A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə2/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   2   3   4   5   6   7   8   9   ...   116


 
dünyagörüşü və zövqü haqqında geniş məlumat verir. 
Yurdumuzda  daşdan  düzəldilmiş  və  üstü bəzədilmiş daş abidələrin tarixi 
uzaq keçmişlərə təsadüf edir. 
Alimlərimiz  oyma,  yonma,  cızma  üsulu  ilə  daş  üzərində  həkk  olunmuş 
təsvirlərin  ən  qədim  nümunələrinə  hələlik  Ordubad  (Gəmi  qayası),  Abşeron 
(Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda,  Xəzər 
dənizinin  sahilindən  bir  qədər  aralı  Qobustan  qayaları  üzərində  rast  gəlmişlər. 
Məzmunu,  bədiiliyi  və  çoxluğuna  görə  Qobustan  qayaları  üzərindəki  təsvirlər 
diqqəti daha çox cəlb edir. 
Alimlərimiz burada ibtidai daş və metal alətlər vasitəsilə təsvir edilmiş üç 
mindən  artıq  insan,  heyvan,  məişət  əşyaları,  damğa  xarakterli  rəsmlər  aşkara 
çıxarmışlar. 
Araşdırmalar  göstərir  ki,  Qobustan  qayaları  üzərindəki  təsvirlər  icra 
olunduqları dövrdən asılı olaraq ölçü, kompozisiya və çəkilmə texnikasına görə bir-
birindən fərqlənir. Arxeoloqların fikrincə, bu təsvirlərin ən qədimləri daş dövrünün 
axırlarından başlayaraq tunc alətlərin və silahların meydana çıxdığı dövr ərzində 
həkk  olunmuşdur.  Bu  dövrə  aid  edilən  rəsmlər  həcminin  böyüklüyü,  sxematikliyi, 
real proporsiyalardan kənar vəziyyətdə icrası ilə fərqlənir. 
Təsvirlər arasında ov səhnələri ilə əlaqədar rəsmlər, xüsusilə vəhşi öküz, 
maral, keçi şəkilləri çoxdur. Bu da təsadüfi deyildir, çünki Azərbaycanın ərazisində 
yaşayan ibtidai insanların həyatında ovçuluq mühüm yer tuturdu. 
Qədim  insanların  həyatında  ov  əsas  yaşayış  mənbəyi  olduğu  üçün  təsvir 
olunan  kompozisiyalarda  da  daim  diqqət  mərkəzində  idi.  Elə  buna  görə  də  ibtidai 
rəssam ovçu  fiqurunu  o  biri  fiqurlara  nisbətən  xeyli  böyük,  nəhəng  qüvvəyə  malik 
olan bir şəxs kimi həkk edirdi. 
Aydındır ki, bu baxımdan rəssamın təsvir etdiyi hər bir ovçu ilk növbədə 
adi insanı yox, yaşayış üçün yemək əldə edə bilən bir qüvvəni təmsil etməli idi. 



 
Məhz  buna  görə  də,  Qobustan  qayaları  üzərindəki  bu  dövrə  aid  ovçu 
təsvirləri estetik normalardan xeyli kənar, sxematik bir tərzdə verilirdi. 
Araşdırmalar  göstərir  ki,  Qobustan  qayaları  üzərində  təsvir  olunmuş 
heyvan fiqurları insan fiqurlarına nisbətən daha real və həyati təsvir edilirdi. 
Bəlkə  də  bu  ondan  irəli  gəlirdi  ki,  ibtidai  insanlar  hələ  ova  getməzdən 
əvvəl ovlayacağı heyvanın dəqiq rəsmini çəkir, xarakterini öyrənir, sonra isə rəsmi 
hədəfə  çevirib  ona  qalib  gələrək  ova  çıxırdı.  Deməli,  vəhşi  heyvanın  obrazı  başqa 
təsvirlərə nisbətən ibtidai rəssamın daha çox diqqət mərkəzində olurdu. 
Ola  bilsin  ki,  elə  buna  görə  də  qədim  dövrlərə  aid  edilən  heyvan 
rəsmlərinin əksəriyyəti natural şəkildə təsvir edilirdi. 
Qobustan  qayaları  üzərindəki  vəhşi  heyvan  təsvirlərinin  ən  orijinal 
nümunələrinə Cingirdağ ətəyindəki Yazılıtəpə adlanan yerdə rast gəlinir. 
Yazılıtəpədə  yerləşən  qayaüstü  rəsmlər  içərisində  biri  diqqəti  daha  çox 
cəlb edir. 
Bu  rəsmlər  təpənin  cənubunda  hündür  bir  yerdə  yerləşən  nəhəng  qaya 
üzərindədir. 
Burada 23 təsvir vardır. Onlar 9 heyvan, 3 süvari, ilan, 3 üçbucaq, 3 dişli  
nizə, 5 müxtəlif niaan rəsmi və ərəb əlifbası ilə yazılmış yazıdan ibarətdir. Təsvirlər 
içərisində  təxminən  natural  ölçüdə  olan  maral  rəsmi  xüsusilə  diqqəti  cəlb  edir. 
Uzunluğu 110 sm, hündürlüyü 88 sm ölçüdə, 3 sm dərinliyində oyulmuş bu maral 
rəsmi,  alimlərin  fikrincə,  qaya  üzərindəki  təsvirlərin  ən  qədimidir.  Dinamik  bir 
hərəkətdə  verilmiş  bu  maral  rəsmi  Qobustan  qayalarındakı  təsvirlərin  ən  bədii  və 



 
orijinalıdır. 
Maral  sanki  irəli  atılaraq,  sürətlə  qaçan  bir  vəziyyətdə  təsvir  edilmişdir. 
İbtidai sənətkar bu vəziyyəti maralın döşünü gərmiş, şaxəli buynuzlarını geri atmış, 
bədənini, ayaqlarını yığmış, quyruğunu isə dik qaldırmış şəkildə verməklə əldə edə 
bilmişdir. 
Təxminən  e.ə.  IV-III  minilliyə  aid  edilən  bu  maral  rəsmindən  xeyli  aralı 
qaya  üzərində  mövzu  etibarilə  onunla  bağlı  olan  bir  neçə  təsvir  də  vardır.  Onlar 
marala nizə atan atlılar və s. rəsmlərdən ibarətdir. Bunlar maralla  mövzu  etibarilə 
müəyyən qədər bağlı olsa da bəsit və başqa bədii üslubda yaradılması ilə fərqlənir. 
Biz  qaya  üzərində  müxtəlif  bədii  üslublarda  yaradılmış  təsvirlərlə  rastlaşırıq. 
Qədim  dövrlərə  aid  təsvirlər  daha  dolğun,  daha  plastik,  sonralar  yaradılmış 
qayaüstü rəsmlər isə bəsit şəkildə icra edilmişdir. 
Araşdırmalar göstərir ki, tunc dövrünün axırlarından başlayaraq Qobustan 
qayalarındakı  təsvirlər  get-gedə  həcmcə  kiçilir  və  sənətkarlıq  cəhətcə  xeyli 
dəqiqləşir. 
Bu dövrlərdə metaldan hazırlanmış mükəmməl formalı əmək alətlərinin və  
silahların  meydana  çıxması,  heyvandarlıqla  əkinçiliyin  inkişafı  ovçuluq  peşəsinə 
olan  marağı  xeyli  azaltmağa 
başlamışdır. 
Bu  zaman  insanların 
yaşayışı  üçün  əsas  mənbə 
ovçuluq  yox,  kənd  təsərrüfatı 
və  başqa  sənətkarlıq  sahələri 
hesab edilirdi. 
Aydındır ki, bu dövrə 
aid təsvirlər içərisində həyat və 
yaşayış  tərzi  ilə  əlaqədar  olan 
səhnəciklərə  daha  çox  rast 
gəlinir. 
Əvvəlki 
dövrlərin 
təsvir  vasitələrindən  fərqli 
olaraq  bu  dövrdə  Qobustan 
qayaları  üzərindəki  fiqurların, 
bəsit 
şəkildə 
də 
olsa, 
qabaqcadan 
düşünülmüş 
kompozisiyalar 
əsasında 
qurulduğu hiss olunur. 
Bu  dövrdə  rəsmlər  də 
xeyli  dəqiqləşmişdir.  İlk  dəfə 
olaraq təsvir olunan insan fiqurlarının ağzı, gözü, heyvanların buynuzu, quyruğu və 
s. detallar dəqiq surətdə çəkilmişdir. 
Qobustan  qayaları  üzərində  bu  dövrə  aid  edilən  rəsmlərin  qazılma  və 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə