A z ə r b a y c a n I q t I s a d I İ s L a h a t L a r



Yüklə 231,39 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix16.11.2017
ölçüsü231,39 Kb.
#10607
1   2   3   4   5   6

etdiyi metodika əsasında “e-kənd təsərrüfatı” 

informasiya 

sisteminin 

qurulmasına 

başlanılmışdır.  Aİ-nin  “İnteqrasiya  Olunmuş 

Nəzarət  Sistemi”nin  (IACS)  prinsiplərinə 

əsaslanan  “e-kənd  təsərrüfatı”  informasiya 

sistemi  7  altmoduldan,  o  cümlədən  “Torpaq 

Sahələrinin 

İdentifikasiyası”, 

“Fermer 

Təsərrüfatlarının  Reyestri”  və  “Subsidiyaya 

Ərizələrin Qeydiyyatı və Təhlili” modullarından 

ibarətdir.  Beynəlxalq  məsləhətçilər  qrupu 

cəlb  edilməklə,  “Heyvanların  İdentifikasiyası 

və  Qeydiyyatı  Sistemi”nin  yaradılması  üçün 

texniki tapşırığın hazırlanmasına başlanılmışdır. 

MDB ölkələri arasında ilk dəfə Azərbaycanda 

Aİ  təcrübəsinə  uyğun  “Fermer  Təsərrüfatları 

Məlumatlarının Monitorinqi Sistemi” (FTMMS) 

qurulmuşdur.

• 

Kənd 



təsərrüfatı 

sahəsində 

məşğulluq və kənd yerlərinin inkişafı

Dövlət  Statistika  Komitəsinin  məlumatlarına 

əsasən,  son  5  il  ərzində  ümumi  məşğulluq 

səviyyəsinin  6,8  faiz  artımı  müqabilində 

emal  sənayesində  məşğul  əhalinin  sayındakı 

artım  9,3  faiz,  kənd  təsərrüfatında  isə  2,5 

faiz  olmuşdur.  Regionların  iqtisadi  inkişaf 

proqramları  çərçivəsində  yaradılan  yeni  iş 

yerlərinin 71 faizi və ya 1,0 milyondan çoxu, 

habelə  yaradılan  yeni  müəssisələrin  42  faizi 

və  ya  29820-si  regionların  payına  düşür.  O 

cümlədən yeni istifadəyə verilən mehmanxana 

və  mehmanxana  tipli  obyektlərin  68  faizi 

və  ya  202-si  regionlarda  fəaliyyət  göstərir. 

Qeyd  edilənlərlə  bərabər,  ölkənin  sosial-

iqtisadi inkişafının müasir mərhələsində kənd 

yerlərinin  inkişafı  siyasətinin  qabaqcıl  dünya 

təcrübəsi əsasında təkmilləşdirilməsi aktualdır.



Kənd təsərrüfatı məhsullarının istehsalı 

və emalı sahəsinin GZİT təhlili

Güclü tərəflər 

• 

Mövcud  təbii  resursların  (torpaq,  su, 



iqlim ehtiyatlarının) ölkədə kənd təsərrüfatının 

inkişafı baxımından əlverişli olması; 

• 

özəl mülkiyyətə əsaslanan təsərrüfatçılıq 



ənənələrinin və bazar iqtisadiyyatı prinsiplərinə 

əsaslanan aqrar siyasətin formalaşması; 

• 

müasir 


texnologiyalara 

əsaslanan 

yeni  emal  sənayesi  müəssisələri  şəbəkəsinin 

formalaşması; 

• 

kənd təsərrüfatı və ərzaq məhsulları üzrə 



istehsalın  artım  dinamikasının  dünya  üzrə  orta 

göstəricilərdən yüksək olması; 

• 

dövlət  müstəqilliyini  əldə  etdikdən 



sonra  mühüm  ərzaq  məhsulları  ilə  ölkənin 

özünütəminetmə səviyyəsinin yüksəlməsi

• 

kənd 


təsərrüfatı 

məhsulları 

üzrə 

ixracın  həcmində  yüksək  artım  dinamikasının 



mövcudluğu; 

• 

kənd təsərrüfatı məhsulları istehsalçılarının 



müvafiq  istehsal  vasitələri  ilə  təminatına  güclü 

dövlət  dəstəyinin  verilməsi  və  hazırda  istehsal 

vasitələri  ilə  təminatın  mövcud  tələbata  uyğun 

səviyyədə ödənilməsi 

• 

həm  bitkiçilikdə,  həm  də  heyvandarlıqda 



istehsalın  intensiv  üsullarla  artırılması  üçün 

dövlət dəstəyi mexanizmlərinin yaradılması; 

• 

fəaliyyəti 



mütərəqqi 

təsərrüfatçılıq 

metodlarına əsaslanan aqrobiznes müəssisələrinin 

yaradılması və bu istiqamətdə təcrübənin tədricən 

genişləndirilməsi; 

• 

beynəlxalq  bazarlara  yaxın  olması 



(Azərbaycan Rusiya bazarı kimi geniş bir bazara 

yaxın yerləşir və Avropa və Yaxın Şərq bazarlarına 

da çıxış imkanları böyükdür); 

• 

nisbətən  yaxşı  inkişaf  etmiş  kənd 



infrastrukturunun mövcudluğu. 

Zəif tərəflər 

• 

Mütərəqqi  təsərrüfatçılıq  metodlarının 



tətbiqi  təcrübəsinin  geniş  yayılmaması,  əksər 

məhsullar  üzrə  istehsalın  artımında  ekstensiv 

amillərin  rolunun  böyük  olması  nəticəsində 

məhsuldarlıq göstəricilərinin aşağı olması; 

• 

əkin  sahələrinin  suvarma  suyu  ilə 



təminatında problemlərin olması; 

• 

bazar infrastrukturunun, o cümlədən satış 



və anbar infrastrukturunun kifayət qədər inkişaf 

etməməsi; 

• 

məhsulların  həm  istehsalı,  həm  emalı, 



həm  də  ticarəti  mərhələlərində  yaradılan  əlavə 

dəyərin yüksəldilməsi üçün mövcud imkanlardan 

zəif istifadə olunması; 

• 

kiçik  torpaq  sahibliyinə  əsaslanan  ailə-



10


kəndli təsərrüfatlarının üstünlük təşkil etməsi 

və  bu  təsərrüfatların  bazaryönümlülüyünün 

aşağı səviyyədə olması; 

• 

aqrar  siyasətdə  təklifyönümlülüyün 



(istehsal) 

tələbyönümlülükdən 

(bazar) 

daha  üstün  olması  və  ümumilikdə  bu 

siyasətin  “dəyər  zənciri”  yanaşması  əsasında 

təkmilləşdirilməsinə ehtiyac olması; 

• 

fermer 


tərəfdaşlığının 

və 


kənd 

təsərrüfatında  kooperasiyanın,  o  cümlədən 

aqrar-sənaye inteqrasiyasının zəif olması; 

• 

emal 



sənayesi 

müəssisələrinin 

fəaliyyətinin  yerli  xammal  mənbələrinə 

əsaslanmasının 

kifayət 

qədər 


yüksək 

olmaması;

• 

istehsalçıların  maliyyə  resurslarına 



çıxışının və aqrar sığorta sisteminin zəif inkişaf 

etməsi; 


• 

fermerlərin  öz  fəaliyyətini  mütərəqqi 

üsullarla  həyata  keçirmələri  üçün  müvafiq 

sahələrdə bilik və bacarıqlarının aşağı olması; 

• 

kənd təsərrüfatı məhsulları istehsalının 



ətraf mühitin mühafizəsi və təbii resurslardan 

dayanıqlı istifadə şərtləri kifayət qədər nəzərə 

alınmadan aparılması; 

• 

kənd təsərrüfatı sahəsi üzrə informasiya 



və  məsləhət  xidmətləri  sisteminin  inkişaf 

etməməsi; 

• 

kənd  təsərrüfatı  və  ərzaq  siyasətinin 



effektivliyinin daha da artırılması baxımından 

mövcud  resurslarla  bağlı  təkmil  informasiya 

bazasının  yaradılması  işinin  (elektron  kənd 

təsərrüfatının,  torpaqların  elektron  kadastr 

sisteminin  və  heyvanların  identifikasiyası 

sisteminin qurulmasının) başa çatmaması; 

• 

strateji əhəmiyətli ərzaq məhsulu kimi 



buğda  istehsalının  rəqabətqabiliyyətliliyinin, 

xüsusilə mövcud təbii resursların məhdudluğu 

(taxılçılıq  ölkələrindəki  kimi  geniş  torpaq 

sahələrinin  olmaması)  səbəbindən  aşağı 

səviyyədə olması; 

• 

qida təhlükəsizliyi, kənd təsərrüfatı və 



ərzaq məhsulları üzrə keyfiyyətin idarəedilməsi 

sisteminin beynəlxalq standartların tələblərinə 

tam uyğunlaşdırılmaması; 

• 

kənd  təsərrüfatı  problemləri  üzrə 



həyata keçirilən elmi-tədqiqat fəaliyyətlərinin 

praktika ilə əlaqələndirilməsinin zəif olması. 



İmkanlar 

• 

kənd  təsərrüfatı  və  ərzaq  məhsulları 



istehsalı və emalı sahəsinin inkişafının ölkənin 

ümumi  sosial-iqtisadi  inkişaf  siyasətində 

prioritet  istiqamətlərdən  biri  kimi  müəyyən 

olunması; 

• 

kənd  təsərrüfatı  və  ərzaq  məhsulları 



istehsalının artırılmasını stimullaşdırmaq üçün 

müvafiq dövlət dəstəyinin olması; 

• 

kənd  təsərrüfatı  və  ərzaq  məhsulları 



bazarı  üzrə  bazar  infrastrukturunun  inkişafı 

və  effektiv  bazar  tənzimlənməsi  sisteminin 

formalaşdırılması tədbirlərinə başlanılması; 

• 

sərfəli  ixrac  bazarlarına  coğrafi 



yaxınlığın  və  bu  bazarlarda  əhəmiyyətli 

mövqenin olması; 

• 

ixrac bazarlarına çıxışın artırılması üçün 



genişəhatəli  təşviq  tədbirlərinin  tətbiqinə 

başlanılması; 

• 

əksər  kənd  təsərrüfatı  məhsullarının 



istehsalı üzrə müqayisəli üstünlüklərin yüksək 

olması; 


• 

ekoloji təmiz kənd təsərrüfatının inkişaf 

etdirilməsi imkanının olması; 

• 

aşağı  əməkhaqqı  xərcləri  və  işçi 



qüvvəsinin  kifayət  qədər  olması  (bu  amil 

məhsulun  maya  dəyərinin  aşağı  olmasına 

gətirib çıxarır); 

• 

milli 



valyutanın 

devalvasiyası 

nəticəsində  ölkədə  istehsal  olunan  kənd 

təsərrüfatı  məhsullarının  dünya  bazarında 

rəqabətədavamlılığının  daha  da  artması 

(məhsul  istehsalı  xarici  valyuta  ilə  ifadədə 

daha  ucuz  başa  gəlir  və  nəticədə  qiymət 

üstünlüyü yaranır); 

• 

çoxfunksiyalı kənd təsərrüfatını inkişaf 



etdirmək imkanı (kənd təsərrüfatı ilə məşğul 

əhalinin kənd yerlərində iş tapmaq imkanlarının 

məhdud  olduğunu  nəzərə  aldıqda,  kənd 

turizminin inkişafı və enerji (bio, günəş, külək) 

istehsalının genişləndirilməsi kənd təsərrüfatı 

ilə məşğul olanların gəlirlərini artıra, bu da öz 

növbəsində  fermerlərin  maliyyə  imkanlarını 

yaxşılaşdıra bilər). 



Təhlükələr

• 

mövcud  təbii  resurslar  (torpaq  və  su 



ehtiyatları) ölkədə kənd təsərrüfatının inkişafı 

11


Yüklə 231,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə