A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə169/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   165   166   167   168   169   170   171   172   ...   190

 

 

471 



XIV-XVII əsr Təbriz miniatürlərində təsvir olunan personajların geyimində və 

bəzi  məiĢət  Ģeylərinin  üzərində  ornamental  təsvirli  tikmə  nümunələrinə  də  təsadüf 

olunur. 

XVI-XVII əsr Azərbaycan tikmə sənətinin bəzi nümunələri Moskva Dövlət 

Silah  Palatasında,  [245]  Moskva  ġərq  Xalqları  Muzeyində  [246]  və  baĢqa  yerlərdə 

mühafizə olunur. 

Orta  əsr  bədii  tikmə  sənətinin  istehsal  mərkəzləri  arasında  Təbriz,  Ərdəbil, 

Gəncə, ġamaxı və s. Ģəhərlər mühüm yer tuturdu. Təbrizdə XVI əsrdə Səfəvi Ģahlarının 

xüsusi  karxanaları  var  idi.  1530-cu  ildə  ġah  Təhmasibin  kənizlərindən  20  nəfərinə 

Təbrizdəki xüsusi toxuculuq karxanasında güləbətin tikmə öyrədilmiĢdi [247]. 

XVII əsrdə bədii parça istehsalının ġamaxı əhalisinin əsas peĢələrindən birinə 

çevrildiyini Avropa səyyahı Adam Oleari də xəbər verir [248]. 

XVIII-XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini itirir, güləbətin, pilək, 

zərənduz  və  s.  tikmə  növləri  tədricən  aradan  çıxmağa  baĢlayır.  Bunun  müqabilində 

təkəlduz  tikmə  ənənələri  hələ  də  davam  edirdi.  XIX  əsrin  birinci  rübündə  ġəkidə 

mahud parça üzərində müxtəlif rəngli ipək saplarla təkəlduz tikmə digər sənət növlərini 

kölgədə  qoymuĢdu.  Bu  zaman  burada  təkcə  yəhər  üzü  bəzəyən  22,  baĢmaq  üzü 

bəzəyən 50, püĢtü üzü tikən 16 dükan fəaliyyət göstərirdi [249]. 

PeĢəkar tikmə ustalarından baĢqa, həvəskar qadınlar da öz bacarıq və qabiliy-

yətlərini bu sənətdə sınamıĢlar. XIX əsrdə görkəmli Ģairə X. Natəvan bu sahədə xüsusi 

fəaliyyət  göstərmiĢdir.  X.Natəvanın  müasiri  Həsənbəy  YüzbaĢı  onun  əl  iĢlərini  belə 

səciyyələndirir: "Bunu nəinki adi bir insan, hətta ġərqin məĢhur rəssamlarından olan 

Mani və Behzad da yarada bilməzdi" [250]. 

XIX əsrdə tikmə ustaları qanovuz, mahud, məxmər üzərində iĢləyirdilər. Parça-

lar  əsasən  tünd  qırmızı,  qara,  yaĢıl,  sürməyi,  zoğalı  rəngdə  olurdu.  Çəhrayı  və 

bənövĢəyi  rəngli  məxmər  parçalardan  güləbətin  tikmə  üçün  "yerlik"  götürülürdü. 

Varlılar isə misqalı tirmə üzərində güləbətin sapla naxıĢ tökürdülər. 

XIX əsrdə Azərbaycan tikmə sənəti əsasən ġamaxı, Bakı, Naxçıvan, ġəki, 

ġuĢa  Ģəhərlərində  cəmləĢirdi.  Lənkəran,  Gəncə,  Qazax  Ģəhərlərində  tikmə  ilə 

qismən məĢğul olurdular. Hər Ģəhər, qəsəbə özünəməxsus tikmə dəst-xəttinə, bədii 

üslubuna malik idi. Lakin XIX əsrdə Azərbaycan bədii tikmə sənəti baĢlıca olaraq 

iki istiqamətdə: ġəkidə - qüllabduzluq, Bakı və ġamaxıda isə güləbətin tikmə üzrə 

inkiĢaf edirdi [251]. 

XIX  əsrdə  bədii  tikmənin  müxtəlif  növləri  ilə  evlərdə  kənd  və  Ģəhər 

qadınları,  dükanlarda  isə  kiĢilər  məĢğul  olurdu.  Təkəlduz  dükanlarında  peĢəkar 

ustalar  (tikməbəndlər)  yalnız  "təkəlduz‖la;  evlərdə  isə  qadınlar  bədii  tikmənin 

qalan növləri (güləbətin, xanduz, zərənduz, muncuq, pilək, oturtma, örtmə, cülmə 

və s.) ilə məĢğul olurdu. 

XIX  əsr  Azərbaycan  bədii  tikmələri  içərisində  təkəlduz  iĢi  xüsusi  yer 

tuturdu.  Təkəlduz  (burma  ilmə)  tikmə  orta  əsrlərdə  ġəkidə  geniĢ  yayılmıĢdı. 

Təkəlduz  tikmədən  naxıĢlar  "gözmə  və  ya  doldurma"  üsulu  ilə  icra  olunurdu. 



 

 

472 



Bəzən  bu  üsullar  birgə  tətbiq  edilirdi.  Təkəlduz  tikmə  üsulunda  qarmaq  və  ya 

"qüllab"  vasitəsilə  parçadan  xırda  dairəciklər,  halqalar  əmələ  gətirilirdi.  Bu  növ 

tikmə bəzən "qüllabduzluq" da adlanırdı. 

Təkəlduz tikmədə iki sadə alətdən - qasnaq və qarmaqdan (qüllab) istifadə 

edilir. Hər hansı bir məmulata naxıĢ saldıqda əvvəlcə parçanı qasnağa tarım çəkib 

onun  üzərinə  ikinci  bir  qasnağı  kip  otuzdururdular.  Sonra  parçanın  üzərinə  naxıĢ 

konturları  iynə  ilə  deĢilmiĢ  kağız  qoyub,  tabaĢir  tozu  ilə  naxıĢın  rəddini  məmulat 

və ya parçaya köçürürlər. 

Bu  əməliyyat  qurtardıqdan  sonra  usta  sağ  əli  ilə  sapı  üstdən  qarmağa 

iliĢdirib,  alta  verir  və  qasnağın  altından  sol  əli  ilə  sapı  çəkir.  Beləliklə,  alınan 

zəncirəbənzər  ilmələr  qeyd  olunan  istiqamətdə  gedir  və  müəyyən  olunmuĢ  naxıĢ 

kompozisiyasını əmələ gətirir. 

Güləbətin  tikmə  üsulu  ġamaxı,  ġuĢa  və  qismən  Naxçıvan  Ģəhərlərində 

inkiĢaf  etmiĢdi.  ġuĢa,  Gəncə,  Lənkəran  qəzalarında  da  güləbətinli  iĢləmələrə 

təsadüf edilirdi. 

Güləbətin  iĢləmə  hamar  və  qabarıq  olmaqla  iki  cür  hazırlanırdı. 

"Zəminduzi"  adlanan  hamar  tikmə  texnikası  ilə  məmulatı  bəzəmək  üçün 

düzbucaqlı  çərçivəyə  bənzər  taxta  kargah  (dəzgah)  və  iynədən  istifadə  edirlər. 

Müvafiq  parça  kargaha  tarım  çəkildikdən  sonra,  onun  üzərinə  kağızdan  kəsilmiĢ 

naxıĢ  motivləri-  (eskiz)  qoyub  əvvəlcə  adi  sapla,  sonra  isə  zərli  və  ya  gümüĢü 

(güləbətin) saplarla paralel surətdə bənd edilirdi. 

"Məlihəduz"  adlanan  qabarıq  tikmə  növü  "örtmə"  tikiĢ  üsulu  ilə  icra 

olunurdu. Burada saplar bir-birinin yanına paralel və çox sıx bəndlənir. Güləbətin 

tikmənin bu üsulu haĢiyə bəzəyində daha geniĢ tətbiq edilir. NaxıĢların parça üzərində 

bir qədər qabarıq çıxması üçün qalın sap və qaytandan da istifadə edirlər. 

Güləbətin tikmədə iĢlənən qızılı və gümüĢü tellər ya xalis halda, ya da ipək, 

yaxud  iplik  sapa sarınıb istifadə olunurdu.  Saplar  metal tellərin rənginə  uyğun  seçilirdi. 

Zəruri elastikliyi əldə etmək  məqsədilə, tellər  xüsusi  simkeĢlər tərəfindən  yüksək  əyarlı 

gümüĢdən hazırlanırdı. Qızıl tel almaq üçün gümüĢü qızıl suyuna salırdılar. Güləbətin 

tikmələrin  parlaqlığını,  naxıĢların  qabarıqlığını  artırmaq  məqsədilə  tünd  yerlikdən 

istifadə olunurdu. 

Müxtəlif rəngli xırda muncuqlarla bəzədilən muncuqlu tikmə növündən ġuĢa, 

Gəncə, ġamaxı və qismən Bakı Ģəhərlərində geyim, xırda məiĢət əĢyalının zinətində 

istifadə  edilirdi.  Muncuqlu  tikmə  məxmər,  qanovuz,  Ģal  və  qismən  kətan  parçalar 

üzərində iĢlənirdi. Ġstənilən bir naxıĢ motivini parça üzərinə keçirmək üçün ilk növbədə 

onun  ümumi  mühit  xətti  qeyd  edilir,  sonra  düzülmüĢ  hazır  saylı  muncuqları  götürüb, 

lazımi yerə bənd edirlər. Muncuqlar iki üsulla, ya təkbətək, ya da düzüm halında sıra 

ilə parça üzərinə bənd edilirdi. 

Pilək tikmə üsulu ilə taxça, buxarı, güzgü və bəzi məiĢət örtüklərinin və xırda 

əĢyaların,  məsələn,  araqçın,  yelpik,  pul  kisəsi,  tütün  kisəsi  və  s.  bəzəyində  tətbiq 

edilirdi (XXXV tablo). 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə