A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   72



 
 
A.N.Abbasbəyli, S.Z.Yusifzadə 
 
 
 
 
 
 
 
 
 
 
 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR 
TARİXİ 
(ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) 
 
 
 
 
D Ə R S L İ K 
 
Azərbaycan Respublikası 
Təhsil Nazirliyinin 
27.10.2009-cu il tarixli 1196 saylı  əmri ilə  dərslik 
kimi təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
Bakı    2009 
 


 
2
 
Elmi məsləhətçi:   AMEA-nın müxbir üzvü Y.Mahmudov 
 
 
Redaktoru: 
 
  Q.H.Məmmədov 
 
Rəyçilər: 
  H.C.Əlibəyli 
tarix elmləri doktoru, professor 
P.Q.Darabadi 
 
 
 
 
tarix elmləri doktoru, professor 
 
 
 
 
 
 
 
 
 
 
Abbasbəyli A.N., Yusifzadə S.Z. Beynəlxalq münasibətlər tarixi (ən qədim dövrlərdən 
XIX yüzilliyin 70-ci illərinin sonuna qədər). Dərslik. Bakı, BDU nəşriyyatı, 2009, 309 
səh. 
 
 
Dərs vəsaiti beynəlxalq münasibətlər tarixinin ən qədim zamanlardan (şərq, yunan və Roma 
diplomatiyası) Vyana konqresi, Krım müharibəsi və Almaniyanın birləşdirilməsi də daxil olmaqla XIX 
yüzilliyin 70-ci illərinin sonuna qədərki dövrünü əhatə edir. 
 
Dərslik beynəlxalq münasibətlər, beynəlxalq hüquq, gömrük hüququ, iqtisadi mədəni əlaqələr 
sahələri üzrə ixtisaslaşan ali məktəb tələbələri, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə 
tutulmuşdur. 
 
 
A
2009
700122
0033179 −
 
 
 
 
©A.N.Abbasbəyli, S.Z.Yusifzadə 


 
3
MÜNDƏRİCAT 
 
Giriş 
I Mövzu:  
Qədim Şərqdə dövlətlərarası münasibətlər və  diplomatiya işi 
II Mövzu:  
Misir və Mesopotamiyanın beynəlxalq əlaqələri.  
      2.1.  Yeni  şahlıq dövründə Misirin yüksəlişi. Misir fironlarının 
işğalçı yürüşləri 
      2.2. Misir-Babilistan münasibətləri yeni şahlıq dövründə 
III Mövzu:  
Mesopotamiya  şəhər-dövlətlərinin qədim Misirlə diplomatik -siyasi 
əlaqələrinin spesifik xüsusiyyətləri 
      3.1. Babilistan-Misir diplomatik-siyasi əlaqələri  
      3.2. Misirin Mitanni dövləti ilə əlaqələri 
      3.3. Misir-Assuriya əlaqələri 
VI Mövzu:  
Misirin Xet dövləti ilə diplomatik əlaqələri 
V Mövzu:  
Qədim Yunanıstanda diplomatiya və səfirlik işi 
      5.1Qədim Yunan polisləri arasında münasibətlər və səfirlik işi 
      5.2.Makedoniyanın beynəlxalq əlaqələri 
      5.3. Makedoniyalı İsgəndərin Şərq yürüşü və nəticələri 
VI Mövzu:  
Qədim  Roma  diplomatiyası. 
      6.1. Qədim  Romada diplomatiya və səfir işi 
      6.2. Romanın respublika və imperiya dövrü diplomatiyası 
VII Mövzu:  
Erkən orta əsrlərdə beynəlxalq münasibətlər 
      7.1. Avropanın siyasi xəritəsi 
      7.2. Bizans imperiyasının xarici siyasəti 
      7.3. Frank dövlətinin yaranması və xarici siyasəti 
VIII Mövzu.  
Ərəb xilafəti diplomatiyası 
IX Mövzu:  
Teymurilərin hakimiyyəti dövründə beynəlxalq münasibətlər 
      9.1.  Əmir Teymurun işgalları  ərəfəsində  Cənubi Qafqazda 
beynəlxalq vəziyyət 
      9.2.  Əmir Teymurun Azərbaycanda möhkəmlənmək uğrunda  
hərbi-siyasi mübarizəsi 
      9.3.  Cənubi Qafqaz ugrunda hərbi-siyasi mübarizənin  beynəlxalq 
nəticələri 
X Mövzu:  
Ağqoyunlu dövlətinin xarici siyasəti və beynəlxalq əlaqələri 
XI Mövzu:  
Son orta əsrlər və yeni dövrün əvvəllərində beynəlxalq münasibətlər 
XII Mövzu:  


 
4
Avropa diplomatiyası XVII əsrdə 
XIII Mövzu:  
İngiltərə burjua inqilabı dövrü diplomatiyası  
XIV Mövzu:  
1775-1783-cü illər burjua inqilabı dövründə ABŞ diplomatiyası  və 
beynəlxalq münasibətlər 
      14.1.Kolonilayarda  müstəqillik uğrunda mübarizəni  şərtləndirən 
amillər 
      14.2.Istiqlaliyyət müharibəsinə Avropa dövlətlərinin münasibəti 
      14.3. İngiltərənin beyməlxalq aləmdən təcrid olunması 
XV Mövzu.  
Böyük Fransa burjua inqilabı ərəfəsi və dövründə Avropada beynəlxalq 
münasibətlər 
XVI Mövzu:  
Fransada konsulluq və I İmperiya dövründə beynəlxalq münasibətlər 
XVII Mövzu:   
«Vyana sistemi» və Müqəddəs ittifaqın yaradılmasının beynəlxalq 
şəraitə təsiri 
XVII Mövzu:  
Xanlıqların yaranması və Quba xanlığınln xarici siyasəti 
      20.1. Azərbaycanda xanlıqların meydana çıxması.Quba xanlığı 
      20.2. Quba xanlığının xarici siyasəti 
XIX Mövzu:  
Azərbaycanın Rusiya tərəfindən işğalı və beynəlxalq nəticələri 
XX Mövzu:  
Krım müharibəsi ərəfəsi və dövründə beynəlxalq münasibətlər 
XXI Mövzu:  
Almaniyanın birləşdirlməsi  ətrafında diplomatik mübarizə  və 
beynəlxalq nəticələri 
Nəticə 


 
5
Giriş 
 
 Müasir 
beynəlxalq münasibətlər çoxminillik tarixi inkişaf yolunun sonucudur, desək səhv etmərik. 
Dünyanın siyasi xəritəsi hələ  ən qədim zamanlardan öz rəngarəngliyi ilə seçilmişdir. Tarix boyu meydana 
çıxmış dövlətlər konkret zaman kəsiyində mövcud olmuş, müharibələr aparmış, cahangirlik etmiş, bəzən isə 
meydana çıxdığı kimi də izsiz-sədasız yox olmuşdur. Mövcud tədqiqatlarda dövlətlərin yaranması bir qayda 
olaraq e.ə. IV minilliyin ikinci yarısı və ya sonlarına aid edilir. Ən qədim dövlətlər Misirdə, Mesopotamiyada, 
Çində, Hindistanda və Avropanın cənubunda-Yunanıstanda təşəkkül tapmışdır. 
 Dövlətlərin tarix səhnəsinə  qədəm qoyması ilə dövlətlərarası münasibətlərdə  əməkdaşlıq və müharibə 
problemləri ön plana keçir və dövlətlərin «olum və ya ölüm» məsələsinə çevrilir. Tarixi inkişafın müxtəlif 
dövrlərində dövlətlərarası ticarət-iqtisadi  əlaqələrin mütəmadi davam etdiyini müşahidə edirik, eyni zamanda 
müxtəlif dövlətlərin bir koalisiyada birləşərək apardıqları müharibələrin də  şahidi oluruq. «Ən qədim 
müqavilə», «ultimatum», «barışıq», «iki dövlətin ittifaqı» anlayışları  hələ quldarlıq münasibətlərinin mövcud 
olduğu dövrlərdən bizə məlumdur. E.ə. 616-612-ci illərdə Midiya və Babilin ittifaqı qədim Şərqin ən cəngavər 
dövlətlərindən olan Assuriyanın varlığına son qoyulması ilə nəticələndi. Qədim Romanın yeritdiyi «parçala və 
ağalıq et» strategiyası Aralıq dənizi hövzəsində nəhəng quldarlıq imperiyasının yaradılmasına gətirib çıxardı. 
 Roma 
hüququ 
əsasında müasir beynəlxalq hüququn əsaslarından sayılan «xalqlar hüququ» meydana 
gəldi. Yunan və Roma diplomatiyasının yüksəlişində ritarik-diplomatiya məktəblərinin yetirmələri mühüm rol 
oynamışdı. Romanın barbarlarla müttəfiqlik müqavilələri, Sasanilər və hunlarla imzaladığı sazişlər «Xalqlar 
hüququnu» olduqca zənginləşdirirdi. Roma diplomatiyasının ənənələri Bizans imperiyasında, Frank dövlətində 
yaşadı və inkişaf etdirildi.  
 
Avropada feodal pərakəndəliyi dövrünün diplomatiyası senyorluq – vassallıq münasibətləri üzərində 
qurulmuşdu. 756-cı ildə yaradılmış Papa dövləti saxta «Konstantin bəxşişinə»  əsasən öz hakimiyyətini bütün 
Avropaya yaymağa başladı. Müqəddəs Roma imperiyası Roma imperiyası ənənələrinin yaşanmasında mühüm 
rol oynamışdı. Yaranmaqda olan milli dövlətlərdə diplomatiya və səfir işi bu ənənələrdən bəhrələnirdi. 
 
Şərqdə yaranan və genişlənən ərəb xilafəti dövlətlər-arası münasibətlərə və diplomatiyaya özünəməxsus 
yeniliklər gətirdi. 630-cu ildə  ərəb xilafətinin yaradılması  Məhəmməd peyğəmbərin onilliklər boyu apardığı 
mübarizənin nəticəsi idi. Xudeybə  və  Məkkə müqavilələri peyğəmbər diplomatiyasının uğurları  sırasında 
mühüm yer tuturdu. Əməvilər, Abbasilər və Kordova xilafətində xarici dövlətlərlə diplomatik əlaqələrin 
saxlanılmasına xüsusi fikir verilirdi. Abbasi xəlifəsi Harun-Ər Rəşid (786-809) Frank imperatoru Böyük Karlla 
(768-814) diplomatik əlaqələr saxlayır, İtaliyanın dəniz respublikalarına ticarət karvanları göndərirdi. 
 
Ərəb istilaları  nəticəsində bir vaxtlar qüdrətli olan Sasani dövlətinin varlığına son qoyulmuş, Bizans 
imperiyası Asiya və Afrikadakı geniş  ərazilərini itirmiş,  Ərəbistan yarımadasından Cənubi Qafqaza, Mərkəzi 
Asiyadan Hindistana qədər nəhəng  ərazilər  ərəb xilafətinin tərkibinə daxil edilmişdi. Lakin Qərbdə Frank 
dövlətinin, Şərqdə isə Ərəb xilafətinin parçalanması nəticəsində dünyanın siyasi xəritəsi dəyişilmiş və olduqca 
rəngarəng xarakter almışdı. Frank imperiyasının süqutu nəticəsində  Qərbdə Fransa, Almaniya və  İtaliyanın 
simasında milli dövlətlər yaranmış,  Şərqdə isə  Səlcuq istilalarından sonra nəhəng Səlcuq imperiyası  təşəkkül 
tapmışdı. Tədricən adət-ənənələr, yazılmış və yazılmamış qanunlar üzərində diplomatiya hüququ formalaşır və 
mərasimləşirdi. Otuz ildən çox səlcuq sultanlarından Alp Arslan və Məlikşahın vəziri olmuş Xacə Nizamülmülk 
dövlətlərarası münasibətlərdə elçinin rolundan danışaraq «Siyasətnamə»  əsərinin 21-ci fəslində yazırdı: 
«Elçiliyə o adam yarayar ki, şahlara xidmət etmiş olsun, hafizəli, uzaqgörən olsun və  hər bir elmdən xəbəri 
olsun, dilli-dilavər olsun, artıq söz söyləməsin, çox səfər etmiş, qədd-qamətli, yaraşıqlı olsun, alim və qoca olsa 
daha yaxşı olar... Elçi şahın xasiyyətinə dəlalət edər».
1
  
 Azərbaycan dövlətçilik  ənənələrinin yaşanmasında  ərəb xilafəti dağıldıqdan sonra meydana gələn 
Şirvanşahlar, Sacilər, Salarilər,  Şəddadilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyası parçalandıqdan sonra 
yaranmış Eldənizlər dövlətinin rolu və  əhəmiyyəti böyük olmuşdur.  İslam dininin dövlət səviyyəsinə 
yüksəlişindən sonra Hulakülər, Qaraqoyunlu, Ağqoyunlu və  Səfəvi dövlətləri də xalqın mədəni dövlətçilik 
tarixində mühüm rol oynamışlar. Orta əsrlərə dair çoxsaylı qaynaqlarda adları qeyd edilən Azərbaycan 
dövlətlərinin siyasi həyatı beynəlxalq əlaqələri haqqında maraqlı məlumatlara rast gəlinir. 
 
Ağqoyunlu və Səfəvi dövlətlərinin tacir diplomatları Osmanlı dövlətinə qarşı mübarizə aparmaq üçün 
çoxtərəfli danışıqlar aparır, Cənubi Avropa dövlətlərinin bir qrupunun iştirakı ilə antiosmanlı    Liqasının 
yaradılmasına nail olurlar. Iki yüz ildən yuxarı davam edən Ağqoyunlu-Osmanlı  və  Səfəvi-Osmanlı 
müharibələri ümumtürk dünyasının əsl faciəsi idi.  
Avropa diplomatiyası bu türk dövlətlərini bir-birilə vuruşdurmaqla Avropanı Osmanlı yürüşlərinin 
hədəfi olmaqdan xilas etmişdilər. Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinin başçıları, sərkərdələri və 
diplomatları  Qərb ölkələrinin məkrli siyasətlərinin uzağa gedən nəticələrini dərk etməmiş deyildilər, lakin 
aralarındakı ziddiyyətlər və  mənafe ayrılığı ümumi düşmənə qarşı birləşməyə imkan vermirdi. Türk dünyası 
                                                           
1
 Nizamülmlük. Siyasətnamə. B., Elm, 1989, s. 96 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə