A z ə r b a y c a n I q t I s a d I İ s L a h a t L a r



Yüklə 231,39 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix16.11.2017
ölçüsü231,39 Kb.
#10607
1   2   3   4   5   6

baxımından  əlverişli  olsa  da,  bu  resursların 

dünya üzrə orta göstəricilərlə müqayisədə zəif 

olması; 

• 

aqrar siyasətin ətraf mühitin mühafizəsi 



və  təbii  resurslardan  dayanıqlı  əsaslarda 

istifadə  olunması  prinsipləri  ilə  kifayət  qədər 

əlaqələndirilməməsi; 

• 

ixrac 



bazarlarının 

coğrafi 


diversifikasiyasının məhdud olması; 

• 

əkinəyararlı  torpaqların  səhralaşması-



deqradasiyası 

(suvarmanın 

düzgün 

aparılmaması  və  qlobal  iqlim  dəyişikliyi 



torpaqların  səhralaşmasına  -deqradasiyasına 

gətirib çıxarır); 

• 

digər  ölkələrin  subsidiyalaşdırdığı  və 



dempinq etdiyi məhsulların ölkəyə gətirilməsi 

(bu  da  öz  növbəsində  daxili  bazarda  haqsız 

rəqabət yaradır); 

• 

potensial ÜTT üzvlüyündən sonra kənd 



təsərrüfatı sektoruna verilən daxili yardımların 

azalması (sarı zənbil). 



STRATEJİ BAXIŞ

2020-ci ilədək strateji baxış 

Azərbaycanda  kənd  təsərrüfatı  məhsullarının 

istehsalına  və  emalına  dair  2020-ci  ilədək 

strateji  baxış  dayanıqlı  inkişaf  prinsiplərinə 

əsaslanan,  ərzaq  təhlükəsizliyinin  daha  da 

gücləndirilməsini  təmin  edən,  iqtisadiyyatın 

şaxələndirilməsinə  və  kənd  yerlərində 

sosial  rifahın  yüksəlməsinə  töhfə  verən 

rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları 

istehsalı və emalı sektorunun formalaşdırılması 

üçün əlverişli mühit yaratmağı nəzərdə tutur.

Strateji baxışın şərhi

Strateji 

Yol 

Xəritəsinin 



reallaşdırılması 

hesabına  müvafiq  tənzimlənmə  sisteminin 

təkmilləşdirilməsinə,  o  cümlədən  dövlət 

yardımlarının  effektivliyinin  artırılmasına  və 

bazarda rəqabətin daha da yaxşılaşdırılmasına 

nail  olunmaqla,  əlverişli  biznes  mühiti 

formalaşdırılacaqdır.  Aidiyyəti  tənzimləmə 

orqanlarının  potensialının  gücləndirilməsi, 

dövlət  yardımlarının  inkişaf  məqsədlərinə 

uyğunlaşdırılması, qida təhlükəsizliyi sisteminin 

təkmilləşdirilməsi,  məhsul  istehsalı,  satışı  və 

istehsal  vasitələri  bazarında  rəqabət  mühitinin 

inkişaf  etdirilməsi,  maliyyə  resurslarına  çıxışın 

asanlaşdırılması, 

bazar 

infrastrukturunun 



təkmilləşdirilməsi  və  bazara  çıxış  imkanlarının 

yaxşılaşdırılması, 

informasiya-məsləhət 

xidmətlərinin  inkişaf  etdirilməsi  və  digər 

istiqamətlərdə kompleks işlər görüləcəkdir.

2025-ci 

ilədək 

olan 

dövr 

üçün 

uzunmüddətli baxış

Azərbaycanda  kənd  təsərrüfatı  məhsullarının 

istehsalı  və  emalı  üzrə  2025-ci  ilədək  olan 

dövr  üçün  uzunmüddətli  baxış  ənənəvi 

təsərrüfatçılıqdan  bazaryönümlü  əlavə  dəyər 

yaradan  intensiv  təsərrüfatçılığa  keçidin 

gücləndirilməsi  hesabına  rəqabətqabiliyyətli 

aqrobiznesi formalaşdırmağı nəzərdə tutur. 



Uzunmüddətli baxışın şərhi

2025-ci  ilədək  kənd  təsərrüfatı  məhsullarının 

qeyri-neft  ixracındakı  payı  bu  məhsulların 

istehsal həcminin və səmərəliliyinin artırılmasına 

tətbiq  edilən  məqsədyönlü  yanaşma  əsasında 

əhəmiyyətli dərəcədə artacaqdır. 2025-ci ilədək 

olan dövr üzrə uzunmüddətli baxış çərçivəsində 

müəyyən  edilmiş  məqsəd  kənd  təsərrüfatı 

sektorunun  tam  müasirləşdirilməsi  və  onun 

rəqabət  qabiliyyətinin  gücləndirilməsidir.  2016-

2020-ci illər üçün nəzərdə tutulmuş prioritetlər 

çərçivəsində  həyata  keçiriləcək  tədbirlər 

nəticəsində 2025-ci ilədək ölkənin aqrar-sənaye 

müəssisələri kənd təsərrüfatı sektorunun əsaslı 

şəkildə  dəyişməsində  (transformasiyasında) 

əsas  aparıcı  qüvvə  olacaqdır.  2025-ci  ilədək 

ölkədə elektron kənd təsərrüfatı sistemi fəaliyyət 

göstərəcək və bu sistem daha güclü qərarların 

verilməsinə  və  siyasətin  hazırlanmasına 

şərait  yaradacaqdır.  2025-ci  ilədək  ölkənin 

aqrar  sənayesini  inkişaf  etdirməklə,  əhalinin 

ərzaq  təhlükəsizliyi  təmin  ediləcəkdir.  Kənd 

təsərrüfatı  məhsullarının  intensiv  istehsalı 

resursların istifadəsində səmərəliliyin artırılması 

ekoloji  dayanıqlılığın  təmin  edilməsinə  şərait 

yaradacaqdır.



12


2025-ci  ildən  sonrakı  dövr  üçün  hədəf 

baxış

Azərbaycanda kənd təsərrüfatı məhsullarının 

istehsalı və emalı üzrə 2025-ci ildən sonrakı 

dövr  üçün  gələcəyə  baxış  yüksək  texnoloji 

inkişafa  əsaslanan,  sənayeyönümlü,  ətraf 

mühitə  dair  standartların  tələblərinə  uyğun 

və  qlobal  dəyər  zənciri  sisteminə  səmərəli 

inteqrasiya  olunmuş  kənd  təsərrüfatının 

formalaşdırılmasını nəzərdə tutur.

Hədəf baxışın şərhi

2025-ci  ildən  sonra  ölkənin  kənd  təsərrüfatı 

məhsullarının istehsalı və emalı sektorlarında 

məhsuldarlığın artırılmasına şərait yaranacaq, 

emal 

müəssisələri 



kənd 

təsərrüfatı 

məhsullarının  emal  edilərək,  yüksək  dəyər 

yaradan  məhsula  çevrilməsində  mühüm  rol 

oynayacaqdır. Azərbaycanda kənd təsərrüfatı 

məhsullarının  istehsalının  artırılması  nəinki 

ərzağa  olan  yerli  tələbatı  ödəyəcək,  hətta 

region və dünya bazarlarına ixrac imkanlarını 

artıracaqdır.  Azərbaycan  hökuməti  belə 

tədbirlərin  həyata  keçirilməsinə  minimum 

səviyyədə  müdaxilə  edəcək  və  bununla  da 

birbaşa  icra  edən  tərəf  kimi  deyil,  müəyyən 

stimullaşdırıcı  tədbirlər  həyata  keçirməklə 

inkişafa  şərait  yaradan  tərəf  kimi  çıxış 

edəcəkdir.  2025-ci  ildən  sonrakı  dövrdə 

prioritetlər  üzrə  tədbirlərin  və  layihələrin 

həyata keçirilməsi zamanı ekoloji dayanıqlılıq 

diqqət  mərkəzində  saxlanılacaq  və  zərurət 

yarandıqda,  belə  tədbirlərdə  dəyişikliklər 

ediləcəkdir.



HƏDƏF İNDİKATORLARI

Kənd təsərrüfatı məhsullarının istehsalı 

və  emalı  sektorunda  nəzərdə  tutulan 

tədbirlər  üzrə  2020-ci  ilədək  (2015-ci 

illə  müqayisədə)  aşağıdakı  əsas  hədəf 

indikatorları müəyyən edilmişdir:

• 

Azərbaycanın real ÜDM-i 1235 milyon 



manat  artacaqdır.  Burada  birbaşa  təsirin 

təxminən 575 milyon manat, dolayı təsirin isə 

660 milyon manat olacağı gözlənilir; 

• 

ölkənin  regionları  üzrə  nəzərdə 



tutulmuş  tədbirlərin  həyata  keçirilməsi  ilə  kənd 

təsərrüfatı  məhsullarının  istehsalı  və  emalı 

sektorunda 20 min yeni iş yeri açılacaqdır; 

• 

ət istehsalının 20 faiz, süd istehsalının 30 



faiz artması;

• 

pambıq  istehsalı,  eləcə  də  emalı  üzrə 



istehsal həcminin ən azı 4 dəfə artması; 

• 

barama  istehsalı,  eləcə  də  emalı  üzrə 



istehsal həcminin ən azı 1000 dəfə artması; 

• 

2020-ci  ilə  kimi  hər  regionda  uyğun 



məhsulların  dəyər  zənciri  üzrə  ümumilikdə  25 

kiçik   və orta sahibkarlıq subyektinin yaranması;

• 

əlavə 665 milyon manat maliyyə vəsaitinə 



çıxış imkanının yaradılması; 

• 

inzibati rayonlar və sektorlar üzrə ən azı 



100 investisiya layihəsinin hazırlanması; 

• 

istehsalçıların suvarma suyu ilə təminatının 



20 faiz artması; 

• 

istifadəsiz,  lakin  kənd  təsərrüfatı  üçün 



yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması 

hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz 

artması;

• 

kənd  təsərrüfatı  məhsulları  istehsalçıları 



tərəfindən  mineral  gübrələrdən  istifadənin  25 

faiz artması; 

• 

kənd təsərrüfatı məhsulları istehsalçılarının 



bitki  mühafizəsi  vasitələrindən  istifadəsinin  25 

faiz artması; 

• 

kənd təsərrüfatı məhsulları istehsalçılarının 



sertifikatlı  toxumlardan,  eləcə  də  tinglərdən 

istifadə səviyyəsinin 90 faizə çatdırılması; 

• 

kənd təsərrüfatı məhsulları istehsalçılarının 



texnika,  maşın  və  avadanlıqlarla,  eləcə  də 

kiçikhəcmli  texnika,  maşın  və  avadanlıqlarla 

təminatının 20 faiz artması; 

• 

bütün  aqraryönümlü  ixtisaslar  üzrə  ali 



təhsil  müəssisələrində  təhsilalanların  sayının  20 

faiz artması;

• 

özəl baytarlıq xidməti göstərənlərin sayının 



30 faiz artması; 

• 

paytaxtda  və  iri  şəhərlərdə  5  “yaşıl 



market”in və 50 “fermer mağazası”nın qurulması;

• 

2020-ci  ilədək  ölkədə  kənd  təsərrüfatı 



məhsullarının  ixracı  üzrə  200  fermerin 

ixtisaslaşması;

• 

suvarılan torpaqların 30 faizinin meliorativ 



vəziyyətinin yaxşılaşdırılması. 

12

13


STRATEJİ MƏQSƏDLƏR

• 

rəqabət 



üstünlüyü 

olan 


kənd 

təsərrüfatı  məhsullarının  regional  və 

sahəvi  inkişafı,  kənd  təsərrüfatı  məhsulları 

istehsalçılarının 

istehsal 

vasitələrinə, 

informasiya-məsləhət  xidmətinə,  daxili  və 

xarici  bazarlara  çıxışının  asanlaşdırılması, 

kənd  təsərrüfatında  fermer  tərəfdaşlığının 

formalaşdırılması,  aqrobiznesin  və  kənd 

təsərrüfatı  məhsulları  emalının  inkişafı, 

aqrar  sahədə  elm  və  təhsilin  keyfiyyətinin 

yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli kənd 

təsərrüfatı sektorunun formalaşdırılması; 

• 

daxili  bazarda  idxalı  əvəzləyən 



zəruri  ərzaq  məhsullarının  xüsusi  çəkisinin 

artırılması,  ərzaq  ehtiyatlarının  yaradılması 

və qida təhlükəsizliyinin gücləndirilməsi

• 

kənd  yerlərində  layiqli  məşğulluq 



imkanlarının  artırılması  və  əhalinin  həyat 

səviyyəsinin  yüksəldilməsi,  kənd  yerlərində 

sosial  rifahın  yaxşılaşdırılmasının  təmin 

edilməsi; 

• 

ətraf  mühitin  mühafizəsi,  torpaq 



və  su  resurslarının  qorunması  məqsədilə 

iqlim  dəyişikliklərinə  uyğunlaşan  kənd 

təsərrüfatının  inkişafı  və  su  və  torpaqdan 

istifadənin səmərəliliyinin yüksəldilməsi üçün 

qabaqcıl texnologiyaların tətbiqi yolu ilə aqrar 

sahədə davamlı irəliləyişin təmin edilməsi. 



STRATEJİ HƏDƏFLƏR

Azərbaycan  Respublikasında  ixtisaslaşmış 

turizm sənayesinin inkişafına dair Strateji Yol 

Xəritəsi  üzrə  ümumilikdə  9    strateji  hədəf 

olmaqla, hər bir strateji hədəf üçün müvafiq 

prioritetlər  müəyyən  edilmişdir.  Bunlar 

aşağıdakı şəkildə təsnif edilə bilər.

Strateji hədəf  1

• 

Ərzaq təhlükəsizliyinin dayanıqlılığının 



təmin edilməsi üçün institusional potensialın 

gücləndirilməsi

Ərzaq təhlükəsizliyinin dayanıqlılığı və 



əhalinin ərzağa əlyetərliyi ilə bağlı məlumat 

və monitorinq sisteminin qurulması

Əhalinin  bütün  təbəqələrinin  etibarlı 



ərzaq təminatına nail olunması mexanizmlərinin 

formalaşdırılması

Dəyər zəncirinin bütün mərhələlərini əhatə 



edən  və  risklərin  təhlili  yanaşmasına  əsaslanan 

qida təhlükəsizliyi sisteminin formalaşdırılması



Strateji hədəf  2

• 

Kənd  təsərrüfatı  məhsullarının  istehsal 



potensialının dəyər zənciri üzrə artırılması

Həm  daxili,  həm  də  xarici  bazarlarda 



rəqabətqabiliyyətli  kənd  təsərrüfatı  və  emal 

sənayesi  məhsulları  üzrə  istehsal  potensialının 

gücləndirilməsi

İdxalı  əvəz  etmək  potensialı  olan  kənd 



təsərrüfatı və emal sənayesi məhsulları istehsalının 

artırılmasının  təşviqi,  kənd  təsərrüfatında 

fermer  tərəfdaşlığının  formalaşdırılması  və 

kooperasiyanın inkişafı 

Kompleks  layihələrin  həyata  keçirilməsi 



üçün 

dövlət-özəl 

tərəfdaşlığının 

inkişafı, 

aqrobiznesin inkişafına dəstək infrastrukturunun 

formalaşdırılması



Strateji hədəf  3

• 

Maliyyəyə çıxışın asanlaşdırılması



Kənd 


təsərrüfatı 

sahəsi 


üzrə 

maliyyələşdirmə 

mexanizmlərinin 

təkmilləşdirilməsi

Aqrar sığortanın inkişaf etdirilməsi



Aqrar  sahəyə  investisiya  qoyuluşlarının 

təşviq edilməsi

Strateji hədəf 4

• 

Kənd  təsərrüfatı  sahəsi  üzrə  istehsal 



vasitələri  bazarının  inkişafı  və  xidmətlərlə 

təminatın yaxşılaşdırılması

Torpaq bazarının inkişaf etdirilməsi



İstehsalçıların suvarma suyu ilə təminatının 

yaxşılaşdırılması

Kənd təsərrüfatı məhsulları istehsalçılarının 



texnika,  maşın  və  avadanlıqlarla  təminatının 

yaxşılaşdırılması  və  aqroservis  xidmətləri 

bazarının inkişaf etdirilməsi 

Toxum və ting bazarının inkişaf etdirilməsi 



və yerli istehsal potensialının gücləndirilməsi

Gübrə  və  bitki  mühafizə  vasitələri  ilə 



təminatın yaxşılaşdırılması

Heyvandarlığın  qarışıq  qüvvəli  yemlə 



14


təminatının  yaxşılaşdırılması  və  damazlıq 

işinin inkişaf etdirilməsi

Kənd 


təsərrüfatı 

məhsulları 

istehsalçılarının  baytarlıq  və  fitosanitar 

xidmətləri ilə təminatının yaxşılaşdırılması



Strateji hədəf  5

• 

Kənd təsərrüfatı sahəsində elm, təhsil 



və informasiya-məsləhət xidmətləri sisteminin 

inkişaf etdirilməsi

Aqrar təhsildə keyfiyyətcə yeni inkişaf 



mərhələsinə keçidin təmin edilməsi 

Kənd təsərrüfatında elmi tədqiqatların 



planlaşdırılması,  aparılması  və  nəticələrin 

tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi 

Aqrar sahənin ehtiyaclarına cavab verən 



informasiya-məsləhət  xidməti  şəbəkəsinin 

formalaşdırılması



Strateji hədəf  6

• 

Kənd təsərrüfatı məhsulları üzrə bazar 



infrastrukturunun  inkişafı  və  istehsalçıların 

bazarlara çıxışının asanlaşdırılması

Kənd təsərrüfatı məhsulları üzrə bazar 



infrastrukturunun inkişaf etdirilməsi

Kənd təsərrüfatı məhsulları üzrə bazarın 



tənzimlənməsi sisteminin təkmilləşdirilməsi

Kənd  təsərrüfatı  və  emal  sənayesi 



məhsulları üzrə ixracın təşviqi və dəstəklənməsi

Strateji hədəf 7

• 

Ətraf  mühitin  qorunması,  təbii 



resurslardan  dayanıqlı  istifadə  və  təbii 

amillərin kənd təsərrüfatına təsirlərinin idarə 

olunması

İqlim  dəyişmələrinin  və  digər  təbii 



amillərin  kənd  təsərrüfatına  mənfi  təsirinin 

azaldılması mexanizmlərinin işlənilməsi 

Aqrar  sahədə  ətraf  mühiti  mühafizə 



mexanizmlərinin təkmilləşdirilməsi

Kənd 



təsərrüfatı 

torpaqlarından 

və  su  ehtiyatlarından  dayanıqlı  istifadə 

mexanizmlərinin təkmilləşdirilməsi

Ekoloji 


təmiz 

kənd 


təsərrüfatı 

istehsalının inkişaf etdirilməsi



Strateji hədəf 8

• 

Aqrar sahə üzrə dövlət tənzimlənməsinin 



effektivliyinin  yüksəldilməsi  və  biznes  mühitinin 

təkmilləşdirilməsi

Əlverişli 



aqrobiznes 

mühitinin 

formalaşdırılması üçün tədbirlərin görülməsi

Elektron  kənd  təsərrüfatının  qurulması, 



qeydiyyat,  uçot  və  statistika  sisteminin 

təkmilləşdirilməsi

Kənd təsərrüfatını tənzimləyən qurumların 



potensialının gücləndirilməsi

Kənd təsərrüfatı məhsulları istehsalçılarına 



dövlət  dəstəyi  siyasətinin  inkişaf  məqsədləri 

əsasında     təkmilləşdirilməsi

Aqrar  siyasətin  nəticələrinin  monitorinqi 



və qiymətləndirilməsi sisteminin qurulması

Strateji hədəf  9

• 

Kənd  yerlərində  məşğulluğun  artırılması 



və əhalinin rifahının yüksəldilməsi

Kənd  yerlərinin  sosial-iqtisadi  inkişaf 



siyasəti üzrə potensialının gücləndirilməsi 

Kənd  yerlərində  alternativ  fəaliyyət 



sahələrinin inkişafının dəstəklənməsi 

Yerli  icmaların  kəndin  inkişafına  dair 



təşəbbüslərinin dəstəklənməsi

MALİYYƏLƏŞDİRMƏ MEXANİZMLƏRİ

Müəyyən  edilmiş  strateji  hədəflərə  nail  olmaq 

üçün 1170 milyon manat investisiya tələb olunur. 

Dövlət Strategiyasında nəzərdə tutulan tədbirlərin 

icrasının dövlət büdcəsi, büdcədənkənar fondlar; 

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı 

Nazirliyi  yanında  Kənd  Təsərrüfatı  Layihələri 

və  Kreditlərinin  İdarə  Edilməsi  üzrə  Dövlət 

Xidmətinin  vəsaitləri;  Sahibkarlığa  Kömək 

Milli  Fondunun  vəsaiti,  Azərbaycan  İnvestisiya 

Şirkətinin  vəsaiti;  yerli  büdcələr,  mülkiyyət 

formasından  asılı  olmayaraq  yerli  idarə, 

müəssisə və təşkilatların vəsaitləri, birbaşa xarici 

investisiyalar,    qiymətli  kağızlar,  o  cümlədən 

səhm və istiqrazlar, törəmə maliyyə alətləri; yerli 

kreditlər  və  qrantlar,  beynəlxalq  təşkilatların  və 

xarici  dövlətlərin  kreditləri,  texniki  və  maliyyə 

yardımı,  qanunvericiliklə  qadağan  olunmayan 

digər  mənbələr  hesabına  maliyyələşdirilməsi 

nəzərdə tutulur.

Maliyyə  vəsaitinin  müəyyən  edilmiş  prioritet 

15



hədəflər  üçün  ən  səmərəli  şəkildə  sərf 

olunmasını  təmin  etmək  məqsədilə  büdcələr 

nəticəyə  əsaslanan  büdcə  tərtibatı  prosesi 

çərçivəsində  işlənib  hazırlanacaqdır.  Tələb 

olunan  maliyyə  vəsaitinin  böyük    hissəsi 

mövcud  büdcələrin  restrukturizasiyası,  özəl 

sektorun  və  müxtəlif  investorların  birgə 

maliyyələşdirmə səyləri ilə təmin ediləcəkdir.



İCRA, 

MONİTORİNQ 

VƏ 

QİYMƏTLƏNDİRMƏ

Strateji  Yol  Xəritəsinin  monitorinqi  və 

qiymətləndirilməsi 

Tələb  olunan  alətlər,  proseslər  və  sair 

vasitəsilə  icranın  uğurla  həyata  keçirilməsini 

təmin  etmək  üçün  Strateji  Yol  Xəritəsinin 

monitorinqi  və  qiymətləndirilməsi  həyata 

keçiriləcəkdir.  Monitorinq  və  qiymətləndirmə 

aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, 

müvafiq prioritet üzrə gözlənilən nəticələrə və 

indikatorlara diqqət yetiriləcək, icra müddətinə 

uyğunluq  yoxlanılacaqdır.  Monitorinq  və 

qiymətləndirmə  beynəlxalq  metodologiyalara 

uyğun  tərtib  edilmiş  qaydalar  əsasında 

aparılacaqdır. 

İşçi qrupların illik iş proqramları koordinasiya 

qurumu  ilə  razılaşdırılaraq,  əsas  icraçı 

təşkilat  tərəfindən  təsdiqlənəcəkdir.  İşçi 

qrupların rüblük iclasları koordinasiya qurumu 

nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir. 

Rüb  üzrə  görülmüş  işlərə  dair  hesabat  əsas 

icraçı  təşkilat  tərəfindən  işçi  qrupun  rüblük 

iclasından  ən  azı  10  gün  əvvəl  koordinasiya 

qurumuna  təqdim  ediləcəkdir.  Koordinasiya 

qurumu  qeyd  olunmuş  hesabatın  hərtərəfli 

təhlilini  və  qiymətləndirilməsini,  həmçinin 

işçi  qrupun  rüblük  iclasında  baş  tutmuş 

müzakirələri  nəzərə  alaraq,  iclasın  keçirilmə 

tarixindən  10  gün  müddətində  rüblük 

monitorinqin  nəticələrini  və  növbəti  dövr 

üçün  tövsiyələri  əsas  icraçı  təşkilata  təqdim 

edəcəkdir. Koordinasiya qurumu və əsas icraçı 

təşkilat monitorinq nəticələrinin və tövsiyələrin 

işçi  qrupun  gündəlik  fəaliyyətində  nəzərə 



alınması üçün tədbirlər görəcəkdir.

16


Yüklə 231,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə