A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə7/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   2   3   4   5   6   7   8   9   10   ...   104

ginlik  ayrı-ayrı  şeylərdir;  var-dövlət  topfamaq  bacarığı  təsərrüfat 
sahəsinə  aiddir,  lakin  ticarət  fəaliyyəti  mülkiyyəti  hər  yolla  deyil, 
yalnız  mübadilə  yolu  ilə  meydana  çıxarır.  Aydındır  ki,  ticarətin  işi 
əsas  etibari  ilə  pul  nişanları  ilədir,  bu  da  lazımi  şey  kimi  işlədilir, 
həm  də  hər  hansı  bir  mübadilənin  məqsədidir.  Həmin  var-dövlət 
toplamaq  bacarığına  uyğunlaşmaq  nəticəsində  yaranmış  zənginli- 
yinsə  heç  bir  həddi  yoxdur.  İnsanın  sağlamlığını  mütləqləşdirmək 
üçün  tibbin  məqsədi  hədsiz  olduğu  kimi,  eləcə  də  hər  bir bacarıq 
öz  məqsədinə  müvəffəq  olmaq  üçün  hədsizdir və  buna  onlar  hər 
şeydən  çox  cəhd  göstərirlər,  lakin  bu  vasitələr,  hansılar  ki,  ba- 
canğı  müvəffəqiyyətlə  onu  məqsədinə  doğru  aparır,  məhduddur, 
çünki  bu  halda  məqsədin  özü  hər  bir  bacanq  üçün  son  həddir. 
Bunun  kimi  var-dövlət  toplamaq  bacarığında  da  heç  vaxt  məq- 
sədə  yetməkdən  ötrü  hədd  olmur,  burdakı  məqsəd  isə  zənginlik 
və  pul  əldə  etməkdən  ibarətdir.  18.  Əksinə,  var-dövlət  toplamaq 
bacarığında  deyil,  təsərrüfat  sahəsində  hədd  vardır,  belə  ki, 
təsərrüfat  pul  toplamaq  üçün  deyil.  Bununla  bərabər  aydındır  ki, 
hər bir zənginliyin  gərək  öz  həddi  olsun,  lakin,  əslində,  biz  bunun 
əksinin  baş  verdiyini  görürük:  bütün  pul  dövriyyəsi  ilə  məşğul 
olanlar  pulun  miqdarını  hədsiz  dərəcəyə  qədər  artırmağa  can 
atırlar.  Buna  səbəb  hər  iki  sahənin  sıx  yaxınlığıdır:  həm  bu,  həm 
də  digəri  öz  məqsədinə  nail  olmaq  üçün  eyni  vasitələrin  tətbiqi 
zamanı  bir-biri  ilə toqquşur.  Həm  bu,  həm  də digər sahədə  bir bə- 
rabərdə  olmasa  da  eyni  mülkiyyətdən  istifadə  olunur:  bir  halda 
məqsəd-nəsə  başqadır,  digərində-məhz  onun  özünü  artırmaqdır. 
Buna  görə  də  bəziləri  bunu  təsərrüfat  sahəsinin  son  məqsədi 
hesab  edir  və  bunda  israr  edirlər  ki,  əldə  olunan  pul  vəsaitini  ya 
saxlamaq,  ya da bunu hətta  hədsiz dərəcəyə qədər artırmaq  üçün 
səy göstərmək lazımdır.
19. 
Bunun  əsasında  yaxşı  həyata  deyil,  ümumiyyətlə,  hə- 
yata  can  atmaq  durur;  bu  yanğı  hədsiz  olduğundan  həmin  yan-
26
ğını  söndürməyə  səbəb  olan  vəsaitlərə  can  atmaq  həvəsi  də 
hədsizdir.  Hətta,  yaxşı  həyata  can  atan  insanlar da onu  axtarır- 
lar  ki,  bu  onlara  cismani  zövq  bəxş  edir  və  necə  ki,  onların 
təsəvvürünə  görə  bunu  həyata  keçirmək  üçün  vəsaiti  mülkiyyət 
verir,  onda  bu  cür  insanların  bütün  fəaliyyəti  yığmağa  yönəlir. 
İkinci  tərz  var-dövlət  toplamaq  bacarığı  bax  bu  yolla  öz  inki- 
şafına  çatmışdır.  Cismani  zövq  bolluqdan  yarandığı  üçün  həmin 
insanlar da onlara  həddindən  artıq zövq  gətirə  biləcək vəsaitləri 
axtarırlar.  Əgər  insanlar  var-dövlət  toplamaq  bacarığının  kö- 
məkliyi  ilə  öz  məqsədlərinə  yetə  bilmirlərsə,  onda  onlar  buna 
başqa  yollarla  cəhd  göstərirlər  və  bundan  ötrü  hətta  təbiətin 
ziddinə  olsa  da  belə  bütün  imkanlarını  işə  salırlar.  20.  Belə  ki, 
məsələn,  igidlik pul  yığmaqdan  deyil,  şücaətdən  ibarətdir,  eləcə 
də  hərb  və  həkimlik  sənətləri  pul  yığmağı  deyil,  birinci-qələbə 
qazanmağı,  ikinci-sağlamlıq  gətirməyi  nəzərdə  tutur.  Lakin  bu 
insanlar  özlərinin  bütün  qabiliyyətlərini  pul  yığmağa  yönəldirlər, 
guya  bu,  məqsəddir,  məqsədə  yetmək  üçün  isə  hər  şeyə  get-
mək lazım  gəlir.
Mən  zəruri  olan  var-dövlət  toplamaq  bacarığı  haqqında 
bunları  deməyi  lazım  bildim;  mən,  zatən  onu  təsvir  etdim  və  o 
səbəbləri  göstərdim  ki,  bunlara  görə  ona  tərəf can  atırıq.  Zəruri 
olan  var-dövlət  toplamaq  bacarığına  gəldikdə  mən  onun  qeyri- 
zəruri  bacarıqdan  fərqini  göstərdim:  zəruri  bacarıq  təsərrüfat 
sahəsinə  aiddir,  o,  təbiətlə  əlaqədardır,  yaşamaq  üçün  vəsait- 
lərin  əldə  olunmasına  doğru  istiqamətləndirilmişdir  və  qeyri- 
zəruri  bacarıq  kimi  hədsiz deyil,  çünki  özünün  hüdudları  vardır.
21. 
İndi  əvvəldə  qoyulan  suala  cavab  da  aydındır:  var- 
dövlət toplamaq  bacarığı  təsərrüfat  başçısının  və  dövlət  xadimi- 
nin  fəaliyyət  sahəsinə  aiddir,  yoxsa  daha  yox?  Doğrudur,  zənn 
etmək  olar  ki,  bu  bacarıq  artıq  mövcud  həqiqətdir.  Axı  siyasət 
də  insanları  yaratmır,  lakin  onları  təbiət  necə  yaratmışsa  elə  də
27


qəbul  edir.  Eləcə  təbiət  də -  torpaq,  dəniz  və  s.  -   insanı  gərək 
zəruri  qida  ilə təmin  etsin;  təsərrüfat  başçısının  vəzifəsi  isə  bun- 
dan  ibarətdir  ki,  bu  mənbələrdən  nə  əldə  edilirsə,  onlara  mü- 
vafiq  təyinat  versin.  Beləcə,  toxuculuq  sənətinin  işi  yun  istehsal 
etmək  deyil,  yalnız  hansı  yunun  keyfiyyətli  və  yararlı,  hansının 
keyfiyyətsiz və yararsız olduğunu  müəyyənləşdirməkdir.
22.  Yenə  də  bir  sual  qoymaq  mümkündür:  nə  üçün  var- 
dövlət  toplamaq  bacarığı  təsərrüfat  sahəsinə  aiddir,  tibb  isə 
yox?  Axı  sağlamlıq  da  qida  və  buna  müvafiq  həyati  tələbatlar 
kimi  ailə üzvləri  üçün  zəruridir.  Bir tərəfdən  təsərrüfat  başçısı və 
hökmdar öz tabeçiliklərində  olanların  sağlamlığına qayğı  göstər- 
məlidir,  digər tərəfdən  isə  bu  iş  onları  deyil,  həkimi  qayğılandır- 
malıdır;  eləcə  də  pula  münasibətdə:  bir tərəfdən  pul  vəsaitlərini 
təşkil  etmək  təsərrüfat  başçısının  ixtiyarındadır,  digər  tərəfdən- 
yox,  lakin  yardımçı  təsərrüfat  fəaliyyəti  dairəsinə  daxil  olur;  çox 
vaxt  isə  bu,  əvvəldə  qeyd  edildiyi  kimi,  gərək  əslində,  belə  də 
olsun.  Axı  təbiət yaratdığı  məxluqun  qida  əldə  etməsinin  qayğı- 
sını  çəkir.  Hər bir belə  məxluq  öz qidasını  sanki  irsən  o  məxluq- 
dan  alır  ki,  hansı  ki,  onu  həyata  o  gətirmişdir.  Buna  görə  də 
hamı  üçün  təbiətlə  uyğunluq  təşkil  edən  yığmaq  bacarığı  bar- 
bəhərdən  və  heyvanlardan faydalanmaqdan  ibarətdir.
23.  Bu  bacarıq,  biz dediyimiz kimi,  iki  cür olur:  bir tərəfdən 
o,  ticarət  sahəsinə  aiddir,  digər  tərəfdən  təsərrüfat  sahəsinə, 
həm  də  nəzərə  almaq  lazımdır  ki,  axırıncı  zərurətdən  irəli  gəlir 
və  tərifə  layiqdir,  mübadilə  fəaliyyəti  isə  qeyri-təbii  səbəblərlə 
şərtləndiyindən  haqqına  pislənir,  halbuki,  [insanlar  arasındakı] 
qarşılıqlı  mübadilə  [zərurət  əsasında  meydana  çıxmışdır].  Buna 
görə  də  sələmçiiik  əsaslı  surətdə  nifrət  doğurur,  belə  ki,  bu, 
pulu  mülkiyyətə  çevirir,  bununla  da  özünün  o  rolunu  itirir  ki, 
hansı  ki,  onlar  bundan  ötrü  təşkil  edilmişdi:  axı  onlar  mübadilə 
ticarətindən  ötrü  meydana  gəlmişdi,  faizlərin  alınması  isə  bila-
28
vasitə  pul  artımına  gətirib  çıxarır.  Buradan  da  o,  öz  adını 
almışdır4;  necə  ki,  uşaqlar öz valideynlərinə  öxşamaq  istəyirlər, 
eləcə  də  faizlər  puldan  əmələ  gəlmiş  puldur.  Bu  cür  yığım  çox 
vaxt təbiətin ziddinə olur.
IV. 
1.  Var-dövlət  toplamaq  bacarığı  nəzəriyyəsini  kifayət 
qədərtəhlil etdikdən  sonra,  biz gərək məsələnin  təcrübi tərəfınə 
keçək.  Nəzəriyyədə  bütün  bu  cür  şeylər  geniş  meydan  açır, 
halbuki təcrübə  hər bir halda  müəyyən  şəraitlə  bağlıdır.  Var-döv- 
lət  toplamaq  bacarığının  təcrübi  tərəfı  işdə  sahiblik  edilən  şeylə- 
rin  əldə  olunması  təcrübəsinin  mənimsənilməsindən  ibarətdir: 
onlardan  hansılar  daha  xeyirlidir,  onları  harda  və  necə  əldə  et- 
mək olar;  məsələn,  at,  inək,  qoyun,  eləcə  də  digər ev  heyvanla- 
rını  alarkən,  onu  bilmək  lazımdır ki,  bu  heyvanlardan  hansı  daha 
çox  xeyir  gətirir,  onların  hansıları  hansı  tərəflərdə  olur,  çünki  ev 
heyvanlarından  bəziləri  bir yerdə  daha  çox  artırlar,  digərləri-baş- 
qa  yerdə;  buna  görə  əkinçilik  haqqında,  bundan  başqa,  sadəcə 
olaraq  meyvəçilik,  həmçinin  arıçılıq  və  mənfəət  əldə  etmək 
mümkün  oian  digər üzən  və  uçan  heyvanlar haqqında  məlumatlı 
olmaq  lazımdır.
2. 
Sozün  əsil  mənasında  var-dövlət  toplamaq  bacarığının 
əsas  mühüm  sahələri  bax  bunlardır.  Mübadilə  fəailiyyətinin  ən 
mühüm  sahəsi  isə ticarətdir.  Bu  da  üç hissədən  ibarətdir:  dəniz 
ticarəti,  tranzit  ticarət  və  pərakəndə  ticarət.  Bunlar  bir-birindən 
onunla  fərqlənir  ki,  bəziləri  daha  az  risklə  bağlıdır,  digərləri  isə 
daha  çox  qazanc  gətirir.  Mübadilə  fəaliyyətinin  ikinci  sahəsi 
pulu  artıma  verməkdən  ibarətdir;  üçüncü  -   öz  əməyini  pula 
satır;  bu  axırıncı  öz  tətbiqini  qismən  peşələrdə,  qismən  də  o 
insanlarda  tapır  ki,  onlar  peşə  qazanmaqda  iqtidarlı  deyillər  və 
özlərini  yalnız  fıziki  əməyin  hesabına  dolandırırlar.  Nəhayət, 
var-dövlət  toplamaq  bacarığının  üçüncü  sahəsi  bu  sahə  ilə
29


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə