A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   72

 
13
qızıl, gümüş, qiymətli və yarımqiymətli daşların qəbzləridir. Qeyd etmək lazımdır ki, Babil şahdarının adətən, 
Misirə «yaxşı  qızıl» sifariş vermələrinə baxmayaraq alınan qızılın keyfiyyəti həmişə yüksək olmurdu. 
Mənbələrə görə XVIII sülalənin sonlarından Misirdə  bəzən qızılın  əyarlılığını süni şəkildə  aşağı salmaq 
təcrübədən keçirdilirdi. Tarixi dəqiq müəyyən olmayan bir üzüyün təhlili onun tərkibində 75 faiz mis, 25 faiz 
isə  qızıl olduğunu göstərmişdir. El-Amarn məktublarında Misirdən göndərilən qızılın keyfiyyətindən 
narazılığına tez-tez rast gəlmək olur. Məsələn, Kadaşman-Enlil məktublarının birində Misir fironunun 
göndərdiyi 30 minə (15kq) qızılın gümüşə bənzədiyini göstərirdi. 
II Burna-buruaş Exnatondan xahiş edirdi ki, o, göndərəcəyi qızılı məmurlarına etibar etməsin və yalnız 
özü görəndən sonra onu möhürləyib yola salsın. Daha sonra o yazırdı: «Qardaşım əvvəl göndərdiyi qızılı özü 
görməmiş  və onu qardaşımın məmuru möhürləyib göndərmişdir. Ona görə  də onun gətirdiyi 40 mina qızılı 
kürəyə qoyduqdan sonra onun çəkisi düz gəlməmişdir. II Burna-buruaşın xahişinə baxmayaraq, Misir yenə də 
keyfiyyətsiz qızıl göndərməkdə davam edirdi. «Sənin göndərdiyin səfirə  gəldikdə isə - deyə II Burna-buruaş 
başqa bir məktubunda yazırdı ki, onun gətirdiyi 20 mina qızılın çəkisi düz olmamışdır və onu kürəyə qoyduqdan 
sonra heç 15 mina da qızıl alınmamışdır.» 
Qaynaqların təhlili göstərir ki, Babilistanla Misir arasında vaxtaşırı baş verən düşmənçiliyə baxmayaraq, 
nəinki ticarət-iqtisadi, habelə siyasi əlaqələr də heç zaman kəsilməmiş, ayrı-ayrı hökmdarların dövründə isə 
«nigah diplomatiyasından» da istifadə edilmşidir.  
El-Amarn məktublarında qızılla yanaşı, Babil şahlarının başqa sifarişlərinə  də rast gəlmək olur. 
Məsələn,  Kadaşman-Enlil və II Burna-buruaş Misir fironlarından «umamu» adlanan heyvanın canlıya bənzər 
müqəvvasını göndərmələrini xahiş edirdilər. II Burna-buruaşın məktubunda onların həm suda, həm də quruda 
yaşayan heyvanlar olduğu göstərilirdi. Görünür, burada Babilistanın heyvanat aləminə yad olan timsah və 
begemot nəzərdə tutulurdu. Ola bilsin ki, Babil şahları bu qəribə heyvanlar haqqında eşitmiş  və onlara öz 
saraylarında nümayiş etdirmək istəmişdilər.  
Bunlarla yanaşı Babilistan Misirdən çoxlu məişət  əşyaları, bəzək  şeyləri, paltarlar və b. mallar alırdı. 
Babilistanın Misirdən aldığı malların çeşidini öyrənmək baxımından Exnatonun II Burna-buruaşa göndərdiyi 
hədiyyələrin siyahısı böyük maraq doğurur. Dörd sütundan və 307 sətirdən ibarət bu siyahıda qızıl, gümüş tunc 
və b. materiallardan onlarca nəfıs  əşyanın adı göstərilir. Qızıldan müxtəlif qablar, onlarla qızıl üzük, qolbağı, 
boyunbağı, Pamassu (hami-allah) allahının qızıl heykəlləri, daş qablar, fil sümüyündən müxtəlif əşyalar və b. 
Exnatonun II burna-buruaş göndərdiyi hədiyyələrin tam olmayan siyahısı bunlardır. 
Göstərilən  əşyaların tərkibindəki qızılın çəkisi 1200 minadan çox (təxm.600 kq), gümüşün çəkisi 293 
mina 3 şəkəl (təxm. 146kq), tuncun çəkisi ilə 860 mina 20 şekel təxm. 430 kq idi. 
Babilistanla Misir arasında ticarət  əlaqələri hər iki ölkəyə iqtisadi mənfəət verməklə yanaşı, siyasi, 
əlaqələrin möhkəmləndirilməsi üçün də  zəruri idi. Təsadüfi deyil ki, II Burna-buruaş  məktublarda bunu 
dəfələrlə qeyd edirdi. Hələ ilk məktublarının birində o, III Amenxatepe yazırdı. «Sənin atanla mənim atam 
əvvəllər bir-biri ilə dost olduqları kimi, gəl indi biz də bir-birimizlə dost olaq və qoy bizim aramızda bədxah 
sözlər deyilməsin”. 
Başqa bir məktubda II Burna-buruaş Exnatona bildirildi ki, «şahlar arasında qardaşlıq, dostluq, ittifaq və 
başqa əlaqələr o zaman ola bilər ki, qiymətli daşlar ağır gəlsin, gümüş ağır gəlsin, qızıl ağır gəlsin.» 
Göründüyü kimi, ölkələr arasında hər cür münasibətlərin inkişafı ticarət əlaqələrinin miqyasından asılı 
idi. Bu əlaqələr isə, qeyd edildiyi kimi, hər iki ölkə üçün faydalı idi. Babilistana zəruri mallar göndərən Misir 
əvəzində özü üçün eyni dərəcədə  zəruri olan mallar alırdı. Amarn məktubları Babilistanın Misirə göndərdiyi 
mallar haqqında da aydın təsəvvür yaradır. Bu malların içərisində lazurit üstünlük təşkil edirdi. 
Qeyd etmək lazımdır ki, hələ III Tutmosun salnaməsində Misirin Mesopotamiyadan lazurit aldığı 
göstərilirdi. Kadaşman-Enlil və II Burna-buruaşın Misirə göndərdiyi hədiyyələrin içərisində demək olar ki, 
həmişə lazuritə  və ya lazuritdən hazırlanmış  əşyalara rast gəlmək olur. Məsələn II Burna-buruaş Exnatona 
ümumiyyətlə, 8 mina lazurit (4kq) və lazuritdən bir sıra qiymətli əşyalar göndərmişdi. 
Məlum olduğu kimi, Mesopotamiyada lazurit və b. qiymətli və yarımqiymətli  daşlar  yox  idi  və  ən  
qədim  zamanlardan Mesopotamiya dövlətləri bu qiymətli malları xaricdən alırdılar. Mənbələrdə lazuritin 
Mesopotamiyaya müasir Əfqanıstanın Bədəxşan rayonundan və ya Urmiya gölü zonasından gətirildiyi 
göstərilir. 
Şübhə yoxdur ki, kassilər dövründə Babilistan şərqlə  sıx ticarət  əlaqələri saxlamış  və oradan çoxlu 
miqdarda dazurit və başqa mallar almışlar. Bu dövrdə Babilistanda dekorativ tətbiqi sənətdə lazurit və başqa 
qiymətli və yarımqiymətli geniş istifadə edilməsi, habelə onların geri ixracı bunu sübut edir. 
Lazuritb yanaşı, Misirə daha çox və  çənk arabası göndərilirdi. II Burna-buruaş Exnatona 10 cüt at, 5 
çənk arabası göndərmişdi. Amarna məktublarında Babilistanın Misirə göndərdiyi bir sıra başqa malların da da 
adı  çəkilir. Məsələn, II Burna-buruaşın dövründə Misirə çoxlu qiymətli  əşya göndərilmişdi. Bunlar əsasən 
lazurit, gümüş, qızıl, tunc fil sümüyündən bəzəklər və məişət şeylərindən ibarət idi. 
İstər Babilistan, istərsə də Misir tərəfi yuxarıda adları çəkilən malları bir-birinə hədiyyə göndərdiklərini 
yazmalarına baxmayaraq, bunun əslində mübadilə  məqsədi güddüyü və iqtisadi ehtiyacla bağlılığı açıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə