A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə8/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   4   5   6   7   8   9   10   11   ...   104

birinci  arasında  orta  mövqe  tutur,  zira  bu,  o  fəaliyyət  sahəsinə 
aiddir  ki,  burada  məqsəd  təbiətlə  münasib  halda  var-dövlət 
yığmaqdan  ibarətdir,  [bu,  o  fəaliyyət  sahəsidir  ki,  burada,  var- 
dövlət  toplamaq]  mübadilə  yolu  ilədir;  bu  üçüncü  sahə  özündə 
torpağa  aid  olmaq  etibarı  ilə,  həm  yerin  üstündə  yetişən,  həm 
də  sözün  əsil  mənasında  bar-bəhər verməyən  bütün  şeyləri ta- 
mamlayır,  bununla  belə  xeyir gətirir,  necə  ki,  məsələn,  meşələri 
yarmaq  və  mədən  işlərinin  bütün  sahələri;  axırıncının  öz  növbə- 
sində  bir çox sahəsi var,  çünki  yerdən  çıxarılan  mədən  suxurları 
olduqca  müxtəlifdir.
3.  Var-dövlət  toplamaq  bacarığına  aid  olan  sahələrin  hər 
birinin  ümumi  əlamətləri  haqqında  bu  qədər  danışmaq  kifayət 
edər.  Əlbəttə,  burada 
əsaslı  su rə td ə   təfsilatı
  araşdırmaq  təcrübi 
nöqteyi-nəzərdən  daha  yaxşı  olsa  da,  lakin  bunların  üstündə 
dayanmaq  yersiz  olardı.  Sadalanan  bütün  fəaliyyət  sahələrin- 
dən  ən  yaxşısı  odur  ki,  orada  təsadüflər  az  əhəmiyyət  daşıyır, 
ən  pisi-odur ki,  orada  bədən  zədələnir,  ən  mütisi-odur ki,  orada 
həddindən  artıq  fiziki  qüvvə  tələb  olunur,  ən  qeyri-nəcibi  isə- 
daha az xeyirxahlıq tələb olunanıdır.
4.  Göstərilən  şeylərin  özlərinə  dair  ədəbiyyatları  var,  mə- 
sələn,  Haret  Parosskinin  və  Apollodor  Lemnosskinin  5  həm  adi, 
həm  də  meyvəçiliyi  əhatə  edən  əkinçilik  haqqında  əsərləri,  eynən 
başqa  yazarların  da  bu  cür  şeylərə  dair  əsərləri  var.  Bunlarla 
maraqlananlar  göstərilən  əsərlərdən  kifayət  qədər  məlumat  ala 
bilərlər.  Üstəlik,  o  hekayətləri  də  cəmləşdirmək  faydalı  olardı  ki, 
onlarda 
bəzi  insanlara  necə  var-dövlət  toplamaq  qismət 
olmasından  danışılır.  Bütün  bunlar o  adamların  xeyrinə  olacaq  ki, 
onlar var-dövlət  toplamaq  bacarığına  yaxşı  münasibət  göstərirlər. 
Miletli  Fales  haqqında  hekayət  də  bu  cür  hekayətlər  sırasına 
daxildir.  5.  Bu,  gələcəyi  görüb,  var-dövlət  toplayan  bir  adam 
haqqındadır,  bunusa  Falesin  müdrikliyini  nəzərə  alaraq  onun
30
adına  çıxırlar,  lakin  buna  ümumi  nöqteyi-nəzərdən  də  baxmaq 
olar.  Haçan  ki,  onu  kasıbçılıq  üstündə  məzəmmətləyib  iddia 
edirdilər ki,  guya  fəlsəfə  ilə  məşğulluq  heç bir fayda  gətirmir,  nəql 
edirlər  ki,  onda  o,  astronomik  məlumatlar  əsasında  qabaqcadan 
zeytunun  bol  məhsul  verəcəyini  görərək  hələ  qış  qurtarmamış 
özündə  olan  kiçik  məbləğ  pulu  Milet və  Xiosdakı  yağ  zavodlarına 
börca  verib,  onlarla  ucuz  müqavilə  bağlamışdı  ki,  onunla  heç  kim 
rəqabətə girməsin.  Elə  ki,  zeytun  yığımı  vaxtı  çatdı,  əlüstü  hamıya 
eyni  vaxtda  yağ  zavodları  lazım  oldu,  o  da  özünə  sərfəli  olan 
şərtlərlə  yağ zavodlarını  iltizama  6verib  çoxlu  pul  yığdı,  sübut  etdi 
ki,  filosof  istədiyi  halda  asanlıqla  varlana  bilər,  lakin  bu,  onlarıın 
can  atdığı  şey  deyil.  6.  Deyirlər  ki,  Fales  beləcə  öz  müdrikliyini 
sübut  etdi.  Ancaq,  ümumiyyətlə,  biz  dediyimiz  kimi,  var-dövlət 
toplamaq  işində  kiminsə  hansı  bir  monopoliyanı  əlinə  keçirməsi 
faydalıdır.  Buna görə də bir çox dövlətlər çətin  maliyyə vəziyyətinə 
düşərkən  gəlir əldə etmək üçün  bu  yola əl  atırlar -  onlar bu  və ya 
digər  mallar  üzərində  inhisar  yaradırlar.  7.  Belə  ki,  Siciliyada  bir 
nəfər  dəmirçi  emalatxanalarından,  ona  faizlə  verilən  pula,  bütün 
dəmirləri  alır,  sonra qalvaneydən tacirlər gələn  zaman  bir inhisarçı 
kim/ 
onu n   adi
  q
iym ətindən  bir  balaca  yuxarı
  dəmirləri  satmağa 
başlayır.  Beləliklə  də  o,  əlli  talantdan  yüz  qazanır.  8.  Bundan 
xəbər tutan  Dionisi7  əmr çıxarır,  bununla  da  həmin  adama  pulları 
özü  ilə  aparmaq  icazəsi  verilir,  lakin  onun  özü  Sirakuzanı  tərk 
etməli  idi,  çünki  o,  elə  gəlir  mənbəyi  tapmışdı  ki,  bu,  Dionisinin 
maraqlanna  ziyan  vururdu.  Falesin  və  siciliyalının  tapıntısı  eynilik 
təşkil  edir:  onlar  ikisi  də  özlərinə  monopoliya  yarada  bilmişdilər. 
Bu  cür  məlumatları  əldə  etmək  siyasi xadimlər üçün  də  faydalıdır: 
ailələr  kimi  əksər  dövlətlər  də  bundan  daha  artıq  dərəcədə  pul 
vəsaitlərinə  və  bu  cürə  gəlirlərə  ehtiyac  duyurlar.  Elə  dövlət 
xadimlərinə  rast  gəlinir  ki,  onların  bütün  fəaliyyətləri  bu  məqsədə 
doğru yönəlmişdir8.
31


V. 
1.  Təsərrüfat  haqqında  olan  elm  üç  cür səlahiyyəti  təx- 
min  edir:  birincisi,  ağanın  qula  münasibətdə  səlahiyyəti  (bu 
barədə  biz  yuxarıda  danışmışdıq);  ikincisi,  atanın  övladlarına 
qarşı  münasibəti,  üçüncüsü,  ərin  arvadına  qarşı  münasibəti. 
Həqiqətən,  sərbəst məxluqlar kimi  həm  arvad  üzərində,  həm  də 
övladlar üzərində səlahiyyət var,  lakin  bu  səlahiyyət eyni  tərzdə 
həyata  keçiriimir.  2.  Ərin  arvadı  üzərində  səlahiyyətini  siyasi 
xadimin  səlahiyyəti  ilə,  atanın  övladları  üzərində  səlahiyyətini  -  
çarın  səlahiyyəti  ilə  müqayisə  etmək  olar.  Axı  kişi  öz  xüsusiy- 
yətlərinə  görə  bu  və  ya  digər  qeyri-normal  işlərinin  üstündən 
keçmək  şərti  ilə  rəhbərlik  etməyə  qadından  daha  çox  iqtidarlı- 
dır,  yaşlı  və  kamil  adam  isə  cavan  və  kamilləşməmiş  adama 
nisbətən  yaxşı  rəhbərlik edə  bilər.
Dövlət  vəzifələrinin  əksəriyyətinə  adam  təyin  edilən  za- 
man  ardıcıllığa  riayət  olunur:  həm  bunlar,  həm  də  digərləri 
tamamilə təbii  olaraq  bərabərliyə  və  bütün  fərqlərin  aradan  qal- 
dınlmasına  can  atırlar.  Bununla  belə  haçan  ki,  bəziləri  hökm  sü- 
rür,  qalanları  isə  tabeçilikdə  qalır,  yenə  də  bunları  və  o  biriləri 
onların  xarici  görünüşləri,  onların  danışıqları  və  yaxşı  mənada 
seçilən  əlamətlərinə  görə  fərqləndirmək  cəhdi  ortaya  çıxır.  Yeri 
gəlmişkən  Amasis  də  özünün  ayaq  yuduğu  qab  haqqında 
danışarkən  elə  bunu  nəzərdə tuturdu9.  Kişinin  qadına  qarşı  mü- 
nasibəti  həmişə  yuxarıda  göstərilən  tərzdə  müəyyən  edilir.  Ata- 
nın  övladı  üzərində  səlahiyyətini  isə  çarın  səlahiyyətinə  bənzət- 
mək  olar:  valideynin  övladları  üzərində  ağalıq  etməsi  onlara 
qarşı  olan  məhəbbətdən,  həm  də  onun  onlardan  böyük  olma- 
sından  irəli  gəlir,  bu  cür ağaiıq  da  bilavasitə  çar  hakimiyyətinin 
özüdür  ki,  var.  Buna  görə  də  Homer  Zevsi  hamının  hökmdarı 
kimi  «insanların  və  allahların  atası»  adlandıranda  çox  gözəl  ifa- 
də  işlətmişdir.  Çar öz xüsusiyyətlərinə  görə təbəələrindən  seçil-
32
mişdir,  lakin  onlarla  eyni  soydan  olmalıdır.  Bu,  böyüklə  kiçik  və 
valideynlə uşaq  münasibətinə də aiddir.
3. 
Aydındır  ki,  təsərrüfatda  cansız  mülkiyyətin  əldə  olun- 
masından  çox  insanların,  əvvəlincinin  bolluğundan  çox  (nəyi  ki, 
biz  var-dövlət  adlandırırıq,  onu)  axırıncının  məziyyətlərinin,  qul- 
dan  çox  azad  insanların  qeydinə  qalmaq  lazımdır.  Hər  şeydən 
öncə  qullar  xüsusunda  sual  meydana  çıxa  bilər:  ümumiyyətlə, 
qullarda  işə  yaramaqdan  və  xidmət  göstərməkdən  savayı  hər 
hansı  bir  başqa  məziyyətin  olması  ağla  batandırmı?  Qul  digər 
daha  yüksək,  məsələn,  təvazökarlıq,  comərdlik,  doğruculuq  və 
bu  kimi  xüsusiyyətlərə  malikdirmi?  Yoxsa  özünün  fiziki  qüvvəsi 
hesabına  xidmət  göstərmək  qabiliyyətindən  savayı  heç  bir baş- 
qa  kefıyyətə  malik  deyil.  «Hə»  və  «yox»  cavabı  vermək  çətin 
olardı.  Əgər hə,  onda  onlar azad  insanlardan  nə  ilə fərqlənirlər? 
Əgər  yox,  bu  qəribə  olardı,  zira  axı,  qullar  da  -   zəka  sahibidir- 
lər.  4.  Təxminən  bu  cür  çətinliklər  qadın  və  uşaq  barəsindəki 
məsələləri  də  araşdırarkən  meydana  çıxır:  onlar  məziyyətlərə 
malikdirlərmi,  axı,  qadın  gərək  təvazökar,  comərd  və  doğrucu 
olsun,  uşaq  necə,  özbaşınadırmı,  təvazökardırmı,  ya  yox?  Bu 
məsələyə  əlavə  olaraq,  zatən  alnına  itaətdə  bulunmaq  yazılmış 
məxluqla,  zatən  alnına  hökm  sürmək yazılmış  məxluqun  məziy- 
yətlərinin  eyni,  yoxsa  bir-birindən  fərqli  olmasına  ümumi  nöq- 
teyi-nəzərdən  baxmağa  dəyər.  Əgər  mükəmməllik  bu  hər  iki 
məxluqa  xasdırsa,  bəs  onda  nədən  həmişəlik  onlardan  birinin 
alnına  hökm  sürmək,  digərinin  alnına  isə  -   itaətdə  bulunmaq 
yazılmışdır.  Bu  fərq  isə  bu  və  digər  məxluqa  xas  olan  mükəm- 
məlliyin  çox və  ya  az olmasına əsaslanmalıdır,  zira  «itaətdə  bu- 
lunmaq»  və  «hökm  sürmək»  anlayışlarının  özləri  bir -   birindən 
kəmiyyət cəhətcə  deyil,  keyfiyyət cəhətcə fərqlənir.
5. 
[Mükəmməlliyi]  bir qisim adamda  qəbul  edib,  qalanların- 
da  danmaq çox qəribə  olmazdımı? Axı əgər rəhbərlik edən təm-
33


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə