A z ə r b a y c a n I q t I s a d I İ s L a h a t L a r



Yüklə 231,39 Kb.

səhifə1/6
tarix16.11.2017
ölçüsü231,39 Kb.
  1   2   3   4   5   6


A v q u s t   2 0 1 7

A Z Ə R B A Y C A N 

  İ Q T İ S A D İ 

      İ S L A H A T L A R

İ C M A L I


Azərbaycan Respublikasında kənd 

təsərrüfatı məhsullarının istehsalına və 

emalına dair Strateji Yol Xəritəsi

Strateji  Yol  Xəritəsinin  2016-2020-ci  illər  ərzində  həyata  keçirilməsi  hesabına 

ölkədə  dayanıqlı  inkişaf  prinsiplərinə  əsaslanmaqla,  rəqabətqabiliyyətli  kənd 

təsərrüfatı  məhsullarının  istehsalı  və  emalı  sektorunun  formalaşdırılmasına 

nail  olmaq  baxımından  əlverişli  mühitin  yaradılması  üçün  9  strateji  hədəfin 

reallaşdırılması  nəzərdə  tutulur.  Bu  strateji  hədəflər  ərzaq  təhlükəsizliyinin 

dayanıqlılığının  gücləndirilməsi,  kənd  təsərrüfatı  məhsullarının  istehsal 

potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi 

üzrə  istehsal  vasitələri  bazarının  inkişafı  və  müvafiq  resurslara,  o  cümlədən 

maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və 

təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin 

inkişaf  etdirilməsi,  bazar  infrastrukturunun  inkişafı  və  istehsalçıların  bazara 

çıxışının  asanlaşdırılması,  təbii  resurslardan  dayanıqlı  istifadə  mexanizmlərinin 

formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd 

yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir.

2



 

Milli  iqtisadiyyat  və  iqtisadiyyatın  əsas 

sektorları  üzrə  strateji  yol  xəritəsinin  başlıca 

istiqamətləri”nin  təsdiqi  və  bundan  irəli  gələn 

məsələlər  haqqında”  Azərbaycan  Respublikası 

Prezidentinin  2016-cı  il  16  mart  tarixli  1897 

nömrəli  Sərəncamı  ilə  iqtisadiyyatın  mövcud 

vəziyyətinin  dərin  təhlili  əsasında  Strateji  Yol 

Xəritəsinin hazırlanması üzrə müvafiq tapşırıqlar 

verilmişdir. Buna uyğun olaraq, kənd təsərrüfatı 

məhsullarının  istehsalı  və  emalı  sənayesi 

sahələrində  mövcud  vəziyyət  müvafiq  dövlət 

orqanlarının, tədqiqat mərkəzlərinin və müstəqil 

ekspertlərin iştirakı ilə sistemli və əhatəli şəkildə 

təhlil  olunmaqla,  silsilə  müzakirələr  keçirilmiş 

və müvafiq qiymətləndirmələr aparılmış, bunun 

əsasında  “Azərbaycan  Respublikasında  kənd 

təsərrüfatı məhsullarının istehsalına və emalına 

dair  Strateji  Yol  Xəritəsi”  (bundan  sonra  - 

Strateji Yol Xəritəsi) hazırlanmışdır.

Bu  Strateji  Yol  Xəritəsində  ölkənin  kənd 

təsərrüfatı  sahəsinin  inkişafı  ilə  bağlı  2020-ci 

ilədək  strateji  baxış,  2025-ci  ilədək  olan  dövr 

üçün  uzunmüddətli  baxış  və  2025-ci  ildən 

sonrakı  dövr  üçün  hədəf  baxış  əks  olunub 

ki,  bu  da  kənd  təsərrüfatı  sahəsində  həm 

orta,  həm  də  uzunmüddətli dövr  üzrə  strateji 

inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl 

mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə 

malik olmasını ifadə edir

Bu  sektor  üzrə  uzunmüddətli  perspektivə 

nail  olmaq  məqsədilə  ölkə  üzrə  turizm 

sektorunda  doqquz  əsas  strateji    hədəf 

müəyyənləşdirilmişdir.

• 

Ərzaq 

təhlükəsizliyinin 

dayanıqlılığının  təmin  edilməsi  üçün 

institusional potensialın gücləndirilməsi

Ərzaq təhlükəsizliyinin dayanıqlılığı və əhalinin 

ərzağa  əlyetərliyi  ilə  bağlı  məlumat  və 

monitorinq sisteminin qurulması ,əhalinin bütün 

təbəqələrinin  etibarlı  ərzaq  təminatına  nail 

olunması  mexanizmlərinin  formalaşdırılması 

,dəyər  zəncirinin  bütün  mərhələlərini  əhatə 

edən və risklərin təhlili yanaşmasına əsaslanan 

qida təhlükəsizliyi sisteminin formalaşdırılması

• 

Kənd 



təsərrüfatı 

məhsullarının 

istehsal  potensialının  dəyər  zənciri  üzrə 

artırılması

Həm  daxili,  həm  də  xarici  bazarlarda 

rəqabətqabiliyyətli  kənd  təsərrüfatı  və  emal 

sənayesi  məhsulları  üzrə  istehsal  potensialının 

gücləndirilməsi,  idxalı  əvəz  etmək  potensialı 

olan  kənd  təsərrüfatı  və  emal  sənayesi 

məhsulları  istehsalının  artırılmasının  təşviqi, 

kənd  təsərrüfatında  fermer  tərəfdaşlığının 

formalaşdırılması  və  kooperasiyanın  inkişafı, 

kompleks 

layihələrin 

həyata 


keçirilməsi 

üçün 


dövlət-özəl 

tərəfdaşlığının 

inkişafı, 

aqrobiznesin inkişafına dəstək infrastrukturunun 

formalaşdırılması

• 

Maliyyəyə çıxışın asanlaşdırılması

Kənd  təsərrüfatı  sahəsi  üzrə  maliyyələşdirmə 

mexanizmlərinin 

təkmilləşdirilməsi, 

aqrar 


sığortanın  inkişaf  etdirilməsi,  aqrar  sahəyə 

investisiya qoyuluşlarının təşviq edilməsi

• 

Kənd təsərrüfatı sahəsi üzrə istehsal 

vasitələri bazarının inkişafı və xidmətlərlə 

təminatın yaxşılaşdırılması

Torpaq bazarının inkişaf etdirilməsi, İstehsalçıların 

suvarma  suyu  ilə  təminatının  yaxşılaşdırılması, 

kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının 

texnika,  maşın  və  avadanlıqlarla  təminatının 

yaxşılaşdırılması  və  aqroservis  xidmətləri 

bazarının  inkişaf  etdirilməsi,  toxum  və  ting 

bazarının  inkişaf  etdirilməsi  və  yerli  istehsal 

potensialının  gücləndirilməsi,  gübrə  və  bitki 

mühafizə vasitələri ilə təminatın yaxşılaşdırılması, 

heyvandarlığın qarışıq qüvvəli yemlə təminatının 

yaxşılaşdırılması  və  damazlıq  işinin  inkişaf 

etdirilməsi, 

kənd 


təsərrüfatı 

məhsulları 

istehsalçılarının baytarlıq və fitosanitar xidmətləri 

ilə təminatının yaxşılaşdırılması

• 

Kənd  təsərrüfatı  sahəsində  elm, 

təhsil  və  informasiya-məsləhət  xidmətləri 

sisteminin inkişaf etdirilməsi

3





Dostları ilə paylaş:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə