A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə2/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   2   3   4   5   6   7   8   9   ...   104

İki  hissədən  ibarət  olan  əsərin  ikinci  hissəsində  Aristotel 
dostluq  münasibətlərindən  də  söz  açır  və  bu  məsələni  özünə- 
məxsus surətdə araşdırır.
«Böyük  etikanın»  bu  gün  ana  dilimizdə  çap  olunması 
önəmli  hadisədir.  Çünki  Azərbaycan  oxucusu  bütün  dövrlərin 
və  xalqların  ən  böyük mütəfəkkiri  sayılan  Aristotelin  bu  əsəri  ilə 
hələ indiyə qədər öz ana  dilimizdə tanış ola  bilməmişdir.
Hər bir əsərin təcrüməsi  istər-istəməz  müəyyən  itki  ilə  nə- 
ticələnir.  Söz yox  ki,  bizim  tərcüməmiz  də  bundan  kənarda  qal- 
mamışdır,  hərçənd  ki,  biz  bunu  mümkün  qədər  orijinala  yaxın 
tərcümə etməyə çalışmışıq.  Buna  nə  qədər nail  olduğumuzu  isə 
yəqin  ki,  mütəxəssislərin  dilindən eşidəcəyik.
6
S  İ  Y A S Ə T
BİRİNCİ  KİTAB  (A)
1.  1.  Bir  halda  ki,  biz  gördüyümüz  kimi  hər  bir  dövlət 
özündə  bir  növ  münasibəti  təmsil  edir,  bütün  münasibətlər  isə 
hər  hansı  rifah  naminə  təşkil  edilirsə  (axı  hər  bir  fəaliyyət 
ehtimal  olunan  rifahı  nəzərdə  tutur),  onda  aydındır  ki,  bütün 
münasibətlər  bu  və  ya  digər  rifaha  doğru  yönəlir  (stokhadzon- 
tai),  bununla  belə  hamıdan  çox  və  bütün  rifahlardan  ən  yüksə- 
yinə o münasibət can  atır ki,  o  hamısından  daha  çox vacibdir və 
özündə  bütün  münasibətləri  əhatə  edir.  Bü  münasibət  isə 
dövlət,  yaxud  siyasi  miinasibət adlanır.
2.  «Dövlət xadimi»,  «çar»,  «təsərrüfat başçısı»,  «ağa»  an- 
layışlarını  bir-birinin  eyni  sayan  adamlar  düz  danışmırlar1.  Axı 
onlar hesab  edirlər ki,  bu  anlayışlar bir-birindən  keyfiyyət cəhət- 
çə  deyil,  kəmiyyət  cəhətçə  seçilirlər;  deyək  ki,  ağa  o  kəsdir  ki, 
onun  tabeçiliyində  az  adam  var;  təsərrüfat  başçısı  o  kəsdir  ki, 
onun  tabeçiliyində  çox adam  var;  lakin  kimin  tabeçiliyində  daha 
çox  adam  varsa  o,  dövlət xadimi,  yaxud  çardır;  güya  böyük  ailə 
və kiçik  döviət arasında heç bir fərq yoxdur və güya  dövlət xadi- 
mi  ilə  çar  arasında  fərq  ondan  ibarətdir  ki,  çar  şəxsən  ona 
məxsus  olan  səlahiyyətin  gücü  ilə  idarə  edir,  dövlət  xadimi  isə 
qismən  hökm  sürür,  qismən  müvafiq  elmin-siyasətin  əsaslarına 
tabe  olur.  Amma  bu,  həqiqətdən  uzaqdır.  3.  Şərh  etdiklərimiz 
bizim  vaxtı  ilə  mənimsədiyimiz  üsulları  nəzərdən  keçirdikdən 
sonra  aydınlaşacaq:  digər  hallardakı  kimi  mürəkkəbi  sadə  ele- 
mentlərə  qədər  parçalayıb  (tamın  ən  xırda  hissələri),  dövlətin
7


nədən  ibarət  olduğunu  təhlil  edərkən,  biz  həm  də  sadalanan 
anlayışlara  nisbətərı  daha  yaxşı  görəcəyik  ki,  onlar  bir-birindən 
nə  ilə  fərqlənir  və  onların  hər  birinin  elmi  izahını  vermək  müm- 
kündürmü.
Burda  da  hər yerdə  olduğu  kimi  nəzəriyyəni  qurmaq  üçün 
ən  yaxşı  üsul  şeylərin  ilkin  olaraq  necə  yaranmasını  nəzərdən 
keçirməkdən  ibarət  olmalıdır.  4.  Belə  ki,  zərurət  hər  şeydən 
öncə  cüt-cüt  o  kəsləri  birləşməyə  vadar  edir  ki,  onlar  bir-birin- 
dən 
ayrı  ya şaya
  bilmirlər,  -   qadın  və  kişi  nəsli  davam  etdirmək 
naminə;  və  bu  üyğunlaşma  şüurlu  surətdə  edilmir,  lakin  təbii 
cəhətdən  asılıdır,  özündən  sonra  özünəuyğun  varlıq  qoyub  get- 
mək həm  də yerdə qalan  digər canlılara və bitkilərə də xasdır.
[Eləcə  də  qarşılıqlı  surətdə  özünü  saxlamaq  məqsədilə 
canlı  məxluqlar  üçün  birləşmək  zəruridir],  başlıca  olaraq  ağalıq 
edənlə  və  başlıca  olaraq  itaətdə  bulunan  məxluq.  Birinci  öz  in- 
tellektual  xassələrinə  görə  uzağı  görməyə  qabildir,  buna  görə 
də  artıq  öz  başlıca xüsusiyyətinə  görə  ağalıq  edən  və  hökm  sü- 
rən  məxluqdur;  ikinci  isə  necə  ki,  öz fiziki  gücü  hesabına  yalnız 
aldığı  sərəncamları  yerinə yetirməyi  bacarır,  o  köləlikdə  bulunan 
və  alçalan  məxluqdur.  Buna  görə  də  ağa  və  qul  üçün  elə  eyni 
şeylər  sərfəlidir.  5.  Lakin  qadın  və  qul  öz  xüsusiyyətlərinə  görə 
iki  müxtəlif  məxluqlardır:  axı  təbiətin  yaradıcılıq  işi  dəmirçilərin 
düzəltdiyi  əhəmiyyətsiz  «delfi  bıçağına»2  hec  cürə  bənzəmir, 
əksinə,  təbiətdə  hər şeyin  öz təyinatı  var.  Belə  ki,  hər  hansı  bir 
alət  çox  deyil,  əgər  bir  işi  görmək  üçün  nəzərdə  tutularsa  işin 
öhdəsindən  daha  yaxşı  gələcək.  Barbarlarda  qadın  və  qul  eyni 
mövqedə  durur  və  bunu  onunla  izah  edirlər  ki,  onlarda  əzəldən 
hakimiyyətə  can  atmaq  meyli  yoxdur.  Onlarda  yalnız  bircə  növ 
münasibət  var-qul  və  kəniz  münasibəti.  Buna  görə  də  şair  deyir: 
«Yunanlann  barbarlar üzərində ağalığı  layiqlidir»;  barbar və qul öz 
başlıca  xüsüsiyyətlərinə  görə  oxşar  anlayışlardır.  6.  Beləliklə,
8
göstərilən  iki  növ  munasibətdən  birinci  növü  ailə  münasibətindən 
ibarətdir.  Gesiodun  şeri  düzgün  səslənir:  «Ailə  hər  şeydən  öncə 
həm  həyat  yoldaşı,  həm  yerşumlayan  öküzdür»  (kasıblarda  öküz 
qul  əvəzinə  işləyir).  Müvafiq  surətdə  təbii  yolla  gündəlik  tələbatı 
təmin  etməkdən  ötrü  meydana  çıxan  münasibət ailənin  özüdür ki, 
var,  bu  cur ailənin  üzvləri  haqqında  Harond  deyir ki,  onlar eyni  an- 
bardan  yeyir,  Epimenid  Kritli  işə  «onları  eyni  axurdan  yeyənlər» 
adlandırır.
7.  Bir  neçə  ailənin  arasında  yaranmış  və  yalnız  qısamüd- 
dətli  təminatların  ödənməsi  ilə  başa  çatmayan  münasibət- 
yaşayış  məntəqəsidir.  Yaşayış  məntəqəsinə  ailənin  koloniyası 
kimi  baxmaq  tamamilə  təbiidir,  bəziləri  eyni  yaşayış  məntəqə- 
sində  həyat  sürənləri  «süd  qardaşları»,  «oğuliarı»,  «nəvələri» 
deyə  adlandırırlar.  Yunan  dövlətləri  əvvəllər  ona  görə  çarlar 
tərəfindən  idarə  edilirdi  ki,  (hal-hazırkı  dövrdə  biz  bunu  qeyri- 
yunan  olan  tayfalarda  da  görürük)  bunları  çar  hakimiyyətini  qə- 
bul  edən  adamlar  yaratmışdı:  axı  hər  bir  ailədə  onun  böyüyü 
çar səlahiyyətinə  malikdir.  Həm  də  ailə  koloniyalarında-yaşayış 
məntəqələrində  qohumluq  əlaqələrinin  köməkliyilə  onların  üzv- 
ləri  arasında  eynən  həmin  qayda  mövcuddur.  Homer  «hər  kəs 
arvadlarını  və  uşaqlarını  idarə  edir»  deyəndə,  məhz  bunu  yada 
salırdı,  axı  onlar  ayrı-ayrı  yaşayış  məntəqələrində  yaşayıblar, 
necə  ki,  insanlar,  ümumiyyətlə,  lap  qədim  dövrlərdə  yaşayırdı- 
lar.  Habelə,  allahlar  haqqında  deyirlər,  onlar  çarların  hakimiy- 
yəti  altındadır,  çünki  insanlar-bir  qismi  elə  indi  də,  bir  qismi  isə 
lap  qədim  zamanlarda  çarlar tərəfindən  idarə olunurdu,  necə  ki, 
insanlar  allahların  xarici  görünüşlərini  özləninin  görünüşlərinə 
oxşadırlar,  eynən  onlar bu  təsəw ürü  allahların  həyat tərzinə  də 
intişar edirlər.
8.  Bir  neçə  yaşayış  məntəqəsindən  ibarət  cəmiyyət tama- 
milə  bərqərar olmuş  dövlətin  özüdür  ki  var,  bu  da,  demək  olar,
9


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə