A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə104/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   96   97   98   99   100   101   102   103   104

48.  Arrabey -  Linkestidanın  hakimi  (Yuxarı  Makedoniyada 
vilayət).  Burda  xatırlanmış  Aminta  -   Makedoniyanın  gəiəcək 
çarı  III  Amintadır (onun  idarəçiliyi  b.e.ə.  389-383  və  381-369-cu 
illərə təsadüf edir).
49.  Kotis  -   odrislərin  çarı  və  bütün  Frakiyanın  yiyəsi, 
b.e.ə.  358-ci  ildə öldürülmüşdür.
50.  P e n filid lə r- Mitilendə hökmdarlar nəsli.
51.  Burda  xatırlanan  Dara  -   Kserksın  böyük  oğludur.  Bir 
çox  araşdırıcıların  dediyinə  görə  Kserksın  sevimlisi  Artaban 
öncə  Kserksı  öldürdü,  sonra  isə  Artakserksda  Daraya  qarşı 
şübhə oyatdı  və axırıncının  işini  bitirdi.
52. Sardanapall  -   bir  çox  qədim  müəlliflərə  görə  sonuncu 
Assuriya çarının  adı.
53.  Aristotel  mifoloqlar  haqqında  danışarkən  əsas  etibarı 
ilə  Herodotun,  Hippokratın,  Ksenofontun  müasiri  olan  Ktesiyanı 
nəzərdə tutur (əsas  əsəri  «İran  tarixi»dir).
54.  Midiyalıların  hökmdarı  olan  Astiaq  həm  də  Kirin 
babası  idi.
55.  Amadok  -   b.e.ə.  V  əsridə  Frakiyada  odrisiərin 
hökmdarı.
56.  Ariobarzan  -   Propontiddəki  Daskiliyada  iran  valisi 
(b.e.ə.  387-ci  ildən),  valilərin  şaha  qarşı  üsyanında  iştirak etmiş, 
oğlunun  xəyanəti  nəticəsində  362-ci  ildə  çarmıxa  çəkilmişdi.
57.  Feopomp  b.e.ə.  VIII  əsrin  ikinci  yarısında  Spartanı 
idarə edib.
58.  Periandr  b.e.ə.  627-ci  ildən  585-ci  ilə  qədər  Korinfi 
idarə edib.
59.  Korinf  müstəbidləri  olan  Kipselidlər  Delfa  və  Olimpi- 
yaya  hədiyyələr göndərirdilər.  Olimpion,  Afinada  Olimpiya  Zevs 
məbədini  Pisistrat  tikdirməyə  başlamış,  tikintini  onun  oğlu  Hippi 
davam  etdirmiş,  lakin  axıra  çatdırmamışdır.  Semak  müstəbidi 
Polikrat  (b.e.ə.  532-523-cü  illərdə  idarə  etmişdi)  şəhəri  bir  sıra
420
tikintilərlə  bəzəmişdir;  daha 
məşhurları  möhtəşəm  Hera 
məbədi,  və şəhəri  su  ilə təchiz edən  su  kəməridir.
60.  Getera -  Qədim Yunanıstanda  sərbəst  həyat sürüb  öz 
artistlik məharəti  ilə  kişiləri  cəlb edən  ərsiz qadın.
61.  Məsələn,  Sirakuzada Gelon,  Regiya müstəbidi  Mikif.
62.  Yəni  pulsuz olmaq.
63.  Görünür  ki,  şəhərlilərdən  ən  tanınmışları  nəzərdə 
tutulur.
64.  Aristotel  yəqin  Sirakuza  müstəbidi  Kiçik  Dionisini 
(b.e.ə.  367-344-cü  illərdə  hökmranlıq  etmişdi)  və  Kipr  şəhəri 
Salaminanın  müstəbidi  Nikoklu  nəzərdə tutur.
65.  B.e.ə.  677-ci  ildən  570-ci  ilə qədər.
66.  Yarışlarda  qələbə nəzərdə tutulur.
67.  Sirakuzada  birinci  istibdad  üsul-idarəsi  (Gelon  və 
onun xələfləri)  b.e.ə.  491-ci  ildən 473-cü  ilə qədər davam edib.
68.  Bəzi  müəlliflərin  fikrincə  Aristotel  daha  çox  xəyanəti 
araşdırır,  o  xəyanəti  ki,  Likurq  Kritə  səfər  edən  zaman  Xarilay 
(yaxud  Xaril)  Spartada  çar  idarəçiliyini  istibdad  üsul-idarəsi  ilə 
əvəz etmişdi.
69.  Sokratın fikri  nəzərdə tutulur.
70.  Aristotel  oliqarxiyalarda  dövlət  dəyişikliyini  nəzərdə
tutur.
71.  Mətndə buraxılış.  Söhbət demokratiyadan  gedirdi.
ALTINCI  KİTAB
1.  Yəni  növbə  ilə  hökm  sürüb,  tabeçilikdə olmaq.
2.  Bu,  xalq  məclisində  və  məhkəmədə  iştirak  etməyə 
görə  nəzərdə tutulan  mükafatlandırmadır.
3.  Xalq  burda  «xalq  məclisi»  mənasını  verir.
4.  Oksil -  Elidin  əfsanəvi  çarı.
421


5.  Kirendə  ilk  öncə  monarxiya  quruluşu  idi.  Sonra  isə 
b.e.ə.  V əsrin  axırlarında  demokratiya tətbiq  edildi.  Bu  dəyişiklik 
böyük qarışıqiıqla  müşahidə olunmuşdu.
6.  Yunanlar  yazılı  qanunlarla  bərabər  onlarda  agraphoi 
nomoi  (yazılmamış  qanunlar)  adlanan  qanunlara  da  böyük 
əhəmiyyət  verirdilər;  bunlar  İlahidən  gələn  qanunlar  sayılırdı, 
buna  görə  bu  qanunlar  hətta  yazılı  qanunlarla  ziddiyyət  təşkil 
etdikdə,  bunları  pozmaq  olmazdı.
7.  Liturgiya -  ibadət ayini.
8.  Yəni yüngülsilahlılardan.
9.  Aqoranomlar  şəhər təsərrüfatını  idarə  edirdi,  gilorlar -  
meşələri.
10.  Apodektlər -   bu  sözün  hərfi  mənası  «qəbul  edənlər» 
deməkdir.
11.  Mətndə buraxılış.
12.  Polemarx  -   Afinada  doqquz  arxontdan  üçüncüsüdür,
o,  dövlətin  silahlı  qüvvələrinin  başında  dururdu;  Spartada -  mo- 
run,  yəni  400  nəfərdən  ibarət  dəstənin  komandiri  idi.  Triyerar- 
xiya  -   triyerin  komandanlığı.  Navarxiya  -   donanmanın  koman- 
danlığı.  Filarxiya  -   süvari  dəstələrin  komandanlığı.  Strateqlər, 
hipporxlar,  taksiarxlar,  lo x a q la r- bax,  üçüncü  kitab  şərhin  12-ci 
bəndi.
13.  Yevfinlər -   nəzarətçilər;  logistlər  -   hesablayıcılar,  ek- 
setastlar -  müfəttişlər;  sineqorlar (hərfi  mənası  «bir yerdə  danı- 
şanlar»)  Afinada -  logistlərin  köməkçiləri.
14.  Gieropelər  qurbankəsməyə  nəzarət  edirdilər;  məbəd 
əmlakını  qoruyanlar  da  elə  onlar  idi.  Naofilaklar  -   məbədlərin 
keşikçiləri.
15.  Gimnasiarxiya  -   gimnasiyaya  rəhbərlik  etmək  (bədən 
hərəkətləri,  həmçinin  fəlsəfi  və  siyasi  söhbətlər  üçün  ictimai 
yer).  Gimnik yarış,  yəni  gimnastika,  dionisik yarış  -yəni teatr.
422
YEDDİNCİ  KİTAB
1.  Ola  bilsin  ki,  Aristotel  bu  halda  Fessaliyada  olan  Fer 
şəhərinin  müstəbidi  Yasonu  nəzərdə  tutur.  O,  «Ritorika»  əsə- 
rində  qeyd  edir:  «...  bir  çox  ədalətli  işlər  görmək  üçün  hərdən 
ədalətsizlik etmək lazımdır».
2.  Növbə  ilə  hökm  sürüb,  tabeçilikdə  olmaq  nəzərdə 
tutulur.
3.  Yəni təcrid  edilmiş vəziyyətdə.
4.  Əhalinin  miqdarı  mənasında.
5.  Qarış -  bax  beşinci  kitab,  şərhin  4-cü  bəndi;  stadiya -  
təxminən  189 m  (Herodota  görə).
6.  Stentor -   «İliada» əsərində  carçı.
7. 
«Siyasət»də  verilən  vədlərdən  biridir  ki,  yerinə 
yetirilməmiş qalır.
8.  Yəni  Pont  Herakledə.
9.  Arxilox  -   b.e.ə.  VII  əsrin  ikinci  yarısında  yaşamış, 
əslən  Faros adasından  olan  şair.
10.  Naməlum faciədən  hissə.
11.  Olsun  ki,  b.e.ə.  V əsrin  iknci  yarısında  yaşamış  tarixçi 
Sirakuzalı  Antiox nəzərdə tutulur.
12.  Yəni  Latsi,  Kampaniya  və  Lukaniya.
13.  Əsas  etibarı  ilə Platon  nəzərdə tutulur.
14.  Bu  vəd,  əslində,  yerinə yetirilməmiş qaldı.
15.  Bu  vəd yerinə  yetirilmədi.
16.  Şərhçilər bu  yerləşdirməni  bu  cür təsvir edirlər:
17.  Aristotel  Sirakuzada  Böyük  Dionisinin  vaxtında  man- 
canağın  (ox və  daş atan  alət)  icad  edilməsini  nəzərdə tutur.
18.  Yəni  bazar meydanı.
423


19.  Xoşbəxtliyə yetmək üçün vacibdir.
20.  Dövlətin  xoşbəxtliyi  üçün  lazım  olan  məlumatlar 
nəzərdə tutulur.
21.  Skilak  -   b.e.ə.  VI  əsrin  ikinci  yarısı  -   V  əsrin 
əvvəllərində  yaşamış  yunan  coğrafiyaşünası  və  səyyahı. 
«Peripl»  əsəri onun  adına  çıxılır.
22.  Mətndə buraxılış.
23.  Yəni qəlbin ağıla  malik olmayan  hissəsi.
24.  Lakedemonlular və  kritlilər nəzərdə tutulur.
25.  Daha  heç bir yerdə xatırlanmayan  müəllif.
26.  Mətndə buraxılış.
27.  Yəni  uşaqların tərbiyə  sahəsi.
28.  Yəni  21  yaşından yuxarı.
29.  Satira tamaşalarının  nümayişi  nəzərdə tutulur.
30.  Yunanca  methe  (hərfi  mənası  «keflənmədir»)  sözün 
həqiqi  mənasında  qonaqlığın,  artıq  əhval-ruhiyyənin  qalxdığı  və 
şərabın  qarışdırılmamış  halda  içilməyə  başlandığı  hissəsini 
ifadə edir.
SƏKKİZİNCİ  KİTAB
1.  Yəni  oxu və yazı.
2.  Aritotelin  bu  formada  misal  gətirdiyi  şer  Homerin  bizə 
gəlib çatan  poemalarının  mətnində yoxdur.
3.  Homer,  «Odisseya»  poemasından.
4.  Homer,  «Odisseya»  poemasından.
5.  Vəd yerinə yetirilməmiş qaldı.
6.  Yəqin  ki,  Kiçik  Asiyada  yaşayan  tayfalar  nəzərdə 
tutulur.
7.  Digər fə n lə r- oxu,  yazı,  musiqi,  rəsm.
8.  Bu  bölmədən  başlayaraq  oxıra  qədər Aristotel  özünün 
ayrıca  olan  müsiqi  haqqındakı  traktatını  «Siyasət»  əsərinin  VIII 
kitabına salmışdı.
424
9.  Musey -  əfsanəvi  şair.
10.  Olimp  -   yunanlarda  qədim  instrumental  musiqinin 
əfsanəvi nümayəndəsi.
11.  Görünür ki,  Aristotel  ion və  lidiya  ahənglərinin  müxtəlif 
variantlarını nəzərdə tutur.
12.  Pifaqorçular nəzərdə tutulur.
13.  Məsələn,  Platon  «Fidonda».
14.  Tarentadan  olan  Arxit -   Platonun  müasiri,  pifaqorçu  -  
filosof,  riyaziyyatçı,  sərkərdə və  siyasi xadim.
15.  Burda  loqos  sözünü  hərdən  «səs»  və  ya  «nəğmə» 
kimi  başa düşürlər.
16. Ekfantid  -   attik  komediyanın  qədim  nümayən-dələrin- 
dən biri  (b.e.ə.  V əsrin  ortaları).
17.  Pektida  -   simləri  müxtəlif  uzunluğunda  olan  lidiya 
lirası.  Barbita  -   liraya  bənzər  simli  alət,  ancaq  ondan  daha 
böyükdür,  simləri  isə  ondan  daha  möhkəmdir.  Yeddibucaqlılar, 
üçbucaqlılar -   arfaya  bənzər alətiər,  simlərin  qalınlığı  eyni  olsa 
da  uzunluqları  müxtəlifdir.  Sambika  -   bunların  növlərindən  biri, 
yunanlar bunu  Misirdən  iqtibas etmişlər.
18.  Yəni musiqinin  müşayiəti  ilə olan  mahnı.
19.  Yəni  bizim  mənəvi  xüsusiyyətlərimizə  təsir  edən 
melodiyalar,  bizim  fəaliyyətimizi  qüvvətləndirən  melodiyalar  və 
bizi  vəcdə gətirən  melodiyalar.
20.  «Siyasət»in  bizə  gəlib  çatan  mətnində  verilən  vəd 
yerinə yetirilməmişdir.
21.  Mif.  Qədim Yunanıstanda  içki  və  kef allahı.
22.  Mədhnamələr  yazan  Kiferalı  Filoksen  b.e.ə.  435-380- 
cı  illərdə yaşamışdır.
23.  «Siyasət»  əsərini  latın  dilinə  çevirən  Vilhelm  fon 
Myorbeke  (XII  əsr)  qeyd  etmişdir:  «Yunan  orijinalında  bu  əsərin 
davamını  mən  hələ tapmamışam».
425


B Ö Y Ü K   E T İ K A
BİRİNCİ  KİTAB
1.  Aristoteldə  məziyyət və  yaxşı  şey kənardan  diktə  edilən 
normalar  deyil,  fərdi  və  sosial  praktikada  vacib  olan  ilkin  şərt 
kimi  onun  uğurunun  təminatıdır:  yaxşılıq,  daxili  aləmin  mötəbər- 
liyi,  yararlıq,  əməl  və hərəkətlərin  «doğruluğu».
2.  Etika  artıq  bu  mənada  siyasətin  bir  hissəsidir,  lakin 
polis  (şəhər-dövlət)  ədalət və  dostluq  əsasında  qurulduğundan 
siyasət  öz  növbəsində  başlanğıcını  etikadan  götürür.  Bir- 
birindən  olan  bu  asılılıq  siyasəti  hərb  sənətilə,  iqtisadiyyat  və 
ritorika  ilə  deyil,  ancaq  etika  ilə  bağlayır;  əvvəlkilərin  üçü  siya- 
sətdən  asılıdır,  halbuki  etika,  əslində,  onunla  eyniləşir.  Burda 
siyasətlə  etikanı  bir  tam  kimi  araşdıran  Platondan  fərqli  uzaq- 
laşma  yoxdur  (müvafiq  traktatın  adı  belədir:  «Dövlət  və  ya 
ədalət haqqında»).  İki filosof arasındakı  fərq  bundan  ibarətdir ki, 
Platon  üçün  ən  başlıcası  daxili  aləmin  «göylərin  nizam-intiza- 
mına»  riayət  etməsidir  və  dövlətin  zahiri  ondan  ötrü  ancaq  bir 
model  və  daxili  bir  simvoldur,  halbuki  Apistotel  daxili  aləmin 
durumunun  cəmiyyətdən  və  dövlətdən  asılılığını,  həm  də 
insanın  mövcud  olması  üçün  ümumi  işin  vacibliyini  dərindən 
dərk  edir.  Hamının  rifahı  ondan  ötrü  bir  nəfərin  rifahından,  şüb- 
həsiz,  «daha  yaxşıdır»,  hərçənd  ki,  əvvəlcə  bu  axırıncıya 
yetişmək  lazımdır.
3.  Oyk  oikeian  tön  aretön  ten  theorian  epoieto.  Pifa- 
qorçuların  say strukturalizmi  haqqında.  Aristotelin  «Pifaqorçular 
haqqında»  əsəri  mühafizə  edilməmişdir.  Aşağıda  Pifaqorun 
ədalət  prinsipinin  -   «qarşılıqlı  surətdə  məruz  qalmanın»  (to 
antipeponthos)  adı  çəkilmişdir.  Mümkündür  ki,  pifaqorçuların 
fikri  burda  sadələşdirilmişdir  və  «qarşılıqlı  surətdə  məruz  qal- 
ma»  sadəcə  olaraq  çəkilən  cəzanın  bərabər  olmasını  nəzərdə 
tutmurdu.
426
4.  Yəni  etikanın  vəzifəsi  -   əsil  məziyyəti  konkret  olaraq 
dərk  etmək,  bəsləmək və  möhkəmləndirmək olduğundan,  xaric- 
də  olan  ideyaların  seyr  edilməsini  mücərrədləşdirə  bilər  və  in- 
sanı  ruhdan  salar.  Bütün  bu  birinci  fəsil  -  dünyanı  iki  cür,  həqiqi 
və ideal  kimi  başa  düşən  platonçuluqla  mübahisədir.
5.  Aristotelin  «yoxsası»  (e),  bu  halda  olduğu  kimi,  tez-tez 
əvvəlki tezisi  inkar etdiyini  bildirir.
6.  İnduksiya,  xüsusi  mülahizələrdən  ümumi  nəticə  çıxar- 
maq  üsuludur.
7.  Həqiqi şəraiti nəzərə alan  Platon  ideyalar haqqında mü- 
cərrəd  mühakimə  yürütmədən  düşünməyi  və  danışmağı  baca- 
rırdı,  belə  ki,  Aristotel  Platona  qarşı  deyil,  real  şeylər  əvəzinə 
xəyali  şeylər təsəvvürə  gətirən  platonçuluğa  qarşı  çıxır,  bu  hal- 
da  qeyri-adi  ideallaşdırma  bir  arqument  kimi  «elmdən»  ayrılır: 
təcrübi  elmin,  hünərin,  bacarığın  işi -  firavanlığın  formaları  haq- 
qında  düşünmək deyil,  ancaq  ona  qarşı  addım  atmaqdır.
8.  Aristotelizmdə  çətin  mümkün  olan  «orta»  ortabab 
adamın  mövqeyinə  ziddir,  çünki  ifrat  şeylərdən  həmişə  uzaqdır, 
hansı  ki,  adamlar bunların  arasında tərəddüd  edir,  belə  ki,  onlar 
gah  çılğın,  gah  olduqca  lovğa,  gah  öz  fikir  və  niyyətlərini  gizlin 
saxlayan,  gah  da  bir başqa  cür olurlar.
9.  Sokrata  və  Platona  görə  haçan  ki,  bizi  unutqanlıq 
«qəsb  edir»,  əzab  və  əziyyət  «zorlayır»,  həzz  «yoldan  çıxarır», 
biz  öz  iradəmizin  əksinə  olaraq  pis  və  pozğun  işlərlə  məşğul 
oluruq:  pis  işlərin  səbəbi  -   cəmiyyətin  mükəmməl  olmaması, 
əsil  biliyin  az olması  və yaşamağı  bacarmamaqdır.
10.  Burda  Makedoniyalı  İskəndərin  Hindistan  yürüşü  nə- 
zərdə  tutulmur.  Aristotel  ayrı-ayrı  əsərlərində  Hindistanı  yalnız 
uzaq  bir  ölkə  kimi  xatırlayır.  Aristotel  və  Platon  üçün  xas  olan 
cəhətlərdən  biri  də  budur  ki,  onlar  dəfələrlə  Misir  müdrikliyi  və 
elmi  haqqında  danışırlar,  lakin  əsərlərində  hind  fəlsəfəsinin 
adını  belə çəkmirlər.
427


11.  Kai  aney  toy  prattein.  Platonun  ağılın  görünməyən 
gözəlliyi  haqqında  fikri,  Aristoteldə  bunun  mütləq  ifadə  edil- 
məklə  özünü  bildirməsidir.  Bunun  kimi,  Aristotelə  görə,  əgər 
məhəbbət özünü  heç cür bildirmirsə,  onda  o,  məhəbbət deyil.
12.  Cəsarəti  biliyə  müncər etməklə  Sokrat  yalnız məlumatlı 
olmağı  və  səriştəni  nəzərdə  tutmurdu.  Sokratın  məziyyətlə  eyni- 
ləşdirilmiş  «biliyi»  düzgün  mühakiməyə  və  ağıllılığa  yaxındır, 
hansı  ki, Aristotelin özündə də  məziyyətlər bunlardan asılıdır.
13.  «Mükəmməl  məziyyət»  Platonda  ədalət adlanır («Döv- 
lət»  əsərində  bu,  bütün  məziyyətlərin  başında  durur).  Ədalət 
nəciblikdən  və  hətta  ağıllılıqdan  daha  çox  dərəcədə  özünə 
yerdə  qalan  məziyyətləri  seçməyə  meyl  göstərdiyindən  məziy- 
yətlər  məziyyəti  (hole  arete)  olur,  çünki  qanunların  icrasını 
nəzərdə tutur,  ancaq  o  birilər adamlardan  xeyirxahlıq tələb edir.
14.  Başqalarına  qarşı  olan  ədalət  (pros  heteron)  açıq- 
aşkar Platonun  əksinə  olaraq  nəzərə  çarpdırılır,  hansı  ki,  ondan 
ötrü ədalət hər şeydən  öncə  daxili aləmin  həmrəyliyidir.
15.  Omonim,  deyilişinə  görə  başqa  sözə  oxşayan,  lakin 
ondan fərqlənən  söz.
16.  Tez-tez  Platonda,  həmçinin  sofistlərdə,  sonralar  isə 
stoiklərdə  (stoisizm  fəlsəfəsi  tərəfdarları)  orthos  logos  ifadə- 
sini  (hərfi  mənası  «düzgün  ağıl»)  Aristotel  özünün  teieologiya- 
sında  (təbiətdə  hər şeyin  müəyyən  məqsədlə  yaranmış  olduğu- 
nu  və  hər  bir  inkişafda  qabaqcadan  müəyyən  olunmuş  məqsə- 
din  həyata  keçirildiyini  iddia  edən  idealist  nəzəriyyə)  və  orta 
haqqında  təlimində  başa  düşdüyü  tək  izah  edir  (hansı  ki,  öz 
növbəsində  elə  Platonun  özündən  gəlir:  «Həmişə  ortanı  seç- 
məyi  bacarmaq  lazımdır»).  Aristoteldə  düzgün  mühakimə  ilə 
bağlı  şey  məziyyətdir.  Məziyyətlərlə  uyğunluq  təşkii  edən  düz- 
gün  hərəkətlər düzgün  mühakimə  ilə  uyğunluq təşkil  edən  yaxşı 
hərəkətlər vasitəsilə  izah edilir.
17.  «His etmə  qabiliyyəti»  -  aisthesis -  Aristoteidə  bəzən 
loqosdan  (burda  qəlb  mənasındadır)  daha yüksəkdir.
428
18.  Yaratma  və  hazırlama  -   poiesis,  icra  və  fəaliyyət, 
praxis  -   fərqləndirmə  Platondan  gəlir,  o  da  öz  növbəsində 
bunu  Geosiddən  əxz etmişdi.
19.  Sokrat,  sofistikanın  əksinə  olaraq  «Loqosa  yardım 
edib»  məziyyəti  biliyə  və  ağıla  bərabər tutur.  Aristotelin  qısa  və 
dürüst  ifadəsi  (düzgün  mühakimə  ilə  bağlı  olaraq)  özünü  orta 
mövqedə  göstərir:  məziyyət  loqosdan  aralanmır  və  onunla 
düşünülmüş surətdə  bağlılıq  olmadan  mümkün  deyil.
20.  Platonda  nümunəvi  siyasətçi  dövlətin  hissələrini  idarə 
etdiyi  kimi,  burda  da  ağıllılıq  qəlbin  hərəkətlərini  idarə edir.
İKİNCİ  KİTAB
1.  Daxili  aləmin  hərarətli  hərəkətləri  ilə  düzgün  mühakimənin 
uyğunluğu  aristotelizmin  məziyyət  konsepsiyası  üçün  elə  vacibdir 
ki,  Aristotelin  özü  təmkinliyi  onun  daxili  çarpışmaları  ilə  hara  aid 
etməyi bilmir və Aristoteldə bu, hardasa məziyyət və qəlbin bacanğı 
arasında  asılı  qalır.  Müvafiq  surətdə  hövsələsiz  pozğundan  fərqli 
olaraq  pis olmur.
2.  Sokrates  ho  presbytes  —  ola  bilsin,  «kiçik  Sokratdan» 
fərqli  olaraq.  Mümkün  olan  tərcümə  -   daha  çox  qəlbin  amirlik 
bacanğıdır,  buna  görə  heç  vaxt  demək  olmaz  ki,  insanın  iradəsi 
çatmır:  iradəsiz görünən adam hələ tamamilə bilmir ki, ona həyatda 
nə lazımdır.
3. Söphrosyne -  tədbiriilik şübhə doğuran təmkinlikdən fərqli 
olaraq pozğun və zərərli meyllərdən uzaq mükəmməl məziyyətdir.
4. Sillogizm, formal məntiqdə: məntiqi nəticə,  məntiqi xülasə.
5.  Katholoy...  epi  meroys.  Şifahi  surətdə  bu  ifadə  «Birinci 
Analitikaya»  deyil,  «Topikaya»  yaxındır,  lakin  öz  əsərlərində 
düzgün olmayan sitatlar gətirmək Aristotel  üçün xarakterikdir.
6.  Yəni təmkinlik tamamilə məziyyət olmasa  da,  hətta  həmişə 
təriflənməsə də, o, heç vaxt məziyyətləriə ziddiyyət təşkil etmir.
429


7.  Hamıdan  yaramaz adam  prinsip  (arkhe)  ucbatından  pis iş 
görən  adamdır.  Yaramaz Sirakuzalı  Dionisi  (onun  adı  «Siyasət» və 
«Ritorika»da  dəfələriə  çəkilir)  Falarid  (adı  «Nikomax  Etikası»nda, 
həm  də  «Siyasət»də  çəkilir),  və  Platonun  vəfasız  şagirdi  müstəbid 
Klearx belələrindəndir.
8.  Psixoloji  analiz,  hansı  ki,  ümumiyyətlə,  həmişə  Aristotelin 
etikasına  həmrah  olur,  burda  müvəqqəti  olaraq  araşdırmanın  əsas 
mövzusuna  çevrilir.  Aıistotelin  psixologiyası  müasir  psixologiya 
elmindən  onunla  fərqlənir  ki,  həmişə  sağlam  psixi  təzahürləri 
nəzərdə tutur, daha qeyri-normal təzahürləri sezmir.
9.  Yığcam olduğuna görə fikir aydın  deyil.  Məna  bəlkə də  be- 
lədir:  pis  şey  kimi  görünən  zövq,  əgər  ayrı  formada,  ayrı  adamda, 
ayn  yerdə,  ayrı vaxtda  və  i.  a.  təcrübədən  keçibsə,  onda yaxşı  şey 
olacaq.
10.  Ehtimal  edilir  ki,  əgər  elm  zövqü  qəbul  etmirsə,  onda  o, 
ümumiyyətlə,  inkar  olunmağa  layiqdir.  «Həzz  gətirən  elmlər» 
rnəsəli açıq-aşkar Platonun  «Qorgiya»sından götürülmüşdür.
11.  Bəzən  təsadüfi  uğuru  «səbəb»  adlandıran  Aristotel  indi 
dəqiqləşdirir  ki,  fəaliyyətdə  olan  əsası  səbəb  saymaq  lazımdır, 
burdakı  haldasa  -   bizim  yaxşı  cəhətimizi  və  bizim  yaxşı  şeyə  olan 
cəhdimizi,  bu cəhd olmasa «uğurdan»  söhbət də gedə bilməz,  belə 
ki, təsadüfi uğuru səbəb yox,  nəticə adlandırmaq daha yaxşı olar.
12.  Tinktura -  suda,  spirtdə  və  ya  efirdə  hazırlanmış  dərman 
maddəsi.
13.  Mil, coğrafi mil (7420 metr), dəniz mili (1852 metr).
14. Aristotel  düşünmür  ki,  rütubət  alovun  yanmasına  şərait 
yaradır,  lakin  bu fikri tənqid  etmədən,  bir misal  kimi,  ziddiyyət təşkil 
edən şeylərin bir-birinə uyğun gəlməsini göstərir.
15. Qəhrəman  və  çox  ğüclü  adamlan  ikinci  Herakl adlandınr- 
dılar.  Burdakı atalar sözünün  mənası ola  bilsin,  insanın özünə lazım 
olduğundan çox qiymət verməsinə həlim bir rişxənddir.
430
16.  Bu, güzgüyə baxan  kimi, yaxın  dosta baxıb öz-özünü dərk 
etmək  haqqında  təlimdir,  müəllif  həm  də  Platonun  bu  yöndə  olan 
fikiriərini inkişaf etdirir.
17.  Fikir  qırılmışdır,  lakin  hətta  əgər  «Böyük  Etika»nın  quru- 
luşu  «Nikomax  Etikası»ndakı  kimidirsə,  onda  yalnız  yevdemoniya 
mövzusu  araşdınlmamış  qalacaq.  Yəqin  ki,  daha  çox  «Böyük 
Etika»  bilavasitə  bunun  kimidir,  yəni  həmin  mövzuya toxunmur.  Bu 
halda  bizə  gəlib  çatan  mətndə  yalnız  bir  neçə  sətir  və  ya  vərəq 
çatışmır.
431


M Ü N D Ə R İ C A T
Ön  s ö z .........................................................................................3
S l   Y A S Ə T
Birinci  kitab  (A )........................................................................... 7
İkinci  kitab  ( B ) .......................................................................... 37
Üçüncü  kitab  (Q )...................................................................... 83
Dördüncü  kitab  (D ).................................................................130
Beşinci  kitab  (E )..................................................................... 175

Yüklə 104 Kb.


Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə