A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   72

 
9
cəngavər dövlətləri arasında olub və Babil çarı Hammurapidən sonra Mesapatomiyanın birləşməsinə nail olan II 
böyük dövlət olmuşdur. E.ə.VIII-VII  əsrlərdə bütün Mesapatomiya Aşşur çarlarına tabe olmuş, dövlətin 
paytaxtı  əvvəlcə  Aşşur, sonra Nineviya şəhəri olmuşdur. Aşşur çarları Mesapatomiyanı birləşdirərkən iki 
üsuldan istifadə etmişlər. Aşşurnasirpal və Aşşurbanipal ayrı-ayrı ərazilərin başçılarına müraciət edərək onları 
Aşşur çarlarına tabe olmağa çağırırdılar. Aşşur  şahları bunu onunla əlaqələndirirdilər ki, birlikdə olanda 
qonşuların hücumundan qorunmaq və müvəffəqiyyətli müharibə etmək mümkündür. I Salmanasarın nəslindən 
olanlar isə əsasən işğalçılıq yürüşlərinə fikir verirdilər. Tarixdə ən qədim hərbi koalisiyalardan biri 618-616-cı 
illərə aiddir ki, Midiya və yeni Babil hökmdarları birləşərək Aşşur dövlətinin varlığına son qoymuşlar. 
 
Mövzuya dair suallar: 
1.
 
Diplomatiya tarixi elmin müstəqil sahəsi kimi 
2.
 
Beynəlxalq münasibətlər tarixinin dövrləşməsi problemi 
3.
 
İxtisas fənninin elmin digər sahələri ilə bağlılığı 
4.
 
Qədim Şərqdə dövlətlərarası münasibətlərin səciyyəsi 
5.
 
El-Amarn  yazışmalarının siyasi əhəmiyyəti 
6.
 
Qədim Misirin beynəlxalq əlaqələri 
7.
 
Qədim Misirin Şumer şəhər dövlətləri ilə əlaqələri. 
8.
 
Qiksosların Misir şahlığına ultimatumu 
9.
 
Qədim Mesopotamiyada dövlətlərarası münasibətlər.  
10.
 
Qədim Şərq diplomatiyası ənənələri və müasirlik. 
 
Ədəbiyyat: 
1.
 
Yusifov Y. Qədim Şərq tarixi. B., 1995 
2.
 
«Beynəlxalq münasibətlər tarixi» fənninin proqramı (bakalavr təhsil pilləsi üçün). B., 2005   
3.
 
Авдиев В.И. Военные история древнего Египта. т.2. М., 1959 
4.
 
Авдиев В.И. История Древнего Востока. М., 1970 
5.
 
Гередот. История в девяти книгах. Л., 1972 
6.
 
Дьяконов И.Н. Общественный и государственный строй древнего Двуречья (Шумер). М., 1959 
7.
 
История дипломатии. II изд.,  т.I. М., 1959 
8.
 
История дипломатии. СПб,  М., 2005 
9.
 
История древнего мира. Древний Восток. т.,1, М., 1989 
10.
 
История древнего мира. Ранняя древность. т.1, М., 1982 
11.
 
История Древнего Востока / Под ред. В.И.Кузищина. М., 1979 
12.
 
Литература Вавилиони и Ассирии. М., 1981 
13.
 
Межгосударственные отношения и дипломатия на Древнем Востоке. М., 1987 
14.
 
Никифоров В. Восток и всемирная история. М., 1977  
15.
 
Программа курса «История Древнего Мира». М., 1981 
16.
 
Хрестоматия по истории Древнего мира / Под редакции В.Г.Боруховича. Саратов, 1973 
 
 
 
 
 
 
 
 
 


 
10
II Mövzu 
Misir və Mesopotamiyanın beynəlxalq əlaqələri  
 
2.1. Yeni şahlıq dövründə Misirin yüksəlişi.  
Misir fironlarının işğalçı yürüşləri 
E.ə. XVII əsrin sonunda üsyanlar zamanı Orta Şahlığın zəiflədiyi bir dövrdə şərqdən Misirə müxtəlif 
tayfa birləşmələri basqın edirlər. Misirə  gəlmiş bu tayfaların etnik tərkibi müxtəlif olmuşdur. Qədim 
müəlliflərdən Manefon Misiri işğal etmiş bu tayfaları «hiksos» adlandırmışdı. 
Qiksoslar müxtəlif köçəri tayfalardan ibarət idilər. Onlar Fələstin və Sina yanmadasında hərbi 
demokratiya mərhələsini yaşayırdılar. Kəskin sosial mübarizə Misiri daxilən zəiflətmişdi. Bundan istifadə edən 
hiksoslar tədricən Misir deltasına soxulmuşdular. 
Misir  əhalisi və ordusu qiksoslara müqavimət göstərə bilmədi. Qiksoslar Şimali Misirdə  məskən 
saldılar, deltanın  şərq hissəsindəki Avaris şəhərini istehkama və dövlətin paytaxtına çevirdilər. Qiksos 
hökmdarları da firon rütbəsini daşıyırdılar. Qiksos fıronları XV -XVI sülalələrə mənsub olmuşlar. Manefon və 
sonrakı antik müəlliflər altı qiksos hökmdarının adını çəkir, onların fəaliyyəti haqqında məlumat verirdi. . 
Mənbələrə görə, Qiksoslar Misirdə 150 ilə yaxın ağalıq etmişdilər. Sonuncu qiksos hökmdarı Apopinin 
dövründə hakimiyyət zəifləməyə başladı. 
Qiksos ağalığına qarşı mübarizə Yuxarı misirdə başladı. Fiv fironları uzun müddət hiksoslara xərac 
verməklə az - çox XVII sülalənin müstəqilliyini saxlayırdılar. E.ə. XVI əsrin ortalarında hiksos hökmdarlanna 
qarşı ölkədə narazılıq artırdı. Fıron Sekenenra misirlilərin azadlıq mübarizələrinə başçılıq edirdi. Lakin onun 
hiksoslara qarşı  çıxışı müvəffəqiyyətsizliyə  uğradı. O, ilk döyüşdə  əsir düşdü və  işgəncə ilə edam edildi. 
Sekenenranın uğursuz çıxışı mübarizəni dayandırdı. 
 Az sonra hiksoslara qarşı mübarizəyə firon Kamos başçılıq etdi. Saray əyanları müxtəlif bəhanələrlə 
Komosu mübarizədən yayındırmağa cəhd göstərsələr də o, Fiv allahı Amonun əmrinə  əsasən işğalçılara qarşı 
mübarizəni davam etdirdi və ardıcıl olaraq müvəffəqiyyətlər qazanmağa başladı. Çətin vəziyyətdə qalan hiksos 
sülaləsinin son hökmdarı Apopu Kür ölkəsinin hökmdarına hərbi yardım üçün müraciət edərək məktub yazır və 
qasidlə göndərir. Lakin Apopinin qasidi məktubla bərabər Kamosın  əlinə keçir. Kamos qasidi geriyə, Avaric 
şəhərinə qaytarır. 
Kamosun qiksoslara qarşı mübarizəsi qələbə ilə  nəticələndi. Kamoncu bir qalib kimi Fiv şəhərində 
təntənə ilə qarşıladılar. Kamonsun və döyüşlərin şücaəti haqqında yazılar Amon məbədində Daş lövhələrə həkk 
olundu. Misir qiksos hakimiyyətindən azad oldu. 
 Qiksosların üzərində ilk qələbə Misirdə Fiv şəhərinin mövqelərini möhkəmlətdi. Kamosun vəfatından 
sonra hakimiyyətə onun qardaşı I Yaxmos (e.ə. l580-1558) gəldi. Yaxmos qiksoslara qarşı Avaris uğrunda 
döyüşlərdə qələbə çaldı. Misir tarixinin Yeni Şahlıq dövrü başlandı. Yeni Şahlıq e.ə.XYI-XI əsrlərdə mövcud 
olmuşdur. 
I Yaxmos XVIII sülalənin birinci hökmdarı idi. Onun hərbi yürüşü  şərqdə  Fələstinin cənubuna kimi 
çatmışdı. Üç il mühasirədən sonra burada Laruxön şəhəri tutuldu. Sonra I Jaxmos cənub istiqamətində 
müharibələr apardı.  
I Yaxmos mərkəzləşdirilmiş Misir dövləti yaratmaq siyasətini yürüdürdü.  
I Yaxmosun varisi I Amenxotep həmçinin Efıopiyaya yürüş təşkil etdi və həbəş qoşunu məğlubiyyətə 
uğradıldı. Bu ərazi bir vilayət kimi Misirə birləşdirildi. Efiopiyanı idarə etmək üçün canişin təyin edildi. XVIII 
sülalənin ilk hökmdarlarının hərbi yürüşləri nəticəsində Misirin əvvəlki sərhədləri bərpa olundu. Yeni şahlığın 
ərazisi Sina yarımadasından Nilin ikinci keçidinə qədər uzanırdı. 
I Tutmosun hakimiyyəti işğalçılıq müharibələrinin genişlənməsi ilə  səciyyələnir. I Amenxotepin 
bacısına evlənən I Tutmos bu nigaha əsasən ona hakimyyətə sahib olmuşdu. I Tutmos cənubda Misirin siyasi 
mövqeyini möhkəmləndirmək məqsədi ilə yürüş təşkil etmiş və burada  baş vermiş üsyanı yatırmışdı. 
I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə yürüşü də  uğurlu olmuşdu. O, Fərat çayına qədər gəlib 
çatmış, Mitanni qoşununu darmadağın etmişdi. Qələbə zamanı  qənimət kimi ələ keçirdiyi hərbi  əsirlərin sayı 
məlum deyildi. 
I Tutmos Fələstin və Suriyanı keçərək Mesogotamiyanın şimalına çatmış və orada Mitanni hökümdarını 
məğlubiyyətə  uğratmışdı. O, Fərat çayına çatmış ilk Misir fironu idi. XVIII sülaləsinin ilk fironları Misiri 
yenidən qüdrətli dövlətə çevirdilər. Fironlar işğal edilmiş ölkələrdən ilbəil xərrac alırdılar. Qələbədən sonra ələ 
keçirilmiş qənimət Misirə gətirilirdi. Ölkədə məbəd tikintisi genişləndirilirdi. I Tutmos əvvəlki fironlardan fərqli 
olaraq özünə ehram yox, yer altında qayalıqlar arasında sərdabə tikdirmişdi. Onun ölümündən sonra 
hakimiyyətə əvvəlcə oğlu II Tutmos, sonra isə nəvəsi III Tutmos gəldi.  
III Tutmos e.ə.l450-cü illərdə Misirin hökmdarı olmuşdu. O, Misirin xarici siyasəti kökündən dəyişdi 
və  fəal işğalçılıq müharibələrinə başladı. III Tutmos ilk növbədə Suriya və  Fələstinə yürüş etdi. Yürüşün 
nəticəsi bütün Suriyanın və  Fələstinin fəth edilməsi oldu. Bu ərazi çoxlu şəhər-dövlətlərdən ibarət olmasına 
baxmayaraq, yaxşı müdafiə olunmaq imkanlarına malik idi. Hündür qala divarları olan Suriya şəhərləri hər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə