A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə27/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   23   24   25   26   27   28   29   30   ...   116

74 
 
hissəsi asılmış təsvir) aid etmək olar. 
Azərbaycanın  orta  əsr  incəsənətində  bu  tipli  sinkretik  obrazların  geniş 
yayılması heç də təsadüfı deyildir. 
Araşdırmalar göstərir ki, qədim türkdilli xalqların dastan və rəvayətlərində 
qəhrəmanlar  çox  zaman  sinkretik  obrazlar  şəklində    qələmə  verilirdi.    Məsələn,  
məşhur "Oğuznamə" əsərində oğuz tayfasının mifik əcdadı sayılan oğuzun meydana 
gəlməsini yada salaq. "Oğuzun ayağı öküz ayağı tək, beli qurd beli tək, çiyni samur 
çiyni tək, köksü ayı köksü tək idi". 
Bütün  bu  faktlar  göstərir  ki,  orta  əsr  Azərbaycan  incəsənətində  belə 
təsvirlərdən  geniş  istifadə  olunması,  ilk  növbədə  xalqın  təfəkkürü  və 
dünyagörüşündən irəli gəlirdi. 
"Bayıl  daşları"nda  təsadüf  edilən  əfsanəvi  mifik  obrazlar  içərisində  ən 
orijinalı sfinksdir. Hazırda Bakıda Şirvanşahlar sarayı kompleksində nümayiş etdirilən 
"Bayıl  daşları"  qabartmalarının  birində  həmin  obrazın  maraqlı  bir  təsvirini  görürük. 
Sfinks ərəb əlifbası ilə yazılmış daş lövhənin üstündə yerləşdirilmişdir. O elə bil ki, 
yazılar  üzərində  ehtirasla  sağa  tərəf  addımlayır.  Fiqurun  bədəni  yanakı  işlənmiş, 
başı isə qeyri-adi halda tamaşaçıya tərəf döndərilmişdir. Sfinksin üzü çox sadə icra 
olunub, saçları hörülməmiş qadın üzünə bənzəyir. 
Memarlıq abidələrinin üzərində canlıların rəsmini həkk etməyə bu əsrlərdə 
təkcə  Bakıda  yox,  Azərbaycanın  başqa  yerlərində  tikilmiş  abidələrdə  də  rast 
gəlmək olur. 
Bütün  bunlar  qabartma  səpkisində  deyil,  xeyli  səthi,  daha  çox  cızma 
üsulunda  icra  edilirdi.  Belə  bəzəkli  abidələrə  ilk  növbədə  Ağdam  rayonunun 
Xaçıntürbətli  kəndindəki  və  Laçın  rayonunun  Cicimli  kəndi  yaxınlığındakı 
Məlikəjdər türbələrinin rəsmlərini aid etmək olar. 
Ağdamın  Xaçıntürbətli  kəndi  yaxınlığında  yerləşən  1314-cü  il  tarixli 
abidə xüsusilə maraqlıdır. 
Bu  abidə  üzərində  tətbiq  olunmuş  bəzəklər  türbənin  xaricində  girintili-
çıxıntılı tağlarda yerləşdirilmiş simmetrik şəkilli heyvan təsvirlərindən ibarətdir. 
Burada  qanadlı qrifonla  aslan, öküzlə  aslan,  maralla  aslan, iki dovşan və 
ceyranı arxası üstə yıxıb parçalayan aslan təsvirləri verilmişdir. 
Tətbiq olunduğu yerin ölçü və mahiyyətindən asılı olaraq abidə üzərində 
heyvan  təsvirləri  müxtəlif  miqyaslarda  çəkilmişdir.  Məsələn,  qapının  tağları 
üstündə  kiçik  səthdə  üz-üzə  durmuş  iki  kiçik  dovşan  fiquru,  türbənin  dağ  və 
meşələrə  çevrilmiş  arxa  tərəfində  isə  geniş  planda  aslanla  ceyranın  mübarizəsi 
səhnəsi təsvir edilmişdir. 
Abidə üzərindəki rəsmlərin belə müxtəlif ölçülərdə olmasına baxmayaraq, 
onlar vahid texniki üslubda yaradılmışdır. Heyvan fiqurlarının bəzilərinin üzərində 
tünd-qırmızı boya izlərinin qalması onların əvvəllər rəngli olduğunu göstərir. 
Türbə  üzərində  həkk  olunmuş  rəsmlər  sırf  yerli  xüsusiyyət  daşısa  da, 
onlara bənzər qabartma, oyma  və cızmalara  biz  Şərq aləmində  yaradılmış bir çox 
memarlıq abidələrinin üzərində rast gəlirik. Bu baxımdan Xaçıntürbətli abidəsinin 


75 
 
təsvirləri  Türkiyənin  Diyarbəkir  şəhərindəki  Ulu  Cami  məscidinin  bəzəklərinə 
xüsusilə yaxındır. 
Türbə üzərində həkk olunmuş təsvirlərdən tarixi və məzmunu baxımından 
qrifon  obrazı  xüsusilə  diqqəti  cəlb  edir.  Qeyd  etmək  lazımdır  ki,  bu  obraz  uzaq 
keçmişlərdə  Yaxın,  Orta  Şərq  və  Qədim  Altay  incəsənətində  təsadüf  edilir.  Onu 
təsvir  edən  ən qədim  tapıntı  şumerlərin  adı  ilə  bağlı  olub,  e.ə.  III  minilliyə  aiddir. 
Azərbaycanda  da  bu  obrazın  qədim  tarixi  vardır.  Onun  ən  qədim  təsvirlərini  biz 
Cənubi  Azərbaycanın  Urmiya  gölü  ətrafında  Ziviya  adlanan  yerdən  tapılmış  qızıl 
döşlüyün üzərində görürük. E.ə. VIII-VII yüzilliklərə aid edilən bu abidə çoxdandı 
ki,  dünya  alimlərinin  diqqətini  cəlb  etmişdir.  Azərbaycanda  bu  obraza  orta  əsr 
dekorativ-tətbiqi  sənətində  xüsusilə  tez-tez  təsadüf  olunur.  Buna  biz  Mingəçevirdən 
tapılmış  bürünc  toqqalarda,  Naxçıvanın  Zoğallı  kəndində  əldə  edilmiş  bürünc 
oturacaqlarda, Qax rayonunun Qarabulaq kəndində üzə çıxarılmış gümüş qabda və 
s.  rast  gəlirik.  Xaçıntürbətli  mavzoleyində  bu  obraz  dövrün  üslub  xüsusiyyəti  ilə 
əlaqədar olaraq daha dinamik və həyati təsvir edilmişdir. 
XIV-XV  yüzilliklərdən  zəmanəmizədək  süjet  xarakterli  kompozisiyaları 
olan  daş  abidələr  də  qalmışdır.  Bunların  ən  orijinal  nümunələri  hazırda Ermənistan 
ərazisində yerləşən Azərbaycan kənd qəbiristanlığındadır. 
1304-cü  il  tarixli  süjetli  məzar  daşı  keçmiş  Bəyazid  rayonunun  Horaduz 
kəndində,  1478-ci  il  tarixli  süjetli  məzar  daşı  isə  Sisyan  rayonunun  Urud 
kəndindədir. 
1478-ci il tarixli məzar daşı üzərində süjetlər daha genişdir. Uzunluğu 150 
sm, eni 70 sm, hündürlüyü 40 sm olan bədii oymalı bu sənduqənin sağ yan tərəfində 
"səlcuq zənciri" adlanan bəzək elementi arasında bir-birilə az bağlı olan üç  mövzu 
verilmişdir. 
Birinci mövzu ov səhnəsinə həsr edilmişdir. Daşın ən geniş sahəsində həkk 
olunmuş  bu  mövzuda  soldan  sağa  tərəf  at  fiquru,  onun  yanında  üzünü  tamaşaçıya 
çevirib  qarşıda  duran  dağ  keçisinə  ox  atan  cəngavər  təsvir  olunmuşdur.  Çərçivəyə 
alınmış  ikinci  mövzuda  sol  əli  belində,  sağ  əlini  yuxarı  qaldırmış  qadın  obrazı, 
üçüncüdə isə sanki mehrab qarşısında dayanıb iki əlini yuxarı qaldırmış dik papaqlı 
bir  kişi  fiquru  verilmişdir.  Bu  süjet  xüsusilə  diqqəti  cəlb  edir.  Çünki  o,  Urud 
kəndində yerləşən məzar daşlarının əksəriyyətində öz əksini tapmışdır. Azərbaycan 
alimləri  M.Seyidov,  M.Nemətova,  türk  alimləri  Əbdülqadir  İnan,  Murad  Uraz  və 
başqaları  bu  tipli  dini  ayinləri  şamanizmlə  əlaqələndirirlər.  Qeyd  olunan  motiv  bir 
tərəfdən  azərbaycanlıların  uzaq  keçmişdə  Mərkəzi  Asiyada  yaşayan  tayfalarla  sıx 
əlaqəsini  göstərir,  digər  tərəfdən  isə  islam  dininin  fəlsəfəsinə  uyğun  gəlməyən 
mövzuların da olduğunu nəzərə çatdırır. 
XV  yüzillikdən  başlayaraq  daş  abidələri  üzərində  nəbatat  aləmindən 
götürülmüş  təsvirlərə  geniş  yer  verilir.  Gül-çiçək,  yarpaq,  budaq,  ağac  ünsürlərinin 
birləşməsindən əmələ  gələn ornamentlər daş üzərində nisbətən səthi üsulda verilsə 
də, burada dövrün ənənəvi nəbati bəzəklərindən olan lalə, qızılgül, qərənfil, nərgiz 
və s. güllərin elementlərini asanlıqla seçə bilirik. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə