A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə31/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

Məhz  bu yönümlü  fakültələr milli  türklüyümüzə  və  milli 
mənliyimizə  qayıdışın  ilkin  hazırlığını  təmin  edə  bilər. 
Onu  da  qeyd  edək  ki,  bu  qrup  universitetlər  və  ya  fa­
kültələr vahid Türkoloji  Mərkəzdən idarə  olunmalıdır.
Türk  ədəbi  dilləri  birliyinin  linqvistik  aspektlərini 
reallaşdırmaq üçün,  hər  şeydən  əvvəl,  aşağıda  qeyd  olu­
nan problemlərin həlli  ön plana çəkilməlidir:
1.  Yuxarıda  qeyd  olunduğu  kimi,  vahid  türk  əlifbası 
yaradılmalı  və  həmin  əlifba  ilə  fəaliyyət  göstərən  qəzet 
və jurnallar təsis edilməli, kitablar nəşr edilməlidir.
2.  Türk  dünyası  ölkələrinin  hamısında  eyni  proqramla 
gündəlik  yayımlanan  Radio  və  Televiziya  Mərkəzi  ya­
radılmalı.
3.  Azərbaycan-türk  və  Türkiyə  türk  dillərinin  bazası 
əsas  götürməklə  (digər türk  dillərinin  materiallarından da 
istifadə  olunmaqla)  yuxanda  adı  qeyd  olunan  tarix-filo­
logiya  fakültələri  üçün  vahid  "Türk  dili  "  proqramı  və 
"Türk  dili"  dərsliyinin  hazırlanması  və  həmin  fənnin  sə­
ciyyəvi  cəhətləri  nəzərə  alınmaqla  vahid  "Türk  dili"  nin 
tədrisi  metodikası  hazırlanmalı.
4.  Türk dillərinin  çoxcildli  izahlı  lüğəti  (qədim dövr də 
nəzərə  alınmaqla)  hazırlanmalı.
5.  Türk  dillərinin  vahid  dilçilik  terminlərinin  izahlı 
lüğəti  hazırlanmalı.
6.  Türk  dillərinin  ayrı-  ayrı  elm  sahələri  üzrə  izahlı 
terminlər lüğəti  hazırlanmalı.
7.  Böyük Türk Ensiklopediyası  yaradılmalı.
126
8.  Türk  xalqlarının  hamısının  şəxs  adlarını  əhatə  edən 
vahid  Türk şəxs  adları  lüğəti  hazırlanmalı.
9.  Türk  dünyasının  bütün  bölgələrinin  yer-yurd  adları 
və  ya  toponimləri  nəzərə  alınmaqla Türk toponimləri  en­
siklopediyası  hazırlanmalı.  Çünki  hər  bir  toponim  türk 
xalqları  tarixinin  müəyyən bir səhifəsini  özündə  qoruyub 
saxlayır.
10.  Türk  ədəbi  dillərinin  birliyinə  doğru  irəliləməyə 
yaxından  kömək  edə biləcək  ən mühüm  vasitələrdən biri 
də  Türk  xalqlarının  şifahi  ədəbiyyatı  nümunələrinin,  o 
cümlədən  qədim  zamanlardan  üzü  bəri  türk  xalqlarının 
elmi-  fəlsəfi,  əqli-etik düşüncəsinin  ümumi  məhsulu  olan 
atalar  sözləri  və  zərb  məsəlləri,  ümumxalq  təfəkkürünün 
hikmətli sözlərini; laylaların, bayatıların, lətifələrin, ağıla­
rın,  nağılların,  boyların  (dastanların),  alqışların,  qarğış­
ların  və  s.  toplanıb  mətbuat  orqanlarında,  həmçinin,  ayrı- 
ayrı  kitablar  halında  çap  olunub,  geniş  oxucu  kütləsinin 
öhdəsinə  verilməsi  də  çox müsbət nəticələr əldə  etməyə 
imkan  verər.  Çünki  bütün  bunlar  bir  neçə  minillik  tarixə 
malik olan türk xalqlarının özünün türklüyünü, türk m ədə­
niyyətini,  türk  dilini  saflaşdırmaq,  yersiz  olaraq,  türk  dil­
lərində  özünə  yer  tutan  yad  ünsürlərdən  təmizlənməsi, 
türk  dillərinin  birliyi  prosesində  ayrı-  ayrı  türk  dillərinin 
bir-birilə qaynayıb-qarışmasma və bir-birinə qovuşmasına 
geniş  imkanlar yaradar.  Bu  da türk  xalqlarına  və  türk  dil­
lərinə  özlərinin  milli  oyanışına,  dillərinin  milliləşməsinə, 
zənginləşməsinə,  səlisləşməsinə,  büllurlaşmasına  və  va-
127


hid  ümumtürk  dili  kimi  sabitləşməsinə  parlaq  səhifələr 
aça bilər.
11. 
Gələcəkdə nəzərdə tutulan vahid ümumtürk dilinin 
yaradılması  istiqamətində  geniş  sahəli  işlərin  görülməsi 
vacibdir.  Bu  işlərdən en mühümü ümumtürk  dilinin  lüğət 
tərkibinin  zənginləşdirilm əsi  yollarının  m üəyyənləş­
dirilməsi  və  bu  istiqamətdə  bir  sıra  əməli  işlərin  görül­
məsi  daim  diqqət mərkəzində  olmalıdır.  Bunun üçün,  hər 
şeydən  əvvəl,  ayrı-ayrı  türk dillərinin daxili  imkanları-lü­
ğət  tərkibi  və  başqa  dillərdən  sözalma  imkanları  nəzərə 
alınmalıdır.
Vahid ümumtürk dilinin lüğət tərkibinin zənginləşdiril­
məsi  məqsədilə,  ilk növbədə, türk dillərinin hamısı  üçün 
müştərək  olan  qədim  mənbələrdə  işlədilmiş  ümumtürk 
xarakterli qədim sözlərimiz vahid ümumtürk dilinin  lüğət 
tərkibinə qaytarılmalı və onlara yeni nəfəs, yeni ruh veril­
məlidir.
İkincisi,  vahid  ümumtürk  dilinin  lüğət  tərkibinin  zən­
ginləşdirilməsi  üçün  ən  mötəbər  mənbə  sayılan  leksik 
dialektizimlərdən və ya ayn-ayrı türk dillərinin ümumtürk 
xarakterli  dialekt  sözlərindən  istifadə  edilməsi  daim 
diqqət  mərkəzində  olmalıdır.  Çünki  həm  ümumtürk  xa­
rakterli  qədim  mənbələrdə,  həm  də  ayrı-ayrı  türk  dillə­
rinin  dialekt  və  şivələrində  yüzlərlə-minlərlə  elə  sözlər 
vardır ki,  onlar bütün türk  dünyası  üçün  anlaşılır  və  başa 
düşülür.  Belə  sözlərin  vahid  ümumtürk  dilinin  lüğət 
tərkibinə  gətirilməsi  də daim diqqət mərkəzində olmalı­
128
dır.  Bu  m əqsədlə  də,  türk  dillərinin  ümumi  dialektoloji 
lüğəti  hazırlanmalıdır.
Əgər lazım gələrsə, başqa dillərin lüğət tərkibindən də 
bütün türk dilləri  üçün  anlaşıqlı  və başa düşülən müxtəlif 
sözlər  və  terminlər  alıb  vahid  ümumtürk  dilinin  lüğət 
tərkibinə gətirmək və onlardan fəal şəkildə istifadə etmək 
olar.  Həmçinin,  vahid  ümumtürk dilinin lüğət tərkibində 
qarşılığı  olan  bəzi  alınma  sözləri  (ərəb,  fars,  digər 
dillərinin  sözlərini)  vahid  ümumtürk  (eləcə  də,  ayrı-ayrı 
türk  dillərində)  dilində  saxlamağa  heç  bir  lüzum  yoxdur. 
İndi həm ayn-ayrı türk dillərini, həm də yaranmağa doğru 
istiqamət  götürmüş  vahid  ümumtürk  ədəbi  dilinin  səlis, 
saf,  büllur,  milli  lüğət tərkibinə  qaytarmaq,  onu  zəngin- 
ləşdinnək daim ön planda olmalıdır.
Yuxarıda  deyilənləri  ümumiləşdirərək  belə  qənaətə 
gəlmək olar ki,  istər ayrı-ayrı türk dillərinin milliləşməsi, 
istərsə  də  yeni  istiqamət  götünnüş  türk  ədəbi  dillərinin 
birliyinin  milliləşməsi  üçün,  hər  şeydən  əvvəl,  ilk  növ­
bədə,  Türk  dünyasının  müstəqil  dövlətlərinin  hamısında 
türk  dili  rəsmi  dövlət  dili  statusuna  malik  olmalı  və  dil­
lərini  xarici  təsirlərdən  qorumalı  və  milli  türk  düşüncəsi­
nin  məhsulu  olan  türk sözləri  və terminləri  ilə  zənginləş­
dirilməli,  saflaşdırılmalı,  büllurlaşdırılmalı,  təkm illəş­
dirilməli  və  sabitləşdirilməlidir.  Bu  mənada,  XI  əsrin 
görkəmli  filoloq-alimi  Mahmud  Kaşğarlı  demişkən,  dili­
mizi yaxud vahid ümumtürk dilini "ən açıq və doğru dil"ə, 
ümumişlək dilə çevirmək üçün ümumtürk miqyaslı, zəruri
129


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə