lərlo qədim nağılları, bayatıları, atalar sözü və zərbül-
məsəlləri və.s. qeyd etmək olar. Deməli, qədim dünyanın
ulu kitablarından olan "Kitabi-Dədə Qorqud" dastanının
və Nizami "Xəmsə"sinin, Füzuli divanlarının və poema
larının yaranması və yayılması da Azərbaycan-türk dilinin
xüsusi mövqeyinin təşəkkül tapmasına təkan vermiş və
geniş imkanlar yaratmışdır.
4.
Azərbaycan-türk dilini digər türk dillərindən fərq
ləndirən, onun xüsusi mövqeyinin formalaşmasına
köməklik göstərən amillərdən biri də bu dildə ilk mətbuat
orqanının yaradılması olmuşdur. Çar Rusiyası Qafqazı və
bütövlükdə Zaqafqaziyanı işğal edib, burada öz mövqeyini
tamamilə möhkəmləndirdikdən sonra yerli xalqların
nümayəndələrindən öz idarəçilik sistemində istifadə
etmək və ölkənin qanun və sərəncamlarını xalqa çatdır
maq məqsədilə Tiflis şəhərində 1828-ci ildə rus dilində
"Tiflisskie vedomosti" adlı qəzetin nəşrinə sərəncam ve
rir. Məmin qəzetin 1829-cu ildən gürcü, 1830-cu ildən fars
və 1832-ci ilin yanvarından Azərbaycan-türk dillərində
tərcüm ələri çap olunmağa başlayır. Azərbaycan-türk
dilində nəşr olunan bu qəzet "Tiflis əxbarı" adlanırdı. Bu
qəzet yalnız Güney Qafqazda deyil, eyni zamanda İranda
və Türkiyədə də yayılırdı. Lakin qəzetin ömrü uzun
olmadı, təxminən bir il sonra 1833-cü ilin əvvəllərində
qəzetin redaktoru P.S. Scnkovskinin ölümü ilə qəzet də
bağlandı. Bundan başqa, 1838-1846-cı illərdə "Qafqazın
bu tərəfinin xəbəri" adlı tərcümə qəzeti çap olunmuşdur.
32
Bu qəzetin səhifələrində rəsmi dövlət fərmanları, qərar
və qanunları çap olunurdu. XIX əsrin ortalarında Azər
baycanın görkəmli ədibləri M.F.Axundov və M.Ş.Vazeh
Azərbaycan-türk dilində qəzet və jurnal nəşr etdirmək
təşəbbüsü ilə çıxış etsələr də, Çar Rusiyası bu təşəbbüsün
reallaşmasına imkan verməmişdir. 1868-ci ildə Fl.B.Zər-
dabi milli qəzet nəşr etmək barədə yeni təşəbbüs göstərir,
nəhayət, həmin təşəbbüs düz yeddi il sonra öz bəhrəsini
verdi. 1875-ci il iyunun 22-də ilk milli mətbuat orqanı
olan "Əkinçi" qəzetinin ilk sayı işıq üzü gördü. Beləliklə
də, Azərbaycan milli dövri mətbuatının özülü qoyuldu.
Lakin bu qəzetin ömrü uzun olmadı, cəmisi 56 sayı işıq
üzü gördükdən sonra 1877-ci ildə bağlandı. Aradan az bir
müddət keçdikdən sonra Tiflisdə H.S. Ünsizadənin
redaktorluğu ilə 1879-1880-ci illərdə "Ziya", sonralar isə
1880-1884-cü illərdə "Ziyadi-Qafqaziyyə" qəzetləri,
C.Ünsizadə Tiflisdə 1883-cü ildə "Kəşkül" adlı jurnal
nəşr etməyə başlamış (11 sayı nəşr olunub), sonralar isə
həmin jurnalın bazasında "Kəşkül" adlı qəzet nəşr etdir
mişdir. Həmin qəzet isə 1891-ci ildə öz fəaliyyətini da
yandırmışdır. XX əsrin əvvəllərində isə Azərbaycanda
onlarla qəzet və jurnallar, o cümlədən M.Şahtaxtlınm re
daktorluğu ilə "Şərqi-rus" qəzeti və C.Məmmədquluzadə
nin redaktorluğu ilə "Molla Nəsrəddin" və Ə.FIüseynza-
dənin redaktorluğu ilə "Füyuzat" jurnalları çap olunmuş
dur. Bütün bunlar Azəıbaycan-türk ədəbi dilinin sürətli
inkişafına böyük təkan vermiş və onun digər türk dilləri
33
arasında mövqeyinin artmasına səbəb olmuşdur.
5.
Orta əsrlərdən bəri Azərbaycan-türk dilinin mövqeyi
ni artıran amillərdən biri də digər türk dillərinə nisbətən,
məhz Azərbaycan-türk dilində mənəvi mədəniyyətimizin
sürətli inkişafı, ilk mətbuat orqanlarının yaradılması; ədəbi-
bədii sahədə ilk dəfə nəsr və dram janrlarının (faciə, ko
mediya), opera və balet əsərlərinin, kinossenarilərin yara
dılması; milli dram, opera və balet teatrlarının, kinostu
diyanın təşkil olunması və.s. də böyük rol oynamışdır.
KOMEDİYA: Azərbaycan ədəbiyyatında ilk komediya
M.F.Axundovun 1850-ci ildə yazdığı "Hekayəti-Molla
İbrahimxəlil kimyagər" əsəridir.
DRAM: Azərbaycan ədəbiyyatında dram janrmm ilk
nümunələri XIX əsrin ikinci yarısında yaranmışdır. O
cümlədən, C.Məmmədquluzadənin "Çay dəstgahı"
(1889), N.Vəzirovun "Sonrakı peşmançılıq fayda verməz"
(1891), Ə.Haqverdiyeviıı "Yeyəsən qaz ətini, görəsən
ləzzətini" (1892), N.Nərimanovun "Nadanlıq" (1894)
əsərlərini göstərmək olar.
FACİƏ: Azərbaycan ədəbiyyatında faciənin ilk nü
munəsi XIX əsrin sonlarına yaxın yaranmışdır. O cümlə
dən, N.Vəzirovun "Müsibəti-Fəxrəddin" (1896), Ə.Haq
verdiyevin "Dağılan tifaq" (1896), "Bəxtsiz cavan" (1900)
və "Ağa Məhəmməd şah Qacar" (1907), N.Nərimanovun
"Nadir şah" (1898), əsərləri də Azərbaycan ədəbiyyatında
faciənin ilk nümunələridir.
34
OPERA: Azərbaycan operasının tarixi böyük ədib və
bəstəkarımız Ü.Hacıbəyovun "Leyli və Məcnun" (1907)
əsəri ilə başlamışdır. Bu əsərin liberettosu M.Füzulinin
"Leyli və Məcnun" (1907) poeması əsasında yazılmışdır.
Ü.Hacıbəyov 1909-cu ildə "Ər və arvad" operettasmm
musiqisini və liberettosunu yazmışdır.
BALET: Azərbaycan balet əsərlərinin tarixi Ə.Bədəl-
bəylinin 1940-cı ildə tamaşaya qoyduğu "Qız qalası" əsə
ri ilə başlayır. Əsərin librettosu eyni adlı xalq əfsanəsi
əsasında bəstəkar özü tərəfindən yazılmışdır.
SSENARİ: Azərbaycan kinosunun tarixi 1916-cı ildən
başlanır. Həmin ildə "Piroııs qardaşları" səhmdarlar cə
miyyəti İbrahim boy Musabəyovun eyni adlı romanı
əsasında "Neft və milyonlar səltənətində" adlı bədii fil
mini çəkir. Filmdə H.Əroblinski çəkilmişdir.
35
Dostları ilə paylaş: |