47
tədqiqat
hədəfi olmuşdur ki, diplom işində həmin əsərlərdən istifadə edilmişdir.
Teymurləngin yürüşləri zamanı Cənubi Qafqazda törədilən fəlakətlər, onun ölümündək sonra xələfləri
arasında hakimiyyət uğrunda gedən mübarizə istisnasız olaraq bütün ora əsr tarixçilərinin diqqətini cəlb
etmişdir. Buxaralı Məhəmməd Kavənd şahın (Mircondun), Xandəmir Qiasədin ibn Hümaməddin əl-Hüseyninin,
Əbülfəqaq Kəmaləddin Səmərqədinin, Əhməd ibn Məhəmməd Ərəbşahın, yəhya
ibn Əbdüllətif əl Qəzvinin, rus
səyyahı Afanasi Nikitinin, Azərbaycanda olmuş qərbi Avropa səyyahları Katerino-Zenonun, Klaviki Qonzame
de Ryunin, İosafat Barbaronun, Ambrosi Konsorinin, Həsən bəy Rumlunun, Nizamədin Ədbül
Paşa Şaminin,
Şərəfxan Bidlivinin, anonim «Tüzükati-Teymur»un, Həmdullah Qəzvinin və başqalarının əsərləri XVI-XV
əsrlərin geşməkeşli, tarixi hadisələrlə zəngin tarixini öyrənmək üçün etibarlı mənbədir.
Teymurləngin Cənubi Qafqaz yürüşlərinin müasiri olan Mestop keşişi Foma Metsopski «Teymurləngin
və xələflərinin tarixi» əsərini teymurilərin 1388-1446-cü illəri əhatə edən hakimiyyəti dövründə baş verən
hadisələrin təsvirinə həsr etmişdir.
2
Əsərdə Teymurun Səmərqəndi tutmasından başlayaraq onun qərbə doğu
yürüşləri, İranı istila etməsi, Cənubi Qafqaza soxulması, Qızıl Orda xanı Toxtamış və Gürcüstan çarı Baqratla
toqquşması, qərbi Ermənistana yürüşü və osmanlı sultanı Bəyazidlə vuruşu
təsvir edilir, həmin yürüşlər zamanı
baş vermiş fəlakətlər, törədilmiş vəhşiliklər ürək ağrısı ilə qələmə alınır. Əsərdə Qaraqoyunlu tayfalarının
Teymur və onun xələfləri əleyhinə apardıqları kəskin və inadlı mübarizələr haqqında daha geniş məlumat
verilir.
Teymurləngin yürüşlərinin digər müasiri Zeynalabdin bin Həmdullah Qəzvin öz əsərlərini 1341-2392-ci
illər Azərbaycan ərazisində, Ermənistanda, həmçinin İran və İraqda başverən hadisələrin təsvirinə həsr etmişdir.
Əsərdə Məlik Əşrəfin əmirliyi dövründə feodal çəkişmələri və toqquşmalarından tutmuş Teymurun Cəqubi
Qafqazda ikinci yürüşünədək söhbət açılır, baş verən hadisələr, o cümlədən Təbriz üzərinə hücumlar (1385-
1392)-ci illər ərzində Təbrizə 18 dəfə hücum edmilşdi), Qızıl Orda xanı Toxtamışın
törətdiyi vəhşiliklər
haqqında maraqlı məlumat verilir. Burada Əlincə qalasının müdafiəsi, Qaraqoyunlu Qara Məhəmmədin
teymurilərlə mübarizəsi, Azərbaycan şəhərləri və təsərrüfat həyatı haqqında məlumatlar da öz əksini tapmışdır.
Teymuri dövləti qurama «imperiya» olduğu üçün təkcə işğalçıların yox, həm də istila edilmiş ölkələrin
hakim siniflərinin mənafeyini qorumaq kimi mürəkkəb funksiyanı yerinə yetirirdi.
Aşkarlıq və demokratiya şəraitində Azərbaycanda da tarixi keçmişimizin öyrənilməsinə maraq
gücləndirilmiş, tarixin «ağ ləkələrinin» işıqlandırılması günü zəruri məsələsinə çevrilmişdir. Azərbaycanın XIV-
XV əsrlər tarixinin öyrənilməsi isə bu baxımdan xüsusi aktuallıq kəsb edir. Belə ki, biz indi Cənubi Qafqaz
xalqları deyərkən, üç əsas xalqı –azərbaycanlıları, gürcüləri
və erməniləri nəzərdə tuturuq, halbuki
Teymurləngin yürüşlərindən bəhs edən bütün orta əsr müəllifləri, hadisələrin müasirləri Erməniyyəni Cənubi
Qafqazdan kənarda göstərirlər, indiki Ermənistan respublikasının ərazisində bir ədəd də olsun erməni
toponiminin adını çəkmirdilər, amma Ermənistan respublikası XVI əsrin yadigarı, türk-azəri şəhəri İrəvanın
(1936-cı ildən Yerevan) tarixinin 2750 il əvvələ çəkərək bunun təntənə ilə bayram edirlər.
Azərbaycan
respublikasının ərazisində türk Azərbaycan mənşəli 500-dən yuxarı şəhər, kənd, qəsəbə və digər yer adlarının
dəyişdirilməsi dediklərimizə əyani sübutdur.
9.1. Əmir Teymurun işgalları ərəfəsində Cənubi Qafqazda beynəlxalq vəziyyət
Cənubi Qafqaz, xüsusilə Azərbaycan tarixinin mürəkkəb dövrlərindən biri olan XIV əsr hadisələrin
rəngarəngliyi, dramatizm və çoxepizodluluğu ilə seçilir. XIV əsr əslində Azərbaycanın daxili və xarici
mübarizələr tarixidir. Bu dövr eyni zamanda XV əsr üçün çıxış nöqtəsidir. Bütün XIV əsr boyu davam edən
ictimai-siyasi mübarizənin gedişində Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda gedən mübarizə əvvəlcə
Qaraqoyunlu, sonra isə Ağqoyunlu dövlətlərinin yaradılması ilə başa çatır. Gürcüstan və Ermənistan torpaqların
da bu iki dövlətin ərazilərinə daxil edilmşidi.
XIII əsrdə Cənubi Qafqazın başı üzərini iki böyük fəlakət almışdır ki, bunların
hər ikisi monqol
istilaların ilə bağlı idi. Monqolların Azərbaycana birinci (1220-1223) və ikinci (1228-1230) yürüşləri zamanı
əhalinin sıx yaşadığı 7 Azərbaycan şəhəri – Marağa, Ərdəbil, Sərab, Beyləqan, Şamaxı, Gəncə və Şəmkir əsasən
xarabalıqlara çevrilmişdi. Beyləqan şəhərinə elə amansız divan tutulmuşdu ki, şəhər bir daha özünü düzəldə
bilməmişdi. İri şəhərlərdən yalnız Təbriz və Naxçıvan böyük xərac bahasına öz varlıqlarını qoruyub saxlaya
bilmişdi.
XIII əsrin ikinci yarısında Azərbaycanın başı üzərini yeni fəlakət aldı. Belə ki, Çingiz xanın nəvəsi
Hülakü xan 1254-cü ildə 120 minlik böyük bir ordu ilə İrana və Cənubi Qafqaza doğru hərəkətə başladı. 1255-
1256-cı illərdə bütün İran
və Azərbaycan, az sonra Ön Asiya başdan-başa Hülakü xanın hakimiyyəti altına
keçdi. 1258-ci ilin fevralında Hülakü xan və onun sərkərdəsi Bacu Bağdadı aldılar, şəhər 40 gün qarət olundu və
xarabazara çevrildi. Beləliklə, Abbasilər sülaləsinin 508 ildən yuxarı davam edən hakimiyyətinə (750-1258) son
qoyuldu. Abbasilərin bütün xəzinəsi Hülakülərin əlinə keçdi və saxlanmaq üçün Urmiya gölü yaxınlığındakı
1
Мяммядов Р., Пирийев В. Теймурлянэин Ялинъя сяфяри, «Елм вя щяйат», 1977, №9, сящ.31-33
2
Местопски Ф. Теймурлянэин вя онун хяляфляринин тарихи. Б., 1957, сящ.5