A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə6/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   2   3   4   5   6   7   8   9   ...   116

19 
 
ərazisini zəngin və təbii muzey adlandırmışdır. 
Bu 
dövrdə 
tuncdan 
düzəldilmiş  məmulatlar öz  dəqiq 
işlənməsi  və  bəzən  çox  orijinal 
formalarda 
olmalarına 
baxmayaraq, əsasən bəzəksiz  idi. 
Düzdür,  nadir  hallarda  da  olsa, 
bu  dövrə  aid  şeylərin  üzərində 
biz  müxtəlif  həndəsi  xətlərə, 
bəzən  günü,  ulduzu,  ayı,  hətta 
heyvan təsvirini andıran rəsmlərə 
də  rast  gəlirik.  Lakin  bunlar 
dulusçuluq  sənəti  nümunələri 
üzərində  rast  gəlinən  rəsmlərdəki 
bəzək  rolu  deyil,  daha  çox 
simvolik mahiyyət daşıyırdı. 
Bu  dövrə  aid  abidələr 
içərisində  öz  orijinal  forması  və 
dəqiq  işlənməsi  ilə  1930-cu  ildə 
Qarabağın  Dolanlar  kəndindən 
tapılmış  ikibaşlı  tunc  maral 
fiqurunu  göstərmək  olar.  Maral 
stilizə  edilmiş  səpkidə  -  boynu 
nazik, 
ayaqları 
yoğun 
düzəldilməsinə 
baxmayaraq, 
kompozisiyasının 
orijinal 
quruluşuna  görə  güclü  təsir  bağışlayır.  Maral  hər  iki  tərəfdən  çənəsindən  tutmuş 
qarnının altınadək uzun  zəncirlərlə bənd edilmişdir. Zəncirlərin aşağı hissəsini zərif 
formalı  zınqırovu  andıran  hissəciklər  təşkil  edir  ki,  bu  da  maralın  haradansa 
asılaraq istifadə edildiyini göstərir. 
Qeyd  etmək  lazımdır  ki,  bu  dövrdə  metal  çox  çətin  şəraitlərdə  və  az 
miqdarda  icra  edildiyindən  ondan  çox  nadir  hallarda  adi  məişət  məmulatları 
düzəldirdilər.  Qədimlərdə  metalı  əsas  etibarilə  dini  xarakter  daşıyan  bədii  sənət 
əsərlərinin  düzəldilməsində  istifadə  edirdilər.  Məhz  elə  buna  görə  yuxarıda  qeyd 
etdiyimiz əsərin həyatda daha çox dini xarakter daşıyan predmet olduğu inandırıcıdır. 
Çox  güman  ki,  maral  bu  dövrdə  bu  ərazidə  yaşayanların  pərəstiş  etdikləri  totem 
imiş. 
Tuncdan düzəldilmiş qədim dövr sənət abidələrimiz içərisində öz bədiiliyi 
və sənətkarlığı baxımdan diqqəti cəlb edən əsərlərdən biri də kəmərlərdir. Qarabağ, 
Qazax, Gədəbəy və s. yerlərdən əldə edilmiş bu tunc kəmərlər üzərindəki rəsm və 
naxışları ilə insanı valeh edir. 


20 
 
Qarabağın  Xocalı  kəndindən  tapılmış  kəmərin  qiymətli  cəhəti  ondan 
ibarətdir  ki,  burada  zərgərliyin  bir 
neçə  üsulundan  böyük  məharətlə 
istifadə  edilmişdir.  Kəmərin  bəzək 
kompozisiyası  əsas  etibarilə  üç 
hissəyə bölünür: orta, yuxarı və aşağı 
kənar  hissələri.  Kəmərin  yuxarı  və 
aşağı  kənarları  eyni  şəkildə  təkrar 
edilir  və  hərəsi  üç  naxışdan  ibarətdir. 
Beləliklə,  kəməri  spiralı  andıran  böyük 
orta  zolaq  və onu hər iki tərəfdən örtən 
dalğavari 
naxışlar 
tamamlayır. 
 
Kəmərin  ən  maraqlı  hissəsi 
onun  ortasında  yerləşən  rəsmləridir. 
Burada  bir  öküz,  yeddi  guşəli  ulduz 
və  bəzi  həndəsi  fiqurlar  təsvir 
olunmuşdur. Plastik bir ritmlə yeriyən 
bu  heyvan  fiquru  bütün  kəmərə 
dairəvi  hərəkət  verir  və  bəzək 
kompozisiyasını canlandırır. 
Qazax  bölgəsindən  tapılmış 
e.ə.  I  minilliyə  aid  edilən  tunc  kəmər 
də  üzərindəki  rəsmlərilə  diqqəti  cəlb 
edir.  Kompozisiya  etibarilə  kəmər 
üzərində 
nisbətən 
sərbəst 
yerləşdirilmiş təsvirlərdə qurda bənzər 
vəhşi heyvan və balıq şəkilləri verilmişdir. 
Təsvirlərinin  çoxluğu  və  məzmunu  baxımından  Gədəbəydən  tapılmış 
kəmər daha çox diqqəti cəlb edir. 
Tunc  kəmərlərimizin  tarixi,  bədii  xüsusiyyət  və  məzmunu  ilə  məşğul 
olmuş  alimlərimiz  C.Xəlilov,  N.Rzayev  və  başqaları  Gədəbəydən  tapılmış  kəməri 
indiyədək  Azərbaycan  ərazisindən  tapılmış  tunc  kəmərlərin  ən  gözəl 
nümunələrindən sayırlar. 
Cızma  üsulu  ilə  bəzədilmiş  Gədəbəy  kəmərinin  üz  hissəsində  elə  bil  ki, 
bir-birini  izləyən  beş  heyvan  təsviri  verilmişdir.  Sol  tərəfdən  birinci,  üçüncü  və 
beşinci  yerdə  üstündə  günəşin,  svastika  şəklində  rəmzi  təsviri  verilmiş  aslan 
fiqurları cızılmışdır. 
Araşdırmalar  göstərir  ki,  uzaq  keçmişlərdə  Azərbaycanda,  başqa  Şərq 
ölkələrində olduğu kimi aslan rəsmi günəş və odun rəmzi kimi təsvir olunurdu. 
Aslan  üzərində  ucları  düzbucaq  şəklində  əyilmiş  xaçşəkilli  dini  nişanın 
verilməsi də buna işarədir. 
Tunc  kəmər  üzərində  bundan  əlavə  iki  naməlum  tək-buynuzlu  heyvan 


21 
 
təsvirləri  də  vardır.  Bu  heyvanı  hər  yerdə  ilan  rəsmi  müşayiət  edir.  İlan  rəsmi 
özlüyündə  axirət  dünyasının  simvolu  olduğu  üçün  bu  heyvan  da  yeraltı  ölülər 
dünyasının  rəmzi  kimi  qəbul  edilir.  Beləliklə,  biz  kəmər  üzərində  iki  heyvanın: 
günəşi, işığı təmsil edən aslanla, qaranlıq dünyanın rəmzi olan təkbuynuzlu heyvanın 
mübarizəsi səhnəsini görürük. 
Kəmər üzərində bundan əlavə suyun, bolluğun keçmişdə rəmzi sayılan qoşa 
spiraldan  ibarət  rəsmlər  də 
vardır. 
Həmin 
işarələr 
məhsuldarlığı,  xoşbəxt  həyatı 
təmsil  edir  və  onu,  kəməri 
bəd  nəzərlərdən  də  hifz 
edirmiş.  Bu  işarələr  ikiqat 
şəkildə kəməri haşiyələyir. 
Təbii  belə  kəməri 
uzaq 
keçmişlərdə 
qəbilə 
başçıları  və  ya  ölüm-dirim 
döyüşlərində  qalib  gələn, 
fərqlənən igidlər qoşayardı. 
Metaldan 
düzəldilmiş  sənət  nümunələri 
içərisində  elələri  vardır  ki, 
onların üzərində olan bəzək və 
təsvirlərlə  biz  o  dövrdəki 
insanların  adət-ənənələri,  dini 
görüşləri  və  geyimləri  ilə 
yaxından  tanış  ola  bilirik.  Belə 
sənət  nümunələri  içərisində 
Mingəçevirdən  tapılmış  e.ə. 
VIII-VII 
əsrlərə  aid  başı 
möhürlü tunc üzüklər xüsusilə 
diqqəti 
cəlb 
edir. 
Bu 
möhürlərin  üzərindəki  şirlə 
vuruşan  adam,  nizə  və  qalxanlı  döyüşçü  və  oda  sitayiş  edən  şəxsin  təsvirləri  hər 
şeydən  əvvəl,  o  zamankı  dövrün  geyimləri  və  insanların  adətləri  haqqında  bizdə 
təsəvvür  yaradır.  Maraqlı  burasıdır  ki,  burada  təsvir  olunan  geyim,  silah  və  məişət 
əşyalarının  eynisinə  yunan  alimi  Strabonun  (e.ə.  63-19)  Qafqaz  əhli  haqqında 
verdiyi məlumatlarında da rast gəlirik. 
Həmin  dövrdə  İran  Azərbaycanında  bədii  metal  emalı  daha  yüksək 
səviyyəyə çatmışdır. 
Bu  inkişaf  İran  Azərbaycanında  axır  30-40  il  ərzində  aparılan  arxeoloji 
qazıntılar  zamanı  aşkar  edilmiş  zərgərlik  sənəti  nümunələrində  özünü  göstərə 
bilmişdir. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə