A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə9/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   5   6   7   8   9   10   11   12   ...   104

kinli  və  ədalətli  olmasa  onun  hökm  sürməsi  necə  yaxşı  ola 
bilər?  Eləcə  də  itaətdə  bulunan  bu  məziyyətlərə  malik  olmasa
o,  necə  yaxşı  xidmət  göstərə  bilər?  Azğın  və  alcaq  adam  heç 
cür  öz  vəzifəsini  yerinə  yetirə  bilməz.  Beləliklə,  aydındır  ki,  hər 
ikisi  də məziyyətlərə  malik  olmalıdır,  lakin  bu  məziyyətlər,  zatən 
hökm  sürənlərlə  itaətdə  bulunanlar  bir-birilərindən  neçə  fərqlə- 
nirlərsə,  elə də fərqlənməlidir.
Bu  fərq  bizi  bilavasitə  ruhun  xüsusiyyətlərini  araşdirmağa 
sövq  edir.  Bunun  bir səbəbi,  zatən  hökm  sürən,  digəri  -   itaətdə 
bulunandır;  onlar,  biz  iddia  etdiyimiz  kimi,  özlərinə  müvafiq  mə- 
ziyyətlərə  malikdir  ki,  bu  da  ağıllı  və  ağılsız  səbəbiərirı  məziy- 
yətləridir.  6.  Aydındır  ki,  bu  cür  münasibət  başqa  sahələrdə  də 
mövcud  olmalıdır,  zatən  hökm  sürməyin  və  itaətdə  buiunmağın 
cürbəcür  üsulları  mövcuddur.  Axı  azad  adamın  qul  üzərindəki 
səlahiyyəti  kişinin  qadına  qarşı,  böyük  adamın  isə  uşağa  qarşı 
olan  münasibətindən fərqlənir.
Beləcə,  qula,  ümumiyyətlə,  qərar  çıxarmaq  xas  deyil,  bu 
qadına  xasdır,  lakin  təsir  qüvvəsi  yoxdur,  həmçinin  uşağa  da 
xasdır,  lakin  o,  yetkinləşməmiş  vəziyyətdədir.  7.  İş,  bu  minvalla, 
əxlaqi  cəhətlərin  üstünə  gəlib  çıxır:  bütün  məxluqlarda  bunların 
olmasını  nəzərə  almaq  lazımdır,  lakin  eyni  tərzdə  deyil,  hər kəs 
üçün  vəzifəsinə  müvafiq  surətdə.  Buna  görə  də  rəhbərlikdə 
olan  gərək  bütünlüklə  əxlaqi  cəhətlərə  malik  olsun  (həqiqətən, 
əsər sadəcə  oiaraq  yaradıcıya  məxsus  olsa  da,  əsi!  yaradıcının 
özü -  ideyadır),  yerdə  qalanların  isə  hər biri  buna  o  qədər malik 
olmalıdır ki, onun  payına  düşən  həmin  bu  qədər ümumi  məsələ- 
lərin  həllində  iştirak  etməyə  kifayət  etsin.  8.  Belə  ki,  Sokrat 
hesab  etdiyi  kimi  qadına  və  kişiyə  təkcə  bir təvazökarlıq,  yalnız 
elə  comərdlik və  doğruçuluq  xas  deyil,  görünür,  yuxarıda  adları 
çəkilənlərin  hamısı  xüsusi  məziyyətə  malikdir,  lakin  bir comərd- 
lik  başçıya  xasdır,  digəri  -   nökərə;  digər  məziyyətlər  də  elə  bu
34
cür.  Bu,  məsələyə  bir az  dərindən  yanaşanda  da  aydın  olur.  O 
adamlar  yanılır  ki,  onlar  ümumi  nöqteyi-nəzərə  tərəfdar  çıxıb 
iddia  edirlər  ki,  guya  vəziyyətin  yaxşı  olması,  yaxud  düzgün 
həyat  tərzi  və  s.  elə  məziyyətin  özüdür  ki,  var.  O  adamlar  nis- 
bətən  düzgün  hərəkət  edirlər  ki,  onlar  Qorgiya  kimi  məziyyəti 
müəyyən  qrup  adamlara  aid  edirlər.  Məsələn,  şairin  qadın  haq- 
qında  dediyi:  «Susmaq  qadının  yaraşığıdır»  sözü,  ümumiyyətlə, 
bütün  qadınlara  eyni  dərəcədə  şamil  edilməlidir,  lakin  bunun 
artıq  kişilərə  heç  bir  dəxli  yoxdur.  9.  Buna  görə  uşağın  yektin- 
ləşmədiyini  nəzərə  alaraq,  şübhəsiz,  onun  özlüyündə  əhəmiy- 
yəti  olan  məziyyətindən  danışmaq  olmaz,  ancaq  hər  halda 
bunun  uşağın  sonrakı  inkişafına  və  onu  dolandıran  adama 
aidiyyatı  var.  Qulun  ağaya  olan  münasibətində  onun  məziyyəti 
haqqında da bunu demək olar.
Biz  müəyyənləşdirdik  ki,  qul  gundəlik  tələbat  işləri  üçün 
yararlıdır.  Buradan  aydındır ki,  o,  az da  olsa  məziyyətə malik ol- 
malıdır,  məhz  eləsinə  ki,  onun  özbaşınalığı  və  ölüvaylığı  gördü- 
yü  işlərə ziyan  gətirməsin.  10.  Əlbəttə,  ortaya  sual  çıxa  bilər:  bi- 
zim  müddəamız  sənətkarlara  da  aid  edilə  bilərmi,  onların  özba- 
şınalığı  tez-tez  öz  işlərinə  ziyan  vurduğu  halda  onlar  da  məziy- 
yətə  malik  olmalıdırmı?  Yoxsa  burda  biz  tamamilə  ayrı  bir hadi- 
sə  ilə  üzləşirik? Axı  qul  həmişə öz ağası  ilə  qarşılıqlı  münasibət- 
də  yaşayır;  sənətkar bundan  xeyli  uzaqdır,  buna  görə  də sənət- 
kar  özünun  məziyyəti  ilə  qulu,  nə  qədər  ki,  sənətkar  əməyi  qul 
əməyindən  yüksəkdə  durur,  bir  o  qədər  üstələməməlidirmi? 
Aşağı  səviyyəli  işlə  məşğul  olan  sənətkar  hansısa  məhdudlaş- 
dırılmış  köləliyə  yaxın  vəziyyətdə  olur;  qul  artıq  yaranışından  bu 
cürdür,  lakin  nə  çəkməçi,  nə  də  başqa  peşə  sahibi  yaranışın- 
dan  belə  olmur.  11.  Aydındır ki,  qulda xeyirxahlığın  olması  üçün 
ağa  ona  lazımi  stimulu  verməlidir,  hərçənd  ki,  bu  xeyirxahlığı 
qula  öyrətmək  onun  vəzifəsi  deyil.  O  adamlar  düz  danışmırlar
35


ki,  onlar  qulla  danışmağın  lüzumsuzluğunu,  ona  yalnız  sərən- 
cam  verməyin  lazım  olduğunu  iddia  edirlər;  yox,  uşaqdan  çox 
qula  nəsihət vermək lazımdır.
Lakin  biz  bu  məsələləri  kifayət  qədər  əhatə  etmişik;  ərlə 
arvadın,  ata  ilə  övladın  münasibətləri  haqqında,  onların  hər 
birinə  xas  olan  məziyyətləri  haqqında,  bir  çox  hallarda  rifaha 
yetmək  üçün,  digər  hallarda  isə  -   qada-bəladan  uzaq  olmaq 
üçün  -  hansı  yolu  seçmək  haqqında,  bütün  bunlan  dövlət quru- 
luşunu  araşdırarkən  şərh  etmək lazımdır.
12. 
Hər  bir  ailə  dövlətin  hissəsini  təşkil  etdiyindən,  yuxa- 
rıda  göstərilən  bütün  adamlarsa  ailənin  hissələridir  və  ayrı-ayrı 
hissələrin  məziyyətləri  tamın  məziyyətlərinə  uyğun  gəldiyindən 
uşaq  və qadınlar mütləq  dövlət quruluşuna  müvafiq  surətdə tər- 
biyə  olunmalıdır;  həm  də  layiqli  quruluşa  cəhd  göstərən  dövlət 
əgər buna  laqeyd  deyilsə,  onda  həmçinin  layiqli  uşaq  və  qadın- 
lara  da  malik  olmaq  lazımdır,  çünki  qadınlar  bütün  azad  insan- 
ların  yarısını  təşkil  edir,  uşaqlardan  isə  sonralar  siyasi  həyatın 
istirakçıları  inkişaf  edir.  Buna  dair  olan  əsas  müddəalar  bizim 
tərəfimizdən  müəyyən  edilib,  yeri  düşdükcə  də  bu  barədə 
söhbət gedəcək.  Bunu  nəzərə  alaraq  biz özümüzün  hazırkı  mü- 
hakimələrimizi  bitmiş  hesab  edib  bir  kənara  qoyuruq  və  təzə 
başlığa  keçirik.  Hər şeydən  öncə  o  müəlliflərin  layihələrini  araş- 
dıracayıq  ki,  onların  dövlət  quruluşuna  dair  verdikləri  layihələr 
ən  yaxşılarındandır.
36
İKİNCİ  KİTAB  (B)
1.  1.  Biz öz qarşımıza  insanlara  onların  cəhdlərinə görə bö- 
yük  imkanlar verən  münasibəti  daha  mükəmməl  formada  araş- 
dırmağı  məqsəd  qoyduğumuz  üçün,  o  mövcud  dövlət  quruluş- 
larını  araşdırmaq  lazımdır ki,  bunlardan  birtərəfdən  abad  hesab 
edilən  bəzi  dövlətlər  istifadə  edirlər,  digər  tərəfdən  isə  bir  sıra 
müəlliflər tərəfindən  layihələşdirilib,  yaxşı  kimi  görünürlər.  Belə- 
liklə,  bunlarda  düzgün  və  yararlı  nə  varsa,  bizim  onu  aşkar  et- 
mək  imkanımız  olacaq,  bununla  bərabər  sübut  da  edəcəyik  ki, 
bizim  məqsədimiz  nəyin  bahasına  olursa  olsun  əllaməlik  etmək 
yox,  elə  bir  dövlət  quruluşu  tapmaqdır  ki,  mövcud  olanlardan 
fərqlənsin,  çünki  hazırkı  mövcud quruluşlar özləri  yararsızdır.
2.  Hər  şeydən  öncə  o  nöqteyi-nəzəri  müəyyənləşdirmək  la- 
zımdır ki,  bu  hal-hazırkı  mühakimədə çıxış nöqtəsi  rolunu oynasın, 
yəni:  ya  mütləq  bütün  vətəndaşlar  ölkə  həyatına  aid  olan  bütün 
işlərdə  iştirak  etməli,  ya  heç  birində  iştirak  etməməlidir,  ya  da 
bəzilərində  iştirak  etməlidir,  bəzilərində  -  yox.  Aydındır  ki,  vətən- 
daşlann  heç bir işdə  iştirak etməməsi  mümkün  deyil,  çünki  dövlət 
özündə  nə  isə  bir  münasibəti  təmsil  edir,  buna  görə  də  hər 
şeydən  öncə birlikdə müəyyən yer tutmaq lazımdır;  axı bir dövlətin 
tutduğu  yer özündə  müəyyən  birliyi təmsil  edir,  vətəndaşlar isə bir 
dövlətin  şərikləridirlər  (koinonoi).  Lakin  vətəndaşlara  ölkə  həya- 
tında  nə  dərəcədə  iştirak  etməyə  imkan  vermək olar?  Daha  yaxşı 
dövlət  qurmağa  cəhd  göstərməkdən  gözəl  nə  ola  bilər:  hər  şey 
imkan  daxilində  vətəndaşlann  ümumi  malı  olsun,  yaxud  bəzi 
şeylər  ümumi  olsun,  bəziləri  isə -  yox?  Axı  uşaqların,  qadınların, 
mülkiyyətin  ümumiliyini  təsəw ür  etmək  olar,  necə  ki,  Platonun 
«Dövlət»  əsərində  Sokratın  uşaqlar da,  qadınlar da,  mülkiyyət  də 
gərək ümumi olsun fikrinə rast gəlirik. Hansı yol daha yaxşıdır: hal- 
hazırda mövcud olan, yoxsa «Dövlət» də göstərilən.
37


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə