A z ə r b a y c a n I q t I s a d I İ s L a h a t L a r



Yüklə 231,39 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix16.11.2017
ölçüsü231,39 Kb.
#10607
1   2   3   4   5   6

ümumi  iqtisadi  artımda  təsirinin  xüsusilə 

gücləndiyi  2000-2010-cu  illər  ərzində  16,1 

faizdən  5,5  faizə  enmişdir.  2010-2015-ci 

illər  ərzində  isə  kənd  təsərrüfatı  məhsulları 

istehsalının  ÜDM-də  payı  5,5  faizdən  6,2 

faizə  yüksəlmişdir.  Azərbaycan  dövlət 

müstəqilliyini əldə etdikdən və ölkədə bazar 

iqtisadiyyatına  keçid  prosesi  başladıqdan 

sonra  kənd  təsərrüfatı  məhsulları  istehsalı 

sahəsində müşahidə olunan başlıca trend bu 

sahənin istehsal strukturunun köklü şəkildə 

ərzaqtəyinatlı  kənd  təsərrüfatı  məhsulları 

istehsalı  əsasında  formalaşdırılması  ilə 

xarakterizə  olunur.  Eyni  zamanda,  ötən 

dövr  ərzində  ərzaqtəyinatlı  emal  sənayesi 

məhsullarının  istehsalında  da  ciddi  artım 

baş  vermişdir.  Bununla  belə,  daxili  bazarda 

həm  istehlak  tələbatının,  həm  də  emal 

sənayesinin  xammala  olan  tələbatının 

ödənilməsi  məqsədilə  bəzi  məhsulların 

idxalının həcminin həmin məhsullar üzrə yerli 

istehsala nisbəti kifayət qədər yüksəkdir.

• 

Ərzaq 

məhsulları 

ilə 

özünütəminetmə  səviyyəsi  və  qida 

təhlükəsizliyi

Ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi 

istiqamətində həyata keçirilən məqsədyönlü 

tədbirlər  sayəsində  2015-ci  ildə  əsas  ərzaq 

məhsulları  ilə  özünütəminetmə  səviyyəsi 

yüksəlmişdir. Ərzaq təhlükəsizliyinin mühüm 

tərkib  elementlərindən  biri  olan  qida 

təhlükəsizliyinə  nəzarət  sisteminin  də  köklü 

şəkildə inkişaf etdirilməsi əsas çağırışlardan 

biridir. Hazırda Azərbaycanda kənd təsərrüfatı 

və  ərzaq  məhsullarının  keyfiyyətinə  və 

təhlükəsizliyinə nəzarət səkkiz dövlət orqanı 

tərəfindən  həyata  keçirilir.  Bu  orqanlar 

arasında  düzgün  koordinasiyanın  qurulması 

və mövcud problemlərin aradan qaldırılması 

institusional islahatları zəruri edir.

• 

Kənd təsərrüfatının institusional 

strukturu

Ölkədə 


kənd 

təsərrüfatı 

məhsulları 

sahəsində  istehsal  potensialının  daha 

da  artırılması,  o  cümlədən  məhsuldarlıq 

göstəricilərinin 

yüksəldilməsi 

baxımından 

aktual olan məsələlərdən biri də təsərrüfatların 

əksəriyyətinin  kiçik  ölçüdə  olması,  həmçinin 

onların  institutlaşma  səviyyəsinin  aşağı 

olmasıdır.  Kənd  təsərrüfatı  kooperasiyasının 

formalarından biri kimi çıxış edən “müqaviləyə 

əsaslanan kənd təsərrüfatı istehsalı” sisteminin 

də  tətbiqi  arzuolunan  səviyyədə  deyil.  Qeyd 

edilənlərə  əsasən,  dünya  təcrübəsində  tətbiq 

edilən  mütərəqqi  vasitələrlə  təsərrüfatların 

konsolidasiyası  tədbirlərinin  həyata  keçirilməsi 

və  kənd  təsərrüfatı  sahəsində  kooperasiyanın 

müxtəlif  formalarda  inkişafı  ölkəmiz  üçün  çox 

aktualdır.

• 

Aqrar 



istehsalçıların 

maliyyə 

resursları ilə təminatı və sığorta sistemi

Son illər ərzində kənd təsərrüfatı məhsullarının 

istehsalı və emalı sahələrinə ayrılan kreditlərin 

həcmi davamlı şəkildə artmışdır. Belə ki, Mərkəzi 

Bankın məlumatlarına əsasən, bu sahəyə kredit 

qoyuluşu 2005-ci ildə 97,6 milyon manat olduğu 

halda,  2015-ci  ildə  bu  göstərici  508,1  milyon 

manat təşkil etmişdir. Lakin həmin dövr ərzində 

bu sahənin iqtisadiyyata qoyulmuş kreditlərdəki 

payı 6,8 faizdən 2,3 faizə enmişdir. 2005-2015-ci 

illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun 

xətti ilə kənd təsərrüfatı məhsullarının istehsalı 

və emalı sahələrinə ayrılmış güzəştli kreditlərin 

həcmi  18,1  dəfə  artmışdır.  2006-cı  ildən 

etibarən  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında 

Kənd  Təsərrüfatı  Layihələri  və  Kreditlərinin 

İdarə  Edilməsi  üzrə  Dövlət  Xidməti  tərəfindən 

də  bu  sahəyə  güzəştli  kreditlərin  ayrılmasına 

başlanılmışdır.  Azərbaycanda  kənd  təsərrüfatı 

istehsalçılarının 

sığortalanmasına 

dövlət 


dəstəyi həyata keçirilir. Lakin, kənd təsərrüfatı 

istehsalında məhsuldarlıq göstəriciləri üzrə son 

30-40 illik informasiya bazasının olmaması kənd 

təsərrüfatı sahəsində sığorta sisteminin inkişaf 

etməsinə  maneə  törədən  əsas  elementlərdən 

biridir. Bundan əlavə, müvafiq sığorta fondunun 

olmaması bu sahənin inkişafına öz mənfi təsirini 

göstərir.



 

6


İstehsal  vasitələri  və  xidmətlərlə 

təminat

•    Torpaq ehtiyatları

Azərbaycan  Respublikası  Dövlət  Statistika 

Komitəsinin 

məlumatlarına 

əsasən, 

Azərbaycanın 8,64 milyon hektar təşkil edən 

ümumi ərazisinin 55 faizi və ya 4,74 milyon 

hektarı kənd təsərrüfatı təyinatlı torpaqlardır. 

Azərbaycan  torpaq  ehtiyatları  məhdud  olan 

ölkələr sırasına aiddir. Azərbaycanda torpaq-

iqlim şəraiti suvarılan torpaq sahəsini 3,0-3,5 

milyon hektara qədər artırmağa imkan versə 

də, su ehtiyatlarının çatışmazlığı səbəbindən 

bunu həyata keçirmək mümkün olmur.

• 

Su  ehtiyatları  və  irriqasiya-

meliorasiya sistemləri

Arid  zonada  yerləşən  Azərbaycanın  su 

ehtiyatları 

məhduddur. 

Meliorasiya-

irriqasiya  sisteminin  yenidən  qurulması  və 

təkmilləşdirilməsi  məqsədilə  dövlət  büdcəsi 

vəsaitləri  hesabına  böyükmiqyaslı  layihələr 

həyata  keçirilmişdir.  Belə  ki,  2004-2015-

ci  illərdə  əkin  sahələrinin  və  əhalinin  içməli 

suya  olan  tələbatının  ödənilməsi  üçün 

1492  ədəd  subartezian  quyusu  qazılmışdır. 

“Samur-Abşeron suvarma sisteminin yenidən 

qurulması”  layihəsi  çərçivəsində  ümumi 

sututumu  268  milyon  m3  olan  Taxtakörpü 

su  anbarı  və  ümumi  uzunluğu  140  km 

olan  magistral  kanallar  tikilərək  istifadəyə 

verilmişdir.  “Meliorasiya-irriqasiya  sisteminin 

inkişaf  etdirilməsi  tədbirləri  hesabına  266 

min  hektar  sahədə  torpaqların  su  təminatı 

yaxşılaşdırılmış,  43  min  hektar  sahə  yeni 

suvarılan torpaqlar qrupuna əlavə edilmişdir. 

Həmçinin 218 min hektar sahədə torpaqların 

meliorativ  vəziyyəti  yaxşılaşdırılmışdır.  Lakin, 

suvarma  və  kollektor-drenaj  şəbəkələrinin 

90  faizindən  çoxu  torpaqməcralı  və  açıqtipli 

olduğundan yüksək su itkisinə, minerallaşmış 

qrunt  sularının  əkin  qatına  qalxmasına  və 

ətraf  torpaqların  şoranlaşmasına  yol  verilir. 

Bundan başqa, əkinçilikdə əsas suvarma üsulu 

kimi ənənəvi “səthi suvarma” və ya “selləmə 

suvarması”  tətbiq  edilir.  “Damla  suvarma”  və 

“yağmurlama suvarma” kimi suya qənaət edən 

müasir  suvarma  üsullarının  tətbiqi  məhdud 

miqyasdadır.

 

•    Texnika ilə təminat



Son  dövrlərdə  əhəmiyyətli  dövlət  dəstəyi  və 

həyata keçirilən sistemli tədbirlər hesabına kənd 

təsərrüfatı  istehsalçılarının  müvafiq  texnika 

və  avadanlıqlarla  təminatının  yaxşılaşdırılması 

istiqamətində köklü irəliləyişə nail olunmuşdur. 

2005-2015-ci  illər  ərzində  “Aqrolizinq”  ASC 

tərəfindən  1869  ədəd  taxılyığan  kombayn, 

7265  ədəd  traktor  və  14507  ədəd  digər  kənd 

təsərrüfatı  texnikası  alınmışdır.  Qeyd  olunan 

dövr  ərzində  ümumilikdə  18090  ədəd  kənd 

təsərrüfatı  texnikası,  o  cümlədən  723  ədəd 

taxılyığan kombayn, 6305 ədəd traktor və 11062 

ədəd  digər  kənd  təsərrüfatı  texnikası  10644 

hüquqi  və  fiziki  şəxsə  lizinqə  verilmiş  və  ya 

lizinq yolu ilə satılmışdır. Bununla belə, texnika 

parkındakı yeni alınan maşın və avadanlıqların 

sayı  artsa  da,  istismar  müddəti  başa  çatan 

texnikaların yeniləri ilə əvəz edilməsinə ehtiyac 

vardır.

•    Mineral gübrələrlə təminat

Son 


illər 

kənd 


təsərrüfatı 

məhsulları 

istehsalçılarının  mineral  gübrələrlə  təminatının 

yaxşılaşdırılması  məqsədilə  xərclərin  bir 

hissəsinin  dövlət  büdcəsi  hesabına  ödənilməsi 

müsbət  nəticə  vermişdir.  2008-2015-ci  illərdə 

“Aqrolizinq” ASC tərəfindən fermerlərə güzəştli 

şərtlərlə  satılan  gübrənin  ümumi  həcmi  68,4 

min tondan 124,6 min tona çatmışdır. Bununla 

belə, hazırda əkinlərə verilən mineral gübrələrin 

faktiki  həcmi  mövcud  tələbatla  müqayisədə 

əhəmiyyətli dərəcədə aşağıdır

•    Toxumla təminat

Ölkə  üzrə  cəmi  354  özəl  təsərrüfat  toxum  və 

ting  istehsalı  ilə  məşğul  olur.  Bununla  belə, 

ölkədə toxuma olan tələbatın böyük hissəsi idxal 

hesabına  ödənilir.  Ümumiyyətlə,  yerli  toxum 

təsərrüfatlarının  maddi-texniki  bazalarının 

zəifliyi  və  bazar  prinsiplərinə  uyğun  peşəkar 

7



Yüklə 231,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə