A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə3/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   2   3   4   5   6   7   8   9   ...   116

10 
 
oyulmasında dəmir alətlərdən geniş istifadə edildiyi hiss olunur. 
Təsvir  vasitələrinin,  texniki  üsulların  mükəmməlləşməsinə  baxmayaraq, 
bu dövr qayaüstü təsvirlərinin bəzi qüsurları da vardır. 
Əgər daş dövrünün axırlarında yaşayan rəssamı təsvir  etdiyi obyekt canlı 
bir  məxluq  kimi  maraqlandırırdısa  və  bununla  əlaqədar  olaraq  onu  sərbəst 
kompozisiyada, canlı və hərəkətdə verməyə cəhd edirdisə, tunc dövründə çəkilmiş 
oyma  rəsmlər  haqqında  bunu  demək  olmur.  Bu  dövrün  rəssamını,  əsasən, 
kompozisiyanın quruluşu, təsvir olunan obyektlərin fərdi xüsusiyyəti və digər şərtlər 
maraqlandırır.  Bu  zaman  sənətdə  ilk  dəfə  olaraq  simmetriyaya  da  müraciət  edilir. 
Simmetrik  şəkildə  qarşı-qarşıya  durmuş  insan,  heyvan  fiqurlarına  bu  dövrdə 
çəkilmiş rəsmlərdə tez-tez rast gəlmək olur. 
Sənətşünaslar  haqlı  olaraq  tunc  dövrünün  axırlarına  aid  edilən  təsvirlərin 
yaranmasında insan şüurunun inkişafı  ilə  əlaqədar  olan  ilk  dini  etiqadların  da  rolu 
olduğunu qeyd edirlər. 
İbtidai  xarakter  daşıyan  din,  aydındır  ki,  o  vaxtlar  insanların  həyat 
qavrayışına uyğun gəlirdi. 
Təbiət  hadisələri  qarşısında  aciz  qalan  ibtidai  insanlar  tunc  dövründə  bu 
hadisələri real şəkildə deyil, qabaqcadan düşünülmüş bir cadu və ya tilsim kimi başa 
düşürdülər.  Elə  ona  görə  də  tunc  dövrünə  aid  edilən  oyma  təsvirlər  üzərində 
əvvəlki dövrlərdə rast gəlmədiyimiz simvolik mahiyyətli xətləri də görmək olur. 
Tunc dövrünə aid edilən oyma rəsmlər içərisində  kollektiv şəkildə təsvir 
edilmiş insan fiqurlarına xüsusilə tez-tez rast gəlmək olur. 


11 
 
Bu tipli rəsmlər sırasına ilk növbədə əl-ələ verib elə bil ki, "yallıyabənzər" 
rəqs edən bir qrup insan fiqurunu əks edən təsvirləri aid etmək olar. 
Böyükdaş  "Ovçular  zağası"  adlanan  mağaranın  üstündə  oyulmuş  bu 
kompozisiyada  arxeoloqlarımızın  fikrincə,  tonqal  ətrafında  dini  mərasim  xarakteri 
daşıyan kollektiv ritual təsvir edilmişdir. 
Araşdırmalar göstərir ki, hətta indinin özündə də Afrika və Avstraliyanın ən 
ucqar yerlərində ibtidai həyat tərzi  keçirən insanlar ovlarının səmərəli olması üçün 
əvvəlcədən  kollektiv  şəkildə  dini  mərasimlər  keçirirlər.  Bu  kollektiv  mərasimlər, 
əsasən, tonqalın və ya öldürüləcək heyvanın şəkli ətrafında olur. 
Mənbələr  göstərir  ki,  Sibirin  və  Orta  Asiyanın  qədim  ovçuları  da  ovdan 
əvvəl qaya təsvirləri üzərində belə  məşqlər etmişlər. Bu təsvirlərin üzərindəki nizə 
zərbəsinin izləri də qayadakı şəkillərin praktiki əhəmiyyətini təsdiq edir. Bu rəqslər 
dini-sehrkar mahiyyəti etibarilə, bəlkə də Azərbaycanda ilk ayin rəqslərindən hesab 
edilməlidir.  Belə  qrup  şəklində  icra  edilən  rəqslərin  mənşəyi  yeni  daş  dövrünün 
ictimai  həyatı  ilə  bağlı  olmuşdur.  Belə  ki,  ilk  neolit  maldarları  heyvanları 
əhliləşdirərkən 
əl-ələ 
verərək 
kollektiv  bir  şəkildə  işləyirdilər. 
Maldarların  belə  birgə  kollektiv 
fəaliyyəti,  müvəffəqiyyətli  əmək 
prosesindən  sonra,  istirahət  zamanı 
oyun  keçirmək  məqsədilə  təkrar 
edilirdi.  Belə  oyunlar  tez-tez  təkrar 
edildikcə  onların  ayrı-ayrı  hissələri 
rəqs şəklini alırdı. 
Totemizm  əqidələrinin  mis-
daş  dövründə  geniş  şəkildə  yayılması 
maldarlığın  tərəqqisi  ilə  əlaqədar 
olmuşdur. Totemizm ilə əlaqədar olan 
dini  təsəvvürlər  qədim  və  ibtidai 
xalqların 
hamısında 
özünü 
göstərmişdir. 
Bu  dövr  rəssamı  belə 
ovqabağı 
məşqlərdən 
birini 
Böyükdaşın  yuxarı  mərtəbəsindəki 
daşda  yaxşı  təsvir  etmişdir.  Burada 
çiyinlərində  kaman  olan  beş  ovçu 
sıraya düzülüb vəhşi öküz rəsmi qarşısında məşq edir, yəni öküz təsvirinə ox atırlar. 
Aşağıdakı, ikinci cərgədəki ovçular isə növbə gözləyirlər. Üzləri öküz təsvirinə tərəf 
olan  ovçuların  kaman  tutan  qolları  görünmür.  Hündürboylu,  enlikü-rəkli  ovçular 
enli  şalvarda  olduqlarından  onların  qıçları  bitişik  tərzdə  göstərildiyi  üçün 
tədqiqatçılar səhvən onları qadın təsvirləri  kimi qələmə  vermişlər. Bu petroqlifdə 
ovçuların  ov  şalvarlarını  bellərinə  sarıdığı  aşkar  görünür.  Bellərindən  sallanmış 


12 
 
iplərə  isə  ov  zamanı  heyvan  quyruqları  bağlanarmış.  Məşq  zamanı  həmin 
quyruqlardan  istifadə  edilmədiyindən  onlar  təsvirdə  öz  əksini  tapmamışdır.  Bu 
petroqlif,  çox  güman  ki,  inisiasiya  ayininin  -gənclərin  ov  sənətinə  yiyələnməsi 
ayininin keçirilməsinə həsr edilmişdir. 
Böyükdaşın yuxarı və aşağı mərtəbələrində aypara şəklində cızılmış, ucu 
günəş təsvirli qayıqlar da xüsusi maraq doğurur. Qayıqların içindəki adamlar düz 
xətlərlə  göstərilmişdir.  Belə  petroqliflərin  balıq  ovuna  çıxan  balıqçılara  həsr 
edildiyinə inanmaq olar. Lakin günəş təsvirlərinin bu qayıqlar üçün mühüm əlamət 
olması imkan verir ki, onları günəşə pərəstiş dini əqidəsilə əlaqələndirək. 
Tunc dövründə  Azərbaycanda  dini əqidələrdən biri də  günəşə pərəstiş idi. 
Bu  dövrün  dulusçuluq  məmulatlarında  günəşin  müxtəlif  rəmzi  və  sxematik 
təsvirlərinə  tez-tez  rast  gəlmək  olur.  Bu  əqidə  Qobustan  petroqliflərində  də  öz 
əksini tapmışdır. 
O dövrdə əcdadlara və bununla əlaqədar olaraq ölülərə də pərəstiş edilirdi. 
Bu  əqidənin  də  özünə  aid  ciddi  və  toxunulmaz  atributları  -  əlamətləri,  işarələri, 
qayda və qanunları var idi. Maraqlı burasıdır ki, əcdadlara - ölülərə pərəstiş əqidəsi 
üzərində  günəşə  sitayişin  böyük  təsiri  olmuşdur.  Misal  üçün  bu  dövrün 
kurqanlarına müraciət edək. Arxeoloq Y.İ.Hummel sübut etmişdir ki, Xanlar bölgəsi 
kurqanlarının - dəfn abidələrinin tikilməsi vahid günəş "şəfəq sistemi" ideyasına tabe 
edilmişdir. Tunc dövrünün qəbirlərində dulusçuluq və metal məmulatları üzərində 
günəşin təsvirlərinə tez-tez rast gəlirik. Bəzən qəbirlərdə çıraqlara, ocaq qalıqlarına, 
oxra ilə boyanmış qırmızı daşlara və oxra boyalarına təsadüf edilir. Belə fikir oyanır 
ki,  bəlkə  də  əcdadlarımız  qəbirlərin,  axirət  dünyasının  işıqlandırılması  qayğısına 
qalmış  və  bu  məqsədlə  günəşi  andıran  müxtəlif  vasitələrdən  istifadə  etmişlər. 
Maraqlıdır  ki,  indi  də  adam  vəfat  edərkən  "qəbri  nurla  dolsun"  deyirik,  görünür 
qəbrin  işıqlı  olması  ideyası  tunc  dövrünün,  ən  qədim  "atəşpərəstlərin"  dini 
mirasıdır.  Beləliklə,  ölülərə  pərəstişin  günəşə  sitayişdən  asılı,  ona  tabe  olduğunu 
nəzərə  alaraq,  mülahizə  şəklində  demək  olar  ki,  Qobustanın  qayıq  təsvirlərindəki 
adamlar  bəlkə  də  balıqçılar  yox,  axirət  dünyasına  günəş  təsvirlərinin  müşayiəti 
altında yola salınan ölülərdir, onların ruhlarıdır. 
Qədim  dünya  mədəniyyətinin  görkəmli  araşdırıcısı  Tur  Xeyerdal 
Qobustanın qayıq təsvirlərilə şumerlərin qayıq təsvirləri arasında yaxınlıq olduğunu 
göstərmişdir.  Bu  yaxınlıq  onların  qamışdan  toxunması,  ayparayabənzər  formada 
olması,  ilahi  məqsədlərə  xidmət  etməsi  ilə  əsaslandırılır.  O  bu  cür  ayparaşəkilli 
qamış  gəmilərin  ilahi  mənşəyi  və  onların  günəş  allahı  ilə  bağlılığı  haqqında  belə 
yazır:  "Uzun  illərdir  ki,  Ay  tarixdən  əvvəlki  sənətin  ən  mühüm  motivi  kimi  məni 
məşğul edirdi. İndi fikrim məni o günlərə aparıb ki, onda qamış gəmilərin böyük 
qurğuları  Şumerdə,  inklərdən  əvvəlki  Peruda  və  tənha  Paska  adasında  ayparaya 
(hilala)  allahın  gəmisi  kimi  baxırdılar:  bu  gəmidə  günəş  allahı  və  ən  qədim 
padşahların  əcdadları  gecə  vaxtı  göydə  səyahət  edirdilər.  Bu  etiqad  qədim 
şumerlərin və peruluların həm rəvayətlərində, həm də təsviri sənətlərində öz əksini 
tapmışdır". 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə