüvvələrinin yaranması nəticəsində. 



 

1. Məlumdur ki, bir çox yataqların neftlərinin reoloji 

xüsusiyyətləri Nyuton mayelərindən fərqlənir. Belə neftlərə misal 

tərkibində  müəyyən miqdar qatran, asfalt, parafin və s. ağır 

karbohidrogen qarışıqları olan neftləri göstərmək olar. Bu cür neftlərə 

qeyri-Nyuton neftlər deyilir. Qeyri-Nyuton mayesi kimi gilli məhlulu, 

polimer qarışıqlarını, emulsiyaları və s. göstərmək olar.  

 Belə halda qeyri-xətti süzülmə  üçün, adətən, ümumiləşdirilmiş 

Darsi qanunundan istifadə edilir: 

 

 



 

 

)



(

0

i



l

k

 



 

      (I. 26) 

burada i

0

 – başlanğıc təzyiq qradiyenti adlanır. 



 

 

 



 

 

 



Şəkil I. 24 

 

(I. 26) ifadəsi bu və ya digər dəqiqliklə, strukturlaşan teftlərin 



süzülməsini ifadə edir (şəkil I. 24). Aydindir ki, bu cür ifadə olunmuş 


49 

 

süzülmə qanununa görə təzyiq qradiyenti i



 -dan kiçik olduqda hərəkət 

olmur. Buna görə  də layda hərəkətdə olmayan neft sahələrinin 

yaranması layın tam neftvermə  əmsalını azaltdığından, son illər 

başlanğıc təzyiq qradiyentli neftlərin süzülmə  məsələlərinə  böyük 

maraq göstərilir. 

Qeyri-xətti süzülmə sürətini üstlü tənliklərlə də ifadə etmək olar: 

n

l

A

)

(



,    

 

 



     (I.27) 

 

A, n – sabit kəmiyyətdir. Bu ifadənin yaralı olması, özlü-elastik xassəni 



büruzə verməyən polimer məhlulların süzülmə  təcrübələri vasitəsilə 

göstərilmişdir. 

Özlü – elastik mayelərin süzülmə sürəti üçün yuxarıdakı ifadələr 

düzgün deyildir. Bu ondan irəli gəlir ki, kiçik sürətlərdə  müqavimət, 

əsas etibarilə  özlü qüvvələrdən yaranmaqla, sürətin artması ilə  azalır 

(belə  ki, özlü elastik mayelərdə  sürətin artması ilə  effektiv özlülük 

azalır). Sürət artdıqca isə  mayenin effektiv özlülüyü və  müqavimət 

qüvvəsi xeyli artır. 

Süzülmənin xətti qanuni məsaməli mühitin reoloji 

xüsusiyyətlərindən də  asılı olaraq dəyişir. Məlumdur ki, təzyiqin 

dəyişməsi ilə  məsaməli mühitin keçiriciliyi, məsaməlilik  əmsalı, 

elastiklik  əmsalı  və s. dəyişir. Bu səbəbdən süzülmənin xətti qanunu 

pozulur və  hərəkət qeyri-xətti qanun ilə ifadə edilir. Bu, əsas etibarilə 

çatlı  məsaməli mühitlərdə  özünü daha kəskin büruzə verir. Daha 

doğrusu  k = k (p), m = m (p)  olduğundan təzyiqin dəyişməsi ilə 

süzülmənin xətti qanunu dəyişir.  

 

2. Son zamanlar aparılan  labaratoriya və mədən tədqiqat işləri 



ilə  sübut edilmişdir ki, Nyuton xassəli mayelər üçün də  çox zaman 

süzülmənin xətti qanunu pozulur və hərəkət başlanğıc təzyiq qradiyenti 

ilə xarakterizə olunur. Belə hallarda  qeyri-xətti süzülmə effektləri, 

hərəkət edən sistem ilə  məsaməli mühit arasında gedən fiziki-kimyəvi 

proseslərin  hesabına baş verir. Məsələn, sübut olunmuşdur ki özündə 

müəyyən miqdar əlaqəli su və gil hissəcikləri toplayan məsaməli 

mühitdə su və ya qazın süzülməsində başlanğıc təzyiq qradiyentli qeyri-



50 

 

xətti süzülmə effektləri baş verir. Daha doğrusu belə məsaməli mühitdə 



süzülə-Nyuton sistem kimi aparır. 

I.25  şəklində  özündə 20% gil və  20% su toplayan kvars 

qumundan təşkil olunmuş  məsaməli mühitdə  süzülən qaz üçün Q = Q 

)

(



2

asılılığı göstərilmişdir. Şəkildən göründüyü kimi, qazın hərəkəti 

başlanğıc təzyiqlər qradiyenti ilə xarakterizə edilir. 

 

 



 

Şəkil I. 25 

 

Nyuton sistemin özünü qeyri-Nyuton sistem kimi aparması 



onunla izah olunur ki, gil hissəcikləri su ilə kimyəvi reaksiyaya girərək 

şişir və məsamələrin bəzi kanallarının tutulması halı baş verir. Hərəkət 

vaxtı bağlı kanalların açılması üçün müəyyən təzyiqlər fərqi sərf 

olunmalıdır. Təcrübələr göstərir ki, layların açılması prosesində 

quyudibi zonaya kimyəvi reagentlərlə  işlənmiş xeyli miqdar gil 

məhlulunun suyu daxil olur. Bunun nəticəsində Nyuton sistemin belə 

mühitdə  süzülməsində Darsinin xətti qanunu pozulur və  hərəkət 

başlanğıc təzyiq qradiyentli qanuna tabe olur. 

3.Süzülmənin xətti Darsi qanunu, hərəkət zamanı  ətalət 

qüvvələri meydana çıxdıqda da pozulur. Süzülmə  sürəti çox böyük 

olduqda mayenin həqiqi hərəkət sürətinin istiqaməti və qiymətinin 

fasiləsiz, kəskin dəyişməsi nəticəsində ətalət qüvvələri yaranır. Bu, əsas 




51 

 

etibarilə, kiçik özlülüklü maye və  qaz quyudibi zonada böyük sürətlə 



hərəkət etdikdə  baş verir (çatlı laylarda daha tez özünü göstərir). Bu 

halda süzülmə sürəti yuxarıda göstərilən ikihədli düsturla ifadə olunur. 

 

 

§ 12 Keçiriciliyin məsaməlilik əmsalından və məsamələrin 

ölçüsündən asılılığı 

 

Dağ süxurlarının keçiriciliyi ilə məsaməliliyi arasında bilavasitə 



asılılıq yoxdur. Məsələn, çatlı karbonatlı süxurlarda məsaməliliyin az 

olmasına baxmayaraq, adətən, keçiricilik böyük olur. Gillər isə əksinə

böyük məsaməliliyə malik olmaqla qaz və mayeyə göre, demek olar ki, 

keçirici deyildir. Lakin orta statistik məlumatlara görə, böyük 

keçiricilikli süxurlar, adətən, böyük məsaməliliyə də malik olur (şəkil I. 

26) 


 

 

Şəkil I. 26 



 

 

Süxurun keçiriciliyi əsas etibarilə  məsaməli mühiti təşkil edən 



kanalların ölçülərindən asılıdır. 


Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə