Test: 0702#01#Q15#01 300 eyani
Fənn 0702 - Beynəlxalq iqtisadi münasibətlər
1. Sual: Dünya Bankı aşağıdakı növ kreditləri təqdim edir:
a) Proqram və məqsədli
b) Ticarət kreditləri
c) Faizsiz kreditlər
d) Büdcə kəsirini azaltmaq üçün
e) Bunların hamısı
2. Sual: Beynəlxalq İnkişaf Assosiasiyası aşağıdakı istiqamətdə kredit fəaliyyəti göstərir:
a) Xüsusi sektor
b) Yoxsul inkişaf etməkdə olan ölkələrə güzəştli kreditlər
c) TMK
d) Büdcə defisitini azaltmaq
e) Bunların heç biri
3. Sual: BMT-nin ixtisaslaşmış təşkilatlarına aid deyil:
a) FAO
b) YUNİDO
c) YUNESKO
d) BƏT
e) İƏİT
4. Sual: BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə aid deyil:
a) Rusiya
b) Yaponiya
c) Çin
d) ABŞ
e) Fransa
5. Sual: İqtisadi Sosial Şura öz işində iki tip komissiyaların fəaliyyətindən istifadə edir:
a) Regional
b) Nəzarət
c) İnkişaf
d) Regional və funksional
e) Bunların hamısından
6. Sual: Beynəlxalq iqtisadi münasibətlərdə hökumətlərarası universal beynəlxalq təşkilat
hansıdır?
a) İİƏT
b) OPEK
c) AYİB
d) BVF
e) Heç biri
7. Sual: Dünya Bankı qrupuna daxildir:
a) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
b) Beynəlxalq İnkişaf Assosasiyası
c) Beynəlxalq Maliyyə Korporasiyası
d) Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi və Beynəlxalq İnvestisiya Mübahisələrinin
Tənzimlənməsi Mərkəzi
e) Bunların hamısı
8. Sual: Azərbaycan Dünya Bankı qrupuna daxil olan 5 qrupun neçəsinin üzvüdür?
a) 1 qrupun
b) 3 qrupun
c) 5 qrupun
d) 4 qrupun
e) Yalnız 2 qrupun
9. Sual: Dünya Bankının Azərbyacanda icra olunan layihələrinin sırasına hansı layihə daxil deyil?
a) Magistral yol layihəsi
b) Kənd investisiya layihəsi
c) Elektrik ötürücü sistemi layihəsi
d) TRACECA
e) Təhsil sektorunun inkişafı layihəsi
10. Sual: Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda hansı layihəni icra edir ?
a) İstilik Elektrik Stansiyasının reabilitasiya layihəsi
b) Daşınmaz əmlakın qeydiyyatı layihəsi
c) Səhiyyə sektorunda layihələr
d) Kənd təsərrüfatınının inkişafı və kreditləşdirilməsi layihəsi
e) Korporativ və Büdcə sektoru üçün hesabatlılıq layihəsi
11. Sual: BMT sisteminin statistik nəşrləri aşağıdakılar üzrə qruplaşdırılır:
a) Sosial-iqtisadi inkişaf məsələlərini əks etdirən nəşrlər
b) Sahə nəşrləri
c) Regional nəşrlər
d) Bütün göstərilənlər düzdür
12. Sual: İnkişaf etmiş ölkələr qrupuna BMT tərəfindən aid edilir:
a) İnkişaf etmiş bazar iqtisadiyyatlı və yüksək sosial-iqtisadi inkişaf səviyyəli ölkələr
b) ÜTT təşkilatına üzv olan dövlətlər
c) Adambaşına ÜDM 12 min dollardan aşağı olmayan ölkələr
d) Sənaye ixracının ÜDM-də payı 20 %-dən çox olan ölkələr
e) Xarici bazarı olmayan ölkələr
13. Sual: İnkişaf etməkdə olan ölkələri Dünya Bankı aşağıdakı meyar əsasında müəyyən edir:
a) Xarici ticarət kvotası 25%-dən çox olmayan ölkələr
b) Bazar iqtisadiyyatlı və aşağı iqtisadi inkişaf səviyyəsi ölkələr
c) Neft ixrac edən ölkələr
d) Texnologiya idxal edən ölkələr
e) Borclu ölkələr
14. Sual: Beynəlxalq Əmək Təşkilatı ixracatçı ölkələr üçün emiqrasiya siyasətinin əsas məqsədləri
kimi müəyyən etmişdir:
a) İşsizliyi azaltmaq və valyuta gəlirləri əldə etmək
b) Emiqrantların xaricdə müvafiq həyat şəraitini təmin etmək
c) Emiqrantların ölkəyə qayıdışının tələbləri onların xaricdə əldə etdiyi peşə və təhsillə
ə
laqələndirilməsi
d) hamısı
15. Sual: İşçi qüvvəsinin hərəkətinin tənzimlənməsi sahəsində fəaliyyət göstərən beynəlxalq
təşkilatlar:
a) FAO (1)
b) YUNKTAD (2)
c) Beynəlxalq Miqrasiya Təşkilatı (3)
d) Beynəlxalq Əmək Təşkilatı (4)
e) 3,4.
16. Sual: Beynəlxalq Əmək Təşkilatının fəaliyyəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə
yönəldilmişdir:
a) Əməkçilər üçün sosial ədalətin təmin edilməsi
b) Beynəlxalq əmək standartlarının işlənilməsi
c) Geniş Texniki Əməkdaşlıq proqramlarının həyata keçirilməsi
d) Sosial sığortanın reqlamentləşdirilməsi
e) Hər biri
17. Sual: FAO dünya ərzaq bahalaşmasının əsas səbəbi kimi 2010-cu ildə göstərmişdir:
a) İqlim şəraitinin qeyri-normallığı (1)
b) Rusiyada kənd təsərrüfatının vəziyyəti (2)
c) Çində kənd təsərrüfatı istehsalının vəziyyəti (3)
d) Dollar kursunun dəyişilməsi (4)
e) 1, 4
18. Sual: BMT dünya ərzaq probleminin həllində tövsiyyə edir:
a) Bazarın tənzimlənməsi aparmaq və spekulyasiyaları məhdudlaşdırmaq
b) Yardımları artırmaq
c) Yoxsulluğu azaltmaq
d) Dolların kursunu yüksəltmək
e) Ərzaq ticarətinə məhdudiyyətlər tətbiq etmək
19. Sual: OPEK təşkilatının statusu hansına uyğundur:
a) Beynəlxalq hökumətlərarası təşkilat
b) Regional iqtisadi birlik
c) Ərəb dövlətlərinin iqtisadi əməkdaşlıq şurası
d) Neft ixrac edən şirkətlərin assosiativ əməkdaşlıq qanunu
e) Heç biri
20. Sual: İƏİT hansı ölkələrin əməkdaşlıq formatını təşkil edir?
a) Şimali Amerika dövlətləri
b) Qərbi Avropa dövlətləri
c) Asiya dövlətləri
d) Sənayecə inkişaf etmiş dövlətlər
e) Yaponiya və Okeaniya
21. Sual: Beynəlxalq Energetik Agentlik hansı təşkilatın muxtar beynəlxalq orqanı kimi fəaliyyət
göstərir?
a) İƏİT
b) OPEK
c) YUNKDAT
d) NAFTA
e) NATO
22. Sual: BİM-də beynəlxalq təşkilatların yerinə yetirdiyi əsas funksiya hansıdır?
Dostları ilə paylaş: |