A z ə r b a y c a n I q t I s a d I İ s L a h a t L a r



Yüklə 231,39 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix16.11.2017
ölçüsü231,39 Kb.
#10607
1   2   3   4   5   6

Aqrar  təhsildə  keyfiyyətcə  yeni  inkişaf 

mərhələsinə 

keçidin 

təmin 


edilməsi, 

kənd  təsərrüfatında  elmi  tədqiqatların 

planlaşdırılması,  aparılması  və  nəticələrin 

tətbiqi  mexanizmlərinin  təkmilləşdirilməsi, 

aqrar  sahənin  ehtiyaclarına  cavab  verən 

informasiya-məsləhət  xidməti  şəbəkəsinin 

formalaşdırılması

• 

Kənd 



təsərrüfatı 

məhsulları 

üzrə  bazar  infrastrukturunun  inkişafı 

və  istehsalçıların  bazarlara  çıxışının 

asanlaşdırılması

Kənd  təsərrüfatı  məhsulları  üzrə  bazar 

infrastrukturunun 

inkişaf 


etdirilməsi, 

kənd  təsərrüfatı  məhsulları  üzrə  bazarın 

tənzimlənməsi  sisteminin  təkmilləşdirilməsi, 

kənd təsərrüfatı və emal sənayesi məhsulları 

üzrə ixracın təşviqi və dəstəklənməsi.

• 

Ətraf  mühitin  qorunması,  təbii 



resurslardan  dayanıqlı  istifadə  və  təbii 

amillərin kənd təsərrüfatına təsirlərinin 

idarə olunması

İqlim  dəyişmələrinin  və  digər  təbii  amillərin 

kənd təsərrüfatına mənfi təsirinin azaldılması 

mexanizmlərinin  işlənilməsi,  aqrar  sahədə 

ətraf  mühiti  mühafizə  mexanizmlərinin 

təkmilləşdirilməsi, 

kənd 

təsərrüfatı 



torpaqlarından və su ehtiyatlarından dayanıqlı 

istifadə  mexanizmlərinin  təkmilləşdirilməsi, 

ekoloji  təmiz  kənd  təsərrüfatı  istehsalının 

inkişaf etdirilməsi.

• 

Aqrar 

sahə 

üzrə 

dövlət 

tənzimlənməsinin 

effektivliyinin 

yüksəldilməsi  və  biznes  mühitinin 

təkmilləşdirilməsi

Əlverişli aqrobiznes mühitinin formalaşdırılması 

üçün  tədbirlərin  görülməsi,  elektron  kənd 

təsərrüfatının  qurulması,  qeydiyyat,  uçot 

və  statistika  sisteminin  təkmilləşdirilməsi, 

kənd  təsərrüfatını  tənzimləyən  qurumların 

potensialının 

gücləndirilməsi, 

kənd 

təsərrüfatı  məhsulları  istehsalçılarına  dövlət 



dəstəyi  siyasətinin  inkişaf  məqsədləri  əsasında     

təkmilləşdirilməsi,  aqrar  siyasətin  nəticələrinin 

monitorinqi  və  qiymətləndirilməsi  sisteminin 

qurulması.

• 

Kənd 

yerlərində 

məşğulluğun 

artırılması 

və 

əhalinin 

rifahının 

yüksəldilməsi

Kənd yerlərinin sosial-iqtisadi inkişaf siyasəti üzrə 

potensialının  gücləndirilməsi,  kənd  yerlərində 

alternativ  fəaliyyət  sahələrinin  inkişafının 

dəstəklənməsi,  yerli  icmaların  kəndin  inkişafına 

dair təşəbbüslərinin dəstəklənməsi.



QLOBAL TRENDLƏR

Ötən  əsrin  60-70-ci  illərindən  etibarən  geniş 

miqyas  alan  və  mineral  gübrələrin,  pestisidlərin 

və  təkmil  irriqasiya  sistemlərinin  tətbiqinin 

genişləndirilməsi,  istehsalın  mexanikləşdirilməsi 

səviyyəsinin yüksəldilməsi və seleksiya-damazlıq 

işlərinin  təkmilləşdirilməsi  ilə  xarakterizə  edilən 

“Yaşıl  inqilab”  sayəsində  qlobal  səviyyədə 

həm  bitkiçilik,  həm  də  heyvandarlıq  sahəsində 

istehsalın əsaslı şəkildə intensivləşdirilməsinə nail 

olunmuşdur. İstehsalın intensivləşdirilməsinin daha 

bir zəruri şərti olan kənd təsərrüfatı torpaqlarının 

konsolidasiyası prosesi də, davamlı kənd inkişafı 

və  təbii  ehtiyatların  səmərəli  idarəedilməsi 

siyasətinin  tərkib  hissəsi  kimi,  kənd  təsərrüfatı 

sahəsində  müşahidə  olunan  daha  bir  qlobal 

meyildir.  Müasir  dövrdə  qlobal  səviyyədə  kənd 

təsərrüfatı  sahəsi  “Yaşıl  inqilab”  mərhələsindən 

“İkinci yaşıl inqilab” və ya “Biotexnologiya inqilabı” 

mərhələsinə  keçid  dövrünü  yaşayır.  Müasir 

dövrdə  əkin  sahələrinin  becərilməsində  istifadə 

olunan  təkmil  texnologiyalar  kimi  yeni  suvarma 

üsullarının  (damla,  yağmurlama,  tərləmə)  və 

səmərəli əkin metodlarının (laydırsız şum, tirəyə 

səpin,  sıfır  becərmə,  qarışıq  əkin,  lazer  mala 

və  s.)  tətbiqi  genişləndirilir.  Müvafiq  istehsal 

texnologiyalarının inkişafı ilə yanaşı, aqrar sahədə 

fəaliyyət  göstərən  təsərrüfatların  idarəedilməsi 

sisteminin  də  avtomatlaşdırılması  təcrübəsi, 

xüsusilə inkişaf etmiş ölkələrdə genişlənməkdədir. 

Kənd  təsərrüfatı  və  ərzaq  məhsulları  üzrə 

qlobal ixracda emal olunmuş, yəni daha yüksək 



4


əlavə  dəyər  yaradılmaqla  istehsal  olunmuş 

məhsulların xüsusi çəkisinin getdikcə artması 

müşahidə olunur.

Qlobal  səviyyədə  yüksək  sürətlə  gedən 

urbanizasiya  prosesi  nəticəsində  şəhər 

əhalisinin  ərzaq  məhsulları  üzrə  istehlak 

göstəricisinin həcmi böyük miqyasda artmışdır 

ki,  bu  da  ənənəvi  kənd  təsərrüfatı  istehsalı 

modelinin  “şəhər  tələbatına  yönəlik  kənd 

təsərrüfatı”  (“urban  demand  –  oriented 

agriculture”)  yanaşması  ilə  əvəzlənməsini 

şərtləndirmişdir.

Cəmiyyətin  müasir  inkişaf  mərhələsində 

kənd  təsərrüfatının  gələcək  inkişafı  ilə  bağlı 

çağırışlar, ilk baxışda fərqli görünən iki qlobal 

trend fonunda müəyyənləşir:

• 

Belə  ki,  qlobal  miqyasda  kənd 

təsərrüfatı  və  ərzaq  məhsullarına  olan 

tələbatın  artım  tempi  azalma  meylinə 

malikdir.

FAO-nun  hesablamalarına  görə,  ötən  40  il 

ərzində bu tələbatın ortaillik artım tempi 2,2 

faiz  olduğu  halda,  növbəti  40  il  ərzində  bu 

göstəricinin  1,1  faizə  enəcəyi  gözlənilir.  O 

cümlədən  inkişaf  etməkdə  olan  ölkələr  üzrə 

bu göstəricilər, müvafiq olaraq, 3,6 faiz və 1,3 

faiz səviyyəsində qiymətləndirilir. 

• 

2050-ci  ildə  bütün  dünya  üzrə 

ərzaq  istehsalının  artırılması  zərurəti 

yaranacaq və hətta inkişaf etməkdə olan 

ölkələrdə  müvafiq  istehsal  həcminin  2 

dəfə artırılması zəruri olacaqdır. 

Çünki  qlobal  miqyasda  həyat  səviyyəsi 

standartlarının  getdikcə  yüksəlməsi  trendinə 

uyğun  olaraq  ərzaq  məhsulları  istehsalının 

strukturunda sağlam və keyfiyyətli məhsulların 

xüsusi çəkisi getdikcə yüksəlir. 

Dünya  əhalisinin  sayının  artmasına,  habelə 

inkişaf  etməkdə  olan  ölkələrdə  həyat 

səviyyəsinin 

tədricən 

yaxşılaşmasına 

görə  qlobal  miqyasda  ərzaq  məhsullarına 

artacaq  tələbatın  ödənilməsi  zərurəti  ilə 

bağlı  beynəlxalq  çağırışın  reallaşmasına 

maneə  yaradan  aşağıdakı  bir  sıra  problemlər 

mövcuddur:

• 

Dünya 


miqyasında 

torpaqların 

deqradasiyası  çox  təhlükəli  şəkildə  artır  və 

dünyanın çox hissəsini əhatə edir. 

• 

Kənd təsərrüfatı sahəsindəki fəaliyyətlər 



qlobal 

iqlim 


dəyişikliklərinə 

adaptasiya 

olunmalıdır. 

• 

Qlobal miqyasda mövcud olan ədalətsiz 



ticarət şərtləri inkişaf etməkdə olan, o cümlədən 

də zəif inkişaf etmiş ölkələrdə ərzaq məhsulları 

istehsalına mənfi təsir göstərən daha bir ciddi 

faktor kimi çıxış edir. 

• 

Kənd  təsərrüfatı  və  ərzaq  məhsulları 



qiymətlərinin  qlobal  səviyyədə  müşahidə 

olunan qeyri-sabitliyi, xüsusilə inkişaf etməkdə 

olan,  o  cümlədən  zəif  inkişaf  etmiş  ölkələrdə 

əhalinin ərzağa əlyetərliyini çətinləşdirir, habelə 

istehsalçıların fəaliyyətinin səmərəliliyini azaldır. 

• 

İnkişaf  etməkdə  olan,  o  cümlədən 



də  zəif  inkişaf  etmiş  ölkələr  kənd  təsərrüfatı 

və  ərzaq  məhsulları  istehsalının  həcminin 

artırılması  çağırışını  reallaşdırmaq  üçün  kənd 

təsərrüfatına,  bundan  daha  çox  isə  bu  sahə 

ilə bağlı istiqamətlərə investisiya qoyuluşunun 

həcmini artırmalıdırlar. 

• 

Qlobal  səviyyədə  innovativ  istehsal 



və  idarəetmə  texnologiyalarının  tətbiqinin 

geniş  yayıldığı  bir  vaxtda  aqrar  sahə  üzrə 

modernləşdirilmiş  elm,  təhsil  və  informasiya 

məsləhət xidmətləri sisteminin mövcudluğu bu 

sahədə  rəqabətqabiliyyətliliyin  təmin  edilməsi 

üçün zəruri resurslardan biri kimi çıxış edir. 



MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ

Kənd  təsərrüfatı  məhsullarının  istehsalı 

və emalı sahəsində mövcud vəziyyət 

• 

Sahənin ümumi inkişaf trendləri

Kənd  təsərrüfatı  məhsullarının  ümumi  həcmi 

1995-2015-ci  illər  ərzində  faktiki  qiymətlərlə 

7,7  dəfə  (real  ifadədə  2,4  dəfə),  2005-2015-

ci illər ərzində isə 3,1 dəfə (real ifadədə 38,4 

faiz)  artmışdır.  Kənd  təsərrüfatı  məhsulları 

istehsalının  ÜDM-də  payı,  neft  sektorunun 

5



Yüklə 231,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə