Tarixi sənədlərin verdiyi məlumatlara görə, XI-XV
əsrlərdə Azərbaycan-türk xalq dili yerli etnik qruplar və
türklərlə yaxından əlaqədar olan digər xalqlar arasında
"xalqlararası ünsiyyət vasitəsi" kimi istifadə olunur. Şüb
həsiz ki, bu da Azərbaycan-türk dilinin təsir dairəsinin da
ha da genişlənməsi üçün böyük imkanlar açırdı. Bu dil "Dər-
bəııd-Tehran-Bağdad-Şərqi Anadolu dairəsində ümum-
işlək" bir səciyyə kəsb edir. Ümumiyyətlə, "Avropada
fransız dilini bilmək nə qədər zəruridirsə, burada və
ümumiyyətlə, Asiyada da bu dili bilmək bir o qədər va
cibdir". Bu ifadələrdən göründüyü kimi, Azərbaycan-türk
dili orta əsrlərdən, bir növ, beynəlxalq dil kimi xalq-
lararası ünsiyyət vasitəsi olmuşdur. Bu ünsiyyət prosesin
də isə Azərbaycan-türk dili, eləcə də Osmanlı türk dili
qonşu xalqların dillərinə bu və ya digər cəhətdən təsir
etmiş, həmin dillərə həm öz sözlərini, həm də ərəb və fars
sözlərini verməklə vasitəçilik rolunu oynamışdır. "Azər-
baycan-(türk.-M.Ç.) ədəbi dili geniş surətdə işlənilən bir
rəsmi dil olaraq, digər dillərə, o cümlədən ərəb və fars
dillərinə də təsir etməyə başlamışdır. Buna görə də, bu
dövrdə ərəbcə, farsca yazılmış bir sıra kitablarda, fərman,
məktub və.s. kimi yazılı sənədlərdə Azərbaycan-türkcə
sinə məxsus çərək, bəklərbəyi, çobanbəyi, bağbaşı, bay
ramlıq, qoşun, ordubaşı və.b.k. bir çox hərbi terminlər,
dövlət-vəzifə adiərı işlənilmişdir. Belə bir cəhəti də
burada qeyd etmək lazımdır ki, XVI əsrdən başlayaraq,
Azərbaycaıı-(türk.-M.Ç) dilindən fars dilinə keçmiş bu cür
68
tennin və sözlər sonrakı dövrlərdə də fars dilində işlə
nilmiş və müasir fars dilində do bunların bir qismi, artıq,
fars ədəbi dilinin lüğət fonduna daxil olmuşdur: top, top-
çu, qoşun, tüfəng, tüfəngçi, baydaq (bayraq), tuğ (bayraq),
el, oba, alaçuq (alaçıq), ocaq, ağa, otaq, ilxı, ilxıçı, barut,
elbaşı, ordubaşı, sübaşı (ordubaşı), ovçubaşı, yüzbaşı, sağ
dış, soldış, toy, yağı, yasaq, yaraq, yataq, qab, qapıçı..."
(Ə.Dəmirçizadə,səh.l67). Şübhəsiz ki, bu da Azərbaycan-
türk dilinin təsir dairəsinin genişlənməsinə səbəb
olmuşdur. Odur ki, dilimizin yüzlərlə söz və ifadələri fars,
ərəb, gürcü, erməni, rus, ləzgi, aqul, tabasaran və.s dillərə
keçmişdir. Məsələn, mütəxəsislərin hesablamalarına gö
rə, rus dilinə Azərbaycan-türk və digər türk dillərindən 10
mindən çox söz, ifadə, yüzlərlə antroponim (şəxs adları),
toponim və hidronimlər (yer və su aləminin adları) keç
mişdir. Həmçinin, bilavasitə Azərbaycan-türk və Osmanlı
türk dillərindən "qonşu" ennəni dilinə 5 mindən çox söz
və ifadə, yüzlərlə atalar sözləri və zərbül-məsəllər, min
lərlə şəxs adları, toptonim və hidronimlər keçmiş, bir
sözlə, erməni dili türk dillərinin təsiri altma düşmüşdür.
Bu fikri XIX əsrdə yaşamış erməni yazıçısı X.Abovyan
da, prof.Q.Antonyan da, prof. M.Abecyan da, yazıçı və
alim M.Şaginyan da, prof. A.Meliksetbek də və başqaları
da açıq-aydın şəkildə etiraf edirlər. Erməni filoloqları
qeyd edirlər ki, hələ V-VII əsrlərdə erməni yazılı
mənbələrində onlarla Azərbaycan-türk sözləri işlədil
mişdir.
69
Bizim təxmini hesablamamıza görə, həyat və məişətin
m üxtəlif sahələrinə aid erkən orta əsrlərdən bəri gürcü
yazılı mənbələrində mindən çox Azərbaycan-türk söz və
ifadələri, həmçinin 600-e yaxm toponim (yer adlan) və
yüzlərlə şəxs adlan işlənilməkdədir.O cümlədən, hələ
VI-VIII əsrlərin gürcü mənbələrində, həmçinin, "Kartlis
sxovreba" adlanan digər gürcü mənbələrində 60-dan çox
Azərbaycan-türk sözləri işlədilmişdir.
Həmçinin, Azərbaycan-türk dili tarixən Azərbaycanda
moskənləşmiş digər etnik qrupların, o cümlədən tat, talış,
udin, ləzgi, avar, dağ yəhudiləri və.s. dillərinə də təsir
etmiş və həmin etnik qruplar da orta əsrlərdən bəri Azər
baycan-türk dilindən ana dili və dövlət dili kimi istifadə
etmiş və indi də istifadə edirlər. Bu dildə oxuyur, təhsil
alırlar.
Yuxarıda deyilənlərdən aydın olur ki, Azərbaycan-türk
dili hələ V-VIII əsrlərdən tam şəkildə sabitləşmiş və digər
dillərə də öz varlığını göstərməyə başlamış; XII-XİV
əsrlərdən isə tədris müəssisələrində və orduda işlən
mişdir. Bu da bir tərəfdən onun elmi tədqiqat obyektinə
çevrilm əsinə, öyrənilməsinə səbəb olmuşdur. Digər
tərəfdən də, artıq, həmin dövrdə Azərbaycan-türk dilinin
yuxarı zümrəyə-saraya, yəni dövlət idarəsinə yol
tapmasına şübhə yeri qalmır. Bütün bunlar göstərir ki,
təxminən XI əsrdən Azərbaycan-türk dilinin təsir dairəsi
get-gedə genişlənmişdir. Bu fikri istər Azərbaycan-türk
yazıçı və alimlərindən X.Təbrizi, M.F.Axundov, F.Kö
70
çərli, N .Nərimanov, S.M.Qənizadə, Ə.Dəmirçizadə,
F.Zeynalov, Z.Budaqova, A.Qurbanov, M.Çobanov və
başqaları; istərsə xarici ölkələrin yazıçı və alimlərindən X
əsr ərəb dilçisi İbn Hövqəl, XVII əsr fransız səyyahı
Şarden, XIX əsr fransız şərqşünası Baronye de Mcynar,
XIX əsrin alman alimləri Avqust Fon-Qakstqauzen, Y.
Vaydenbaum, XX əsr alman alimi P.Ə. Şmide, XX əsr
ingilis alimi S.K.Simpson, XX əsr polyak alimi M.Za-
yonçkovskaya, XX əsr çex alimi N.Bednarova; Rusiya
klassiklərindən A.S.Puşkin, M.Y.Lermontov, A.A.Bes-
tujev-Marlinski, Rusiya şərqşünas-alimlərindən L.Bu-
daqov, L.Lazerev; gürcü alimi M.Q.Beltadze; istərsə də
düşmənlərimizdən olan erməni yazıçı və alimlərindən
X.Abovyan, M.Şakinyan, Q.Antoııyan, M.Abecyan və
başqalarının fikir və mülahizələri də təsdiq edir.
Qədim tarixə malik olan Azərbaycan-türk dili istər Al
tay dilləri ailəsi, istərsə də dünyanın digər dilləri arasında
ən zəngin dillərindən biri sayılır. Azərbaycan-türk dili ən
incə mətləbləri ifadə etmək imkanına malikdir. Bu dildə
istər bədii, istərsə də elmi və ictimai təfəkkürün bütün sa
hələrinin ən incə məna çalarlarım ifadə etmək müm
kündür. Dünya xalqları mədəniyyətinin ən qiymətli inci
ləri bu dildə, yəni tərcümədə öz təbiiliyini saxlaya bilir.
Digər tərəfdən isə, "Azərbaycan-ftürk.-M.Ç.) dili qədim
zamanlardan müxtəlifdilli Qafqaz xalqları arasında əsas
ünsiyyət vasitəsi olmuş və hətta, bəzi qonşu xalqların
nümayəndələri üçün poeziya dili kimi xidmət etmişdir".
71
Dostları ilə paylaş: |