A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə4/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   2   3   4   5   6   7   8   9   ...   116

13 
 
Şumerlərin  ayşəkilli  qədim  gəmilərinin  günəş  allahı  Utu  ilə  bağlılığı, 
Qobustanın günəş təsvirli qamış gəmilərinin də günəş allahı ilə əlaqədar olmasını 
deməyə haqq qazandırır. 
Qədim  Misirdə  papirusdan  toxunmuş  "günəş  gəmiləri"ndən  fironların 
dəfn  ayinini  keçirmək  üçün  istifadə  edilməsi  də  maraqlıdır.  Qədim  Misir 
sənətindən  yaxşı  məlumdur ki, günəş allahı ikincidərəcəli allahlarla birlikdə, papirus 
qayığında  vəfat  etmiş  fironu  son  dəfə  üzmək  üçün  axirət  dünyasına  müşayiət 
edirmiş. 
Qobustan  qayaları  üzərində  aparılmış  elmi  araşdırmalar  göstərmişdir  ki, 
sonrakı dövrlərə aid edilən rəsmlərdə daha heç bir yenilik və orijinallıq olmamışdır. 
Onlar  əsas  etibarilə  qədim  təsvirlərin  kor-koranə  təqlidi  və  təkrarından  başqa  bir 
şey deyildir. 
Qədim  dövr  Azərbaycan  sənətkarlığını  dulusçuluq  sənəti  ətraflı  təmsil 
edir. 
Bu günədək əldə edilmiş gil qablar ölçüləri, formaları, üzərindəki naxışları, 
materialı və bişirilmə texnologiyası etibarilə bir-birindən xeyli fərqlənirlər. 
Elə  bu  baxımdan  da  alimlər  qədim  dövr  Azərbaycan  dulusçuluğunu  iki 
böyük hissəyə bölürlər. 
Bunlardan  birincisi,  qırmızı  gil 
keramika,  ikincisi,  cilalanmış  qara  rəngli 
keramikadır. 
Qədim dulusçuluq məmulatlarının 
qırmızı və qara rəngdə olmasının sirrini ilk 
dəfə  Türkiyənin  dulusçuluq  sənəti  üzrə 
araşdırıcısı  Nuru  paşa  açdı.  İndi  artıq 
məlumdur  ki,  gil  qablar  kürədə  bişərkən, 
gilin tərkibində olan dəmir duzları istiliyin 
təsiri  nəticəsində  dəmir  oksidinə  çevrilir. 
Dəmir  oksidləri  isə  bişmiş  qablara  qırmızı, 
çəhrayı,  qəhvəyi,  sarımtıl  qırmızı  rənglər 
verir.  Qədim  dulusçular  gil  qabları  bu 
rənglərdən  azad  edib,  onlara  qara  və  boz 
rənglər vermək üçün texnoloji üsul axtarıb 
tapmışlar. Onlar bu üsulu kəşf edərkən fiziki 
qanuna,  maddələrin  istidən  genişlənib, 
soyuqdan sıxılması qanununa əsaslanmışlar. 
Mingəçevirdən tapılmış dulusçuluq kürələri göstərir  ki, onlar aşağı (ocaq) 
və  yuxarı  (bişirici)  hissələrdən  ibarət  olmuşdur.  Bu  iki  hissə  çoxlu  deşikləri  olan 
arakəsmə  vasitəsilə  bir-birindən  ayrılır.  Gil  qablar  dulusçuluq  dəzgahında 
hazırlandıqdan  sonra  açıq  havada  qurudulub  dulusçu  kürəsinin  yuxarı  hissəsinə 
yığılırmış.  Bundan  sonra  istiliyi  yaxşı  saxlamaq  üçün  həmin  hissəsinin  qapısı  kip 
bağlanırmış.  Ocaqda  əldə  edilən  istilik  arakəsmənin  deşiklərindən  keçib  gil  qabları 


14 
 
bişirirmiş. İstilik 800-900 dərəcəyə çatanda gil qablar tam bişib qırmızı rəng alırmış. 
Bundan  sonra  ocaq  söndürülür  və  kürə  tamamilə  soyuyandan  sonra  bişmiş  qırmızı 
məmulatlar sobadan çıxarılırmış. 
Qədim  dulusçular  gil  məmulatlara  qara  rəng  vermək  istədikdə,  ocaq 
söndürüləndən  sonra  kürənin  yuxarı,  bişirici  kamerasında  istiliyin  400  dərəcəyə 
enməsini gözləyirmişlər. Ancaq bundan sonra ocaqda yaş odun yandırmaq vasitəsilə 
yuxarı  kameraya  his  (duda)  buraxılırmış.  Bu  vaxt  gil  qabların  xarici  və  daxili 
səthində,  istilikdən  genişlənmə  nəticəsində  külli  miqdarda  boşluqlar  əmələ  gəldiyi 
üçün  his  həmin  boşluqlara  dolur,  kürə  soyuduqca  qabların  xarici  səthləri  getdikcə 
sıxılır və beləliklə də məmulatların kütləsinə hopmuş his, qabları qara rəngə boyayırdı. 
Bu prosesdən sonra sobadan çıxarılmış qabları əvvəlcə sümük və yaxud hamar bərk 
cisimlə, sonra isə yumşaq parça, xəz və mum ilə sürtərək cilalayırdılar. Bu cür üsulla 
hazırlanan qara rəngli qabların səthi parlaq olurdu. 
Naxçıvan  rayonu  ərazisi  (Kültəpə,  Şahtaxtı,  Şortəpə  və  s.)  e.ə.  II 
minillikdə qırmızı keramikanın əsas mərkəzi olmuşdur. 
Bu tip keramika nümunələri, əlvan rəngli olduğu üçün ona boyalı keramika 
adı  verilmişdir.  Alimlər  sübut  etmişlər  ki,  bu  mədəniyyət  Qədim  İran  qəbilələri  ilə 
iqtisadi-mədəni əlaqə nəticəsində meydana çıxmışdır. Boyalı keramika həm əl, həm də 
dulusçuluq dəzgahında hazırlanırdı. Öz inkişafını tunc  dövründə  başlayan  bu  tip  boyalı 
qablar istehsalı dəmir dövrünə qədər inkişaf edərək bir neçə mərhələ keçmişdir. 
Bu tip keramika məmulatları üzərində dalğavari, sınıq və mürəkkəb şəkilli 
düzxətlər, romb, üçbucaq formalı naxışlarla yanaşı quş, heyvan, hətta stilizə edilmiş 
insan  fiqurlarına  da  rast  gəlinir.  Bunlar  qablar  üzərinə  bir  qayda  olaraq  qara,  göy, 
sarı, qəhvəyi boyalarla çəkilərdi. 
Şahtaxtıdan tapılmış irihəcmli qab (e.ə. XVIII-XVII əsrlər) bu  tip boyalı 
keramika sənəti haqqında gözəl təsəvvür yaradır. 
Hazırda  Bakıda  Azərbaycan  tarixi  muzeyində  nümayiş  etdirilən  bu  qabın 
gövdəsi  üzərində  ardıcıl təkrar olunan  quş, heyvan təsvirləri verilmişdir. Rəsmlərə 
diqqətlə  nəzər  yetirsək,  orada  tovuz  quşu,  keçi  və  at  fiqurlarının  olduğunu  görərik. 
Dulusçu böyük məharətlə nəinki burada təsvir olunan canlıların növ və tiplərini, hətta 
onların duruş və hərəkətlərini belə verməyə cəhd etmişdir. 
Təsvirlərdə realist əlamətlərlə yanaşı, dekorativliyə də geniş yer  
verilmişdir. 


15 
 
Cilalanmış qara rəngli keramikanın yayılma ərazisi  daha geniş olmuşdur. 
Bu  tip  keramikanın  inkişafı  eneolit  dövründə  başlayıb  tunc  dövründə  ən  yüksək 
zirvəsinə çatmışdır. 
Bu cür keramikaya Xanlar, Mingəçevir, Daşkəsən, Qazax və s. bölgələrin 
ərazisində tez-tez təsadüf edilir. 
Bu  keramikadan  düzəldilmiş  qab-qacaqlar  öz  formalarından  daha  çox 
üzərindəki  bəzəkləri  ilə  diqqəti  cəlb  edir.  Arxeoloqlarımız  bu  tip  keramika 
nümunələri üzərində rast gəlinən naxış elementlərinin adi bəzək deyil, qədim  yazı 
növləri (piktoqram) olduğu fikrini də irəli sürmüşlər. Qazax bölgəsinin Babadərviş 
adlı qədim yaşayış məskənindən bu tip yazılı qablar xüsusi ilə çox tapılmışdır. 
Qara  keramika  üzərində  rast  gəlinən  müxtəlif  mahiyyətli  şəkil,  naxış 
nümunələri o dövrdə əsasən iki üsulda icra olunurdu. Bunlardan biri cızma, o birisi 
isə inkrustasiya idi. 
Xanlar bölgəsi ərazisində aparılan arxeoloji qazıntı işləri zamanı tapılmış 
ağzı  gen  qablar  üzərində  bu  iki  texniki  üsulun  hər  birindən  məharətlə  istifadə 
edilmişdir. Bu qablar üzərində təsadüf edilən stilizə edilmiş insan, heyvan təsvirləri 
öz üslubu ilə Qobustan qaya rəsmlərini yada salır. 
Xanlar  bölgəsində  tapılmış,  hazırda  Bakıda  Azərbaycan  tarixi  muzeyində 
nümayiş etdirilən bu tipli qablardan birini nəzərdən keçirək. E.ə. II minilliyə aid bu 
ağzı gen qara qabın yan tərəfindən ağ maddə ilə inkrustasiya texnikasında işlənmiş 
iki ovçu və iki keçi təsviri verilmişdir. İnsan təsvirləri keçi fiqurlarına nisbətən daha 
sxematik  şəkildə  verilərək  öndən  göstərilmişdir.  Ovçunun  sol  əlində  oxa-bənzər 
silah vardır. Fiqurlar yuxarıda qoşa əyri xətlər arasında verilmişdir. İnsan və heyvan 
fiqurlarının  üzərində  çoxlu  nöqtələr  vardır.  Alimlərin  fikrincə,  bu  onların  sayca 
çoxalmasını, artmasını, günəş allahından təmənna etməsini göstərir. Cilalanmış qara 
rəngli keramika sənəti üzərində elmi araşdırmalar aparmış alimlər sübut etmişlər ki, 
qədim  keramik  məmulatı  qara  rəngə  boyamaq  üçün  dulusçular  adi  hisdən  bacarıqla 
istifadə  etmişlər.  Bu  məqsədlə  onlar  açıq  havada  qurudulmuş  gil  qabları  əvvəlcə 
hamar sümük və yaxud bərk cisim ilə yaxşıca sürtərək onun üzərindəki məsamələri 
doldurub bərkidirdilər. Bunu ona görə edirdilər ki, qab kürədə bişəndən və qara rəng 
alandan sonra, həm də cilalanmış və parıltılı olsun. Bu qayda ilə hazırlanan mallar 
tamamilə qara rəngli və cilalanmış olurdu. 
Onu da qeyd etmək lazımdır ki, qara keramika mədəniyyəti bu dövrdə tək 
Şimali  Azərbaycanda  yox,  Cənubi  Azərbaycan  ərazisində  də  öz  yüksək  inkişaf 
mərhələsini keçirmişdir. 
Qədim  dövr  dulusçuluq  sənətinin  maraqlı  səhifələrindən  birini  də  fiqurlu 
keramikalar  təşkil  edir.  Fiqurlu  keramika  nümunələri  bu  dövrdə  məlum 
texnologiyaya əsasən cilalanmış qara və boz rənglərdə olurdu. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə