63
TAXILÇILIQ
Azərbaycan əlveriĢli təbii-coğrafi Ģəraitə malik bir ölkədir. Bu münasib
Ģərait çox qədim zamanlardan müxtəlif təsərrüfat sahələrinin yaranması və
inkiĢafına xüsusi təsir göstərmiĢ və əsaslı zəmin yaratmıĢdır. Hələ ibtidai icma
quruluĢunda, məhsuldar qüvvələrin aĢağı səviyyədə olması dövründə insanlar
təbiət qüvvələrindən daha çox asılı olmuĢlar. Buna görədir ki, yerli əhali öz
təsərrüfat sahələrini coğrafi Ģəraitin, yaĢayıĢ vasitələrinin daha münasib olduğu
ərazidə inkiĢaf etdirməyə məcbur olmuĢlar. ƏlveriĢli coğrafi mühitdə istehsalın
inkiĢafı sürətlənir, təsərrüfatın geniĢlənməsi üçün daha çox imkanlar yaranır.
Heç Ģübhəsiz, Neolit-Yeni DaĢ dövrünün ən mühüm yeniliklərindən biri
əkinçiliyin əsas təsərrüfat sahəsinə çevrilməsi olmuĢdur. Bu yenilik məhsuldar
qüvvələrin inkiĢafı ilə üzvi surətdə bağlı idi. Oturaq həyat tərzi keçirən yerli
tayfalar əsasən yığım iĢi və əkinçiliklə daha çox məĢğul olurdular.
Azərbaycanın dağ və dağətəyi ərazisində dəmyə əkinçiliyin təĢəkkül
tapması və inkiĢafı üçün hər cür münasib coğrafi Ģərait olmuĢdur.
Azərbaycanda Eneolit dövrü təxminən e.ə. VI-IV minillikləri əhatə edir.
Bu dövrdə ilk dəfə olaraq misdən istifadə edilsə də, əkinçilikdə yenə də daĢ alətlər
əsas mövqeyə malik olmuĢlar. Əkinçilik və maldarlıq aparıcı sahə olmaqla yerli
əhalinin baĢlıca məĢğuliyyəti sayılmıĢ və onun iqtisadi həyatının əsasını təĢkil
etmiĢdir. Bu dövrdə taxılın əkilib-becərilməsi, döyülüb yığılmasında ağac, daĢ və
qismən də sümük alətlərdən istifadə edilmiĢdir.
Tədricən əmək alətlərinin təkmilləĢdirilməsi və məhsuldar qüvvələrin
nisbətən inkiĢafı yeni tarixi dövrün-Tunc dövrünün baĢlanmasına səbəb olmuĢdur.
Yeni bərqərar olan Tunc dövrü tarixdə metal dövrünün ikinci mərhələsi kimi
qiymətləndirilir. F.Engels tunca xüsusi qiymət verərək yazrrdı ki, mis və qalay və
bunların əridilib qarıĢdırılmasından əmələ gələn tunc ən mühüm metallar idi;
tuncdan yararlı alət və silah hazırlanırdı, lakin o, daĢ alətləri sıxıĢdırıb aradan
çıxara bilmirdi... [1]
Azərbaycanda təxminən e.ə. IV minillikdən baĢlayaraq Eneolit dövrünü
Tunc dövrü əvəz edir. Bu dövr təxminən iki min il davam edərək e.ə. I minilliyin
baĢlanğıcında sona çatır, həmin dövr təkcə tuncun geniĢ istehsalı ilə deyil, eyni
zamanda ictimai münasibətlərin və kənd təsərrüfatının inkiĢafı ilə də səciyyə-
lənirdi.
Tunc dövründən etibarən toxa əkinçiliyindən cüt əkinçiliyinə keçid
baĢlanmıĢdı. Bununla da əkinçilik təsərrüfatında aparıcı-üstün rol kiĢilərin əlinə
keçmiĢ, belə ki, təsərrüfatın xarakterində baĢ verən dəyiĢiklik bu sahədə qadın
əməyinin rolunun gözə çarpacaq dərəcədə azalmasına səbəb olmuĢdur.
Cütün meydana gəlməsi əkin sahələrinin daha geniĢ istifadə edilməsinə
əlveriĢli imkan yaratdı, bununla əlaqədar bir sıra əkinçilik sistemləri əmələ gəldi və
inkiĢaf etdi. Əkinçilikdə iĢlədilən tunc alətlər xeyli təkmilləĢdi və çoxaldı. Lakin
64
F.Engelsin dediyi kimi, tunc daĢ alətləri tamamilə sıxıĢdırıb aradan çıxara bilmədi.
Bu iĢi dəmir həyata keçirdi.
Azərbaycanda hələ e.ə. II minilliyin sonlarından dəmirdən istifadə
edilmiĢdir. Bu dəmirdən istifadə əkinçiliyin geniĢ Ģəkildə inkiĢaf etməsinə zəmin
yaratmıĢdı. Bu münasibətlə F.Engels yazır: "Dəmir daha böyük sahələrdə tarlaçılıq
üçün, geniĢ meĢə sahələrini təmizləyib əkin yerinə çevirmək üçün imkan yaratdı;
dəmir sənətkara elə möhkəm və kəskin alətlər verdi ki, bunlann qarĢısına heç bir
daĢ, o zaman məlum olan metallardan heç biri çıxa bilmədi" [2].
Azərbaycanda dəmirin meydana çıxması və geniĢ inkiĢafı təkcə iqtisadi
həyatda deyil, ictimai quruluĢun özündə də köklü dəyiĢikliklərə səbəb olmuĢdu.
Azərbaycan ərazisində hələ e.ə. I minillikdə Manna və Midiya kimi qədim
dövlətlər təĢəkkül tapmıĢ və inkiĢaf etmiĢdi. Dövrünə görə iqtisadi və mədəni
cəhətdən inkiĢaf edən bu dövlətlər zəngin əkinçilik mədəniyyətinə də malik
olmuĢlar. Manna ərazisində e.ə. IX əsrə aid üç tunc cüt modelinin tapılması diqqəti
cəlb edir. Modeldə öküzün xıĢa qoĢulduğu aydın nəzərə çarpır [3].
Bir qədər sonra Atropaten və Albaniya ərazisi bol məhsul verən geniĢ
zəmiləri və təbii otlaqları ilə seçilmiĢdir. Məhsuldar qüvvələrin durmadan inkiĢafı
öz növbəsində əkinçiliyin intensiv surətdə irəliləməsinə səbəb olmuĢdu.
Azərbaycanda yaĢayan yerli əhali əsasən yumĢaq və bərk buğda, qismən darı və bir
neçə növ arpa becərmiĢlər. Bu dövrdə süni suvarma sistemlərinin geniĢ Ģəkil
alması əkinçilik mədəniyyətinin daha yüksək səviyyəyə qədəm qoymasına gətirib
çıxarmıĢdı.
Əkin sahəsində məhsul artımı üçün əsas Ģərt torpağın nisbətən keyfiyyətli
Ģumlanmasından asılı olmuĢdur. Azərbaycanda Ģumlamada xıĢların qoĢqu
heyvanlar vasitəsilə iĢlədilməsi və taxıl döyümündə vəllərin geniĢ istifadəsi bu
baxımdan böyük əhəmiyyət kəsb edir.
Yunan coğrafiyaĢünası Strabon xəbər verir ki, "Albaniyada çox vaxt bir
dəfə əkilmiĢ torpaqdan iki və hətta üç dəfə məhsul götürülür. Birinci dəfə, hətta
dincə qoyulmadan və sadə xıĢla becərilən torpaq birə əlli məhsul verir" [4].
Azərbaycanda eramızın əvvəllərindən baĢlayaraq ictimai-iqtisadi və
mədəni həyatda bir sıra mühüm dəyiĢiklər baĢ verir. Məhsuldar qüvvələrin inkiĢafı
köhnə istehsal münasibətlərinə uyğun gəlmir və nəticə etibarilə yeni, daha
mütərəqqi istehsal münasibətləri yaranır və tədricən formalaĢır.
Eramızm təxminən III əsrindən etibarən Azərbaycanda feodalizmin
yaranması və inkiĢafı ilə əlaqədar taxılçılıq inkiĢaf etmiĢ, məhsuldarlıq xeyli
artmıĢdır. Bu dövrdə metal gavahınlı xıĢlardan Ģumlamada geniĢ istifadə edilməklə
bu alət daha da təkmilləĢdirilmiĢdi.
Orta əsrlərdə ağır və ya qara kotan deyilən daha təkmil Ģum alətinin
Azərbaycanda istifadə edilməsi dövrünə görə ən mühüm ixtiralardan sayılır. XII
əsrin sonu və XIII əsrin əvvəllərinə aid irihəcmli gavahının Beyləqandan tapılması
qara kotanın tarixinin öyrənilməsində mühüm rol oynayır.