Vətəndaşlara asudə vaxtdan istifadə etmək bacarığını aşıla-
mayan qanunverici bunda günahkardır.
16. Döviət həyatında da, şəxsi həyatda da adamların axır
məqsədi oxşar olduğundan və əlbəttə, ən yaxşı adamın da, ən
yaxşı dövlət quruluşunun da məqsədi eyni olduğundan, aydın-
dır ki, asudə vaxt üçün iazım olan məziyyətlər olmalıdır, axı
dəfələrlə göstərilmişdi ki, sülh hərbin axır məqsədidir, iş -
asudə vaxtın.
17. Asudə vaxta və xoşbəxtliyə malik oimaq üçünsə, o
məziyyətlər faydalıdır ki, bunlar həm asudə vaxta, həm də iş
vaxtına uyğunlaşmış olur. Axı asudə vaxtdan zövq almaq üçün
ən zəruri şeylərə malik olmaq lazımdır. Buna görə dövlət gərək
həm təmkinli, həm cəsarətli, həm də möhkəm olsun. Ataiar sö-
zündə deyilir. «kölələrin boş vaxtı olmur», təhlükəii vaxtlarda
cəsarət göstərə bilməyənlər isə, hücum edənlərin qulu olur. 18.
Beləliklə, cəsarət və dözüm iş üçün, fəlsəfə asudə vaxt üçün
lazımdır; təmkinlik və ədalət həm bu, həm də başqa vaxtlarda,
daha çox isə əmin-amanlığa və asudə vaxta maiik olanlara gə-
rəkdir, axı müharibə ədalətli və təmkinli olmağa vadar edir,
əmin-amanlıq zamanı xoş güzərandan və asudə vaxtdan zövq
almaq isə adamları daha çox ərköyünləşdirir. 19. Beləliklə,
daha çox xoşbəxt adam kimi tanınanlar və kef sayılan bütün
şeylərdən zövq aianlar çox ədalətli, həm də çox təmkinli olma-
lıdır, bu isə, məsələn, o şəxslərə də şamil edilir ki, onlar şair-
lərin təbirincə, bəxtiyar adamların adasında yaşayır. Bu cür
adamlara ola bilsin ki, sakit həyat keçirməkdən, həm də bolluq
içərisində asudə vaxta malik olmaqdan daha çox fəlsəfə, təm-
kinlik və ədalət lazımdır. Buna görə yəqin ki, xoşbəxt və xeyir-
xah olmaq istəyən dövlət də gözlənilən xeyirxahlıqlara malik ol-
malıdır.
Yaxşı
şeylərdən faydalanmağı bacarmamaq gülüncdür-
sə, asudə vaxtda bunlardan faydalanmağı bacarmamaq daha
282
da gülüncdür; tutulduqda və vuruşduqda qəhrəman kimi görün-
sə də, əmin-amanlığa və asudə vaxta malik olduqda köləyə
bənzəyir. 20. Deməli, öz şücaətini, necə ki, bunu Lakedemon
dövləti artırır, o cür artırmaq lazım deyil. Onlar digər ellinlərdən,
ən yaxşı şeylər haqqında başqa təsəvvürlərə malik olduqlarına
görə deyil, ona görə fərqlənir ki, onların fikrincə, bu şeylərə yet-
mək daha çox bir sıra xeyirxahlıqların vasitəsi ilə mümkündür.
Lakin bu şeylər - daha çox, bunlardan alınan zövq isə, xeyir-
xahlıqdan alınan zövqdən daha böyük olduğundan...26 bunun
vasitəsilə olduğu da buradan aydındır. 21. Lakin buna necə,
hansı vasitələrin köməkliyi ilə yetmək olar - bax bunu müzakirə
etmək lazımdır. Artıq biz əvvəllər müəyyənləşdirmişik ki, ana-
dangəlmə keyfiyyətlər - vərdiş və ağıl lazımdır. İnsanlar öz xa-
rakterinə görə necə olmalıdır - bu yuxarıda müəyyənləşdirilmiş-
di. Ona baxmaq qalır ki, ağılın tərbiyəsindən başlamaq lazımdır,
yoxsa vərdişlərin. Axı bu və o biri mükəmməl surətdə bir-birinə
uyğun olmalıdır, zira ağılın ən yaxşı məqsədə yetə bilməsinin
mümkünlüyü istisna edilmir, bu isə vərdişlərə əsaslandıqda baş
verə bilər.
22.
Hər şeydən öncə, aydındır ki, bütün digər hallarda
olduğu kimi, bu halda da doğulma başlanğıcdır, məqsəd isə öz
növbəsində digər məqsədin başlanğıcıdır; bizim üçün dərrakə
və ağıl - məqsəddir, xasiyyət də bunlara doğru can atır. Buna
görə biz də gərək insanın dünyaya gəlməsini və onun vərdiş-
lərini ölçüb-biçək. 23. Daha sonra, necə ki, qəlb və bədən - iki
başlanğıcdır, eynən biz qəlbdə də iki hissə ayırd edirik: ağıla
m alik olmayan və əqli qabiliyyətə malik olan; onların iki xüsusiy-
yəti var, bunlardan biri - cəhddir, digəri ağıl. Və bunun kimi,
necə ki, bədənin əmələ gəlməsi ağılın əmələ gəlməsindən qa-
baq olur, eləcə də ağıla malik olmayan əqli qabiliyyətə malik
olandan əvvəl törəyir. Bu da həmçinin aydındır: coşğunluq,
283
əzm, eyni zamanda istək təzə doğulmuş uşaqlara da xasdır,
bununla belə düşüncə və ağıl yalnız yaşla əlaqədar olaraq
meydana çıxır. Buna görə də qəlbdən qabaq bədənin qeydinə
qalmaq lazımdır, bədəndən sonra isə xasiyyətin tərbiyəsi ilə
məşğul olmaq vacibdir ki, bunların tərbiyəsi ağılın tərbiyəsinə
xidmət etsin, bədənin tərbiyəsi isə - qəlbin tərbiyəsinə.
XIV.
1. Qanunvericiyə əvvəl başdan tərbiyə edilənlərin
fiziki cəhətdən mükəmməl olmasına diqqət yetirmək vacib
olduğundan, hər şeydən öncə o, evlənib birləşənlərin dərdinə
qalmalıdır, yəni adamlar haçan və hansı xüsusiyyətlərə malik
olmaqla ailə qurmalıdır. Nigaha girənlərin özlərini və onların ya-
şını nəzərə alaraq bu birləşməyə dair qanunlar müəyyənləşdir-
mək lazımdır; onlar yaş cəhətdən bir-birinə uyğun gəlməlidir;
həm də onların potensiyası bir olmalıdır; əks təqdirdə belə çıxa-
caq ki, ər uşaq törətmək iqtidarındadır, qadın isə yox, yaxud
əksinə, qadın buna malikdir kişi isə - yox. Bunun nəticəsində
çəkişmələr və anlaşılmazlıqlar olur.
2.
Ona görə də - haçan ki, uşaqlar valideynlərinin yerini
tutmalıdır, o zaman: uşaqlar və atalar arasında çox böyük yaş
fərqinə yol vermək lazım deyil (axı bu halda qocalar üçün
uşaqlar tərəfindən, uşaqlar üçünsə - qocalar tərəfındən edilən
minnətdarlıq faydasız olur). Lakin yaş cəhətdən çox böyük
yaxınlıq da olmamalıdır: bu yaxınlıq böyük narahatlıq doğurur,
çünki bir tərəfdən uşaqlar öz ataları ilə, demək olar, həmyaş
kimi olduqlarından, axırıncılara az dərəcədə də hörmət bəsləyir-
lər, digər tərəfdən isə evdə bu zaman hər cür çəkişmələr üçün
çoxlu bahanələr meydana çıxır. Nəhayət, o şey ki, biz ondan
başlamışdıq: həmişə yadda saxlamaq lazımdır ki, doğulan
uşaqların fiziki xüsusiyyətləri
qanunvericinin qabaqcadan
müəyyənləşdirdik-lərinə uyğun gəlsin.
284
3.
Bütün bunlara, demək olar, bir ehtiyat tədbiri sayəsində
nail olunur: kişi üçün nəsil törətmək qabiliyyətinin son həddi
təxminən yetmiş yaşla məhdudlaşdırılır, qadın üçün - əlli yaşla;
buna görə ailə qurub, birgə yaşamağın əsası da göstərilən hər
iki müddətə uyğun gəlməlidir. 4. Gənclərin birləşməsi uşaq do-
ğumu cəhətdən arzuedilməzdir. Bütün canlı məxluqlarda da
gənclərdən törəyənlər zəif olur, doğulanlar əksər halda dişi,
həm də boydan balaca olur. Bu, əlbəttə, istər-istəməz adam-
larda da belə olur. Sübut: nigahın vaxtından əvvəl intişar tapdığı
ölkələrdə, adamlar zəif və balaca boyludur. Üstəlik, doğuş
zamanı gənc qadınlar daha çox əzab çəkir, həm də onların
çoxu tələf olur. Ona görə bəziləri bunu kahinin trezenslərə
qabaqcadan dediyi məlumatla bağlayır, yəni bunu onun hesa-
bına yazmaq lazımdır ki, çoxlu gənc qadın bar-bəhər yığmaq
üstündə deyil, erkən izdivac nəticəsində tələf olurdu. 5. Təm-
kinliyi təkmilləşdirmək məqsədi ilə qızları daha böyük yaşda ərə
vermək faydalıdır; zira, görünür ki, gəncliyin erkən çağında cinsi
əlaqəyə girdikdə, onlarda böyük ehtiras meydana çıxır. Gənclər
toxumluğun yetişmə dövründə cinsi əlaqədə olduqda onların
fiziki inkişafı ləngiyir, çünki bundan ötrü də müəyyən müddət
var, bu keçid getdikdə bu yetişmə başa çatır. 6. Buna görə qız-
lara on səkkiz yaşda nigaha girmək daha məqsədəuyğundur,
kişilərə isə otuz yeddi yaşda, ya da bir az tez. Bu yaşda nigah
bağladıqda, evlənənlər fiziki cəhətdən çiçəklənmə dövrünü ya-
şayacaq və belə bir təxmin uşaq yetirmək qabiliyyətinə nəhayət
verilməsi dövrünə tamamilə uyğun olacaq. Üstəlik, uşaqların
müstəqil həyata başladıqları dövr də, məhz bu çağlara düşür,
çünki uşaqların inkişaf dövrü, məhz bu vaxtlara təsadüf edir.
(Guman var ki, doğum, gözlənildiyi kimi, dərhal baş verəcək),
bununla belə atalar həmin bu vaxtlarda yetmiş yaşı haqlayıb,
artıq zəifləməyə başlayacaq.
285
Dostları ilə paylaş: |