A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə4/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   2   3   4   5   6   7   8   9   ...   104

hissəsi  deyii,  ümumiyyətlə,  heç nəyi  bunsuz təsəvvürə  gətirmək 
olmaz.  Bu,  butunlukdə  xususi  mülkiyyətə  də  aiddir.  Buna  görə 
də  ağa  yalnız  qulun  ağasıdır,  ancaq  ona  məxsus  deyil,  qul  isə 
yalnız ağanın  qulu  deyil,  həm  də  bütünlüklə ona  məxsusdur.
7.  Yuxarıda  deyilənlərdən  aydındır ki,  özünün  mahiyyətinə 
və  təyinatına  görə  qul  nədir:  kim,  əslində,  özü-özünə  deyil,  in- 
san  olmasına  baxmayaraq  başqasına  məxsusdur,  o,  zatən  qul- 
dur.  İnsan  isə  o  halda  başqasına  məxsus  olur  ki,  o,  insan  kimi 
qalsa  da  mülkiyyətə  çevrilir;  axırıncı  öz-öziüyündə  aktiv  və  ayrı- 
ca mövcud olan  alət kimi təmsil  olunur.
Bundan  sonra  baxmaq  lazımdır  görək  bu  cur  xarakterli 
adam  ola  bilər,  yoxsa  yox,  yəni  qul,  həm  də  kimə  isə  qul  olmaq 
yaxşıdırmı,  ədalətlidirmi,  yoxsa  yox,  amma  hər  hansı  bir  köləiik 
təbiətlə ziddiyyət təşkil edir.
8.  Bu  suallara  həm  nəzəri  mühakimələr,  həm  də faktiki  dəlil- 
lər əsasında cavab vermək çətin  deyil. Axı  ağalıq etmək və itaətdə 
bulunmaq  nəinki  vacibdir,  həm  də  faydalıdır  və  bir  çox  məxluqlar 
bilavasitə  anadan  olandan  itaətdə  bulunmaq  və  digərləri  ağalıq 
etməklə  bir-birindən  seçilirlər  [bununla  əlaqədar  onlardan  biri, 
necə  deyərlər,  əwəlcədən  təyin  edilir].  Ağalıq  etməyin  və  itaətdə 
bulunmağın  çox  müxtəlif növləri  var,  amma  mütilər nə  qədər yük- 
səkdə dayanırsa,  onların  üzərindəki  ağalıq  da  bir o qədər mükəm- 
məldir;  belə  ki,  məsələn:  insan  üzərindəki  ağalıq,  heyvan  üzə- 
rindəki  ağalığa  nisbətən  daha  mükəmməldir.  Axı  usta  nə  qədər 
yuxanda  dayanırsa,  onun  gördüyü  iş  daha  mükəmməl  olacaq; 
amma harda ki, bir tərəf ağalıq edir,  digərtərəf isə itaətdə bulunur, 
yalnız orada onlann hər hansı bir işindən söhbət gedə bilər.
9.  Necə  ki,  hər  şey  bir  neçə  hissədən  ibarətdir,  ayrılıqda, 
yaxud  fasiləsiz  biri  -   digərilə  bağlı  olub,  bir  tamı  əmələ  gətirir, 
bu,  özünü  ağalıq  etməyin  və  mütiliyin  kökundə  də  göstərir.  Bu, 
təbiətin  ümumi  qanunudur,  necə  ki,  canlı  varlıqlar  ona  tabedir.
14
Düzdür,  bəzi  cançız əşyalarda  da,  məsələn,  musiqili  harmoniya- 
da  ağalıq  etməyin  nə isə bir əsasını tapmaq olar;  lakin  bu məsələ 
xüsusi  tədqiqat  obyekti  ola  bilər.  10.  Canlı  məxluq  hər  şeydən 
öncə  ruhdan  və  bədəndən  ibarətdir;  əslində,  bunlardan  biri  əzəl- 
dən  ağalıq  edən,  digəri  əzəldən  itaətdə  bulunandır.  Əlbəttə,  əgər 
söhbət  şeyin  xassəsindən  gedirsə,  axırıncı  dəyişikliyə  məruz 
qalmış  vəziyyətdə  deyil,  gərək  təbii  halda  nəzərdən  keçirilsin. 
Buna  görə  elə adama  müraciət edib,  onu  nəzərdən  keçirmək  la- 
zımdır ki,  onun fıziki və  psixi  durumu ən yaxşı halda olsun;  bunun 
timsalında  bizim  müddəamız  aydınlaşacaq.  Sağlamlığı  pozul- 
muş,  yaxud  pozulmağa yaxın  adamlarda  onların  qeyri-sağlam  və 
təbiətlə  ziddiyyət  təşkil  edən  vəziyyətləri  çox  vaxt  elə  təsəvvür 
yaradır ki,  guya bədən ruh üzərində ağalıq edir.
11. 
Bizim  müddəamıza  müvafıq  olaraq  hər  bir  canlı  məx- 
luqda  hər şeydən  öncə  ağalıq  etmək və  siyasi  hakimiyyət meyli 
görmək  olar.  Ruh  bir  ağa  kimi  bədən  üzərində,  ağıl  isə  dövlət 
xadimi  kimi  meyllərimiz üzərində  hökm  sürür.  Burdan  aydın  olur 
ki,  bədən  üçün  ruhun  tabeçiliyində  olmaq  nə  qədər təbii  və fay- 
dalıdır,  amma  ruhun  həyəcanlanmağa  meylli  hissəsinin-  ağıl  və 
ruhun  mücərrəd  elementinin  tabeçiliyində  olması  düz,  yaxud 
əks  mənada  həmişə  ziyan  gətirir.  12.  Həmin  bu  müddəa  həm 
insana,  həm  də  digər  canlı  məxluqlara  münasibətdə  öz  gücün- 
də  qalır,  məsələn,  öz  xüsusiyyətlərinə  görə  ev  heyvanları  vəhşi 
heyvanlardan  yüksəkdə  durduğu  kimi  ev  heyvanları  üçün  də 
insanın  himayəsində  olmaq  məqsədəuyğundur:  bəli,  bu  onların 
xeyrinədir  (sölerias).  Eləcə  də  kişi  qadına  münasibətdə:  birinci 
öz  xüsusiyyətinə  görə  yüksəkdə,  ikinci  aşağıda  durur və  budur, 
birinci  ağalıq  edir,  ikinci  itaətdə  bulunur.  Bax  bu  nöqteyi-nəzər 
mütləq  gərək  bütün  bəşəriyyətə də  şamil  edilsin.
13. 
Digər  insanlardan  kəskin  surətdə  fərqlənən  bütün  bu 
insanlar,  necə  ki,  ruh  bədəndən,  insan  da  heyvandan  fərqlənir
15


(bu,  bütün  o  insanlarda  olur ki,  onların  fəaliyyəti  fiziki  gücün  tət- 
biqindən  ibarətdir,  bu 
isə  onlann
  bildikləri  ən  yaxşı  şeydir), 
zatən  quldur;  yuxarıda  göstərilən  məxluqlar kimi,  onlar üçün  ən 
yaxşı  qismət  belə  bir hökm  altında  olmaqdır.  Axı  qul,  əslində,  o 
kəsdir ki,  o başqasına  məxsus ola  bilər (buna  görə də o  başqa- 
sına  məxsusdur)  və  bunun  tərəfdarları  bu  dərəcədə  mühakimə 
yürüdürlər  ki,  o,  əmri  anlamağa  qadirdir,  amma  özü  dərrakəyə 
malik  deyil.  O  ki,  qaldı  digər  canlı  məxluqlara,  zatən  onlar ağlın 
sərəncamlarını  dərk  etməyə  qadir  deyillər,  amma  hisslərin  hə- 
rəkətlərinə tabe  olurlar.  14.  Bununla  belə ev heyvanlarının  gətir- 
dı'yi  mənfəət  qulların  gətirdiyi  mənfəətdən  çox az fərqlənir;  həm 
bunlar,  həm  də  onlar  öz  fiziki  qüvvələri  hesabına  bizim  ən  zə- 
ruri tələbatlarımızın  ödənilməsinə yardım  göstərirlər.
Təbiət  istəyir  ki,  azad  adamların  fiziki  göstəriciləri  qullann 
fiziki  göstəricilərindən fərqli olsun:  axırıncılar bədən  cəhətcə güclü
zəruri  işləri  görmək  üçün  yararlıdırlar;  azad  adamlar  isə  dik  gə- 
zirlər  və  bu  kimi  işləri  yerinə  yetirmək  üçün  iqtidarlı  deyillər,  lakin 
onlar siyasi həyata yararlıdırlar,  bu axırıncı isə onların fəaliyyətində 
hərbi  və  dinc  dövrlərə  bölünür.  Bununla  belə  tez-tez  əksinə  də 
olur:  bir  çoxları  yalnız  ona  xas  olan  azad  bədənə,  digərləri  isə- 
adamlara  malikdir.  15.  Hər  halda  aşağıdakılar  aydındır:  əğər 
insanlar  bir-biri  ilə  yalnız  fiziki  göstəricilərinə  görə  fərqlənsəydilər, 
özü  də o  dərəcədə  ki,  necə  ki,  allahların təsvirləri  bu  mənada  on- 
lardan fərqlənir,  onda hamı  bununla razılaşardı  ki, fıziki  göstəricilə- 
rinə görə  geridə  qalan  insanlar qul  olmağa  layiqdir.  Əgər bu  mud- 
dəa  insanların  fiziki  xüsusiyyətlərinə  görə  qanunauyğundursa, 
onda onlann  psixi xüsusiyyətlərinə görə  bu  həddi  müəyyən etmək 
daha  qanunauyğundur,  çünki  bədənin  gözəlliyini görməkdən fərqli 
olaraq  ruhun  gözəlliyini  görmək  elə  də  asan  deyil.  Hər  halda 
aydındır  ki,  bir  qism  insan,  zatən  azad,  digərləri  -   quldur  və  bu 
axınncılar üçün qul olmaq həm sərfəli,  həm də qanunauyğundur.
16
16.  Bunun  əksini  iddia  edənlərin  də  bir növ  düzgün  olduq- 
larını
  görmək 
çətin
  deyil. 
D o ğ ru
dan  da  «köləlik»  və  «qul»  ifadə- 
ləri  iki  mənada  işlədilir:  qul  və  köləlik  qanuna  görə  də  olur;  qa- 
nun  özunəməxsus  surətdə  bir  müqavilədir  ki,  bunun  gücü  ilə 
muharibədə əldə olunanlar bunlara sahib olanların  mülkiyyəti  say- 
ılır.  Çoxları  bu  qanunu  hərdənbir  natiqlərin  təklif  etdikləri  qanun- 
suzluqlara  aid  edirlər;  dəhşətli  olar  ki,  böyük  fiziki  gücə  malik 
adam  yalnız zorakılığa  qadir olduğuna  görə zorakılıq  yolu  ilə  əldə 
etdiklərinə  öz  qulu  və  köləsi  kimi  baxsın.  Bəziləri  bu,  digərləri  isə, 
bəzi müdriklər də daxil olmaqla,  başqa fikrin üstündə dururlar.
17.  Bu  fikir ayrılığının  səbəbi,  belə  ki,  hər iki  tərəf müdafiə 
etdiyi  müddəaya  öz  dəlillərini  göstərir,  ona  qulluq  edir  ki,  hətta 
yaxşı  adamlar  belə  əgər  ona  belə  bir  imkan  verilirsə  tamamilə 
məlum  dərəcədə zorakılığa  əl  ata  bilər;  sanki  hər cürə  üstünlük 
həmişə  özünü  hər hansı  bir rifahın yüksəlməsində  göstərir,  belə 
ki,  zorakılıq  da  məlum  dərəcəyə  qədər  yaxşı  insanlara  xasdır: 
bu  minvalla,  yalnız  ədalət  haqqında  mübahisə  etmək  qalır.  Bə- 
zilərinin  fikrincə  insanlara  qarşı  mərhəmətli,  lütfkar  olmaq  əda-
^   lətlə  bağlıdır,  digərlərinin  fikrincə  ədalət ondan  ibarətdir ki,  daha
<\^  güclü  adam  hökm  sürsün.  18.  Bu  müddəaları  ayrıca  bir-birinə 
qarşı  qoyanda  məlüm  olur ki,  bunlardan  heç  birinin  nə  mənası, 
nə  də  əsası  vardır,  guya  insaflılar  mənasında  yaxşılar  hökm 
sürməməli  və  hakimlik  etməməlidirlər.  Bəziləri fikirləşdikləri  kimi 
hansısa  bir  ədalət  prinsipinə  söykənərək  (axı  qanun  bir  növ 
ədalətin  özüdür),  hesab  edirlər  ki,  müharibə  nəticəsindəki  kölə- 
lik  ədalətlidir,  lakin  eyni  zamanda  bunu  inkar  da  edirlər.  Axı, 
doğrudan  da,  müharibə  prinsipinin  özunu  ədalətsiz  saymaq  la- 
zımdır  və  heç  cürə  təsdiqiəmək  olmaz  ki,  qul  olmağa  layiq  ol- 
mayan  adam,  bununla  belə  bu  vəziyyətə  düşsün.  Əks təqdirdə 
ən  nəcib  əslə malik adamlar yalnız ona  görə  qul və  qul  nəsli  ola 
bilərlər  ki,  əsir  düşdükdə  qul  kimi  satılacaqlar.  Buna  görə  də
A z a rb a y c a n   R e s p u b lik a s ı  P re zid e n tin in  
iş la r  İd a r a s i
PREZİDENT  KİTABXANASl
17


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə