A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə8/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   4   5   6   7   8   9   10   11   ...   171

 23 

indiyədək gördüyü işlərdən narazı olduğunu "sübut edərək") Fuadı 

ram eləyir... Daha sonralar Fuad Şövqünün  əsl simasını, kimliyini 

öyrənir və bundan sonra da Şövqünün iş üsullarını,  Şövqü 

prinsiplərini,  Şövqü  əqidələrini - bütöv bir Şövqüzmi tədriclə 

mənimsəyir, özünküləşdirir. 

Ancaq canında-qanında Şövqü əlamətləri olan Fuad üçün əsl, kişi 

insan nümunəsi uzaqda deyildi, öz doğma evində idi - atası idi, 

həmçinin, o, Fuad Salahlıtək bir adamın tələbəsi olmaq kimi bir 

xoşbəxtliyə malik idi! Fuadda isə,  əksinə, getdikcə  məhz 

özünüqoruma "yarağı" möhkəmlənərək, "Şövqü prinsipləri" ilə  də 

"zənginləşir". 

Başqa-başqa məqamlarda Fuad Salahlı  Şövqü haqqında 

"konyukturşik" (prinsipsiz adam), Şövqü isə Salahlı haqqında 

"neudaçnik" (müvəffəqiyyətsiz adam) deyir! Povestdəki bu iki 

mövqeyin fərqi də  məhz prinsip haqqındakı iki əks həyatayanaşma 

yolu ilə bağlıdır. "Neudaçnik" Fuad Salahlının həmfikri Oktayın 

"xoşbəxtlik və  əzab gətirən prinsiplər" haqqındakı mövqeyi ilə 

razılaşmayan, "konyukturşik" Şövqünün "adamı" Fuada elə gəlir ki, 

hər hansı bir konkret dövrün tələblərinə cavab vermək özü də bir 

prinsipdir. O, dövrün qəbul etmək istəmədiyi prinsiplər,  əqidələr 

üzərində  əsib durmağı  məqbul hesab eləmir. Bax, bu zaman 

prinsipsizliklə "dəqiq məqsədlər" konsepsiyası birləşərək, həm 

insanı, həm də onun görəcəyi böyük işin mahiyyətini heçə endirir. 

Fuad öz fikirlərini sübut eləmək üçün, əqidələri yolunda qurban 

gedən ilk xristianları, islam şəhidlərini misal gətirir, bəs görəsən, 

niyə misallarını davam etdirə bilmir, Nəsimini, Brunonu və neçə-

neçə zamanın özündən də əbədi olan, yaşadığı dövrlərin dediklərinə 

əməl etmədiklərinə görə bütün dövrlər üçün prinsipiallıq 

mücəssəməsinə çevrilən adamları xatırlamır?! B.Şounun zarafatyana 

aforizmlərindən birində deyilir ki, ağıllılar dünyaya uyğunlaşırlar, 

axmaqlar isə dünyanı özlərinə uyğunlaşdırmağa cəhd edirlər, elə 

buna görə də dünyanı dəyişdirir və tarixi axmaqlaşdırırlar. Şövqü və 

Fuad belə "ağıllıardandır"... Birinci tərəfi "dəqiq məqsədlər" olan 

"prinsipsizlik" ideyasının ikinci mühüm tərəfi də "dünənsiz 

yaşamaq"dır. Bu əslində o deməkdir ki, sən keçmişdə etdiklərin üçün 

nə peşimansan, nə də cavabdehsən, çünki keçmişdə səndən başqa şey 

tələb edirdilər, indi isə ayrı bir şey tələb edirlər, indi nə etsən olar, 

axı, onsuz da sən gələcəkdə yaxşı işlər görəcəksən! - Bu elə bir əyri 

downloaded from KitabYurdu.org




 24 

düşüncənin,  şikəst mövqeyin bəliridir ki, onu bir qədər də davam 

etdirsən,  ən rəzil hərəkətlərə, nəzəriyyələrə belə haqq qazandırmaq 

mümkündür; hətta insanların kütləvi fiziki sağlamlığı naminə 

anormal körpələri tələf edən qədim yunanlara da, bəşəriyyətin 

gələcək səadəti naminə, onların bir hissəsini qırmağı  təklif edən 

maltusçusayaq  konsepsiyalara da! Povestin epiqrafındasa oxuyuruq: 

"İşlənmiş günahları sonrakı yaxşılıqlarla yumaq fikri, gələcək 

bəxtiyarlıq naminə hazırkı yamanlıqlara bəraət qazandırmaq ideyası 

Zen  əxlaqına kökündən ziddir". Sufilərin dörd pillədən (şəriət, 

təriqət, mərifət, həqiqət) keçən yolu, Dostoyevski Raskolnikovunun 

faciəvi sarsıntıları, Kamyunun "Alman dostuma məktubu"nda 

dedektivləri məhz bu əxlaqi axtarışların məbədinə gətirir və buradan 

qaldırır insanı. F.Engels isə yazırdı: "Şəxsiyyət nə etdiyi ilə deyil, 

həm də bunu necə (kursiv bizimdir - R.U.) etdiyi ilə xarakterizə 

olunur". Zen fəlsəfəsində  və Engelsin ibrətamiz cümləsində ifadə 

olunan və çağımız üçün də  qətiyyən  əhəmiyyətini itirməyən bu 

böyük humanist fikirlərlə Şövqü və Fuad "prinsiplərinin" qəti əksliyi 

göz qabağındadır. Elə bütün dövrlərdə olduğu kimi, indi də 

prinsipiallıq, dəyişməz əqidə, məslək uğrunda əbədi mübarizə davam 

edir. Sanki Fuad Salahlının faciəli taleyi Oktay üçün də gözlənilir; 

əbəs yerə Fuadın ürəyinə dammır ki, Salahlının dəfnində nitq 

söyləyən Oktay həm də özünə, öz gələcək taleyinə  ağı deyir. Biz 

Salahlı ilə  Şövqünün mübarizəsinin davamını  nəsillər mübarizəsi 

kimi, startda imkanları Fuadla eyni olan Oktayla Fuadın  əks  əxlaqi 

mövqelərində görürük... 

Bəs necə olur ki, Şövqünün içərisində az qala həll olmuş, əriyib 

yoxalmış Fuad özünə qayıda bilir?! 

Yox! Biz burada hind filmlərində olduğu kimi, mənfi qəhrəmanın 

hansı bir hadisənin təsiri nəticəsindəsə birdən müsbət qəhrəmanın 

qarşısında diz çökərək bağışlanmaq diləməsinin şahidi olmuruq. Bu 

özünəqayıdış gündən-günə qövr eləyən,  əbədi narahatlığa,  əzaba 

səbəb olan hisslərin, nəhayət, ağıl məntiqi ilə calanaraq insanda 

özünənifrət yaratması  nəticəsində baş verir. Ürəyindən keçən 

giziltini, sentimentallığı özündən qovmağa çalışan Fuadda çoxdan 

başlamış  mənəvi ağrıların təbii davamı mütləq böhranla 

nəticələnməliydi. Özü də Fuadın böhranı, "öz-özü ilə görüşü" - məhz 

Fuad Salahlının dəfni günü olmalıydı! Bu elə bir gündür ki, eyni bir 

Fuad xarici qonaqları qarşılayarkən "bu gün bizimçün çox sevincli 

downloaded from KitabYurdu.org




 25 

bir gündür", Salahlının dəfnində isə "bu gün bizimçün çox kədərli bir 

gündür" deyir! Bu elə bir gündür ki, Fuad Salahlını bütün arzuları ilə 

birlikdə  dəfn edirlər, Fuadın isə arzuları  həyata keçir! (Onu daha 

yüksək vəzifəyə layiq görüblər.) Və bu zaman Fuadın günahları - 

BMV-li oğlan qarşısında alçalması, çox böyük şərəfsizlik edib 

atasının adını biabırçı halda divara yazması, Asyaya xəyanəti, doğma 

ata-anasına yadlaşması, cinayətə rast gəlib onu gizlətməsi və 

nəhayət,  şüurlu  şəkildə etdiyi ən böyük səhvi - Fuad Salahlıya 

dönüklüyü - Şövqüyə  təslimçiliyi (bir görün, insan necə damcı-

damcı, mərhələ-mərhələ  məhv olarmış!) - bir-birinin üstünə 

qalaqlanaraq, onun mənəviyyatını sarsıdır. Fuad bir də ayılıb görür 

ki, o bütün varlığını, heysiyyətini, kişiliyini itirmişdir, o bütün 

doğma, əziz olan varlıqlardan uzaqlaşmışdır, görür ki, o qəti olaraq 

müəyyən bir dünyanın adamı deyil, aralıq dünyanın adımıdır. Duyur 

ki, sevdiyi arvadı, uşaqları, pulu, vəzifəsi olsa da, xoşbəxtlik sarıdan 

əbədilik qısırdır. Müəllimigildə yediyi limon qabığı da, doğmaca 

evlərindəki akvarium balıqları da, anasının ütülədiyi paltarların iyi də 

- malik olduğu bütün naz-nemətlərdən daha əzizdi, da istəklidi... 

Fuad ikinci dəfə özünün ayda bir dəfə  gəldiyi, Rumiyyənin 

tərbiyəsini görmüş  uşaqlarının isə iyrənib gəlmədiyi ata evində - 

oğlanlarının şəklini atası Qurbanın çarpayısı yanında asılmış görəndə 

sarsılır: - "Fuadın içindən buğum-buğum qalxan, boğazını  qəhərlə 

tıxayan, gözlərini dumanlandırıb dolduran duyğu-peşimançılıq, 

günahlılıq, nisgil idimi bu, qəribə, izahsız, dolaşıq dünyada qəribə, 

izahsız, dolaşıq insan münasibətlərinin, ata-oğul, ailə, nəsil 

əlaqələrinin pırtlaşıq kələfiydimi, bilmirdi, nə idi bu bağrını çatladan, 

nə idi axı..." Fuadın oğlanları isə tamam yad mühitdə  tərbiyələnib 

böyüyür... Fuad yəqin bunu da anlamalıydı ki, onun övladları  mərd 

atasının - Qurban kişinin deyil, Şövqünün nəslini davam etdirəcəklər. 

Doğma nəvələri ola-ola, Qurban kişinin nəsli kəsiləcəkdir! Fuad 

məhz bu anda dərk edir ki, həmişə nəyisə itirə-itirə yüksəlib, amma 

əslində heç nə qazanmayıb. Özü də elə  şeyləri itirib ki, onu bir də 

heç vaxt qazanmaq mümkün olmayacaq!… Düşünür…, düşünür və 

nəhayət Çərkəz ananın yanına qayıdır: "Gəldim balıqların suyunu 

dəyişməyə". 

Biz buna nə deyiriksə deyək: özünəqayıdışmı, təmizlənməmi, 

Yeni Çağ katarsisimi, Buddasayağı daxili işıqlanmamı, Karmanın 

genetik təcəllasımı, Tolstoyun əxlaq fəlsəfəsinin yeni təsdiqimi, -

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə