A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   72

 
11
hansı bir ordunun qarşısını uzun aylar ala bilərdi. Misirliləri Mektddo şəhəri yaxınlığında “330 hökmdar” öz 
döyüşçüləri ilə gözləyirdi. Döyüşün ilk anlarındaca Misir ordusu başdan sovdu yığılmış «üç yüz otuz» Suriya-
Fələstin drujinasının müdafiə  xəttini dağıtdı  və onlar atlarını, döyüş arabalarını ataraq şəhərə  tərəf qaçmağa 
başladılar. Lakin firon Mekiddo şəhərini döyüş məqamında ələ keçirə bilmədi. Şəhər mühasirəyə alındı, yeddi 
ay mühasirədən sonra tutulmuşdu. 
Mekiddo  şəhəri tutulduqdan sonra Misirin geniş  işğalçılıq siyasəti daha da genişləndi. III Tutmos 
demək olar ki, hər il Suriya ərazisinə yürüş edir, şəhər və vilayətləri işğal edirdi. Hakimiyyətinin 29-cu ili 
Suriyada Uarqet qalası alnıır və Ardat şəhərinin kənarı boşaldılır. 30-cu ildə Oront çayı üzərində Kadeş 
şəhərinin  ətrafı  işğal olunur, lakin şəhəri tutmaq mümkün olmur. Firon Tsumuru və Ardat şəhərlərinə  tərəf 
hərəkət edir, Ullaza şəhəri alınır, III Tutmos Mitanniya daxil oldu, Fınikiya və Nuxaşşe ölkəsinə hücum edir.  
Hakimiyyətinin 42-ci ilinə qədər Tutmos tərəfindən 15-dən artıq yürüş həyata keçirilir. Bu zaman III Tutmos 
şimalda Fərat çayı üzərində Karkəmiş  şəhərinə  qədər, Suriya və Mesopatomiyanın qovuşduğu yerəcən gəlib 
çatmışdı. 
Suriya uğrunda uzun illər davam edən mübarizədə Oront çayı üzərində Kadeş şəhəri və Şimali Suriyada 
Tunib şəhəri, əsasən də Mitanni şahları Misirin başlıca rəqibləri olaraq qalırdı. 
III Tutmosa ən güclü müqavimət göstərən və  Şimali Suriya uğrunda onun rəqibi olan dövlət Mitanni 
şahlığı idi. Mitanni şahlığı bu zaman öz qüdrətinin zirvəsində idi. Bütün Suriya dövlətləri firona qarşı 
mübarizədə Mitannini özlərinə dayaq hesab edirdilər. Mitannini fəth etmədən bütün Suriyanı  ələ keçirmək 
ağlasığmaz idi. Lakin ilk döyüşdə Mitanni ordusu darmadağın edilmişdi. 
Mitannini şahı Fərata çəkilmişdi. Müharibəni davam etdirmək üçün Tutmosa gəmilər lazım idi. Onlann 
çox hissəsi tələsik Finikiyada düzəldildi və Fərata gətirildi. Ordu ilə Fərata keçən firon orada Mitanni ordusımu 
tapa bilmədi. Onlar daha uzağa çəkilmişdilər. III Tutmos sahildəki qayanın üzərində  qələbə nişanı qoyaraq 
çayaşağı şəhər və kəndləri talan edə - edə üzməyə başladı. 
Göz qabağında olan müvəffəqiyyətə baxmayaraq, hakimiyyətinin 33-cü ilində Tutmos Mitanni 
məsələsini həll edə bilmədi. III Tutmos tərəfindən Misirin fəth etdiyi hüdudlar sonradan, demək olar ki, 
dəyişmədi. 
Karnak  şəhərindəki ümumdövlət məbədi Amonun və onun «oğlu» Tutmosun qələbələrinin abidəsinə 
çevrildi. Bu məbədin divar və qüllələrində fironun ustaları onun tərəfindən Amona bağışlanmış ləl-cəvahiratın, 
Suriya-Fələstindən gətirilmiş bitki və heyvanların, Amonun iştirakı ilə düşmənləri öldürən Tutmosun şəkillərini 
çəkirdilər. 
III Tutmosun dövründə Misirin sərhədi cənubda dördüncü Nil keçidindən başlayırdı və Şimali Suriyaya 
çatırdı. Tutmosun qələbələri hətta yüz illər sonra da dillər  əzbəri olmuşdu. Onun şəkilləri bər-bəzək  əşyaları 
üzərində xoşbəxtlik gətirən və düşmən qüvvələrini qorxuya salan talisman kimi gəzdirilirdi. 
III Tutmos XV əsrin ortalarında -54 il hökümdarlıq etdikdən sonra vəfat etdi. 
Onun vəfatından dərhal sonra  Suriya - Fələstini narazılıq bürüdü. Suriyalılıar elə bilirdilər ki, yeni 
firona qarşı müvəfəqiyyətlə müqavimət göstərə biləcəklər və bununla da çox kobut səhv etmişdilər. III 
Tutmosun oğlu və varisi Amenxotep Misir fironlarının az qala ən sərti və qorxulusu idi. O, əla hərbi hazırlıq 
keçmişdi və həddən artıq güclü və dözümlü idi. Hələ onsəkkiz yaşında ikən o, atası tərəfindən hökumət işlərinə 
cəlb edilmişdi və dövlət işləri ilə  məşğul idi. Atası  vəfat etdikdən sonra isə hakimiyyət tamamilə onun əlinə 
keçdi. 
Amenxotep hakimiyyətinin 7-ci ilində  Fələstinin  şimalına yürüş etdi. İtayət etməyən  Şamiş - Adumu 
şəhərinin müqaviməti qırıldı. Katna şəhəri yaxınlığında Amenxotep düzmənin döyüş arabalarını görüb onlara 
hücum etdi və aparıcını öldürdü. Amenxotep Fərata, torpaqlarının şimal sərhədinə çatdıqdan sonra geri döndü. 
Onun varisi IV Tutmosun dövründə Misir Mitanni ilə dostluq mümünasibətləri yaratdı. Mitanni şahı Artadama 
qızını Firona ərə vergi. 
IV Tutmosdan sonra hakimiyyətə III Amenxotep gəldi.  Şahlığının 5-ci ili o, Efıopiyada baş verən 
üsyanı yatırdı, bundan sonra cənuba tərəf yürüş etdi və sələflərindən heç birinin getmədiyi, Xora sularına gedib 
çıxdı  və öz sərhəd nişanəsini ora həkk etdi. Bu, III Amenxotepin şəxsən iştirak etdiyi yeganə «birinci 
qalibiyyətli yürüş» idi. 
Yaxın Şərqin böyük dövlətləri öz qüdrətli qonşularını narahat etmişdilər. Misir silahının gücü və Misir 
qızılının parıltısı onları üzüyola etmişdi. III Amenxotep zaman-zaman bu «qardaş»larına qızıldan hədiyyələr 
bağışlayırdı. Efıopiya və Misir qızıl məbədləri, Suriya - Fələsdindən alınan xərac və hərbi qənimətlər Fironların 
xəzinələrini saysız-hesabsız qızılla doldurmuşdu. Babil şahı Kadaşman-Xarbe öz misirli «qardaş»ından qızını 
ona ərə verməyi xahiş edəndə firon düşünmədən cavab vermişdi ki, Misir şahzadəsi heç vaxt başqa ölkəyə ərə 
verilməyib. Təhqir olunmuş Babil şahı isə öz qızına firona verməyə razı oldu. Başqa şahlara qızların verməyən 
Amenxotep, onların qızların Misirə  yığmışdı. Ona iki Babil şahzadəsi, üç Mitanni və bir Artsava şahzadəsi 
verilmişdi. Onların heç biri sarayda əhəmiyyətli bir yer tutmurdu. Sarayda deyilirdi ki, Babilistan, Aşşur, 
Mitanni və Het tamamilə Misir şahının əlindədir. 
III Amenxotepin dövrü ziddiyətli bir dövr olmuşdur. Bir tərəfdən Misir saray, loğvalıqla dünya 


 
12
hökümranlığı iddiası edir, xəyali təbəələri sırasında Babil, Aşşur və qitə Yunanıstanının əhalisini görürdü. Digər 
tərəfdən laqeyidcəsinə Suriya -Fələstin torpaqlarında Het şahlığının fitnə-fəsadına və riyakarlıqla itaət edən 
hökümdarların hərəkətlərinə sakitliklə dözürdü. Əslində yeni şahlıq dövrü  Misir fironları Misirin əvvzlki 
qüdrətini bərpa edə bilmədilər. 
 
2.2. Misir-Babilistan münasibətləri yeni şahlıq dövründə 
Dövrü səciyyələndirən yazılı kitabələrin, müxtəlif xarakterli sənədlərin təhlili göstərir ki, Babil-Misir 
əlaqələrinin  ən zəngin dövrü Misirdə yeni şahlıq dövrünə  təsadüf edir. Məhz bu zaman iki dövlət arasında 
müqavilə bağlanmış və hökmdarlar müəyyən edilmiş sərhədlərin pozulmamasına and içmişlər. 
E.ə. XV əsrin ortalarından Babilistan yenidən ÖnAsiyanın qüdrətli dövlətləri sırasına çıxır, onun qonşu 
ölkələrə mədəni- siyası təsiri güclənir. Kassi- babil şahı I Karaindaşın hakimiyyəti dövründə Babilistan Misirlə 
diplomatik əlaqələr yaradır və sonralar bu əlaqələr daha da genişlənir. Babilistan Misir əlaqələri haqqında XIX 
əsrin sonlarında Misirdə Ell-Amarn arxivindən tapılmış diplamatik məktublar ətraflı  məlumat verirlər. Amarn 
arxivində firon III Amenxotepin Babil şahı Kadaşman -Enlilə (e.ə.1374-1360) iki məktubu və Kadaşman-Enlilin 
ona üç cavab məktubu II Burna-buriaşın (e.ə.1359-1333) III Amenxotepe bir, IV Amenxotepə (Exnaton) beş 
məktubu, Babilistandan Misirə və Misirdən Babilistana göndərilən hədiyyələrin siyahısı qorunub saxlanmışdır. 
Göründüyü kimi, Babil - Misir yazışmaları e.ə.XIY əsrin təxminən 30-40- illik bir dövrünü əhatə edir. 
Lakin məktublardakı  bəzi qeydlər Babilistan- Misir əlaqələrinin  əsasının e.ə XV əsrin ikinci yarısında, kassi 
şahı I Karaindaşın dövründə qoyulduğunun göstərir. Məsələn, kassi şahı II Burna-buruaşın Exnatona yazdığı bir 
məktubda göstərilirdi: «Karaindaşın dövründən, sənin  əcdadlarının səfirləri mənim  əcdadlarımın yanına gələn 
vaxtdan indiyə  qədər onlar (II Burna-buruaş  və Exnatonun əcdadları) dost olmuşlar.» Buradan aydın olur ki, 
Misir fironu birinci olaraq Babilistana səfirlər göndərmiş  və onunla dostluq əlaqələri yaratmağa cəhd 
göstərmişdir. Bu şübhəsiz ki, I Karaindaşın dövründə Babilistanın beynəlxalq nüfuzunun olduqca artdığını 
göstərir. 
II Burna-buruaşın başqa bir məktubundan aydın olur ki, kassi şahı I Kuriqalzu (e.ə.XIY əsrin əvvəlləri) 
qədim Fələstin və Suriyanın Misir əleyhinə ittifaq bağlamaq təklifini rədd etmiş  və Misir fironun özünün 
müttəfiqi adlandırmışdı. Yenə II Burna-buruaşın Exnatona yazdığı bir məktubda I Kuriqalzunın Misirdən çoxlu 
qızıl aldığı göstərilirdi. 
Ümumiyyətlə, Babilin Misirdən aldığı mallar içərisində  qızıl  əsas yer tuturdu. I Kuriqalzunun 
dövründən başlayaraq ölkədə inşaat işlərinin geniş miqyas alması bu qiymətli metala ehtiyacı xeyli artırmışdı. 
Təsədüfu deyil ki, istər Kadaşman - Enlil, istərsə də II Burna-buruaş Misir fironlarından qızıl göndərmələrini 
xahiş edərkən onun inşaat işləri üçün lazım olduğunu xüsusi qeyd edirlər. Kadaşman Enlil III Amenxotepə 
yazırdı: «haqqında sənə yazdığım qızıla gəldikdə isə, nə qədər mümkünsə çoxlu qızıl göndər, sənin səfirlərinin 
mənim yanıma gəlməsindən də tez göndər. Onu indi nə qədər mümkünsə tez, bu biçim vaxtı, ya Duzu (iyun-
iyul), ya da Ab (iyul-avqust) ayında göndər ki, mən gördüyüm işi başa çatdıra bilim. 
Əgər sən bu biçim vaxtı - Duzu və ya Ab ayında mənim yazdığım qızılı göndərsən onda mən qızımı 
sənə verərəm... Və  əgər sən Duzu və Ab aylarında qızı göndərməsən və beləliklə, mən gördüyüm işi başa 
çatdırmasam, ondan sonra göndərməyinin nə  mənası var? Mən işi qurtardıqdan sonra qızıl mənim nəyimə 
lazımdır. Əgər sən onda mənə üç min taland qızıl göndərsən də, mən qəbul etməyib geri qaytaracam və qızımı 
sənə ərə verməyəcəm. 
Kadaşman-Enlinin bu «ultimatumu» tezlikb öz təsirini göstərir və II Amenxotep (Kadaşman Enlinin 
yeni evi üçün zəngin mebel dəsti göndərir) qiymətli ağac növlərindən olan, qızıl və fil sümüyü ib hasiyələnmiş 
çarpayılar, taxtlar, kürsülər və s. göndərir. 
Hədiyyələrin siyahısından sonra adətən onların bəzəyini təmsil edən qızıl, gümüş  və başqa qiymətli 
metalların ümumi çəkisi göstərilirdi. III Amenxotepin Kadaşman Enlilə göndərdiyi hədiyyələrin tərkibində 4 kq 
dan çox qızıl, 600 qr -a yaxın gümüş var idi. 
Tikinti ilə bağlı  qızıl sifariş verilməsinə II Burna-buruaşın Exnatona məktublarında da rast gəlirik: 
«Mən tikinti işinə başlamışam və bu haqda qardaşıma yazmışam, qoy qardaşım mənə çoxlu yaxşı  qızıl 
göndərsin və mən öz işimi başa çatdırım.» Başqa bir məktubunda II Burna-buruaş fironun ona yalnız iki minə 
(yəni 1 kq)  qızıl göndərməsindən narazı qaldığını bildirərək yazırdı: 
«Mənim  əjdadlarımla sənin  əjdadların dostluq əlaqələri yaradandan bir-birinə  zəngin hədiyyələr 
göndərmiş və heç vaxt bir-birinin ədalətli xahişini rədd etməmişlər. İndi isə qardaşım hədiyyə kimi mənə yalnız 
iki mina qızıl göndərmişdir, əgər qızıl çoxdursa sən də atanın göndərdiyi qədər göndər. Əgər o kifayət qədər 
deyilsə, onda heç olmasa, atan göndərdiyinin yarısını göndər. Nə üçün sən yalnız iki minə qızıl göndərmisən? 
İndi allahın evində (məbəddə  işim çoxdur və tezliklə onu başa çatdırmaq istəyirəm. Ona görə  də çoxlu qızıl 
göndər. » 
Qızılın  əsasən insaat işlərinə  sərf edilməsi haqqında Durr-Kuriqalzudan tapılmış  və e.ə XIII əsirə aid 
olan sənədlər daha ətraflı  məlumat verirlər, bu sənədlərin xeyli hissəsi Durr- Kuriqalzudan tikilən iki sarayın 
müxtəlif hissələrini bəzəmək, mebelləri haşiyələmək, bəzək əşyaları hazırlamaq və s. üçün sənətkarlara verilən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə