A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə2/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   2   3   4   5   6   7   8   9   ...   137

 

modellərinin tətbiqi ilə  yanaşı, stoxastik modellərin də  tətbiqinə 



xüsusi yer verilmişdir. Məsələn: 1) ölçülən kəmiyyətin dəqiqliyinin 

(orta keçiricilik) ilk məlumatların sayından və onların dəqiqliyindən 

asılı olduğu göstərilərək imitasiya modelinin tətbiqi haqqında 

mühakimə  yürüdülür; 2) neftvermə  əmsalı dolayı  məlumatlar 

əsasında təyin edildiyindən bu məsələnin həlli üçün müxtəlif öyrətmə 

üsullarının, məsələn, ranq təsnifatının tətbiqinnin mümkünlüyü 

göstərilir.  

 

Müəlliflərin fikrincə  mühəndis ideologiyasının formalaşması 



elm, intuisiya və  təcrübəyə  əsaslanmalıdır. Buna görə  də Viktor 

Hüqonun fikrincə-“yazmaq üçün üç keyfiyyət-elm, intuisiya və 

təcrübə olmalıdır...”. Bizə elə gəlir ki, bu keyfiyyətlər mühəndislərdə 

də  olmalıdır, çünki mühəndis də  bir çox hallarda dolayı məlumatlar 

əsasında qərar qəbul etməli olur.  

 

Dərslikdə  şərh edilən bütün anlayışlar və  təyin olunmalar 



kifayət qədər məlumat olmayan şəraitdə  diaqnostlaşdırma məqsədi 

ilə də tətbiq edilməlidir.  

 

Neft layının fiziki-kimyəvi mexanikasında müxtəlif dərəcədə 



tətbiq olunan anlayış  və  təyinolunmaların dərslikdə  qəbul edilmiş 

səpkidə  təhlili, təbiidir ki, mübahisəyə  və  ayrı-ayrı müddəaların 

tənqidinə  səbəb ola bilər. Elə  buna görə  də  dərslikdə,  şübhəsiz, 

müəyyən nöqsanlara yol verilə bilər. Görkəmli mexanik 

D Alamberin dediyi kimi, tənqid  ədalətli və xeyirxah olarsa, belə 

tənqid həm təşəkkürə, həm də  hörmətə layiqdir. Dərsliyə bu 

məqsədlə  yanaşan, öz dəyərli təklif və  tənqidi qeydlərini bildirən 

oxuculara müəlliflər əvvəlcədən öz minnətdarlıqlarını bildirirlər.  

 

Müəlliflər bu dərsliyi i.lədikləri doğma institut–“alma-mater” 



in tələbələri üçün yazmışlar. Onlar Azərbaycan dilində indiyə  qədər 

bu və  buna uyğun dərslik olmadığından dərsliyi böyük məsuliyyət 

hissi ilə tərtib etmişlər.  

 

Latınlarda belə bir məsəl var ki, müəllim şagirdlərinin yanına 



gəlməz, amma şagird müəlliminin  yanına gələr.  Əgər dərslik bu 

fikrin həyata keçməsinə  müəyyən dərəcədə  kömək etmiş olarsa, 

müəlliflər özlərini məqsədlərinə çatmış hesab ola bilərlər. Müəlliflər 



 

arzu edirlər ki, dərslik, tələbələrə onlar yetkinləşdikcə, keçilən yolu 



htnhjcgtrnbd* qiymətləndirə bilmək və  daha yaxşısı perspektivi 

duyma bacarığını aşılaya bilsin.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



   

 

        



 


 

I FƏSİL 



 

 

     QAZLI BƏ NEFTLİ SÜXURLARIN FİZİKİ  

 

   

 

      XASSƏLƏRİ  

 

 

Neft və  qazın yer qabığının məsaməli mühitindəki təbii 

yığımına neft və  qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə 

çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə 

və  çatlarında neft-qazın toplanması  nəticəsində    əmələ  gəlir. Qeyd 

etmək lazımdır ki, hər bir məsaməli çökmə  süxurda neft toplanma 

bilmir. Məsələn, çökmə  mənşəli gil süxurları neft yatağı  üşün 

münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik  əmsalı 

40 50%-ə  çatır), qaz yatağı üçün daha əlverişli sayılır. Beləliklə 

məsamələrində neft-qaz toplana bilən və  yatağın istismarı zamanı 

həmin nefti və  qazı özündən buraxa bilən süxura kollektor süxur 

deyilir.  

 Neft 

və  qaz kollektorlarının hissəcikləri bir-birilə  əlaqəsi 



olmayan və ya müəyyən maddə ilə əlaqələndirilmiş müxtəlif təbiətli, 

xassəli, möhkəmlikli, ölçülü və  formalı minerallardan (kvars 

dənələri, çöl şpatı  və s.) ibarətdir. Bu kollektorlar yer qabığının üst 

hissəsi üçün səciyyəvi olan süxurlardır (yüksək təzyiq və temperatur 

şəraitində). Yatağın işlənməsi və  istismarı müddətində neft və qaz 

kollektoru mürəkkəb deformasiyaya məruz qalır və istismar 

prosesinə  yüksək dərəcədə  təsir göstərir. Ona görə  də neft və qaz 

yataqlarını  təşkil edən süxurların fiziki xassələırinin, onların 

başlanğıc  gərginlikli vəziyyətinin, işlənmə  müddətində  baş verən 

fiziki hadisələrin işlənmə prosesinə təsirini öyrənmək əsas məsələdir.  

 Neft 

və  qaz layının fiziki xassələrini öyrənmək üçün 



aşagıdakıları bilmək lazımdır:  

1)

 



süxurların qranulmetrik tərkibini;  

2)

 



məsaməliliyini;  

3)

 



keçiriciliyini;  

4)

 



kapillyarlıq xassələrini;  

5)

 



məsaməli süxurun xüsusi səthini;  


 

6)



 

süxurların mexaniki xassələrini (elastiklik, plastiklik, 

sıxılma, dağılma və  başqa növ deformasiyalara göstərilən 

müqaviməti);  

7)

 

müxtəlif şəraitlərdə süxurun neft, qaz və su ilə doymasını.  



 

 

§§ 1. Süxurların qranulometrik tərkibi 



 

 

Süxurun qranulometrik tərkibi dedikdə onu təşkil edən 



müxtəlıif ölçülü  dənəciklərin miqdarı (kütlə ilə) nəzərdə tutulur. 

Yuxarıda adları qeyd olunan əsas fiziki xassələr (məsaməlilik, 

keçiricilik, kapillyarlıq, xüsusi səth və mexaniki xassələr) süxurun 

qranulometrik tərkibindən çox asılıdır.  İstismar prosesində laydan 

quyuya gələ bilən quma qarşı mübarizə  metodlarının seçilməsində 

(qumun quyuya keçməsinə mane olan çınqıllı süzgəclərin tətbiqində

quyudibi zonanın skeletinin saxlanması  məsələsinin həllində  və s.) 

qranulometrik tərkibin məlum olmasının böyük əhəmiyyəti vardır.  

 

Süxur dənəciklərinin ölçüləri böyük həddə-kolloid 



hissəciklərinin ölçülərində  başlamış ta çaqıl daşının ölçülərinədək 

dəyişir. Aparılan tədqiqatlar göstətrir ki, neft və qazlı süxurları təşkil 

edən hissəciklərin diametrləri  əsas etibarıilə 0,01 1  mm arasında 

dəyişir.  

 

Süxurların  qranulometrik tərkibi  ələklə  və sedimentometrik 



(çökmə) təhlil vasitəsilə  müəyyən edilir. Ələklə  təhlil üsulu, 

dənəciklərinin ölçüsü 0,05 mm–dən böyük olan süxurların 

qranulometrik tərkibinin təyinində  tətbiq olunur. Dənəciklərinin 

ölçüsü 0,05 mm-dən kiçik olan süxurların tərkibi isə sedimentometrik 

üsulla, yəni özlülüyü böyük olan maye içərisində hissəciklərin çökmə 

sürətini təyin etməklə öyrənilir. Bu halda qəbul edilir ki, hissəciklərin 

mayedə  çökmə  sürəti Stiks qanununa tabedir. Qeyd etmək lazımdır 

ki, Stoksun düsturu kürəşəkilli ancaq bir dənəciyin məhdud olmayan 

maye həcmində 

çökmə  sürəti üçün doğru olduğundan, 

sedimentometrik təhlil vasitəsilə  alınan nəticələr  şərti xaraktetr 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə