A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   72

 
15
kimi, Kadaşman Enlilin bacısı  və  qızı, habelə II Burna-buruaşın qızı müvafiq olaraq III Amenxotep və 
Emxatona  ərə vermişdilər. Digər tərəfdən Kadaşman-Enlilin III Amenxotepin qızını almaq arzusuna Misir 
fironuna rədd cavabı vermişdi. Bu fakt əksər hallarda Misir fironunun Babil şahına etinasız münasibəti, ona 
yuxarıdan aşağı baxmağı ilə izah olunur. Əslində isə bu qədim Misir taxt-tacı varisliyi adəti ilə bağlı idi. Bu 
adətə görə «taxt-tac yalnız qadın xətti ilə keçirdi. Firon arvadı taxt-tac varisi hesab olunurdu. Taxt-taca istənilən 
mənşəli adam iddia edə bilərdi. Və əgər o məlikəyə evlənirdisə, dərhal şah taxtına çıxırdı. Məlikə öz mənşəyinə 
görə məlikə idi, şah isə ona evləndikdən sonra şah olurdu.» 
Amarna dövründən sonra Babilistanla Misir arasında ticarət əlaqələri zəifləyir, lakin tamamilə kəsilmir. 
II Ramzesin hakimiyyəti illərində iki ölkə arasında daha bir diplomatik qohumluq əlaqəsinin yarandığı güman 
edilir. XIX sülalə dövrünə aid sənədlərdə Misirin Babilistandan müxtəlif mallar, xüsusilə at, gümüş, qiymətli 
daşlar, sürtgü yağı idxal etdiyi göstərilir. 
E.ə. XIII əsrin başlanğıcında Babilistanla Xett dövləti arasında əlaqələr genişlənir. Misirə və Assuriyaya 
qarşı hər iki dövlətinin mövqeyini möhkəmlətmək məqsədilə Xett şahı III Xattusili Babil şahı Kadaşman-Turqu 
(e.ə.1281-1264) ilə qarşılıqlı  hərbi yardım haqqında müqavilə bağlayır. Müttəfiqlik borcunun yerinə yetirən 
Kadaşman-Turqu Misirlə  əlaqəni kəsmiş  və Xett şahına Misirlə müharibə edərsə, piyada qohumlar və  cənk 
arabaların ilə kömək edəcəyini vəd etmişdi.  
 
Mövzuya dair suallar: 
1.
 
Qədim Şərqin siyasi xəritəsi 
2.
 
Dövlətlərarası münasibətlərin öyrənilməsi üçün sənəd və qaynaqların icmalı  
3.
 
Qədim Misir şahlığının yüksəlişi 
4.
 
Qədim Misirin beynəlxalq əlaqələri 
5.
 
Misir fironlarının işğalçı yürüşləri və nəticələri 
6.
 
Qədim Misirin Mesopotamiya siyasəti  I və IV Tutmosun dövründə 
7.
 
Misir hökmdarlarının nigah diplomatiyası 
8.
 
Misir-Babilistan münasibətləri yeni şahlıq dövründə  
9.
 
Misir və Babilistanın Assuriyaya qarşı mübarizəsi 
10.
 
Qədim Mesopotamiyada dövlətlərarası münasibətlərin xarakteri. 
11.
 
Misirlə Babilistan arasında səfirlik əlaqələri 
 
Ədəbiyyat: 
1.
 
Yusifov Y. Qədim Şərq tarixi. B., 1995 
2.
 
Авдиев В.И. Военные история древнего Египта. т.2. М., 1959 
3.
 
Авдиев В.И. История Древнего Востока. М., 1970 
4.
 
Белова Г.И. Египитяне в Нубии (III –II тыс. до н.э.). М., 1988 
5.
 
Гередот. История в девяти книгах. Л., 1972 
6.
 
Дьяконов И.Н. Общественный и государственный строй древнего Двуречья (Шумер). М., 1959 
7.
 
История дипломатии. II изд.,  т.I. М., 1959 
8.
 
История дипломатии. СПб,  М., 2005 
9.
 
История древнего мира. Древний Восток, т.1, М., 1989 
10.
 
Кузишина Н.И. История Древнего Востока. М., 1978 
11.
 
Лапис И.А. Новые данные о гиксосском владычестве в Египте // ВДИ,1958, №3 
12.
 
Ливщиц И.Г. Сказки и повести древнего Египта. Л., 1979 
13.
 
Межгосударственные отношение и дипломатия на Древнем Востоке. М., 1987 
14.
 
Оппенхейм А.Л. Древняя Месопотамия М., 1980 
15.
 
Струве В.В. Государство Лагаш (XXV- XXIV вв до н.э). М., 1961 
16.
 
Тураев Б.А. История Древного Востока. Т.1., М., 1935 


 
16
III Mövzu 
Mesopotamiya şəhər-dövlətlərinin qədim Misirlə diplomatik -siyasi əlaqələrinin spesifik xüsusiyyətləri 
 
3.1. Babilistan-Misir diplomatik-siyasi əlaqələri 
E.ə. XVI əsrin əvvəllərində Misirdə hiksosların hakimiyyətinə son qoyulmuş və bununla Misir tarixində 
yeni şahlıq dövrü başlandı. XVI sülalənin hakimiyyəti ilə başlanan yeni Şahlıq dövrünün fironları, xüsusilə III 
Tutmos Afrika və Asiyanın bir çox ərazilərini işğal etmişdilər. III Tutmosun hakimiyyəti dövründə Misirin 
Şimaldan cənuba doğru  ərazisi 5 min kilometrədək uzanırdı  və Afrikanın onlarla xalqı Misirə tabe edilmiş, 
Misir mədəniyyətinin təsir dairəsinə düşmüşdü. 
E.ə. II minilliyin ortalarında III Tutmosun varisləri IV Tutmos, III Amenxotep və IV Amenxotepin 
dövrlərində Misir Ön Asiyanın bir sıra qüdrətli dövlətləri, o cümlədən Babilistan, Asiya və Xet dövləti ilə geniş 
diplomatik əlaqələr yaradır. 
E.ə. II minilliyin ortalarında Ön Asiyada dövlətlərarası münasibətləri, o cümlədən Misirin xarici 
siyasətini öyrənmək üçün ən mühüm mənbələr Misirdəki Ell-Amarna (qədim Axetaton şəhəri) adlanan ərazidən 
tapılmış  sənədlərdən ibarətdir. Bu sənədlər Babil, Xet, Assuriya və s. dövlətlərin hökmdarlarının Misir 
fironlarına məktublarından və fironların onlara cavablarından ibarətdir. 500-dən çox məktubdan ibarət olan Ell-
Amarn arxivinin materialı tam tərcümə və tədqiq olunmamışdır. Bu məktublardan ayrı-ayrı parçalara müxtəlif 
müəlliflərin əsərlərində rast gəlinir. Misirin diplomatik əlaqələrini öyrənmək baxımından Misir-Xet müqaviləsi 
(e.ə.XIII əsr) xüsusi əhəmiyyət kəsb edir. Bu müqavilənin istər Xet, istərsə də qədim Misir dilində tam məntiqi 
dövrümüzə qədər gəlib çatmamışdır. 
Kassilərin hakimiyyətinin ilk dövründə Babilistanın xarici əlaqələrinə aid mənbələr olduqca azdır. 
Dağınıq faktlar göstərir ki, II Aqumun şahlığından III Aqımrun şahlığına qədərki dövrdə (təxm. e.ə. 1595-1460) 
Babilistanda kassi şahları uzun mübarizədən sonra «Dəniz sülaləsini» məğlub edərək aşağı Mesopatomiyanı 
yenidən vahid şahlıqda birləşdirmişdilər. 
Bu dövrdə Babilistanın Xet dövləti, Assuriya və Nuzi ilə əlaqələrinə aid mövcud faktlar kassilərin öz 
yaxın qonşuları ilə yaxşı münasibətlər yaratmağa cəhd etdiklərini göstərir. Məsələn «Sinifronik tarix» adlı 
mənbədə göstərilir ki, Aşşur  şahı III Puzur- Aşşur və Kardunyaş (aşağı Mesopotamiyanın kassicə adı)  şahı I 
Burna-Buriaş and içmiş və öz ölkələri arasında sərhəd xəttini müəyyən etmişlər. Göstərilən mənbədəki başqa bir 
məlumatdan aydın olur ki, «Kardunyaş  şahı Karaundaş  və  Aşşur  şahı  Aşşurbel III Hattusilisin Babil şahı II 
Kadaşman Enlilə yazdığı  məktubdan aydın olur ki, Xet dövləti ilə Misir arasında məlum sülh müqaviləsi 
bağlandıqdan sonra (e.ə.l260-cı il) Babil Misir dostluq əlaqələri bərpa olunmuşdu.» 
Misirlə geniş ticarət əlaqəsi Babilistanın iqtisadiyyatında nəzərə çarpacaq iz buraxmışdı. Mənbələrdən 
məlumdur ki, Babilistanda kassi hakimiyyətindən  əvvəl və ondan sonrakı dövrlərdə  dəyər ölçüsu kimi 
gümüşdən istifadə edilmişdir. Lakin kassilər dövründə Misirdən çoxlu qızıl idxal olunması gümüşün 
sıxışdırılmasına və dəyər ölçüsü kimi qızıldan istifadə edilməsinə səbəb olur. E.ə.XIII yüzilliyin əvvəllərindən 
başlayaraq Misirlə intensiv əlaqələr kəsildikdən sonra bu məqsədlə  qızılla yanaşı, gümüşdən də istifadə 
olunurdu. 
 
3.2. Misirin Mitanni  dövləti ilə əlaqələri 
Mittanni e.ə. XVI-XIII əsrlərdə Mesopatomiyanın şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. 
Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI 
əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni 
dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, Finikiyanı  və 
Fələstini özünə tabe etmişdi. 
Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş 
çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi. Mitanni ərazisindən Ön Asiya 
ölkələrinin mühüm ticarət yolları keçirdi. Mitanni dövləti bir çox qonşu ölkələr ilə  əlaqələr saxlayırdı. Ell-
Amarn məktublarındakı məlumata görə, müxtəlif Mitanni malları Misirə göndərilirdi. 
Mitanni  əhalisi mənşəyinə görə,  əsasən hürilərdən ibarət olmuşdur. Mitanni şahları – hətta Hind-ari 
mənşəli adlar daşıyanlar da, məişətdə hürri və akkad dilində danışırdılar. Akkad dili beynəlxalq ünsiyyət vasitəsi 
idi. Hürri dövlətlərinin (Arrapxa, Alalax, Uqarit) sosial quruluşlarındakı oxşarlıq, Mitanni cəmiyyətinin də 
onlardan o qədər seçilmədiyini göstərir.  
Bizə  məlum olan ilk Mitanni şahı I Şuttatnadır e.ə. XVI əsrin sonunda, I Şuttatnadan sonra isə 
Parattarna  şahlıq etmişdir. Mənbələrdən bizə  məlum olan Mitanni şahlarının  ən qüdrətlisi Saussadattar 
olmuşdur. Bizə qədər onun yazılı möhürü gəlib çatmışdır: «Saussadattar Parsadattapın oğlu Mitanni şahı». 
Saussadattar Misir fironlarının XVIII sülaləsinin Asiya yürüşləri dövründə  şahlıq etmişdir. Buna 
baxmayaraq, Mitanninin nüfuzu dairəsinə yuxarı  Fəratdan Kilikiyaya, Şimali Suriyadan Assuriya, Nineviya, 
Arabxah, Kadmuq, İsuv və Alziyə  qədər geniş bir ərazi daxil idi. Bu dövrdə Ön Asiyanın siyasi həyatında 
Misirdən sonra əsas rolu Mitanni oynayırdı. Lakin qüdrətinə  və  sərvətinə görə Mitanni Misirdən çox geri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə