A z ə r b a y c a n I q t I s a d I İ s L a h a t L a r



Yüklə 4,59 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix20.09.2018
ölçüsü4,59 Mb.
#69932
1   2   3   4   5   6

idarəetmə təcrübəsinin olmaması, toxum satışı 

şəbəkəsinin zəif inkişafı, toxumun keyfiyyətinə 

nəzarət və sertifikatlaşma işinin kifayət qədər 

mükəmməl  olmaması,  rayonlaşdırılmamış 

və  mənşəyi  bəlli  olmayan  sortların  nizamsız 

şəkildə idxalı və istifadəsi, Toxum İstehsalçıları 

Assosiasiyasının  fəaliyyətinin  arzuolunan 

səviyyədə  olmaması,  seleksiyaçıların  müəllif 

hüquqlarının  kifayət  qədər  qorunmaması 

və  digər  problemlər  toxumçuluq  sahəsinin 

inkişafına ciddi maneələrdir.

•    Damazlıq işi

Məlum  olduğu  kimi,  yerli  cinslər  həm  süd 

istehsalı,  həm  də  ət  istehsalı  baxımından 

aşağı  məhsuldarlığa  malikdir.  Buna  görə  də, 

heyvandarlıq  təsərrüfatlarında  seleksiya-

damazlıq işlərinin elmi əsaslarla aparılması və 

heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması 

məqsədilə  dövlət  büdcəsi  vəsaiti  hesabına 

xarici ölkələrdən yüksək məhsuldarlığa malik 

damazlıq heyvanların idxalı həyata keçirilir və 

heyvanların süni mayalandırılması işi getdikcə 

genişləndirilir.  2009-2015-ci  illər  ərzində 

“Aqrolizinq”  ASC  vasitəsilə  ölkəyə  18252 

baş  iribuynuzlu  və  5947  baş  xırdabuynuzlu 

damazlıq heyvan gətirilmiş və kənd təsərrüfatı 

məhsulları  istehsalçılarına  güzəştli  şərtlərlə 

lizinqə  verilmişdir.  Bütün  bunlarla  bərabər, 

ənənəvi  damazlıq  metodlarının  tətbiqi 

ilə  alınmış  heyvan  genetik  resurslarının 

toplanması, öyrənilməsi, mühafizəsi və onlar 

üçün  törəmə  planlarının  hazırlanması  da 

damazlıq işində mühüm əhəmiyyət kəsb edən 

məsələlərdəndir.

•    Heyvandarlığın yem təminatı

Son  dövrlər  ölkədə  sənaye  üsulu  ilə  xüsusi 

reseptlər əsasında yem məhsulu istehsalında 

ixtisaslaşmış  yeni  sənaye  müəssisələri  də 

yaranmağa  başlamışdır.  Lakin  bu  məhsullara 

olan  tələbatın  böyük  hissəsi  idxal  hesabına 

ödənilir.  Belə  ki,  2015-ci  ildə  12,8  min  ton 

qüvvəli  yem  istehsal  olunsa  da,  100  min 

tondan çox müvafiq məhsul idxal olunmuşdur. 

Bundan  başqa,  quşçuluq  təsərrüfatlarında 

öz  tələbatları  üçün  ildə  təqribən  300  min  ton 

qüvvəli yem istehsal olunur ki, bunun da əsas 

xammal təminatı idxal hesabına həyata keçirilir.

• 

Baytarlıq və fitosanitar xidmətlərlə 



təminat

Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının 

risklərdən  qorunması,  heyvan  və  bitki 

xəstəliklərinin  qarşısının  alınması  və  aradan 

qaldırılması  məqsədilə  dövlət  dəstəyi  hesabına 

həyata  keçirilən  baytarlıq  və  fitosanitar 

xidmətləri  sisteminin  inkişafı  istiqamətində 

genişəhatəli  tədbirlər  həyata  keçirilir.  Bununla 

belə, ölkədə mövcud olan 3,8 milyon baş şərti 

mal-qaraya effektiv baytarlıq xidməti göstərmək 

üçün  4400  baytar  həkim  tələb  olunduğu 

halda,  Dövlət  Baytarlıq  Nəzarəti  Xidmətinin 

bütün  strukturlarında  2600-ə  yaxın  baytar 

mütəxəssisi çalışır ki, bu da tələbatın təxminən 

60  faizini  ödəyir.  Həmçinin  baytarlıq  təmayüllü 

elmi-tədqiqat  və  diaqnostika  mərkəzlərində 

baytarlıq mikrobiologiyası və virusologiyası üzrə 

elmi  kadrlarla,  bakterioloq  və  virusoloqlarla 

təminatın  daha  da  gücləndirilməsinə  ehtiyac 

vardır.  Ümumilikdə  isə  ölkədə  heyvan  və  bitki 

xəstəlikləri ilə bağlı risklərin idarə edilməsi işinin 

təkmilləşdirilməsi  üçün  Ümumdünya  Heyvan 

Sağlamlığı  Təşkilatının  (OIE)  “Quruda  yaşayan 

heyvanların  sanitar-baytarlıq  Məcəlləsi”nə  və 

Beynəlxalq  Bitki  Mühafizəsi  Konvensiyasının 

(IPPC)  “Fitosanitar  Tədbirlər  üzrə  Beynəlxalq 

Standartları”na  uyğun  olaraq  heyvanların  və 

bitkilərin  sağlamlığının  izlənilməsi  və  nəzarət 

üzrə effektiv sistemin yaradılması üçün kompleks 

fəaliyyət  planının  hazırlanmasına  və  tətbiqinə 

ehtiyac vardır.

•    Elm,  təhsil,  təlim  və  informasiya 



məsləhət xidmətləri

Ölkədə aqrar sahənin problemləri ilə bağlı Kənd 

Təsərrüfatı  Nazirliyinin  və  Azərbaycan  Milli 

Elmlər Akademiyasının 12 elmi-tədqiqat institutu 

fəaliyyət  göstərir.  Həmçinin  Ekologiya  və  Təbii 

Sərvətlər Nazirliyinin və Azərbaycan Meliorasiya 



8


və  Su  Təsərrüfatı  ASC-nin  tabeliyində  olan 

ümumilikdə  4  elmi-tədqiqat  institutu  qismən 

aqrar  sahəyə  aid  olan  problemlər  üzrə 

fəaliyyət göstərir. Kənd təsərrüfatının müxtəlif  

sahələri  üzrə  yüksəkixtisaslı  kadr  hazırlığının 

daha  da  genişləndirilməsi  məqsədilə  Kənd 

Təsərrüfatı  Nazirliyi  və  ADA  Universiteti 

arasında  2016-cı  il  24  oktyabr  tarixində 

Kənd  təsərrüfatı  sahəsində  biznes  idarəçiliyi 

üzrə  beynəlxalq  magistr  proqramının  həyata 

keçirilməsinə  dair  Anlaşma  Memorandumu 

imzalanmış  və  bu  çərçivədə  30  tələbə  ADA 

Universitetində  müvafiq  ixtisas  üzrə  təhsilə 

başlamışdır. Ölkədə fermerlərin əksəriyyətinin 

peşə bilik və bacarıqlarının aşağı olması formal 

təhsil  sistemi  ilə  yanaşı,  qeyri-formal  təlim 

şəbəkəsinin  də  inkişaf  etdirilməsini,  başqa 

sözlə, qısamüddətli və vaxtaşırı təşkil olunmuş 

kurslarda  kənd  təsərrüfatı  istehsalçılarının 

peşə bilik və bacarıqlarının artırılmasını zəruri 

edir.

• 

Kənd 



təsərrüfatı 

və 

ərzaq 

məhsulları bazarı və ixracı

Ölkədə qida məhsullarının zəruri satış şəbəkəsi 

formalaşsa da, kənd təsərrüfatı məhsullarının 

ticarəti  üzrə  bazar  strukturları  və  institutları 

hələ  də  lazımi  səviyyədə  inkişaf  etməmişdir. 

Bazar kanalları dağınıq və bəsit olduğundan, 

qeyri-formal sektor burada üstünlük təşkil edir. 

Buna görə də əksəriyyəti kiçik təsərrüfatlardan 

ibarət  olan  kənd  təsərrüfatı  istehsalçılarının, 

xüsusən  də  bitkiçilik  məhsulları  üzrə  əlverişli 

şərtlərlə 

bazara 


çıxışında 

problemlər 

mövcuddur.  Kənd  təsərrüfatı  məhsullarının 

sahədən  satış  qiyməti  ilə  son  istehlak 

bazarındakı satış qiyməti arasında böyük fərq 

vardır.  Bu  problem,  xüsusilə  meyvə,  tərəvəz 

və bostan məhsullarının topdan və pərakəndə 

satışı  şəbəkəsinin  kifayət  qədər  inkişaf 

etməməsindən qaynaqlanır.

Azərbaycanda  kənd  təsərrüfatı  və  ərzaq 

məhsullarının  pərakəndə  satış  dövriyyəsinin 

həcmi  2015-ci  ildə  12,9  milyard  manat 

olmuşdur. 2015-ci ildə bazarın həcm göstəricisi 

1990-cı  ilə  nəzərən  2,5  dəfə  çox  olmuşdur. 

Kənd təsərrüfatı və ərzaq məhsulları ixracının 

həcmi  2001-2015-ci  illər  ərzində  11,1  dəfə, 

2005-2015-ci illər ərzində isə 2,2 dəfə artmışdır.

• 

Ətraf  mühitin  qorunması,  təbii 



resursların  mühafizəsi  və  təbii-iqlim 

amillərinin kənd təsərrüfatına təsirlərinin 

idarə olunması sistemi

Ölkədə  torpaq  və  su  ehtiyatlarından  səmərəli 

istifadə  problemi  hazırda  aktualdır.  mövcud 

qaydalarda  torpaqların  münbitliyinin  bərpası, 

artırılması  və  mühafizəsi  ilə  bağlı  ayrı-ayrı 

qurumların  vəzifələri,  habelə  bu  vəzifələrin 

həyata  keçirilməsi  mexanizmləri  ilə  bağlı 

konkret  müddəalar  və  təlimatlar  yoxdur. 

Həmçinin müvafiq qurumların əsasnamələrində 

bununla bağlı bir-birini təkrarlayan funksiyalar 

təsbit olunmuşdur. Su ehtiyatlarından səmərəli 

istifadə  olunmasının  mühüm  şərtlərindən 

biri  də  suvarma  sistemlərinin  idarə  edilməsi 

ilə  bağlıdır.  Su  ehtiyatları  məhdud  olan 

ölkə  kimi,  Azərbaycanda  suya  qənaət 

edən  müasir  suvarma  üsullarının  tətbiqinin 

genişləndirilməsini 

stimullaşdırmaq 

üçün 

dünya  təcrübəsində  tətbiq  edilən  müvafiq 



dəstək  tədbirlərinin  görülməsi  də  aktualdır.  

Ətraf  mühitin  qorunmasında  ənənəvi  kənd 

təsərrüfatı  məhsullarının  istehsalı  ilə  yanaşı, 

ekoloji  təmiz  kənd  təsərrüfatı  məhsullarının 

istrehsalının  stimullaşdırılması  da  önəmli  yer 

tutur.


• 

Kənd təsərrüfatının tənzimlənməsi 

dövlət dəstəyi

Ötən dövr ərzində kənd təsərrüfatı məhsullarının 

istehsalçılarına  dövlət  tərəfindən  müvafiq 

dəstək  sistemi  formalaşdırılmış,  bu  sistemin 

təkmilləşdirilməsi və şəffaflığının yüksəldilməsi 

istiqamətində ümumi sahə üzrə dövlət dəstəyi 

tədbirləri,  bitkiçilik  sahəsi  üzrə  dövlət  dəstəyi 

tədbirləri,  heyvandarlıq  sahəsi  üzrədövlət 

dəstəyi tədbirləri görülmüşdür. Dövlət dəstəyi 

sistemi və Kənd təsərrüfatında qeydiyyat, uçot 

və statistika sistemi qurulmuşdur. 2015-ci ildən 

etibarən Avropa İttifaqı (Aİ) ölkələrinin tətbiq 



9


Yüklə 4,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə