A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə9/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   5   6   7   8   9   10   11   12   ...   171

 26 

əslində, mahiyyət birdir ki, birdir. Bu - hər yerdə  və  hər zaman 

şəxsiyyətin özünü dərk etməsi, özünə qayıtması kimi böyük bir 

mənəvi intibahın,  əxlaqi inqilabın gerçəkləşməsidir. Bu mənəvi-

psixoloji çevrilişin, özünəqayıdışın ümumbəşəri əhəmiyyəti  isə odur 

ki, bu dünyada ocağa dönüklükdən də yaman dərd olmadığına 

inanırsan!… Bu itirgənli çevriliş - son çağın ağrılı Azərbaycan 

özünəqayıdışını da ifadə edir. 

Anarın özünəqayıdış çarpışmalarında bulunan Fuadı  həm də bir 

təzadlı milli obraz olaraq qloballaşma çağında başqa 

mədəniyyətlərdə əriyib itməyin, özünə yadlaşıb puç olmağın faciəvi 

sonuclarını öncə görükdürür. Bu ayıldıcı sağlam ideyanın 

mədəniyyətimizdə varlığı - qloballaşma epoxasında Azərbaycanın 

itirgənliksiz təbii çağdaşlaşmasının  ən möhkəm milli-mənəvi 

təməllərindəndir. 

 

QIRIQ XƏTLİ TELEFONLARIN ƏLAQƏSİ 

 

Anarın nəsr yaradıcılığında "Əlaqə" povesti (1976) mövzu və 



janrca bir qədər gözlənilməz, ancaq bu yaradıcılığın simasını 

müəyyən edən, onun bədii miqyas hüdudsuzluğunu, paradoksallığa 

meyllilik özümlüyünü üzə çıxaran əsərlərdəndir.  

Sabit, möhkəmlənmiş düşüncə  tərzinin dəyişilməsi, yeni idraki 

"variantların" qəbulu və  təsdiqi,  şübhəsiz,  uzun sürən prosesdir. 

Ancaq necə olursa-olsun, bu dəyişikliyi görmək, yaratmaq lazımdır... 

Əgər biz insanlar hər  şeyi "kasıb zehnimizin qısa arşınıyla 

ölçəcəyiksə", onda nə ictimai münasibətlər, nə də elm sahəsində heç 

bir irəliləyişə ümid bəsləyə bilmərik. Çünki bütün kainatı ancaq biz 

insanların məntiqi ilə idarə etmək olmaz. Bax, elə bu 

antroposentrizm bizim beynimizdə möhkəm kök salmış  hətta 

müəyyən dərəcədə fanatik düşüncə 

tərzidir. Özümüzü 

təsəvvüredilməz dərəcədə böyük olan bütün kainatın mərkəzində 

qoymaq, yalnız ÖZÜMÜZÜN DƏRK ETDİYİMİZ  əlaqə 

vasitələrindən istafadə edib digər planetlərin sakinləri ilə  əlaqə 

yaratmaq təşəbbüsümüz səmərəsiz olacaqdır. Anar bu məsələləri 

həm oxucular, həm də elm adamları qarşısında qoyur, onları "başqa 

növ əlaqə prinsiplərinə" yiyələnməyə çağırır. Məsələ burasındadır ki, 

biz, yer kürəsinin insanları, 6 milyardı aşmağımıza (əsərin yazıldığı 

vaxt 5 milyarda yaxın) baxmayaraq, yalnız yer kürəsində - BÖYÜK 

downloaded from KitabYurdu.org




 27 

TƏNHALIQDA yaşayırıq! BÖYÜK kainat miqyasında, böyük 

kainatla heç bir sivilizasiya MÜNASİBƏTLƏRİ olmayan tənha 5-6 

milyard ansan! Deməli, mikrokosmun və makrokosmun dialektik 

vəhdətində indiki halda heç bir ictimai-mənəvi münasibətlər deyil, 

yalnız elmi-kosmik münasibətlər özünü köstərir. BƏŞƏRİYYƏTİN 

KOSMİK ÖZÜNÜDƏRKİ  hələ çoxtərəfli xarakter daşıya bilmir. 

Yer sivilizasiyası  və yerdənkənar sivilizasiyaların  əlaqəsinə can 

atılması  bəşəriyyətin kosmosofiyasında hələ aparıcı tendensiyaya 

çevrilməyib. Planetar özünüdərketmənin bu forması kainatın qlobal 

fəthindən daha çox elə planetimizdəki ictimai-mənəvi, siyasi 

münasibətlərin əlverişli şəkil alması, tənzimlənməsi üçün gərəklidir.  

Deməli, bəşəriyyətin kosmik özünüdərki təkcə kosmik hadisələrin 

öyrənilməsində deyil, habelə  hərtərəfli insani münasibətlərin təşkili 

üçün də müəyyənedici idraki-psixoloji mərhələdir. 

Povestdə diqqəti,  əsasən, - fenomenal  üçlük cəlb edir: TƏNHA 

YER KÜRƏSİ - TƏNHA BİNA -TƏNHA, FƏRDİYYƏTÇİ 

TƏLƏBƏ! Yer kürəsinin antroposentrist sakinləri ona görə geniş 

makrokosmik münasibətlər yarada bilmirlər ki, hərtərəfli kosmik 

əlaqə vasitələrinə  hələ yiyələnməyi bacarmayıblar; tələbə ona görə 

kütləvi-insani həyat tərzinə qovuşa bilmir ki, fərdiyyətçidir və 

insanlarla hərtərəfli  əlaqə saxlamaq keyfiyyətindən tamamilə 

uzaqdır. Şəhərdən ayrı,  tənha bina. Əsərin ən böyük müvəffəqiyyəti 

fərdiyyətçi tələbənin başına gələn hadisələrin məhz bu TƏNHA 

BİNADA təsvir edilməsidir.  İnsanlarla hərtərəfli ünsiyyətdən 

məhrum olan gəncin başına gələn bu qəzavü-qədər belə  məkanda 

təsvir olunmalı idi: Şəhərdən, binalardan əlaqəsi kəsilmiş bu tək 

bina, adamlardan ayrı düşmüş  tənha gənclə digər planetlərin canlı 

varlıqları ilə əlaqəsi olmayan tənha yer kürəsinin uyğun vəziyyətini - 

böyük yalqızlığı qabarıq göstərmək üçün ən tutarlı simvolik 

obyektdir. Belə əlaqələndirmənin sayəsindədir ki, povestdə möhkəm, 

bitkin ideya-kompozisiya bütövlüyü yaradılmışdır. 

Təsəvvüredilməz dərəcədə müxtəlif və çoxvariantlı, çoxqatlı 

ictimai münasibətlər içərisində  tək qalmaq, "qırıq xətli telefona" 

çevrilmək, doğrudan da faciədir; tələbənin sabit DÜŞÜNCƏ  tərzi 

yalnız bir istiqamətə yönəldiyi üçün, o, vərdiş halını almış belə 

qapalı  vəziyyətindən kənara çıxmaq haqqında qətiyyən fikirləşmir, 

əksinə, özünü başqalarından ayrı salmaqdan ötrü yollar axtarır; 

insanlarla əlaqələnmə yolları yox, ayrılma, təcrid edilmə, "qırıq xətli 

downloaded from KitabYurdu.org




 28 

telefona" çevrilmə yolları arayır... 

İctimai elmlərdə fərd, şəxsiyyət, kollektiv, cəmiyyət məsələləri ən 

geniş  şəkildə  və müxtəlif kontekstlərdə araşdırılır.  İncəsənət də bu 

qlobal problemə, öz bucağından baxır. Sənətkarlar müxtəlif bədii 

formada, səpkidə  şəxsiyyət probleminə öz münasabətini bildirir. 

Anarın bu povestinin isə seçilənliyi orasındadır ki, şəxsiyyət, ictimai  

əlaqə problemi əsərdə çox geniş fonda - necə deyərlər, makrokosmik 

miqyasda  əhatə oluna bilər;  əgər məhdud, dar çərçivədə insan 

(konkret halda tələbə) başqaları ilə əlaqə yarada bilmirsə, insanların 

toplusu cəmiyyət, nəhayət, yer kürəsinin sakinləri də digər varlıqlarla 

əlaqə yarada bilmir. İnsanlardan ayrı düşmüş tələbə - binalardan ayrı 

düşmüş bina - planetlərdən ayrı düşmüş planet! Gözəl məntiqi 

əlaqədir... 

Bəlkə  də  əlaqə probleminə münasibəti başqa bədii formada da 

göstərmək olardı. Ancaq hadisələrin ən geniş miqyasda təsviri üçün, 

dar düşüncə tərzinin hüdudlarını ekssentrik bar ehtirasla qırıb məhv 

etmək üçün fantastik üslub daha tutarlı və məqsədəuyğun olmuşdur. 

Burada qorxu, xof, üşəndiricilik təkliyin özündən doğan təbii psixi 

halətlər kimi təsvir edilir. Tələbənin real psixoloji vəziyyəti - isti 

cənub  şəhərində üzücü imtahanlardan çıxması, müvəffəqiyyətlərin 

tam aydın olmayan, qarmaqarışıq sevinci, gərginlikdən sonra boşluğa 

düşməsi onun sonrakı "fantastik vəziyyəti" ilə  məntiqi  şəkildə 

əlaqələndirilir. Həm də onun ruhi sapmaları birdən-birə yox, tədriclə 

və  təmkinlə  təsvir edilir; "fantastik girişdən" - tələbənin başqasını 

abituriyent yoldaşı ilə qarışıq salmasından sonra bir-birinin ardınca 

baş verən "əcaib-qəraib" gözlənilməzliklər onun olmazın ruhi 

sarsıntılar çəkməsinə  səbəb olur. Xüsusilə iki hadisə - 20 mərtəbəli 

binanı axtararkən, birdən yanıb xarabalığa çevrilmiş, pəncərə  və 

qapılarından külək vıyıldayan, mərtəbələrində  sərgərdan itlər 

boğuşan binaya rast gəlməsi və  şəkillərin onun gözü qabağında 

yavaş-yavaş dəyişməsi gəncin  əsəblərini son dərəcə tarıma çəkir və 

onu tam psixopataloji hala salır. Bunlar tələbənin stress vəziyyətini, 

onun qeyri-müəyyənliklər içərisində boğulan narahat, əzabkeş 

şüurunun sarsıntılarını  təsvir etmək üçün ən zəruri bədii 

elementlərdir. Bu əsərdə başdan-başa yalnız tənhalıqla qarşılaşırıq, 

elə bil insan cəmiyyət üçün, ünsiyyət üçün susayır, bu tənhalıq adamı 

o qədər usandırır, hətta qorxudur ki, ilk kütləvi həyat tərzinin təsviri 

bizə çox xoş təsir bağışlayır…. 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə