A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə7/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   2   3   4   5   6   7   8   9   10   ...   171

 20 

"macalsızlıq" povestin başlıca ideyası olsa da, hələ bütün ideyası 

deyildir; çünki insanın öz mənəviyyatını müəyyənləşdirməsinə təkcə 

macalsızlıq mane ola bilməz; çünki özünümüəyyənləşdirmə daha 

əhatəli ictimai-əxlaqi amillərlə və xüsusilə hər hansı bir insanın fərdi 

mənəvi keyfiyyətləri ilə şərtlənir. Anarın da məqsədi bu olmamışdır 

ki, özünüdərketmənin, özünəqayıdışın yeganə maneəsinin 

macalsızlıq olduğunu sübut etməyə çalışsın. Elə buna görədir ki, 

daimi narahatlıq keçirən ‘uadın vaxtı  nə  qədər saatlara, dəqiqələrə 

bölünsə  də, təbii olaraq o hərdənbir özünü götür-qoy edir, öz-

özündən qaça bilmir, bu ikili hisslər, düşüncələr onun varlığını didə-

didə böhran vəziyyətinə çatdırır. 

Fuadın anlayıb-duyduğu 7-8 yaşlarından tutmuş 40 yaşınacan 

mürəkkəb ömründə elə hadisələr olub ki, ‘uad onları heç cür unuda 

bilmir, hətta xoşbəxt olduğu anlarda belə, "keçmişin hansı bir müdhiş 

qəlpəsi" isə ona sarı atılır və ona əzab gətirir. ‘uadın keçmişi onu 

ağrıdır, yaxşı hisslərlə, hətta "yüngül qəribsəmə duyğuları" ilə 

xatırlanmayan ləyaqətsiz keçmişi onun arxasınca gəzir. Əgər əvvəllər 

də onu keçmişi məyus edirdisə, asta-asta ağrıdırdısa, nəhayət, elə bir 

gün gəlir ki, onun bütün varlığını, mənliyini, kişiliyini alt-üst edə 

biləcək hadisə baş verir; bu hadisə ‘uadın keçmiş müəllimi ‘uad 

Salahlının ölümüdür. Bu ‘uad Salahlı o ‘uad Salahlıdır ki, bizim 

qəhrəmanımız ‘uad - "balaca" ‘uad dünyanın bütün məntiqini 

pozaraq, həmin ‘uad Salahlıya - "böyük" ‘uada xəyanət etmişdir. Bəs 

‘uadın həyatında baş vermiş bu köklü-köməcli məslək, mövqe 

dəyişməsində əsas rol oynamış Şövqü Şəfizadə kimdir? 

Fuad Salahlı ilə (həmçinin, Oktay, ‘uadın atası Qurban) Şövqü 

(həmçinin, dekan Zülfüqarov, Qafur Əhmədli) bir-birindən qəti 

ayrılan iki dünyanın adamlarıdır. Bu iki əqidə sahibləri arasında 

saziş, yekdillik heç cür mümkün deyil. 

Fuad Salahlı elə adamdır ki, haqsız olaraq institutdan qovulandan 

8 ay sonra yenidən doğma məktəbə qayıdanda qalib gəlməsindən, 

rəqiblərinin uduzmasıdan danışmaq  əvəzinə, arasından 8 ay keçmiş 

mühazirəni iki 45 dəqiqə arasındakı fasilədən  əvvəlki söhbət kimi 

davam etdirir: "Keçən dəfə biz modulyardan danışmışdıq, deməli, 

modulyar..." Oktayın qəbirüstü nitqdə dediyi kimi, təkcə elə bu 

hərəkət ‘uad Salahlının bütün mahiyyətini ifadə edir; "onun üçün 

vaxt ayrı-ayrı dövrlərə, kəsiklərə, parçalara bölünmür. ‘uad Salahlı 

üçün vaxt bütöv, aramsız, fasiləsiz, daim hərəkətdə olan tam bir etik 

downloaded from KitabYurdu.org




 21 

vahiddir". O özünün əsil memarlıq prinsiplərini heç vaxt tez-tez 

dəyişən və ondan da dəyişməyi tələb edən dəblərə, ucuz zövqlərə 

tabe eləməzdi. Yəqin ki, ‘uad Salahlı ‘uad kimi ömründə vaxt 

qıtlığından, macalsızlığından da şikayətlənməzdi. ‘uad Salahlı Şövqü 

və ‘uad kimi özünü zamana yox, zamanı özünə tabe edir! ‘uad 

Salahlı üçün ömür dediyimiz fəaliyyət, dirilik yalnız bütöv bir ali 

məqsəd üçündür. Belə adamları, əlində imkan olan, nüfuz sahibi olan 

Şövqünün etdiyi kimi susdurmaq yox, əksinə, onların qarşılarındakı 

hər cür qadağaları,  şlaqbaumları atmaq lazımdır. Qorxmaq lazım 

deyil. Onlar bəşəriyyətə xeyirdən başqa heç nə verməzlər, özlərini 

pərvanə kimi oda-közə vurarlar, dünyanı dəyişdirib təzədən qurarlar, 

dünyanı elə  rəngarəng, elə gözəl edərlər ki, elə çiçəklənən dünya 

yaradarlar ki, gəl görəsən!  Əsl istedad, bənzərsiz memar olan Fuad 

Salahlının ölümü - faciəvi ölümdür! Çünki Fuad Salahlı dünyaya 

yaratmaq üçün gəlmişdi. Ancaq onu bu böyük insani arzularını 

həyata keçirməyə qoymurlar, çertyojlar, layihələr  şifonerin altında 

toz basıb qalır... Bütöv bir şəxsiyyət öz varlığını, öz yeganəliyini 

xalqına, doğma torpağına, dünyaya əməli olaraq sübut edə bilmədən 

həyatdan gedir. Həyatdan elə bir adam gedir ki, onun görmək istədiyi 

işləri bir də heç kim görə bilməyəcək!.. Bu faciənin konkret olaraq 

adını nə qoymaq olar? - İçində boğulub qalmış imkan! 

Bax, Fuad belə bir insana, insana yox, böyük, əsl  əqidəyə, 

məsləkə dönük çıxır. Və onun dəfn mərasimində ilk dəfə olaraq ağrı 

ilə peşimançılıq duyğusu keçirir; müəlliminin ölümünə inanmır, 

onunla "bir daha görüşməyəcəyinə, nahaq olmuş bu qəbahətləri 

təshih edə bilməyəcəyinə" inanmır, bu ölümün yalana çıxmasını, 

təkzibini gözləyir. Axı "ölüm - adamları  əbədiyyətə bir növ bitkin, 

tamamlanmış  şəkildə.., qoyduğu irsin, izin, adın müəyyənliyi 

baxımından yekunlaşdıraraq, nəticələyərək təqdim edir. Fuad Salahlı 

haqqındasa ölümü ilə tamamlanmış, bitmiş  fərd kimi düşünmək 

mümkün deyil"... Fuad dönük çıxdığı zamandan bəri ilk dəfə olaraq 

müəllimi haqqında belə insani mühakimə yürüdür, dumanlı da olsa, 

Fuad Salahlının böyük faciəsini və özünün bir də heç vaxt 

düzəldilməsi mümkün olmayan səhvini ağrı ilə duyur... 

Zamanın, tarixin bütün dolanbaclarından məharətlə irəliləyən, hər 

günün, hər saatın hökmünə, tələbinə "ləbbeyk" deyib itaətkarlıqla 

əməl edən və bütün bunları yalnız özünün mənafeyi, "güclü olması" 

xatirinə edən, bununla da, dünyanın, insanlığın, idealın bütövlüyünə, 

downloaded from KitabYurdu.org




 22 

harmoniyasına  əbədi bir ləkə  gətirən insanlardan biri də  Şövqüdür. 

Fuadın fikrincə, "bütün əvvəlki və sonrakı dövrlər üçün ən böyük 

memar" hesab olunan Şövqü mahir, kələkbaz bir diplomatdır. O, 

"rütbə diplomatiyasını" - açıq yox, xəlvəti mübarizəni, düşməni 

məhv etmək üçün taktiki sxem qurmaq üsulunu, tərəfdar, arxa, 

havadar qazanmaq vasitələrini, hər zaman parçasının tələbinə uyğun 

hərəkət etmək vərdişini, prinsipsiz olaraq hər cür şəraitə 

uyğunlaşmaq səriştəsini - belə bir əcaib mimikriyanı - dünənsiz 

yaşamağı bütün varlığı ilə  mənimsəyərək, bütün bunları konkret iş 

gedişatında həyata keçirə bilir. Bu adam qətiyyən imkan verməzdi ki, 

onun çertyojları  şifonerin altında toz basıb qalsın,  əgər onlar işə 

keçməyibsə, başqasını  çəkərdi, o da dövrə uyğun olmayanda, daha 

başqasını qurardı!.. Çünki Şövqüdən hər nə desən olar: hərəmxana 

qapısında boynunu büküb oturan xacə  də,  əli baltalı  cəllad da... 

İndiki  şəraitdə isə  Şövqü kimi adamlar, heç vaxt əvvəlcədən kişi 

kimi müharibə elan edib döyüşmürlər, onlar yalnız gizli kəşfiyyat, 

casusluq yolu ilə  əməliyyat aparırlar. Onlar qarşılarına çıxan 

maneəni bütövlükdə yox, altdan-altdan, asta-asta, didə-didə  məhv 

edirlər. Bu adamlar əvəzsiz bir insanı sıradan çıxarıb məhv edərlər, 

sonra gəlib onun dəfn mərasimində mərhumla 40 ildən artıq dostluğu 

ilə  fəxr etməsindən danışarlar, yaxşı-yaxşı, cani-dildən "yanıb 

tökülərlər!.." 

...Övlad başqa nemətdir! Fuad Salahlının isə övladı yoxdur, o, 

Fuadı, Oktayı özünə  oğul bilir, onların simasında özünün ardıcılını, 

davamçısını görür, ümidlə alışıb yanır ki, onun arzularını  məhz 

bunlar davam etdirəcəklər. Şövqü isə bilir ki, tək Fuad Salahlı  hələ 

gücsüzdür, onu bütövləşdirən, güclüləşdirən Oktaydır, Fuaddır, neçə-

neçə gözəl ideallı  gəncdir, bax, bu zaman Fuad Salahlı - bütöv, 

köklü-budaqlı Fuad Salahlıdır. Ona görə  də  Şövqü bütöv Fuad 

Salahlını (böyük bir gücü, idealı!) parça-parça, tikə-tikə doğramağı 

qət edərək, onun ardıcılını, davamçısını - balasını əlindən alır! Çünki 

bilir ki, Salahlılar arta bilərlər, daha böyük, gücçatmaz maneəyə 

çevrilə bilərlər, ona görə  də onların kökünü kəsmək, onları 

davamçıdan, övladdan, nəsildən məhrum etmək istəyir... Bu zaman 

Şövqü əla düşünülmüş taktiki sxem hazırlayır: 

Salahlının  əsas davamçısını - Fuadı uçurumun lap kənarından 

xilas edir və digər psixoloji üsullardan istifadə edərək (məsələn, 

istedadlı, yüksək nəzəri səviyyəli, hətta ədalətli olmasını, özünün də 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə