A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə6/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   2   3   4   5   6   7   8   9   ...   104

və ya  digərini  birləşdirib yaxşı yaşayır və müstəqil  olmaqdan  ötrü 
bunlardan  birində olmayanı o birindən  əxz edir,  məsələn,  bəziləri 
köçəri  və talançılıq  həyat tərzlərini  birləşdirir,  digərləri  əkinçilik və 
ovçuluğu,  qalanları  da  eyni  şəkildə.  Ehtiyac insanları  nəyə təhrik 
edirsə,  onlar da o cür həyat tərzi keçirir.
6.  Görünür  ki,  təbiətin  özü  hamıya  meydana  çıxdıqdan 
dərhal  sonra  verdiyi  xüsusiyyəti,  tam  inkişafa  yetişməkdən  ötrü 
də  onlara  bəxş  edir.  Bəzi  heyvanlar  balaladıqdan  sonra  onlara 
o  vaxta  kimi  lazımi  qədər yemək  gətirir ki,  daha  onlar özləri  öz- 
lərinə  yemək  əldə  edə  biləcək  vəziyyətdə  olsunlar,  məsələn, 
sürfə  çıxaran  və yumurta  qoyan  heyvanlar belələrindəndir.  Am- 
ma  diri  bala  doğan  bütün  heyvanların  özlərində  doğduqlarını 
qidalandırmaqdan  ötrü,  məhz süd adlandırılan  maddə olur.
7.  Eyni  qayda  ilə  aydındır  ki,  və  müşahidələrdən  də  belə 
nəticəyə  gəlmək  mümkündür  ki,  bitkilər  canlı  məxluqlara  görə 
mövcuddur,  heyvanlar  isə-insanlara  görə;  ev  heyvanları  necə 
ki,  evin  adi  həyat  tələbatlarını  ödəməkdən  ötrü  xidmət  edir, 
eləcə  də  yeməkdən  ötrudur,  vəhşi  heyvanlardansa  hamısı  ol- 
masa  da,  böyük  əksəriyyəti  -   yemək  üçün,  onlardan  geyim  al- 
maq  üçün  və  digər  zəruri  tələbatların  ödənilməsi  üçündür. 
Əgər,  təbiət  heç  nəyi  yarımçıq  və  nahaqdan  yaratmır  kəlamı 
doğrudursa,  onda  təsdiq  etmək  lazım  gəlir  ki,  bütün  yuxarıda 
göstərilənlər insanlar üçündür.
8.  Buna  görə  həm  də  hərb  sənətinə  mülkiyyət əldə  etmək 
üçün  məlum  dərəcəyə  qədər təbii  vasitə  kimi  baxmaq  olar,  axı 
ovçuluq  sənəti  hərb  sənətinin  bir hissəsidir:  necə  ki,  vəhşi  hey- 
vanların,  eləcə  də  yaranışından  itaətdə  bulunmaq  alnına  yazıl- 
mış  itaət etmək  istəməyənlərin  ovuna  çıxılır;  bu  cür müharibə öz 
mahiyyətinə görə ədalətlidir.
Beləliklə,  qazanmaq  bacarığının  bir  tərzi  də  öz  mahiyyə- 
tinə  görə təsərrüfat  haqqında  olan  elmin  bir hissəsidir və  biz  ya
22
gərək  qəbul  edək  ki,  bu  öz-özünə  mövcuddur,  ya  da  bunun 
mövcudluğunu  vəsait toplayanlar təmin  edir  ki,  bu  da  həyat  üçün 
zəruri,  həm  də  dövlət və  ailə  münasibətləri  üçün  xeyirlidir.  9.  Əsil 
zənginlik,  görünür  ki,  bu  vasitələrin  məcmusundan  ibarətdir.  Axı 
mülkiyyətə  sahiblik  dərəcəsi,  hansı  ki,  kifayət  qədər  yaxşı  yaşa- 
maqdan  ötrüdür,  hədsiz  deyil;  necə  ki,  Solon  özünün  bir  şerində 
deyib:  «insanlar üçün zənginliyin  heç bir həddi göstərilməyib».  Bu 
hədd  vardır,  necə  ki,  yerdə  qalan  bacarıqlarda  mövcuddur:  bütün 
bacarıqlarda  bütün  vasitələr özünün  sayı  və  həcminə  görə  hədsiz 
deyil;  zənginlik  isə  özundə  iqtisadi  və  siyasi  vasitələrin  məcmu- 
sunu  ifadə  edir.  Beləliklə,  deyilənlərdən  aydın  olur  ki,  qazanmaq 
bacarığı  öz  mahiyyətinə  görə  hansı  baxımdan  və  hansı  səbəbdən 
təsərrüfat başçısının və dövlət xadiminin fəaliyyətinə aiddir.
10.  Qazanmaq  bacarığının  bir növü  də  vardır  ki,  bunu  sa- 
dəcə  olaraq  və  çox  qanunauyğun  halda  var-dövlət  toplamaq 
bacarığı  adlandırırlar,  həm  də  bu  bacarıqla,  guya  zənginlik  və 
qazancın  heç bir həddi yoxdur təsəvvürü  bağlıdır.  Çoxları  hesab 
edir ki,  bu  bacarıq  qazanmaq  bacarığı  ilə  yaxın  qonşuluğa  görə 
axırıncı  ilə  eynilik  təşkil  edir;  əslində,  bu,  adı  çəkilənlə  eyni 
deyil,  lakin  ondan  uzaqda  da  deyil,  onlardan  biri  öz mahiyyətinə 
görə,  digəri-mahiyyətinə  görə  yox,  daha  çox  məlum  təcrübəyə 
və texniki  uyğunlaşmaya  görə  mövcuddur.
11.  Bu  bacarığı  təhlil  edərkən  aşağıdakı  müddəaya  əsas- 
lanaçayıq.  Sahiblik  edilən  hər  bir  şeydən  iki  cür  istifadə  etmək 
olur;  hər  iki  halda  bundan  eyni  cur deyil,  elə  beləcə  də  istifadə 
edilir;  bir  halda  şeydən  onun  öz  təyinatına  görə  istifadə  edirlər, 
digərində-təyinatına  görə  yox;  məsələn,  ayaqqabıdan  həm  ona 
görə  istifadə edirlər ki,  onu  ayağa  geyinsinlər,  həm  də  ona  görə 
ki,  onu  nə  iləsə  başqa  şeylə  dəyişsinlər.  Həm  bu,  həm  də  digər 
halda  ayaqqabı  faydalanma  obyektidir:  axı  ayaqqabını  ehtiyac 
ucundan  pula,  yaxud  ərzaq  məhsullarına  dəyişən  şəxs  də,
23


ayaqqabıdan  ayaqqabı  kimi  istifadə  edir,  amma  təyinatına  görə 
yox,  belə ki,  bu  ondan  ötrü  deyil  ki,  dəyişdirilsin.  Sahiblik edilən 
digər  şeylərdə  də  iş  bu  cürədir-onların  hamısı  mübadilə  əşyası 
ola  bilər.  Mübadilə  ticarətinin  ilkin  inkişafı  təbii  səbəblərlə  şərt- 
lənmişdi,  belə  ki,  insanlar  həyat  üçün  zəruri  olan  əşyaların 
birinə  çox,  digərinə-az  miqdarda  yiyələnmişdilər.  12.  Buradan 
həmçinin  aydın  olur  ki,  mahiyyətinə  görə  kiçik  ticarətin  var- 
dövlət  toplamaq  bacarığına  heç  bir  aidiyyatı  yoxdur,  ona  görə 
ki,  ilk  əvvəllər  mübadilə  yalnız  ən  zəruri  tələbat  əşyaları  ilə 
məhdudlaşırdı.  İlk  icmada,  yəni  ailədə,  şübhəsiz,  mübadilə 
üçün  heç  bir  ehtiyac  olmayıb,  onda  ki,  münasibətlər  artıq  daha 
çox  miqdarda  üzvləri  əhatə  etməyə  başladı,  bu  labüd  oldu. 
Doğrudan  da  ilkin  ailədə  hər  şey  ümumi  idi;  bölündükdə  nə  ki, 
başqalarına  məxsusdur,  əsasən,  buna  ehtiyac  yaranmağa 
başladı  və qarşılıqlı  mübadiləyə əl atmaq  qaçılmaz oldu.  Bu  mü- 
badilə  üsulu  hələ  bu  günün  özündə  də  barbar  xalqlarının  ço- 
xunda  tətbiq  edilir.  Onlar  bir-birinin  arasında  yalnız  zəruri  əşya- 
ları  dəyiş-düyüş  edirlər,  başqa  heç  nə;  məsələn,  onlar  şərabı 
çörəyə  dəyişdirirlər  və  əksinə  və  i.a.  13.  Bu  cür  ticarət  müba- 
diləsi  həm  təbiətə  zidd  deyil,  həm  də  qətiyyən  cürbəcür  var- 
dövlət  toplamaq  bacarığına  aid  deyil,  zira  onun  rolu-müstəqil 
yaşamaq  üçün  təbiətlə  əlbirlikdən  nə  çatmırsa,  onun  yerini  dol- 
durmaqdır.  Amma  buna  baxmayaraq  göstərilən  mübadilə  tica- 
rətindən  tamamilə  məntiqi  olaraq  var-dövlət  toplamaq  bacarığı 
inkişaf etmişdir.  Haçan  ki,  çatışmayan  şeyləri  gətirmək  və  artıq 
şeyləri  kənara  çıxarmaq  üçün  özgənin  köməyinə  daha  çox  ehti- 
yac  yarandı,  istər-istəməz  sikkəyə  tələbat  hiss  edildi,  belə  ki, 
zəruri  olan  hər əşyanı  gətirmək  heç də asan  deyildi.  14.  Bunun- 
la  əlaqədar  olaraq  qərara  alındı  ki,  qarşılıqlı  mübadilə  zamanı 
alıb-vermək  üçün  elə  şey  lazımdır  ki,  bu  özü-özlüyündə  qiymət 
kəsb  etsin,  bununla  bərabər  həm  də  gündəlik  həyat  üçün  mü-
24
nasib  olsun,  məsələn,  dəmir,  gümüş,  yaxud  başqa  şey;  əvvəlcə 
sadə  ölçü  və  çəki  ilə  bu  cur  əşyaların  qiymətini  təyin  edirdilər, 
amma  axırda  bunları  ölçməkdən  azad  olmaq  üçün  qiymət 
göstəricisi  olan  sikkələr  nişanladılar.  15.  Mübadilə  etmək  üçün 
bir  zərurət  kimi  pul  meydana  çıxdıqdan  sonra  var-dövlət  topla- 
maq  bacarığının  digər  növü,  məhz  ticarət  peyda  oldu.  İlk  əvvəl 
bu  iş  ola  bilsin  çox  zəif aparılırdı,  amma  sonradan,  təcrübə  art- 
dıqca,  mənbələr  və  üsullar  mənasında  təkmilləşməyə  başladı 
ki,  hansı  ticarət  dövriyyəsi  daha  çox  gəlir gətirə  bilər.  Bax  buna 
görə  də  belə  bir  təsəvvür  yarandı  ki,  guya  var-dövlət  toplama- 
ğın  məqsədi  əsas  etibarı  ilə  puldur  və  onun  əsas  vəzifəsi  o 
mənbəyi  araşdırmaqdan  ibarətdir  ki,  ondan  daha  çox  miqdar 
əldə  etmək  mümkün  olsun,  axı  buna  zənginlik  və  pul  ələ  gətir- 
mək  bacarığı  kimi  baxılır.  16.  Zənginliyi  isə tez-tez,  məhz  pulun 
həddindən  artıq  çox  olması  kimi  başa  düşürlər,  həmin  səbəb- 
dən  guya  ki,  var-dövlət  toplamaq  bacarığı  və  ticarət  bu  məq- 
sədə  doğru  istiqamətlənmişdir.  Bəzən,  pul  insanlara,  həmçinin 
boş  və  tamamilə  şərti  şey,  əslindəsə  heç  bir  şey  kimi  görünür, 
belə  ki,  kim  puldan  istifadə  edirsə,  onunçün  qiymətlidir,  buna 
münasibəti  dəyişərkən  pul  da  tamamilə  dəyərini  itirəcək,  gün- 
dəlik  həyat  üçün  heç  bir  əhəmiyyət  kəsb  etməyəcək,  belədə 
hətta  çoxlu  pula  sahib  olan  adam  özünə  lazım  olan  qidanı  tez- 
tez  əldə  etmək  iqtidarında  olmayacaq;  bu  cür  var-dövlətin  doğ- 
rudan-doğruya  heç  bir xeyri  olmaya  bilər  və  buna  həddən  artıq 
malik olan  adam  əfsanəvi  Midas  kimi  acından  ölə  bilər,  necə  ki, 
tamahkar  olduğuna  görə  öz  arzusu  ilə  ona  təklif  edilən  bütün 
təamlar qızıla çevrilmişdi.
17. 
Bütün yuxarıda  göstərilənlərə görə o adam  düzgün araş- 
dırma  yolu  tutur  ki,  o,  zənginlik  və  var-dövlət toplamaq  bacarığını 
bir-birindən  fərqli  olan  şeylər  kimi  şərtləndirə  bilir.  Doğrudan  da, 
var-dövlət  toplamaq  bacarığı  və  zatən  buna  müvafiq  olan  zən-
25


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə