A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə3/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   2   3   4   5   6   7   8   9   ...   104

bütövlükdə  müstəqilliyə  çatmış  və  həyati  təlabatlar  naminə 
meydana  çıxsa  da,  lakin  yaxşı  həyat  qazanmaq  naminə  möv- 
cüddür.  Buradan  belə  çıxır  ki,  hər  bir  dövlət  ilkin  münasibətlər 
kimi  zərurətin  təbii  məhsuludur:  bu,  onların  tamamlanması,  bu 
tamamlanmada  isə  mahiyyət  vardır.  Axı  biz  onu  hər  hansı  bir 
şeyin  mahiyyəti  adlandırırıq  ki,  -   məsələn  götürək  insanın,  atın, 
ailənin  mahiyyəti-onun  vəziyyəti  inkişafının  sonunda  məlum 
olsun.  Üstəlik,  son  məqsədə  yetişməkdən  ötrü  tamamlanma 
yüksək  səviyyədə  olmalıdır,  müstəqil  yaşamaqsa  həm  tamam- 
lanmış,  həm  də ən yüksək səviyyəli  mövcudluqdur.
9.  Bütün  deyilənlərdən  məlum  olur  ki,  dövlət  zatən  kim 
mövcuddursa,  ona  aiddir  və  insan  öz  mahiyyətinə  görə  siyasi 
varlıqdır,  kim  də təsadüfi  hallar nəticəsində  deyil,  öz  xüsusiyyə- 
tinə  görə  dövlətdən  kənarda  yaşayır-ya  mənəvi  cəhətdən 
inkişaf  etməmişdir,  ya  da  fövqəlbəşərdir:  onu  da  Homer  söyüb 
deyir  ki,  «Əsilsiz-nəsilsiz,  tayfasız,  qanunsuz,  yurdsuz-yuvasız- 
dır»;  bu  cür adam,  əslində,  yalnız  müharibə  arzu  edir;  onu  oyun 
taxtası  üzərində təcrid  edilmiş piyada  ilə  müqayisə  etmək olar.
10. Arılara  və sürüylə yaşayan  hər hansı  qəbildən  olan  hey- 
vanlara  nisbətən  insanın  daha  çox  cəmiyyətin  övladı  olması  aşa- 
ğıdakından aydındır: təbiət,  biztəsdiq etdiyimiz  kimi,  heç nəyi  na- 
haqdan  etmir;  həmçinin  bütün  canlı  məxluqlar  arasında  yalnız 
insan  nitq  qabiliyyətinə  malikdir.  Səs  kədər və  sevinci  ifadə  edir, 
bu  digər  canlı  məxluqlar  üçün  də  xarakterikdir  (belə  ki,  onların 
təbii  xüsusiyyətləri  o  dərəcəyə  qədər  inkişaf  etmişdir  ki,  sevinc 
və  kədəri  hiss edib,  bu  hisləri  bir-birinə ötürə  bilirlər).  Amma nitq, 
həmçinin  nəyin  xeyirli  və  nəyin  zərərli,  eynən  də  nəyin  haqiı  və 
nəyin  haqsız olduğunu  bildirməyə  də  qabildir.  11.  İnsanlara məx- 
sus  bu  xüsusiyyət  onları  digər  canlı  məxluqlardan  fərqləndirir: 
belə  ki,  yalnız  insan  xeyirxahlıq  və  yamanlıq,  haqlı  və  haqsız  və 
s.  anlayışları  dərk  etməyə  qabildir.  Bütün  bunlarınsa  məcmusu
10
ailənin  və  dövlətin  əsasını  təşkil  edir.  Mahiyyətinə  görə  dövlət 
ailə  və  hər  birimizlə  müqayisədə  öndə  durur,  çünki  tamın 
hissələrdən  qabaqda  olması  zəruridir.  Canlı  məxluqu  bütünlüklə 
məhv etsən,  onun  nə  ayağı,  nə  də əli  olacaq,  yalnız adı  qalacaq. 
Buna,  müvafiq  olaraq  biz «daş əl»  deyirik;  axı  bədəndən  ayrılmış 
əl  də,  məhz daş əl  kimi  olacaq.  Hər hansı  bir şey yerinə  yetirdiyi 
hərəkətlə  və  bu  hərəkəti  yerinə  yetirmək  imkanı  ilə  müəyyənləş- 
dirilir,  əgər  bu  xassələr  həmin  şeydə  itibsə,  onda  ondan  olduğu 
kimi  danışmaq  lazım  deyil:  bunu  yalnız  qeyd  etmək  qalır.
12.  Beləliklə,  göründüyü  kimi  dövlət,  zatən  mövcuddur  və  zatən 
hər insandan  öndədir;  nə qədər ki,  axırıncı təcrid edilmiş vəziyyə- 
tə  düşüb,  müstəqil  məxluq  deyil,  onun  dövlətə  münasibəti,  hər 
hansı  hissənin  özünün tamına  olan  münasibəti  kimidir.  Bir kəs ki, 
münasibət  yaratmağa  qadir  deyil,  yaxud  özünü  müstəqil  varlıq 
sayır,  heç nəyə ehtiyac duymur,  o,  artıq  dövlətin  bir hissəsini təş- 
kil  etməyib ya heyvana,  ya da bütə çevrilir.
Təbiət  bütün  insanlarda  dövlətlə  münasibətə  bir  meyl  ya- 
ratmışdır  və  ilk  dəfə  bu  munasibəti  təşkil  edən  adam  bəşəriy- 
yətə  həddindən  artıq  böyük  yaxşılıq  etmişdir.  Kamilliyə  yetişmiş 
insan  canlı  məxluqların  ən  mükəmməlidir  və  əksinə,  qanun- 
qaydadan  kənarda  yaşayan  insan  hamıdan  pisdir,  ona  görə  ki, 
haqsızlıq  hər  şeydən  ağırdır.  Təbiət  isə  insanın  əlinə  əqli  və 
mənəvi  güc kimi  silahlar veribdir ki,  bunlarla  da  əks  istiqamətdə 
işlər  görmək  mümkündür.  Buna  görə  də  yaxşı  cəhətlərdən 
məhrum  olan  insan  özünün  cinsi  və  zövq  aldığı  ehtiyaclarının 
ödənməsindən  ötrü  ən  şərəfsiz,  alçaq və vəhşi  məxluqa çevrilir. 
Ədalət  anlayışı  dövlət  anlayışı  ilə  bağlıdır,  belə  ki,  hüquq 
ədalətin  meyarı  kimi  siyasi  münasibəti tənzimləyən  normadır.
II.  1.  Dövlətin  hansı  hissələrdən  ibarət  olmasını  müəyyən- 
ləşdirmək  üçün,  biz  hər  şeydən  öncə  ailənin  təşkili  haqqında
11


danışmalıyıq,  zira  hər  bir  dövlət  ayrı-ayrı  ailələrdən  ibarətdir. 
Ailə  öz  növbəsində  o  hissələrdən  təşkil  edilmişdir  ki,  bunların 
məcmusu  onun  özünü  təşkil  edir.  Mükəmməl  ailədə  iki  hissə 
mövcuddur:  qullar  və  sərbəstlər.  Belə  ki,  hər  hansı  bir  şeyin 
təhlilinə  öncə  onu  təşkil  edən  ən  kiçik  hissəciklərdən  başlamaq 
lazımdır,  ailənin  isə  ən  ilk və  ən  kiçik  hissəcikləri  ağa  və  qul,  ər 
və  arvad,  ata  və  oğul  olduğundan  elə  bu  üçlükdən  başlayıb, 
onların  hər  birinin  özlüyündə  nə  kəsb  etdiyinə  və  onların  necə 
olmasına  nəzər salınmalıdır.
2. 
[Göstərilən  mövcud,  üç  cütün  münasibətini  xarakterizə 
etmək  olar]  belə  ki:  ağalıq,  kəbin  (ər və  arvadın  bir yerdə  həyat 
sürməsini  göstərmək  üçün  xüsusi  termin  yoxdur)  və  üçüncü 
atalıq  (həmçinin  bu  münasibət  də  xüsusi  terminlə  göstərilmir). 
Qoy onlar bilavasitə  biz sadalayan  kimi  üç olsun  (ailənin  bir his- 
səciyi  də  mövcuddur ki,  bir çoxlarının  fikrincə bu,  elə  onu,  digər- 
lərinin  təbirincə  isə  bu,  onun  əsas  hissəsini  təşkil  edir;  mən 
necə  deyərlər  yığıb,  dala  atmaq  bacarığını  nəzərdə  tuturam; 
bunun  nə olduğunu  biz sonra  araşdıracayıq).
Hər şeydən  öncə,  biz ağa  və  qul  üzərində  dayanaq  və  on- 
ların  qarşılıqlı  əlaqəsinə  təcrübi  əhəmiyyət  nöqteyi-nəzərindən 
diqqət yetirək.  Biz  bu  munasibəti  izah  etmək  üçün  mövcud  olan 
nəzəriyyələrə  nisbətən  daha  düzgün  nöqteyi-nəzər  üstündə 
dura  bilərikmi? 3.  İş  ondadır ki,  bir çoxlarının  fikrincə  ağanın  qul 
üzərində  səlahiyyəti  bir növ  elmdir,  biz artıq  yuxarıda  qeyd  etdi- 
yimiz  kimi  nəzərə  də  almaq  lazımdır ki,  həm  bu  səlahiyyət,  həm 
ailənin  təşkili,  həm  döviət,  həm  də  çar  hakimiyyəti  eyni-eyni 
şeylərdir.  Əksinə,  digərlərinin  fikrincə  ağanın  qul  üzərində  səla- 
hiyyəti  qeyri-normaldır;  yalnız  qanunla  biri  qul,  digəri  sərbəstdir, 
mahiyyətcə  isə  heç  bir  təfavüt  yoxdur.  Buna  görə  ağanın  qui 
üzərində səlahiyyəti  də,  zora əsaslandığı  üçün,  ədalətsizdir.
12
4.  Mülkiyyət  evin  bir  hissəsidir  və  əldə  edilmiş  şey  ailəni 
təşkil  etməyin  bir  hissəsidir:  ən  zəruri  tələbat  avadanlıqları  ol- 
madan  nəinki  yaxşı  yaşamaq,  ümumiyyətlə,  yaşamaq  mümkün 
deyil.  Bütün  sənət  sahələrində  qarşıya  qoyulmuş  müəyyən 
m əqsəd  üçün  müvafiq  alətlər  vardır,  əgər  işi  axıra  çatdırmaq 
lazımdırsa  və  bu  alətlərdən  bəzisi  canlı,  bəzisi  çansızdırsa  (mə- 
sələn,  başçı  üçün  sükan  cansız  alət,  sükançı  isə  canlıdır),  bu 
halda  incəsənətdə  sənətkar  alət  rolunu  oynayır.  Eləcə  də  ev 
sahibi  üçün  mülkiyyət  onun  yaşamasından  ötrü  özünəməxsus 
surətdə  bir  alətdir.  Mülkiyyəti  əldə  etmək  üçün  çoxlu  alət  tələb 
olunur,  belə  ki,  qul-bir  canlı  mülkiyyətdir,  necə  ki,  incəsənətdə, 
ümumiyyətlə,  hər  hansı  bir  sənətkar  bir  alət  kimi  digər  alətlər- 
dən  öndə  durur.  5.  Əgər  hər  hansı  bir  alət  ona  verilən  əmrlə, 
yaxud  özü  qabaqcadan  duymaqla  ona  məxsus  olan  işi  özü  ye- 
rinə  yetirə  bilsəydi,  özlərini  Dedalın  heykəlinə,  yaxud  Hefestin 
sacayaqlarına  oxşatsaydılar  -   necə  ki,  şair  onlar  haqqında 
deyib:  «öz  xoşları  ilə  (aytomatoys)  allahların  yığıncaqlarına 
gəldilər»;  əgər  toxucu  məkiklər  özləri  tikə,  mizrablar3  isə 
kifarada  özləri  ifa  edə  bilsəydi,  onda  memarlar  işçilərə,  ağalar 
isə  qullara  ehtiyac  duymazdılar.  Necə  ki,  alətlər  öz  təyinatları 
üzrə  məhsuldar  fəaliyyət  (poietika)  göstərir,  xüsusi  mülkiyyət 
də  aktiv  fəaliyyətin  (praktikon)  aləti  sayılır;  axı  toxuculuq 
məkiklərindən  istifadə  etməklə,  onun  tətbiqinə  aid  olmayan 
nəsə  başqa  şey  alırıq,  pal-paltar və yataq  isə  bizdən  ötrü  yalnız 
istifadə  əşyalarıdır.  6.  Məhsuldar  və  aktiv  fəaliyyətin  spesifik 
fərqi  ilə əlaqədar,  əlbəttə,  müvafiq  olaraq o  alətlər müxtəlifdir ki, 
bu  və  digər  ehtiyacların  ödənməsi  üçün  lazımlıdır.  Lakin  həyat- 
aktiv  fəaliyyətdir  (praxis),  məhsuldar  fəaliyyət  (poiesis)  deyil; 
demək,  qul  da  nəyin  xidmətində  bulunursa,  o  aktiv  fəaliyyət 
sahəsinə  aiddir.  «Xüsusi  mülkiyyət»i  «hissə»  sözünün  mənası 
kimi  başa  düşmək  lazımdır.  Hissə  isə  yalnız  nəyinsə  bir  şeyin
13


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə