A zərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında



Yüklə 284,06 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix21.06.2018
ölçüsü284,06 Kb.
#50494
1   2   3   4   5   6

15 mart 2014-ъц ил

http://www.amu.edu.az

3

Martın  13-də  ATU-nun  Tədris 

Terapevtik  Klinikasında  bu  əhə-

miy yətli  gün  mü nasibətilə  el-

mi-praktik 

konfrans 

keçirilib. 

Konfrasda  respublikamızın  dövlət 

və  özəl    dializ  mərkəzlərinin 

hə  kimləri, 

Mərkəzi 

neftçilər 

Xəs  təxanasının 

hemodializ 

və 

böyrəkköçürmə 

şöbəsinin 

əməkdaşları iştirak ediblər.

Tədbiri  Azərbaycan  Tibb  Uni-

versitetinin  elmi  işlər  üzrə  pro-

rektoru, professor İbrahim İsayev 

açaraq    konfrans  iştirakçılarına 

universitetin  rektoru,  akademik 

Əhliman  Əmiraslanovun  salam-

larını  yetirib.  O,  son  illərdə  yer 

kürəsində  insanların  yaşama 

müddətinin  artması  ilə  əlaqədar 

olaraq xroniki xəstəliklərin də in-

tensivlik  sayının  getdikcə  çoxal-

dığını və özünə daha çox diqqət 

tələb  edən  bir  problemə  çevril-

diyini  vurğulayıb:  “Bu  prob-

lemin  əksəriyyəti  sosial  prob-

lem  olaraq  insanların  gündəlik 

həyatında, 

onların 

yaşam 


tərzində  müxtəlif  dəyişikliklərin 

olması ilə səciyyələnir. Ona görə 

də  belə  problemlərin  həllinə, 

xroniki hala keçmiş uzun  sürən 

xəstəliklərin  müalicəsinə  yalnız 

tibb  ocaqları,  tibb  müəssisələri, 

həkimlər  deyil,  eyni  zamanda 

kənar  şəxslər,  tibb  sahəsinə  aid 

olmayan  müəssisələr,  hökumət, 

qeyri-hökumət  təşkilatları  da 

qoşulmalıdır.  Xroniki  problemə 

çevrilmiş  və  dünyada  əhalinin 

yaşama  müddətinə  təsir  edən 

xəstəliklərin  ümumdünya  miq-

yasında qeyd olunması, bir daha 

insanların  yadına  salınması  bu 

baxımdan xüsusi önəm daşıyır”.

Bütün  dünyada  olduğu  kimi 

Azərbaycanda da xroniki böyrək 

xəstələrinin  sayı  getdikcə  artır. 

Belə  ki,    dünya  əhalisinin  hər 

bir  milyon  nəfərinə  250-400, 

hətta  bəzi  ölkələrdə  1000-dən 

çox xroniki böyrək xəstəsi düşür. 

Azərbaycanda  isə  bu  rəqəm  200 

nəfər  təşkil  edir.  Hökumətimiz 

tərəfindən  belə  şəxslərə  plan-

lı  surətdə  qayğı  göstərildiyini 

söyləyən prorektor respublikamı-

zın paytaxtı ilə yanaşı, bir sıra ra-

yonlarda da dializ mərkəzlərinin 

yaradıldığını və xəstələrin pulsuz, 

dövlət hesabına müalicə edildiyi-

ni diqqətə çatdırıb. Onu da bildi-

rib ki, xroniki böyrək xəstələrinə 

Tibb  Universitetində  göstərilən 

tibbi  xidmətin  keyfiyyəti  ildən-

ilə  yüksəlir.    Tədris  Terapevtik 

Klinikanın  bir  mərtəbəsi  Effe-

rent  Terapiya  Mərkəzinə  ayrılıb 

və  professor  Mehman  Ağayevin 

rəhbərliyi  ilə  burada  böyük  işlər 

görülür.  Tibb  Universitetinin  di-

varları  arasında  keçirilən  Dünya 

Böyrək Günü yalnız konfrans iş-

tirakçılarının deyil, bu xəstələrin 

ətrafında  olan  bütün  insanların 

məhəbbəti ilə, onların sevgisi ilə 

əhatə olunacaq. Əsas məqsəd xro-

niki  böyrək  çatmamazlığından 

əziyyət  çəkən  insanlara  qayğını 

artırmaq, tibb elminin və səhiyyə 

ictimaiyyətinin diqqətini bir daha 

bu problemə cəlb etməkdir.

Sonra    “Azərbaycanda  böyrək 

əvəzedici  terapiyanın  2013-cü  il 

registri”  mövzusunda  məruzə 

ilə  çıxış  edən    M.Cavadzadə 

adına  Respublika  Klinik  Uro-

loji  Xəstəxanasının  hemodializ 

şöbəsinin  müdiri  Fariz  Babayev 

ölkəmizdə  böyrək  xəstəliyindən 

əziyyət çəkən insanlara göstərilən 

dövlət qayğısından danışıb. Qeyd 

edib  ki,  böyrək  xəstəliyinin 

müalicəsi  və  profilaktikası  ilə 

bağlı  2006-cı  ildən  başlayaraq 

iki  Dövlət  Proqramı  qəbul  olu-

nub. Hazırda Azərbaycanda 2312 

xəstə dövlət hesabına 406 aparat 

vasitəsilə  hemodializ  olunur  və 

dializ növbəsində olan xəstə yox-

dur.  Respublika  üzrə  30  hemo-

dializ  mərkəzi  fəaliyyət  göstərir 

ki, onlardan 23-ü bölgələrdə, 7-si 

isə  Bakıda  yerləşir.  Yaxın  vaxt-

larda  Ağcabədi,  Tovuz  və  Asta-

ra  rayonlarında  da  hemodializ 

mərkəzləri fəaliyyətə başlayacaq. 

Belə  xəstələrin  dərman  təminatı 

da  dövlət  hesabına  həyata  ke-

çirilir:  “Ümumiyyətlə,  xroniki 

böyrək  çatışmazlığı  uzun  sürən 

böyrək  xəstəliyi  nəticəsində 

əmələ gəlir. Bu tendensiyaya həm 

dünyada, həm də ölkəmizdə rast 

gəlinir.  Azərbaycanda  hemodia-

liz qəbul edən xəstələrin 30 faizə 

yaxınında  böyrək  xəstəliyinə 

səbəb  şəkərli  diabetdir.  Bütün 

dünyada olduğu kimi, ölkəmizdə 

də  dializ  qəbul  edən  xəstələrin 

yaş həddi 6 yaşla 82 yaş arasın-

da  dəyişir.  Statistika  göstərir  ki, 

35-55 yaş arasında olan insanlar-

da daha çox böyrək çatışmazlığı 

xəstəliyi qeydə alınmışdır. Statis-

tika böyrək xəstəliyindən əziyyət 

çəkən  kişilərin  qadınlardan  2-3 

faiz çox olduğunu göstərir”.

 Şöbə müdiri böyrək çatışmazlı-

ğı xəstəliyinin müalicəsində möv-

cud problemlərə də toxunub: “Bu 

sahədə  ən  böyük  problemlərdən 

biri kadr çatışmazlığıdır. Hazırda 

dializ  müalicəsi  ilə  məşğul  olan 

121  həkim  vardır  ki,  bu  da  bəs 

eləmir.


Ölkəmizdə 

1971-ci 


ildən 

keçirilən  böyrək  köçürülməsi 

əməliyyatları  bərpa  olunmuşdur. 

Ölkə  üzrə  493  böyrəkköçürmə 

əməliyyatının  113-ü  Mərkəzi 

Neftçilər  Xəstəxanasında  keçi-

rilmişdir.  Bu  xəstəxanada  təkcə 

ötən il 55 böyrək transplantasiya-

sı əməliyyatı aparılmışdır”.

Konfransda  “Böyrək  trans-

plantasiyası və virus hepatitləri”, 

“Kəskin  gestasion  pielonefrit”, 

“Böyrəklərin  xroniki  xəstəliyi 

zamanı  ürəyin  işemik  xəstəliyi”, 

“Uşaqlarda  nefrotik    sindromun 

müasir  müalicəsi”  və  s.  bu  kimi 

aktual mövzulara dair məruzələr 

dinlənilib, müzakirələr aparılıb.



Arif MəMMəDLİ

M a r a q   d ü n y a s ı

DÜNYA BÖYRƏK 

GÜNÜ QEYD EDİLİB

Hər il mart ayının ikinci həftəsinin dördüncü günü Amerika nefroloji Assosiasiyası 

və Beynəlxalq Böyrək Fondunun təklifi ilə Dünya Böyrək Günü kimi qeyd olunur. 

u  Böyük  Britaniyanın  səhiyyə  sistemində  ürək 



döyüntüsü,  tənəffüs  ritmi  və  bədənin  hərarətini 

izləyəcək “ağıllı plastır”lardan istifadə ediləcək.

 

Plastır toplanılmış məlumatları tibb bacılarına Wi-Fi vasitəsilə 

hər iki dəqiqədən bir kompyuterlərə və mobil telefonlara ötürəcək. 

Əgər  xəstənin  səhhətində  müəyyən  bir  problem  yaranarsa 

plastır vasitəsilə həkimlərə həyəcan siqnalı göndəriləcək.

Plastır  yaxın  vaxtlarda  Britaniyanın  10  dövlət  klinikasında 

sınaqdan  keçiriləcək.  Sınaqlar  xəstələrin  çoxluq  təşkil  etdiyi 

xəstəxanalarda aparılacaq.

Böyük  Britaniyada  hər  il  6  min  pasiyent  onlara  lazımi 

səviyyədə  nəzarət  edilmədiyi  üçün  dünyasını  dəyişir.  “Ağıllı 

plastır”lardan  istifadə  il  ərzində  yüzlərlə  insanın  həyatını  xilas 

edə  bilər.  Həmçinin  bu  səhiyyə  sisteminin  hər  il  837  milyon 

dollar məbləğində vəsaitə qənaət edəcəyi deməkdir.

u  E-mail-apnoe (tənəffüs hərəkətlərinin dayanması) 



müasir  dövrdə  daha  geniş  yayılmış  problemlərdəndir. 

Bu  problemə  internet  istifadəçilərinin  80  faizində  rast 

gəlmək olar.

 

AzərTAc “The Times of India” qəzetinə istinadən xəbər verir ki, 

insanlar bəzən kompyuter arxasında işə o qədər aludə olurlar ki, 

hətta düzgün nəfəs almağı belə unudurlar. “Apnoe”nin bu növü 

əksər hallarda istifadəçi məktub yazarkən və ya yüksək dəqiqlik 

tələb edən işi yerinə yetirərkən özünü büruzə verir.

Baş gicəllənməsi, sürətli ürək döyüntüləri, üzdə qızartı, həyəcan, 

yuxulama, əsəbilik, baş ağrıları, müvəqqəti unutqanlıq da “e-mail-

apnoe”nin  simptomlarındandır.  Problemi  polisomnoqrafiyanın 

(yuxu  problemlərinin  araşdırılması  ilə  məşğul  olur)  köməyi  ilə 

aşkar etmək olar. Tədqiqat beyin dalğaları, əzələ tonusu, burun 

və ağız boşluğundakı hava axını, ürək yığılmaları və tənəffüsün 

xüsusiyyətlərini izləməyə imkan verir.

Statistika  göstərir  ki,  “apnoe”  daha  çox  artıq  çəkisi  olan 

insanlarda müşahidə olunur. Buna görə də, çəkinin azaldılması, 

gündəlik  fiziki  məşqlər,  yetərli  qədər  maye  və  meyvə  qəbulu 

yaranmış  vəziyyəti  dəyişə  bilər.  “e-mail-apnoe”  həmçinin 

metabolik  pozğunluqlardan  (həddən  artıq  kökəlmə,  diabet, 

hipertoniya,  yüksək  xolesterin)  əziyyət  çəkən  insanlarda  rast 

gəlinir.


“Intellectual Ventures Laboratory” şirkətinin nümayəndəsi 

Pablos  Xolman  yeni  imkanlara  malik  3D-printerlərin 

hazırlanması  üzərində  işləyir.  Bu  printer  su  ilə  tozaoxşar 

inqrediyentləri  qarışdırılaraq  alınmış  məhluldan  ucluqlar 

vasitəsilə müxtəlif yeməkləri formalaşdıracaqdır.

“Computerworld”  jurnalının  məlumatına  görə,  lazımi 

tozlarla dolu olan kartriclə təchiz edilmiş qurğu qidanı adi 

yeməklər şəklində “çap edə” biləcəkdir. Printer, həmçinin ən 

yüksək dəqiqliklə qidalanma kaloriliyini izləməyə, yeməkləri 

vitaminlərlə  zənginləşdirməyə  və  hətta  həkimin  məsləhət 

bildiyi dərmanları əlavə etməyə imkan verəcəkdir.

usosial  şəbəkədə  dünyanın 



ilk  mobil  telefon  zənginin  şəkli 

yayılıb.

 

Mobil  telefondan  ilk  zəng  1973-cü 

il  aprelin  3-də  amerikalı  mühəndis, 

fizik  Martin  Kuper  tərəfindən  edilib. 

Hadisə Nyu-Yorkda baş verib.

Avtomobillərdəki  radio  telefonlar 

üzərində 

işləyən 


Kuper 

bunu 


təkmilləşdirmək  fikrinə  düşür  və 

beləliklə,  3  aprel  1973-cü  il  tarixdə 

bu  zəng  baş  verir.  Həmin  gün  «Bell 

Laboratories»  şirkətinin  konstruktor 

şöbəsinə 

telefon 


zəngi 

gəlir. 


Araşdırma  bölməsinin  rəhbəri  Coel  Engel  telefonda  Kuperin 

səsini  eşidir.  «Tap  görüm,  hardan  zəng  edirəm?»  -  deyə  sual 

verən Kuper daha sonra deyir: «Sənə əsil mobil telefondan zəng 

edirəm».


Martin  Kuper  1928-ci  ilde  Çikaqoda  yəhudi  miqrant  ailəsində 

doğulub. Onun ailəsi əslən Ukraynadan olub və Kiyev yaxınlığında 

yaşayıb.

Xəstələrin səhhətinə “ağıllı plastırlar” 

vasitəsilə nəzarət ediləcək

Kompyuter arxasında qalmaq 

“apnoe” simptomlarını yaradır

3D-printerlər qidanı adi yeməklər 

şəklində “çap edə” biləcəkdir

Dünyanın ilk mobil telefon zəngi

Fotolar Cənnətalı Çingizindir



Yüklə 284,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə