Bir çox belə cəmiyyətlərdə boşanma və nigahdan kənar doğuşlar normaya çevrilir. Müasir bazar
iqtisadiyyatında gələcək nəsli ən yaxşı şərtlər altında mənəviyyatlı saxlamaq işi çətindir. Məktəblərin
xaotik və məsul kişilərin çox az olduğu aşağı gəlirli cəmiyyətlərdə tək analar üçün bu, demək olar ki,
qeyri-mümkün dərəcəsindədir.
Tayler Koven
Tayler Koven Holbert C. Harris iqtisadiyyat professoru və Corc Mason Universitetində Mercatus
Mərkəzinin direktorudur.Onun ən sonuncu kitabı “Öz daxili iqtisadçını kəşf et” adlanır
və bloqu bu ünvandadır www.marginalrevolution.com.
Yox, balans var…
Mənəviyyat məsələlərində azad bazar gücləndirici kimi fəaliyyət göstərir. Bizim ixtiyarımıza daha çox
sərvət və resurs verməklə, o artıq bizim sahib olduğumuz xarakter tendensiyalarını yüksəltməyə və
vurğulamağa meyllidir. Son nəticə adətən əlverişlidir. Əksər insanlar özləri və ailələri, dostları üçün
yaxşı həyat istəyir ki, belə arzular müsbət mənəvi xarakterin bir hissəsini formalaşdırır.
Bazarlar cəmiyyətin hər səviyyəsində böyük sayda insana bu ümumi insan nəticələri uğrunda mübarizə
aparmaq və ona nail olmaq imkanı verir. Azad bazarın başqa xüsusiyyətləri də bizim təbiətimizin ən
yaxşı tərəflərini həvəsləndirir və bizim dağıdıcı impulslarımıza əngəl törədir. Başqaları ilə əməkdaşlıq
etməkdə bacarıqlı olan adamlar daha yaxşı pul yığmaq imkanı qazanmış olur.
Onlar peşə yoldaşları ilə işləməyi, müştərilər ilə ünsiyyət saxlamağı, riskli müəssisəyə kapital qoyan
payçıya biznes planı verməyi daha asan hesab edirlər. Çox halda biz belə əməkdaşlıq üçün
mükafatlandırılırıq, bizim xarakterimiz daha çox birgə əməkdaşlıq istiqamətində hərəkət edir.
Daha şəxsi mənada, azad bazar həmçinin insanlara yaxşı niyyətlər silsiləsini reallaşdırmağa imkan
verir. Bazarlar məhsuldar insanlara öz müasirləri olan nəsillərə müstəsna xidmət təmin etmək imkanı
verir: yeni dərmanlar icad etmək, əməyə qənaət edən qurğular hazırlamaq və ya dünyanı ərzaqla təchiz
etmək üçün daha ucuz, daha effektiv yollar tapmaqla. Dövlətli olmaq üçün şans belə yaradıcı tiplər
üçün daha çox stimul, özünü bəyənmə (eqo) və iddia isə əsas faktorlardır.
Ancaq biz pis xarakterlə bu motivasiyaları dolaşıq salmamalıyıq. Bazarlar bizim sərvət arzularımızı və
daha çox altruist impulslarımıza şəxsi fərqi əlaqələndirməyə imkan yaradır. Onlar bizi yaxşı çalışmaqla
işləri yaxşı icra etməyə ruhlandırır. Və əlbəttə onlar insanlara öz sərvətlərini bağışlamaq üçün vasitələr
və xeyriyyə məsələlərinin miqyası üçün iş yaradırlar.
Beynəlxalq nöqteyi-nəzərdən bazarların mənəvi cazibədarlıqları aydındır. Mühacirəti nəzərdən keçirin.
Dünyada insanlar normal bazar münasibətləri olan cəmiyyətlərə miqrasiya etməyə və qeyri-normal
bazarlara malik cəmiyyətlərdən uzağa qaçmağa üstünlük verirlər. Pul tək hərəkətverici faktor deyildir.
Onları həmçinin daha yaxşı həyat keyfiyyəti təklif edən sistemin imkanı, xüsusilə mənəvi tənəzzüldən
xilas olmaq üçün himayə arayan bir çox başqa iqtisadi qurumların imkanı cəlb edir.
Hər il, “Beynəlxalq Şəffaflıq” təşkilatı(Transparency International) dünyada biznesin aparılmasına
görə ən çox korrupsiyaya uğramış ölkələrin indeksini açıqlayır. Keçən ilki siyahının ən
yüksək
zirvəsində dayanan ölkələr İraq, Myanma və Somali idi. Ən az korrupsiya olan ölkələr fəal bazar
iqtisadiyyatına malik Danimarka, Finlandiya və Yeni Zelandiya idi.
Bu, o anlama gəlirmi, bazarlar korrupsiyanın azalmasına səbəb olmuşdur? Xeyr, ancaq bu aydındır ki,
bazarların inkişafı və korrupsiyanın azalması tərəqqinin ümumi və müntəzəm bağlarının bir hissəsidir.
Bazarların ən vacib funksiyaları müəyyən mənəvi gözləntilər ətrafında konsensus yaratmaqdır: bu
razılaşmalar sazişlərdə ədalət prinsipinə əməl olunmaqla bağlanmalıdır ki, iqtisadi tərəflər vədlərin
pozulmasına görə məsuliyyət daşısınlar. Bütün bu ideyalar ticarət sahəsindən kənarda müasir bazar
cəmiyyətlərinin istənilən müşahidəçisinin görə biləcəyi müsbət sosial nəticələrə malikdir.
Bəzi sahələr qaydasındadır. Təcavüz və fırıldaqçılığa qarşı yaxşı tətbiq edilən qanunlara malik olmaq
mənasında bütün bazarlar “azad” deyildir. Azad bazarlar həmçinin inamın
müəyyən əsas səviyyəsini
və bazar qaydalarının bölüşülən mədəni anlamını tələb edir. “Korrupsiyalaşmış” bazarlar (mən onları
belə adlandırardım) bu meyara cavab vermir.