A z ə r b a y c a n diLİ VƏ t a r I x I


XI-XV YÜZİLLİKLƏRDƏ İNCƏSƏNƏT



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə14/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   10   11   12   13   14   15   16   17   ...   116

42 
 
XI-XV YÜZİLLİKLƏRDƏ İNCƏSƏNƏT 
 
XI  yüzillikdə  Azərbaycanda  gedən  feodal  toqquşmalarından  sonra,  XII 
yüzillikdə  ölkədə  xeyli  sabitləşmə  prosesi  başlanır.  Səlcuq  dövlətinin  tərkibində  olan 
Azərbaycanda bu zaman Atabəylər və Eldəgizlər hakimiyyəti çərçivəsində qüvvətli 
yerli  dövlət  yaranır.  Eldəgizlər  dövlətinin  şimal  sərhədi  Kür  çayına  qədər  uzanır, 
cənubda isə bütün Azərbaycan ərazisi və İraqın bir hissəsi onların hökmranlığına daxil 
olur. Beləliklə, XII yüzillikdə Azərbaycanda iki yerli müstəqil dövlət sabitləşir. Siyasi 
cəhətdən bu sabitləşmə iqtisadiyyat sahəsinə də müsbət təsir göstərir. 
Ölkənin  iki  dövlətə  bölünməsinə  baxmayaraq,  mədəni  inkişafda  ümumi  bir 
cərəyan,  ümumi  bir  xətt  nəzərə  çarpır.  Bu,  əlbəttə,  hər  şeydən  əvvəl,  xalqın  bədii 
ənənələri ilə bağlı idi. Siyasi cəhətdən də Eldəgiz və Şirvan dövləti arasında yaxınlıq 
var idi. Atabəylər dövləti o zaman Yaxın Şərqin ən qüvvətli dövlətlərindən biri kimi 
Şirvanşahlar dövlətinə də öz nüfuzunu qəbul etdirmişdir. 
XI-XV  yüzilliklər  Azərbaycan  tarixinin  mürəkkəb  və  zəngin  dövrlərindən 
sayılır.  Bu  müddətdə  Azərbaycanda  müxtəlif  xarakterli  ictimai-iqtisadi,  siyasi, 
mədəni, etnik və s. proseslər baş vermişdir. Həmin dövrlərdə Azərbaycan torpağı alim 
Nəsirəddin  Tusi  və  Xətib  Təbrizi,  dahi  şair  Nizami  Gəncəvi,  Xəqani  Şirvani, 
İmadəddin Nəsimi, memar Əcəmi Əbubəkr oğlu Naxçıvani və başqa görkəmli simalar 
yetişdirmişdir. 
Məlumdur ki, Azərbaycan XII əsrdə mədəniyyətin hər sahəsində olduğu kimi 
memarlıq sahəsində də nailiyyətlər əldə etmiş, yerli memarlıq məktəbləri formalaşmış, 
yüksək  məharətə  malik  memarlar  ölkənin  böyük  şəhərlərində  yüksək  bədii 
keyfiyyətli  memarlıq  əsərləri  yaratmışdılar.  XII  əsrin  sonlarında  və  XIII  əsrin 
əvvəllərində şəhərsalma sənəti yüksək səviyyədə idi. Şübhəsiz ki, şəhərsalmanın və 
memarlığın  inkişafı  eyni  zamanda  Azərbaycanda  inşaat  texnikasının  yüksək 
tərəqqisinin nəticəsi idi. 
Bu  zaman  Azərbaycanın  görkəmli  mədəni  mərkəzləri  və  böyük  şəhərləri 
kimi  ilk  növbədə  Şamaxı,  Şəmkir,  Gəncə,  Naxçıvan,  Beyləqan,  Təbriz  qeyd 
edilməlidir. Bıı şəhərlərdə görkəmli sənətkarlar toplaşır və memarlıq, təsviri sənət 
sahəsində  fəaliyyət  göstərirdilər.  X  əsrə  qədər  Azərbaycanın  ən  görkəmli  şəhəri 
hesab edilə bilən Bərdə artıq öz əhəmiyyətini itirmişdi. Qeyd etdiyimiz şəhərlərdən 
başqa, bu zaman Şirvanşahların ikinci mərkəzi və Şirvan dövlətinin liman şəhəri kimi 
Bakının da əhəmiyyəti xeyli artır. 
 
 
 
 
 
 
 


43 
 
MEMARLIQ 
 
Bu dövrdə Azərbaycan memarlığı artıq özünə xas olan bir görkəm almışdı. 
Qədim  dövrlərdən  gələn  inşaat  ənənələri  islamiyyət  dövründə  köklənmiş  yeni 
yaradıcılıq  ənənələrilə  birləşərək  yerli  memarlıq  məktəbinin  yaranmasına  imkan 
yaratdı. 
Ölkədə  memarlıq  məktəblərinin  əmələ  gəlməsi,  ümumiyyətlə, 
memarlığımızın yüksək inkişafını göstərən tarixi bir faktdır. Ona görə ki, memarlıq 
məktəblərinin  əmələ  gəlməsi  üçün  uzun  müddət  təcrübə  qazanmaq  dövrü  və 
ənənələrin  formalaşması  dövrü  keçilməlidir.  Memarlıq  məktəblərinin  əmələ 
gəlməsi, eyni zamanda görkəmli sənətkarların yetişməsi ilə bağlıdır. Dediyimiz bu 
amillər X əsrin axırından başlayaraq yerli memarlıq məktəblərinin əmələ gəlməsi və 
formalaşması üçün şərait yaradır. 
Bu  dövrdə  formalaşmış  Aran,  Naxçıvan,  Şirvan,  Abşeron  memarlıq 
məktəblərindən bəhs etmək olar. 
Aran  memarlıq  məktəbi.  Bu  memarlıq  məktəblərinin  içərisində  ilk 
memarlıq  məktəbi  Aran  memarlıq 
məktəbi  olmuşdur.  Azərbaycan 
Ərəb  xilafətinin  tərkibinə  daxil 
olduğu  zaman  Bərdə  hələ  məşhur 
bir  şəhər  idi.  Burada  görkəmli 
memarlıq 
abidələrinin 
tikildiyi 
haqqında  mənbələr  məlumat  verir. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi, 
qədim  memarlıq  ənənələri  ilə 
islamiyyətdən  gələn  tipoloji  xüsu-
siyyətlərin  birləşməsi  nəticəsində 
formalaşan  orta  əsr  Azərbaycan 
memarlığının ilk rüşeymləri burada 
özünü  göstərir.  Bir  sözlə,  Bərdə 
islamiyyətin  təsiri  ilə  yeni  isti-
qamətdə  inkişaf  edən  Azərbaycan 
memarlığının  təşəkkül  tapmağa 
başladığı  mərhələ  idi.  Bərdədə 
əmələ  gələn  memarlıq  istiqaməti,  ölkədə  feodal  dövlətlərinin  müstəqilləşməsi 
prosesində, yerli ənənələrin güclənməsi ərəfəsində başlayır. Məhz bu şəraitdə Aran 
memarlıq  məktəbi  əmələ  gəlməkdə  idi.  Bərdədəki  inşaat  texnikası,  şəhərsalma 
ənənələri  daha  sonra,  şübhəsiz  ki,  Gəncədə  davam  etdirilir.  X  əsrdə  Gəncədə 
Şəddadilərin  apardığı  geniş  inşaat  bu  şəhəri  Azərbaycanın  görkəmli  memarlıq 
mərkəzinə çevirir. Hələ Bərdədə əmələ  gəlməyə başlayan üslub cəhətləri Gəncədə 
daha bariz şəkildə formalaşır. 
Bərdə  və  Gəncə  ətrafında  formalaşmış  Aran  memarlıq  məktəbi  öz  təsir 


44 
 
dairəsini genişləndirərək demək olar ki, Azərbaycanın bütün orta hissəsinə yayılır. 
XI  əsrdən  başlayaraq,  Beyləqan  və  daha  sonra  Şəmkir  şəhərləri  də 
əhəmiyyətli  memarlıq  mərkəzinə  çevrilir.  Beləliklə,  Aran  memarlıq  məktəbinin 
əhatə dairəsi xeyli genişlənmiş oldu. 
Məlumdur ki,  Aran memarlıq məktəbinin bu zaman əsas mərkəzlərindən 
olan Şəmkir və Gəncə monqol işğalından sonra tamamilə dağıdılmış və sonralar bir 
daha əvvəlki vəziyyətinə qayıda bilməmişdi. Təəssüf ki, Aran memarlıq məktəbinə 
daxil olan şəhərlər və onların abidələri tamamilə dağıdıldığı üçün əlimizdə kifayət 
qədər  faktik  material  və  kitabələr  yoxdur.  Lakin  Aran  memarlıq  məktəbinə  daxil 
olan  memarların  fəaliyyəti  haqqında  əlimizdə  maraqlı  bir  fakt  vardır.  Türkiyənin 
Amasiya  şəhərindəki  məscidin  hasarı  üzərindəki  kitabədə  onun  1236-1246-cı 
illərdə  aranlı  sənətkar  tərəfindən  tikildiyi  qeyd  edilmişdir.  Azərbaycan  memarlığı 
üçün  son  dərəcə  əhəmiyyətli  olan  bu  fakt,  eyni  zamanda  kitabədə  göstərilən  il 
etibarilə də olduqca əhəmiyyətlidir. Adı Mahmud oğlu Məhəmməd olan bu sənətkar 
məhz monqol işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüş və orada öz 
sənətkarlıq fəaliyyətini davam etdirmişdir. Deməli, mahiyyəti etibarilə Aran memarlıq 
məktəbi  monqol  istilasından  sonra  öz  əvvəlki  böyük  əhəmiyyətini  itirir  və  burada 
yetişmiş memarlar Azərbaycanın başqa yerlərinə və gördüyümüz kimi, hətta başqa 
ölkələrə köç edirlər. 
Aran  məktəbinin  səciyyəvi  xüsusiyyətlərini  belə  ümumiləşdirmək  olar: 
Arran  memarlıq  məktəbi  bir  sıra  cəhətlərilə  yaxşı  öyrənilmiş  Naxçıvan  memarlıq 
məktəbinə  oxşardır.  Bu  yaxınlıq  çox  ehtimal  ki,  Aran  məktəbinin  Naxçıvan 
memarlıq məktəbinə təsiri ilə izah edilməlidir. Bu yaxınlıq hər şeydən əvvəl eyni 
inşaat  materialının  tətbiqilə  izah  edilməlidir.  Hər  iki  memarlıq  məktəbində  inşaat 
materialı kərpic idi. Aran memarlığımızın əhəmiyyətli xüsusiyyətlərindən biri divar 
hörgüsünün  səciyyəvi  cəhətləridir.  Memarlıq  tarixində  Gəncə  hörgüsü  adı  ilə 
tanınan  bu  hörgünün  əsas  xüsusiyyəti  çaydaşı  ilə  kərpici  birlikdə  müəyyən  naxış 
şəklində  işlədilməsidir.  Gəncədə  bu  hörgü  çaydaşının  ətrafını  çərçivələyən  kərpic 
şəklində təzahür edir. Şəmkirdə isə bu hörgü daha əlvan şəkil alır. Burada kərpic və 
çaydaşı ilə yanaşı, hörgüyə ağ daş da daxil olur. Beləliklə, Aran hörgüsü rəngarənglik 
kəsb  edir,  polixromik  olur.  İndi  cəsarətlə  demək  olar  ki,  Naxçıvan  memarlıq 
məktəbində  XII  əsrdən  başlayaraq,  rəngli  kaşı  işlədilməsi  ilə  əlaqədar  olan 
rəngarənglik daha əvvəl Aran memarlığında ənənə şəklini almışdır. 
Naxçıvan  memarlıq  məktəbi.  Azərbaycan  memarlığı  tarixinə  dair 
araşdırmalarda  ilk  dəfə  bir  memarlıq  məktəbi  kimi  tanınan  Naxçıvan  memarlıq 
məktəbi  olmuşdur.  Bunun əsas  səbəbi  Naxçıvan  memarlıq  məktəbinə  məxsus  olan 
sənətkarların adını daşıyan kitabələrin dövrümüzə qədər gəlib çatmasıdır. 1162-ci 
il tarixli Naxçıvandakı Küseyir oğlu Yusifin türbəsi üzərindəki kitabədə bu binanın 
müəllifi Əcəmi Əbubəkr oğlu özünü naxçıvanlı memar adlandırır. 
Təxminən  XII  əsrin  əvvəllərində  Naxçıvan  şəhərinin  əhəmiyyətinin 
artması  ilə  əlaqədar  olaraq  burada  sənətkarlıq  və  inşaat  xeyli  genişlənir.  Yerli 
ənənələr  burada  Azərbaycan  memarlığı  ilə  birləşərək  özünə  xas  siması  olan  bir 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə