A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə1/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
  1   2   3   4   5   6   7   8   9   ...   116



 
 
 
 
 
 
 
A Z Ə R B A Y C A N  DİLİ    VƏ T A R İ X İ  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
Rasim Əfəndi 
 
 
AZƏRBAYCAN 
 
İ N C Ə S Ə N Ə T İ  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏRQ-QƏRB 
BAKI   2007 



 
 
 
Bu kitab "Rasim Əfəndi. Azərbaycan incəsənəti (Bakı, Çaşıoğlu, 2001)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ISBN 978-9952-34-116-4 
 
709.4754-dc22 
Azərbaycan incəsənəti 
 
Rasim Əfəndi. Azərbaycan incəsənəti 
Bakı, "Şərq-Qərb", 2007, 160 səh. + 112 səh. (illüst.) 
 
 
Kitabda  qədim,  orta  əsrlərdə  və  sonrakı  dövrlərdə  Azərbaycanda 
yaradılmış  görkəmli  memarlıq  abidələri,  təsviri  və  dekorativ-tətbiqi  sənət 
nümunələri araşdırılır, incəsənətimizin zəngin ənənələri hərtərəfli şərh edilir. 
 
 
 
 
 
 
 
© "Şərq-Qərb", 2007 



 
ÖN SÖZ 
 
"Azərbaycan  incəsənəti"  kitabı  minilliklər  boyu  formalaşmış  bədii 
mədəniyyətimizin  zəngin  tarixinə  həsr  olunmuşdur.  Kitabda  ən  qədim  dövrlərdən 
başlayaraq  XX  yüzilliyin  axırına  qədər  Azərbaycan  incəsənətinin  keçdiyi  inkişaf 
yolları  izlənir,  Şərq  incəsənəti  tarixində  milli  incəsənətimizin  mövqeyi  müəyyən 
edilir. 
Azərbaycan  incəsənəti  xalqımızın  tarixi  qədər  qədim  və  zəngindir. 
Qobustanın  qaya  təsvirləri,  Qafqaz  Albaniyasının  bədii  keramika  və  metal 
məmulatı, bədii şüşə və oyma sənəti, orta əsrlərdə dünya şöhrəti qazanmış Təbriz 
miniatür  sənəti  nümunələri,  rəngarəng  xalçalar,  tikmələr,  şirli  saxsı  qablar,  kaşı 
sənəti,  zərif  oyma  şəbəkələr  və  gözəl  zərgərlik  məmulatları  -  bütün  bunlar  bədii 
irsimizin çox zəngin olduğunu sübut edir. Kitabda qədim,  orta əsrlərdə və sonrakı 
dövrlərdə  yaradılmış  memarlıq  abidələri,  təsviri  və  dekorativ-tətbiqi  sənət 
nümunələri araşdırılır, incəsənətimizin zəngin ənənələri hərtərəfli izlənir. 
XX  yüzillikdə  Azərbaycanın  ictimai  və  iqtisadi  həyatında  baş  vermiş 
mütərəqqi  dəyişikliklər  nəticəsində  xalqın  mədəni  inkişafında  və  bədii 
yaradıcılığında  ortaya  çıxmış  yeni  təkamüllər,  xüsusilə  təsviri  sənətin  realist 
üslubda inkişafı ilə əlaqədar problemləri geniş şərh edilir. 
Kitab  rəssam,  sənətşünas,  ali  və  orta  ixtisas  məktəblərinin  tələbələri, 
həmçinin Azərbaycan incəsənətinin tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün 
nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
QƏDİM DÖVRDƏ İNCƏSƏNƏT 
 
Azərbaycan  dünyanın  ən  qədim  və  zəngin  tarixə  malik  olan  guşələrindən 
biridir. 
Füzuli  bölgəsi  yaxınlığındakı  ilk  insan  məskəni  sayılan  Azıx  mağarası, 
Naxçıvandakı Kültəpə, Qazaxdakı Baba-Dərviş abidələri, Bakı şəhəri yaxınlığındakı 
Qobustan qaya təsvirləri və  s. Azərbaycanın ərazisində  yurd salmış insanların hələ 
uzaq keçmişlərdə coşqun həyat və yaradıcılıq prosesi keçirdiyini göstərir. Azərbaycan 
xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin 
zənginliyi də böyük təsir göstərmişdir. Onun incəsənəti təbiəti kimi rəngarəng, dolğun 
və  zəngindir.  Ən  qədim  dövrlərdən  zəmanəmizədək  davam  edən  sənət  növləri 
xalqın  geyimindən  tutmuş  müxtəlif  təsərrüfat  məmulatı,  bəzəyi  və  memarlığına 
qədər böyük sahəni əhatə edir. 
Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə desək, 
milli siması, mənliyi sənət növlərində özünü parlaq şəkildə büruzə verəcəkdi. 
Əbəs deyildir ki, indi dünyanın ən zəngin muzeylərində Azərbaycan bədii 
sənətinin bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. 
Parisin  Luvr,  Londonun  Viktoriya  və  Albert,  Nyu-Yorkun  Metropoliten, 
Sankt-Peterburqun Dövlət Ermitajında,  İstanbulun  Topqapı,  Türk  və  islam  əsərləri 
muzeyində  və  başqa  yerlərdə  beş  yüz,  min  il  və  ondan  da  əvvəl  Azərbaycan 
torpağında yaradılmış sənət nümunələri saxlanılır. 
Sənət  nümunələrimizin  Amerika,  Avropa,  Asiya  və  Afrika  qitələrindəki 
ölkələrin məşhur muzeylərində belə layiqli yer tutması onun dünya əhəmiyyəti kəsb 
etdiyini bildirir. 
Azərbaycanda  ən  qədim  sənət  nümunələrinə  biz  daş  və  qayalar  üzərində 
rast gəlirik. Bu da səbəbsiz deyil, çünki daş insanların məişətində ən qədim və təbii 
nemətlərdən biri sayılır. İbtidai insanlar daş aiətlər vasitəsilə özlərinə  yemək əldə 
etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər.  İbtidai insanların ilk yaşayış məskənləri 
də (mağaralar və s.) daşdan tikilmişdir. Qadınların ilk bəzəyi, ilk qələm və lövhə də 
daşdan hazırlanmışdır. İnsanların estetik zövqünün inkişaf etdirilməsində  daş böyük 
rol oynamışdır. 
Əbəs  deyildir  ki,  alimlər  ən  qədim  rəsm  nümunələrinə  daş  və  qayalar 
üzərində rast gəlirlər. 
Elə  buna  görə  də  xalqımız  uzaq  keçmişlərdən  tutmuş  bu  günədək  daşı 
həmişə müqəddəs saymışdır. 
Alimlərimizin  fikrincə,  Azərbaycan  ərazisində  ilahiləşdirilmiş  təbii 
obyektlərdən ən qədimi daş olmuşdur. 
Elmi  araşdırmalar  göstərmişdir ki, uzaq  keçmişdə ölkəmizdə  daşdan  insan, 
heyvan fiqurları düzəltmək, onların üzərini bəzəmək məhz bu məqsədlə edilmişdir. 
Keçmişin yadigarı sayılan daş abidələrimiz bu gün bizi daha çox bədii və 
estetik xüsusiyyətləri ilə maraqlandırır. 
Daş  abidələrimiz  xalqımızın  müxtəlif  dövrlərdə  əl  qabiliyyəti, 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə