A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   2   3   4   5   6   7   8   9   ...   64

bul etmişlər. Bu xalqların mənşəyi, soykökü, dili, mədəniy- 
yəti-mə'nəviyyatı,  adət-ən'ənələri  bir-birinə  eyni  və  ya ya­
xın olduğu kimi, onların tarixi inkişafı da, demək olar ki, ey­
ni  tərzdə  inkişaf  edə-edə  bu  günə  qədər  gəlib  çatmışdır. 
Məhz buna görə də, türkdilli xalqların tarixi də, mədəniyyə­
ti  də,  elmi  düşüncə  tərzi  də ümumtürk zəmnində  araşdırıl­
malı  və  öyrənilməlidir.  Bizim  mülahizəmizə  görə,  bunun 
üçün ən münasib yollardan biri türk dünyasının bütün tədris 
müəssisələrində (orta-ümumtəhsil, orta ixtisas və ali məktəblə­
rində) "Ümumtürk tarixi"nin öyrənilməyə başlanması vacib­
dir və bu vaxt artıq çoxdan çatmışdır. Türk xalqlarının vahid 
kökə bağlılığım öyrənmək üçün belə bir kursun yaradılması 
və  tədrisi  günün  ən  vacib  problemlərindən  biri  olmalıdır. 
Çünki  türk  birliyinə  gedən  yol  türklərin  qədim  və  ümumi 
tarixinin öyrənilməsindən başlanmalıdır.  Ümumtürk tarixini 
bilmədən,  ondan  faydalanmadan  ayn-ayrı  türk  xalqının 
tarixini obyektiv və hərtərəfli öyrənmək mümkün deyildir...
Böyük  türk  dünyası  özünün  mövcudluğu  dövründə,  xü­
susilə  son 2500  il  ərzində  120-dən  çox bir  sıra böyük  döv­
lətlər  və  imperiyalar,  müxtəlif dövlət  qurumları  yaratmış, 
həmin dövlətlər əsrlərlə yaşamış və dünyanın siyasi  səhnə­
sində  böyük rola malik olmuşlar.  Həmin  dövlətlərin  dünya 
şöhrəti  qazanmış  hökmdarları  və  sərkərdələri  olmuşdur. 
Onlardan Azov dənizindən Böyük Çin səddinə qədər böyük 
bir  ərazidə  məğrur  türk  imperiyası  (eramızdan  öncə  204  - 
eramızın  126-cı  ili) yaratmış Metc xaqanın.  Avropanın  mər­
12
kəzinə  qədər  irəliləmiş  və  öz  hakimiyyəti  altma  almış 
Atillanm,  Asiya  qitəsində  əzəmətli  dövlət  yaratmış  Çingiz 
xanın,  Batı  xanın,  27  ölkə  üzərində  öz  hakimiyyətini  bər­
qərar etmiş Əmir Teymurun, Avropa dövlətlərini lərzəyə sa­
lan İldırım Bayazidin,  Şah İsmayıl Xətainin, Türkiyə  impe­
riyasının  dövlətçilik  ən'ənəsinin  varisi  Türkiyə  Respubli­
kasının yaradıcısı Mustafa Kamal Atatürkün və başqalarının 
tarixi  rolu,  qəhrəmanlığı  və  vətənpərvərlik  hissləri  gənc­
lərimiz üçün daim ömək olmalıdır...
3. 
ÜMUMTÜRK  DİLLƏRİNİN  TARİXİNİN  ÖYRƏ­
NİLMƏSİ.  Türk  ədəbi  dillərinin  birliyinə  doğru  elmi  isti­
qamət  götürmək  üçün  ən  başlıca  problemlərdən  biri  də 
müasir türk ədəbi dillərinin tarixi inkişafının həm fərdi, həm 
do  ümumtürk  aspektində  araşdırılması,  tədqiq  olunması  və 
alınmış nəticələr əsasında "Ümumtürk dillərinin tarixi" kur­
sunun  yaradılmasından  ibarət  olmalıdır.  Çünki  ümumtürk 
dillərinin  tarixindən kənarda heç bir türk dilinin inkişaf tari­
xini  izləmək,  dəqiq  müəyyənləşdirmək  qeyri-mümkündür. 
Çünki hər bir türk dilinin inkişaf tarixinin zəmnini bütün türk 
dilləri  üçün  ortaqlı  olan  qədim  türk yazılı  abidələri,  qədim 
folklor  nümunəliri,  mifoloji  ədəbiyyat  və  dastanlar  təşkil 
edir.  Onlardan Orxon-Yenisey yazılı abidələrini, M.Kaşğar- 
lının "Divani-lüğət-üt-üt türk" kitabı, Azərbaycan türklərinin 
"Kitabi-Dədəm Qorqud" və qırğızların "Manas" dastanlarını 
və  başqalarını  qeyd  etmək  olar.  Bizim  mülahizəmizə  görə,
13


türk dillərinin hamısı üçün ortaqlı mənbələrin toplanması və 
nəşri  qarşıya qoyulan problemin həll  edilməsi üçün  ən baş­
lıca  şərtlərdən  biridir.  Burada  Ə.Hüseynzadənin  bir  kəla­
mını xatırlamaq da yerinə düşərdi. O, yazırdı ki,  "...türk dili 
isə dövrü-cədid üçün tərəqqi və mədəniyyət dili oluyor. Bu 
həm zamanın,  həm də məkanın iqtizatındadır... bu gün kür- 
reyi-ərz  üzərində  türk  dilindən  daha  müntəşir  bir  dil 
yoxdur... Türkün:
"Eylər dili Çin səddi nədək hökmünü icra:
B ir ııcu A ltay bu yerin,  bir ucu səhra!..."
Necə  də  gəlişi  gözəl  ifadələrdir.  Deməli,  türk  dillərinin 
soyköküııə  qayıtması  və  ondan  qidalanması,  birliyə  doğru 
getməsi  müasir  dövrün,  həyatın  tələbindən  irəli  gələn  bir 
haldır.  Bu  mə'nada  türk  dillərinin  tarixinin  öyrənilməsində 
klassik irsin tarixinin dərindən araşdırılması milli dillərin in­
kişaf yolunun müəyyənləşdirilməsində başlıca rol oynayır...
4. 
TÜRK  XALQLARI  ÜÇÜN  VAHİD  ƏLİFBA  SİS­
TEMİNDƏ  MƏTBUAT  ORQANININ  YARADILMASI. 
Türk  ədəbi  dillərinin  birliyinə  doğru  getmək  üçün  ən  mü­
hüm  şərtlərdən  biri  də  yeni  ümumtürk  ədəbi  dilinin  for­
malaşmasında  və  təşəkkül  tapmasında  başlıca  rol  oynayan 
kütləvi  mətbuat  orqanlarının  -  qəzet  və  jurnalların  tə'sis 
olunması  və  nəşr  edilməsi  mühüm  əhəmiyyət  kəsb  edir. 
Məhz buna görə  də,  mətbuat orqanları  öz  fəaliyyətində  bir 
sıra  amillərə  üstünlük  vennəlidir:  Birincisi,  ona  görə  ki, 
qəzet və jurnallar sadə,  hamının  anlayacağı,  başa  düşəcəyi
14
kütləvi  dildə  nəşr  olunmalıdır.  İkincisi,  qəzet  və  jurnal 
səhifələrində nəşr olunan materiallar yeknəsək yox, müxtə­
lif məzmun  və  mündərəcədə  olmalıdır  ki,  oxucunun  diq­
qətini cəlb edə bilsin. Üçüncüsü, qəzet və jurnalların səhifə­
lərində nəşr olunan  materiallar həm qədim, həm  də müasir 
türk  dünyasının  həyatını,  siyasi  münasibətlərini,  iqtisa­
diyyatını,  mədəniyyətini  və  s.  geniş  şəkildə  əks  etdirməli­
dir...  Belə  olduqda,  şübhəsiz  ki,  kütləvi  mətbuat  orqanlan 
daim  hamının  diqqət mərkəzində  olacaqdır...  Bu məqsədlə 
"Türk  dilləri"  adlı  gündəlik  qəzet  və  "Türk  dil  bilimi"  adlı 
aylıq jurnal  (əlbəttə,  qəzet və jurnalın  adlan  şərtidir,  onlar 
başqa adla da adlandırıla bilər) tə'sis etməli, həmin qəzet və 
jurnalın səhifələrində vahid türk əlifbasının layihəsi və onun 
tədrisi  metodikası,  əlifba problemlərinə həsr olunmuş elmi- 
metodik yazılar, həmçinin, türk xalqlarının qədim  tarixi, bu 
günü  və  gələcəyi,  mədəniyyəti,  ədəbiyyatı,  adət-ən’ənə- 
ləri  və  s. barədə  tanınmış  alimlərin və qabaqcıl ziyalıların 
mülahizələrini  nəşr edib,  ictimaiyyətin  müzakirəsinə  ver­
məli  və  sonra  həmin  müzakirələrin  nəticələri  yekunlaş- 
dırılıb  əməli  işdə  tətbiq  edilməlidir.
5. 
TÜRK XALQLARI ÜÇÜN VAHİD RADİO VƏ TE­
LEVİZİYA  VERİLİŞLƏRİ  MƏRKƏZİNİN  YARADIL­
MASI. Türk ədəbi dillərinin birliyinə doğru irəliləmək, həm 
də bu sahədə böyük və sür'ətli nəticələr əldə etmək üçün ən 
mühüm  vasitələrdən  biri  də  türk  xalqları  üçün  vahid  Radio 
və  Televiziya  Verilişləri  Mərkəzinin  yaradılması  və  onun 
səmərəli  fəaliyyət  göstərməsi  başlıca rola malikdir.  Türk
15


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə