A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə5/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   2   3   4   5   6   7   8   9   ...   171

 14 

problemləri insanın içərisinə ötürməsində, onları  şüuraltında 

oynatmasında, xırdalıqları qurdalamasında da daha inadlı idi. 

Dostoyevski və Eynşteyn "atomik başlanğıca", Markes və Priqojin 

isə materiya və ruhun "özünütəşkil stixiyasına", "xaosdan nizam" 

yaranmasına istinad etməklə çağlarının bədii və elmi təfəkkürünün 

konsentrasiya - birləşik nöqtələrini tapmış olurlar. Azərbaycan 

nəsrində Anar şüuraltı psixologiyanın dərinliklərini belə inadla 

araması ilə milli bədii düşüncəmizi çağdaş sorulara urcah edir. 

Markesin Melkiadesi ("Yüz ilin tənhalığı") isti Makondo şəhərciyinə 

qaraçının gətirdiyi buz külçəsinə  əlini vurub heyrətlə "Bu bizim 

əsrimizin ən böyük kəşfidir!" deyirsə, Anarın ‘eyzulla Kəbirlinskisi, 

Dantenin yubileyinə  dəvəti ilə aldadılıb çox pərt, yöndəmsiz 

vəziyyətə düşdükdən sonra arvadı Həcəri yalnız metro möcüzəsi ilə 

təccübləndirməyə gücü çataraq söyləyir: "bəli, görürsən, bu da 

yeriyən pilləkən…". Assosiasiya doğuran situasiyalar fərqli poetik 

açıma gedir. Markes bütöv bir nəslin aramsız süqutunu, Anar isə 

sayğısızlıq gerçəyində  mənəviyyatın ölümü təhdidində belə onun 

diriliyinə işartıları göstərir. "Xaosdan nizama" doğru gedən sanılmaz 

yolların biri də budur… Markesin gözəl Remediosu hamının gözü 

qabağında yerdən üzülüb göyə uçur, Anarın gözəl Təhminəsi isə 

ölümündən sonra Zaurun gözünə "beşmərtəbəli evin altıncı  

mərtəbəsində" görünür… Əslində, Yeni Çağ  bədii-fəlsəfi düşüncəsi 

elə "beşmərtəbəli evin altıncı mərtəbəsindəkiləri" ələk-vələk etməklə 

məşğuldur… 

Anarın nəsr  əsərlərinin  əksər mövzuları - göründüyü kimi,  

müasirlik, qəhrəmanları - müasirlərimizdir. Bu real obrazlar bizdə o 

fikri yaradır ki, deyək: "Bunlar ki bizik! Yaxud: "Biz ki elə onlarıq!" 

Əbədiyyəti də, çağı da yaradıcılığında uzlaşmada alan Anarın 

əsərləri yazıldığı vaxtla bu günü aktuallığı və sönməzliyi ilə bağlayır. 

Yazıçının cızdığı  bədii dünya daim zamanla tənləşmə  və 

dalaşmadadır. Onun əksər qəhrəmanları - "orbitindən çıxmış 

insanlar", "faktla həqiqət arasında" vurnuxan insanlar (O.Şpenqler) 

düşdükləri və ya özlərinin yaratdıqları çevrənin darlığında can 

çəkişdirirlər. Onlar "obıvatel" mühitinə  sığmaq istəmir, bu mühitin 

içərisində, yan - böyüründə öz antidünyalarını yaratmağa can atırlar. 

Xüsusilə urbanist mənəviyyatın mağaralarında Anar gəzişmələri çox 

orijinaldır. Meşşan həyatının yekrəngliyinə, dözülməzliyinə etiraz - 

ötən əsrin 60-70-80-ci illərinin mənəviyyat axtarışlarının palitrasında 

downloaded from KitabYurdu.org




 15 

tünd boyaları da ortaya çıxarırdı, o dövrün sərt yasaq və tabularına 

əksbasqı kimi bir sıra sosial-siyasi mətləblərə də toxunulurdu. Anar 

qəhrəmanlarının çabalayışları, etiraz psixologiyası milli şüurun başqa 

qatlarını da tərpədir, vətəndaş  təpkilərinə impuls verirdi. 

Barışqanlığın, güzəştçilliyin, ipə-sapa yatarlığın içərisində bir 

barışmazlıq, güzəştəgetməzlik, ipə-sapa yatmazlıq ruhu çırpınırdı. 

Şüuraltı psixologiyanın içərilərinə varmada Anar əsrdaşları - ‘rans 

Kafka, Jan Pol Sartr, Alber Kamyu, Con ‘aulz, Çingiz Aytmatovun 

nəsr poetikası ilə  səsləşən, lakin tamamilə orijinal bir poetikanın 

yaradıcısı olur. Bu - büsbütün Azərbaycan psixologiyasının 

dərinliklərinin poetikasıdır. Personajlar bütün mental biçimlərində 

Azərbaycan ekzistensiyasını ifadə edirlər.  Şüuraltı proseslərin 

döngələri, uçurumları, çırpıntıları miniatür və epik təsvirlərin 

kontrastı ilə açılır. Yazıçının fikir, söz labirintləri, dolanbacları insan 

mənəviyyatının daha çatılmaz qatlarına yetmək vasitələridir. 

Mənəviyyatın  əks dərinliklərində - okeanında və kosmosunda 

bulunduqca nəinki realizmin və romantizmin hüdudları itir, həm də 

bu dərinliklərin birindən o birinə  əbədi yollar, cığırlar, ünsiyyət 

kanalları olduğu üzə  çıxır. Təbiətin okeanı  və kosmosu birləşdirən 

harmoniyası insaniçi dünyaların aranışında da tapılır. Bu mənada 

Anar qəhrəmanlarının Qəlb qalaktikasını, Marian çökəkliyini kəşf 

etmiş  sənətkardır. Bir-biri ilə incə, dordolaşıq, ötəri, isti, soyuq, 

sevgili, yağı münasibətləri olan bu qəhrəmanlar - zəngin dünyanın 

xırda, xırda dünyanın zəngin insanları Anar nəsrində bütöv bir 

cəmiyyət, "poetik dövlət" təşkil edirlər. Xarakterlərin açılması məkan 

dəyişmələrini, məkan dəyişmələri xarakter açılmalarını  şərtləndirir. 

"Ağ liman" - "Beşmərtəbəli evin altıncı  mərtəbəsi" - "Otel otağı" 

yalnız ayrılıqda mövcud olan fiziki məkanlar deyil, həm də 

sıralanmış düşüncə, tale məkanlarıdır. Nemətin qapalı dünyadan 

qurtuluşuna heç olmasa bir ümid yeri var: ağ liman. Zaur isə  hələ 

sağlığında əldən verdiyi ölmüş Təhminəni "beşmərtəbəli evin altıncı 

mərtəbəsində" tapıb da itirir. Bütün ümidlərin qırıldığı yer - otel 

otağı isə  Kərimin ölüm məkanı olur… Tragik sonluğa doğru bu 

çapışı Anarın başqa  əsərlərində  əks tərəfə  və ayrı  tərəflərə 

yönəlmələr  şəklində  də "düzmək" olar. Məsələn, "Otel otağı"ndan 

"Dədə Qorqud"a - dağ zirvəsində alovlanan, insanları bir-birinə hay 

verməyə çağıran  üç tonqala doğru… 

Burası da önəmlidir ki, yazıçının  əsərləri süjet xəttinin düyün 

downloaded from KitabYurdu.org




 16 

məqamları, unudulmaz epizodları  və bitkin insan obrazları ilə daha 

çox yadda qalır. 60-70-80-ci illərdə yazılmış  əsərlər məhz belə 

səciyyəvi - seçənəkli xüsusiyyətlərinə görə indinin və  gələcəyin də 

diri  əsərləridir. Bütün səviyyələrin və zövqlərin yazarı Anarın 

qəhrəmanları elə real və tükənməzdir ki, onlara bütün səviyyə  və 

zövqlərdən yanaşmaq olar. Heç şübhəsiz, bu qəhrəmanların 

"yaşadığı"  əsərlərdən başqa, minlərlə oxucunun yaddaşında da 

onların bənzərsiz obrazı var. Həmin qəhrəmanlar və onların 

yaddaşımızdakı obrazları bizim mənəvi-intellektual həyatımızın 

sinirlərindədir. 

"Asılqanda işləyən qadın"ı xatırlayaq. Sən demə, heç nəyi ilə 

diqqəti cəlb etməyən, cəmiyyəti kənardan izləyən bu qadın insan 

münasibətlərinin kardioqrammasını hamıdan yaxşı  çıxarırmış. 

"Ağzında bir dənə də sağ dişi" olmayan adi bir idarə işçisi Məmməd 

Nəsir sən demə, əsl insan sərrafı imiş… 

Buna görə  də Anarın bədii yaradıcılığında tamdeyilməzliyin 

estetikası xüsusilə önəmlidir. Anar heç vaxt hazır dəyərlər 

kompleksini təqdim etmir. Əksinə, Anarın təqdim etdiyi dünya öz 

dəyərlər kompleksini təbii şəkildə doğurur.  

Bu yöndə o ən müxtəlif bədii forma və üslublara müraciət edir. 

Yazıçı hiperbolik rəvayət üslubunda qələmə aldığı "Yaxşı padşahın 

nağılı"nda (1970) totalitar rejimin hansı mühdiş absurda gətirib 

çıxara bilməsini qroteks  

yapqıları ilə görükdürür: Qaçırdığı 

arvadının xorultusunu maqnitafona yazıb məmləkətin himni edən 

təzə padşah (köhnə  vəzir), qaçırılmış arvadını heç kim yuxuda 

görməsin deyə, bütün rəiyyətdən gördüyü yuxuları  yazılı surətdə ona 

təqdim etməsini tələb edən köhnə padşah total özbaşınalığın 

fantasmoqorik ipostaslarıdır.  Şerlərini bəyənmədiyindən tövləyə 

saldırdığı şairdən intiqam alsın deyə bir gün də padşahın ağlına gəlir 

ki, belə bir fərman çıxarsın: "Məmləkətin bütün əhalisi  şer 

yazmalıdır! Bu isə görün nəyə gətirib çıxarır: "…Yazmaqdan başqa 

hamı bir-birilə  şerlə danışmalı idi. Hər  şey qafiyələnmişdi - dövlət 

qanunları, restoran menyüləri, qatarların gəlib-getmə  cədvəli.  Əgər 

qafiyə düz gəlməsə, qanun maddəsi, ya cədvəl dəyişdirilirdi. Xırda-

para müvəqqəti çətinliklər meydana çıxırdı. Bir yerdə yanğın 

olmuşdu, ev sahibi yanğınsöndürənlərə  zəng vurmuşdu, amma 

ünvanın qafiyəsini tapanacan bina yanıb qurtarmışdı…" Padşah 

bütün ölkəni "şair" edəndən sonra tövləyə saldırdığı  şairi azadlığa 

downloaded from KitabYurdu.org



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə