A zərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında



Yüklə 284,06 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix21.06.2018
ölçüsü284,06 Kb.
#50494
1   2   3   4   5   6

http://www.amu.edu.az

15 mart 2014-ъц ил

4

- Biz həkimlər üçün ən önəmli 

məsələ  müalicə  etdiyi  xəstəni 

sağlam  görmək,  onu  doğmala-

rının  yanına  sağlam  yola  sal-

maqdır.  Mən  pediatram,  uzun 

müddətdir  uşaqların  sağlamlığı-

nın  keşiyində  dayanıram.  Uşaq-

lar  böyüklərə  nisbətən  təmiz 

qəlbli,  səmimi  olduqlarına  görə 

onların  minnətdarlıqları  xüsusi 

olur.  Onların  xoş  hissləri  mənə 

ayrı  cür  ləzzət  edir.  Elə  bu  ixti-

sası  seçməyimə  səbəb  uşaqları 

xüsusi  məhəbbətlə  sevməyim 

olub.  Onları  həmişə  sağlam  və 

xoşbəxt  görmək  istəmişəm.  Ba-

yaq  balacanın  etdiyi  hərəkətlərə 

fikir  verdinizmi?  Onun  özünü 

sağlam  vəziyyətdə  üstümə  atma-

sı,  boynumu  qucaqlaması  mənim 

üçün bir dünya deməkdir. Küçədə 

gedərkən  neçə-neçə  valideyn  və 

uşaqların sənə yaxınlaşaraq halı-

nı xəbər alması özü bir xoşbəxtlik 

deyilmi?


Olduqca  kövrək  olan  bir  epi-

zodu  diqqətinizə  çatdırmaq 

istəyirəm.  Ermənilər  anadan  ol-

duğum  Ağdamın  Seyidli  kəndini 

ələ keçirmək istəyiblər. Bu zaman 

Ehtiram  Hüseynov  adlı  bir  əsgər 

düşmənlərlə ölüm-dirim savaşına 

qalxıb.  Qəhrəmanlıq  göstərib.  O, 

vuruşa  atılanda  komandirinə  de-

yib  ki,  mən  Seyidli  kəndinin  hər 

qarışı  uğrunda  qan  tökməyə  ha-

zıram.  Çünki  bu  kənddə  anadan 

olan Adilə xanım Namazova məni 

müalicə  edib,  həyata  qaytarıb. 

Özün haqqında bu cür söhbətləri 

eşidəndə istər-istəməz daxilən bir 

qürur hissi  keçirməli olursan. 

-  rəhbərlik  etdiyiniz  kafedra 

və  uğurları  haqda  da    söhbət 

açmağınızı istərdik... 

- Pediatriya kafedrası pediatriya 

üzrə həkimlərin yetişdirilməsində, 

elmin  inkişaf  etdirilməsində 

və  uşaq  əhalisinə  ixtisasalşmış 

tibbi  yardımın  göstərilməsində 

əvəzedilməz  xidmətlər  gös-

tərir.  Mənim  rəhbərliyim  ilə  50-

dən  çox  tibb  elmləri  namizədi 

və  tibb  elmləri  doktorları  ürək 

xəstəlikləri  sahəsində  dissertasi-

ya müdafiə edərək elmi dərəcələr 

alıblar. Onlar arasında hamımızın 

tanıdığı  və  hörmət  etdiyi  ATU-

nun  Tədris  Terapevtik  Klinikası-

nın  direktoru,  professor  Surxay 

Musayevin  adını  çəkə  bilərəm. 

O,  həm  namizədliyini,  həm  də 

doktorluq  dissertasiyasını  bizdə 

müdafiə edib. 



-  Bəs  məşhur  həkimlərdən  ən 

çox kimlərlə münasibətiniz olub? 

Onlardan  hansılarının  adını  çəkə 

bilərsiniz?

- Xanım həkimlərin demək olar 

ki, hamısı ilə xoş münasibətlərim 

olub.  Onlar  arasında  akademik 

Zərifə xanım Əliyeva,  Zəhra xa-

nım  Quliyeva,    Sima  xanım  Qu-

liyevanın  adlarını  çəkə  bilərəm. 

Zəhra  xanımla  uzun  müddət  bir 

yerdə  işləmiş,  bir  yerdə  müdafiə 

etmişik.  Azərbaycan Respublika-

sı Qadın Problemləri üzrə Dövlət 

Komitəsinə rəhbərlik edən dövrdə 

idarə heyətinin üzvü olmuşam.

Mən  Azərbaycan  Səhiyyə 

Nazirliyində  elmi  tibbi  şuranın 

sədri olanda isə  Zərifə xanım göz 

xəstəlikləri üzrə problem komissi-

yasının sədri və rəyasət heyətinin 

üzvü idi. O, çox mədəni, alicənab 

bir  xanım  idi,  öhdəsinə  düşən 

vəzifəni  layiqincə  və  yüksək 

səviyyədə yerinə yetirirdi



İhsan  Doğramacın 

xoş təəssüratları...



Türk 

dünyasının 

böyük 

oğlu,  -  Ümumdünya  Pediatrlar 

Cəmiyyətinin 

sədri 

İhsan 

Doğramacı  Bakıda  olarkən  sizin 

haqqınızda  xoş  sözlər  söyləmiş 

və  demişdir:  “Türk  dünyası 

pediatrları içərisində Adilə xanım 

və  mən  bacı-qardaşıq.  O,  mənim 

pediatr  bacım,  mən  isə  onun 

pediatr  qardaşıyam.”  siz  İhsan 

bəylə nə vaxtdan tanış idiniz? Bu 

barədə təəssüratlarınız?

-  Mən  Azərbaycan  Pediatrlar 

Assosiasiyasının  prezidenti,  eyni 

zamanda  Türkdilli  Ölkələrin 

Pediatrlar  Cəmiyyətinin  vitse-

prezidentiyəm. 

İhsan 

bəylə 


1971-ci  ildən  tanış  olmuşam. 

Bu  tanışlığın  maraqlı  tarixçəsi 

var. Həmin il  SSRİ Tibb Elmlər 

Akademiyasına üzv seçilmişdim. 

Avstriyada  pediatrların  ümum-

dünya konqresi keçirilirdi. Orada 

mənim  çıxışım  nəzərdə  tutul-

muşdu. “Uşaqlarda anadangəlmə 

ürək  qüsurları  zamanı  aparılan 

cərrahi  əməliyyatlar:  göstərişi, 

nəticəsi,  diaqnostikası”  ilə  bağlı 

məruzə  ilə  çıxış  etdim.  Çıxışım 

iştirakçılar  tərəfindən  xeyli  ma-

raqla  qarşılandı.  Çünki    o  tipli 

əməliyyatlar  dünyada  yalnız  iki 

ölkədə - Amerikada və SSRİ-də 

aparılırdı.  İhsan  Doğramacı  da 

həmin  konqresdə  iştirak  edir-

di.  Soyadım,  Azərbaycandan 

olmağım,  məruzədə  qaldır-

dığım  məsələlərin  aktuallı-

ğı  onun  diqqətini  çəkdi  və 

mənimlə 

görüşdü. 

Ürəkdə 

aparılan  əməliyyatlarla  bağlı 



mənimlə xeyli söhbət etdi və son-

ra  diqqətimə  çatdırdı  ki,  çox  şa-

dam  ki,  Azərbaycanın  pediatriya 

sahəsində xeyli uğurlar qazanmış 

belə bir xanım alimi var.                                                                                                  

““Bakı Bəyannamə si”n-

də işğal olunmuş əra zi-

lər lə bağlı məsələ əksini 

tapdı” 

Təxminən 70-ci ilin ortalarında 

isə pediatrların Moskvada ümum-

dünya  konqresi  keçirildi.  Titul-

larım  sadalandı  və  məndən  icla-

sı  aparmağı  xahiş  etdilər.  İhsan 

bəy  də  konqresə  qatılmışdı.  Bu 

dəfə  məni  Türkiyəyə  dəvət  etdi. 

Bildirdi  ki,  Sizin  təcrübənizdən 

Türkiyə  səhiyyəsində  istifadə 

etmək  bizim  üçün  xoş  olardı. 

Amma  sovetlər  dövründə  təklifi 

qəbul  etmək  çətin  olduğundan 

etiraz etdim. Avropa ölkələrindən  

nümayəndələr  də  iştirak  edirdi.                                                   

Ölkəmiz  müstəqillik  qazanan-

dan sonra Bakıda da pediatrların 

IV  ümumdünya  konqresi  oldu. 

Azərbaycan  Dövlət  Akademik 

Opera  və  Balet    Teatrının  bina-

sında  keçirilən  konqresdə  Ulu 

Öndər  Heydər  Əliyev  də  iştirak 

edirdi.  Konqresə  5  qitədən  200-

dən  çox  nümayəndə  qatılmış-

dı.  Sonda  Bakı  Bəyannaməsi 

qəbul  olundu.  Bəyannamədə 

Azərbaycanın  ayrılmaz  hissəsi 

olan  Qarabağın  erməni  hərbi 

birləşmələri  tərəfindən  işğalı  öz 

əksini  tapdı.  Konqresdə  istirak 

edən  nümayəndələr  ölkələrinə 

geri  dönən  zaman  Bəyannaməni 

özləri  ilə  apardılar  və  bu  barədə 

təmsil  olunduqları  ölkənin  döv-

ri  mətbuatında  materiallar  dərc 

olundu.  



“Növbəti Novruz 

Bay ramının Qara-

bağda keçirilməsini 

istərdim”

Adilə  xanım  söhbəti  əs na sında 

ATU  rəhbərliyinin  xanımlara 

olan    diqqət  və  qayğısından  da 

danışdı.  “Çox hörmətli akademi-

kimiz  Əhliman  Əmiraslanov 

universitetdə  çalışan  xanımlara 

xüsusi  qayğı  və  diqqət  göstərir. 

Məni  və  o  cümlədən  bütün  xa-

nımlarımızı 



8 Mart Beynəlxalq 

Qadınlar 

Günü

  münasibəti 

ilə  təbrik  edib.  Bu  da  mənə 

göndərdiyi  təbrik  açıqcası  (açıq-

canı  göstərdi-Q.A.).  Bu  diqqətə, 

xoş münasibətə görə universitetin 

rəhbərlyinə minətdaram.” 

Sonra  isə  8  Mart  Beynəlxalq 

Qadınlar  Günü  münasibəti  ilə 

özünün  ürək  sözlərini  söylədi 

və 

Azərbaycan 



xanımları-

nı  təbrik  etdi:  “Yer  kürəsinin 

dilbər  diyarı  olan,  günü-gündən 

çiçəklənən,  sürətlə  inkişaf  edən 

Azərbaycanımızın 

qadınlarını 

başda  ölkəmizin  birinci  xanımı, 

Heydər  Əliyev  Fondunun  Prezi-

denti, 

YUnEsKO və İsEsKO-

nun  xoşməramlı  səfiri,  millət 

vəkili,  sevimli  Mehriban  xanım 

Əliyeva olmaqla, Tibb Universite-

tinin  qadınlarını,  tələbə  qızlarını 

8  Mart  Beynəlxalq  Qadınlar 

Günü

  münasibətilə  öz  adımdan, 

respublikanın səhiyyə işçiləri, pe-

diatrları adından səmimi qəlbdən 

təbrik edirəm.  Biz həm də Novruz 

Bayramı  ərəfəsindəyik.  Qarşıdan 

gələn  bu  bayram  münasibəti  ilə 

də xalqımızı təbrik edirəm. Gün o 

gün olsun ki, növbəti Novruz Bay-

ramını  işğaldan  azad  olan  gözəl 

Qarabağımızda  keçirək.  Uşaqla-

rımız    “Orda  bir  kənd  var  uzaq-

da,  o  kənd  bizim  kəndimizdir...

Getməsək  də,  qalmasaq  da,  o 

kənd  bizim  kəndimizdir!!!”  mis-

ralarını  Qarabağımızdan  kənar 

səsləndirməsinlər.”

Qabil ABDULLAYEV

    


Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının  müdiri, tibb elmləri 

doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, rusiya 

Federasiyası Tibb Elmlər Akademiyasının həqiqi üzvü  Adilə əvəz qızı namazovadan 

müsahibə götürmək üçün onunla kabinetində görüşdük. söhbətin şirin yerində kabinetin 

qapısı döyüldü. İçəri anası ilə birgə  5-6 yaşlarında bir uşaq daxil oldu. Qaça-qaça özünü 

Adilə xanımın üstünə atan Məhəmməd adlı balaca onun üzündən öpdü və “çox sağ olun, 

təşəkkür edirəm”-deyərək professora minnətdarlığını bildirdi. sağollaşanda da Adilə 

xanımım boynunu qucaqladı və üzünü üzünə söykədi. Bu mənzərəni həyəcansız seyr 

etmək mümkün deyildi. Adilə xanımın sevincdən üzü gülür, əlləri ilə Məhəmmədin başını 

sığallayırdı. Bir müddət hər ikimiz bu xoş təəssüratdan ayrılmadıq. nəhayət söhbətinə 

“həkim üçün bundan gözəl xoşbəxtlik ola bilməz” sözləri ilə davam etdi: 

“Avstriyada keçirilən pediatrların ümumdünya konqresində 

nümayəndələr çıxışımı böyük 

maraqla qarşıladı”

Müsahibə

1982-ci il, Bakı şəhəri

 Ön cərgədə oturanlar: 

soldan sağa - akademiklər  

Zərifə  Əliyeva,  Adilə  Namazova,  Azərbaycan  SSR 

Ali  Sovetinin  sədri  Xəlil  Xəlilov,  professororlar 

Zəhra Quliyeva, Sima Quliyeva,  Rəhim Rəhimov

Ayaq üstə olanlar:

 

soldan – professorlar  Qəhrəman 

Qəhrəmanov, Tağı Tağızadə, Dəmir Hacıyev


Yüklə 284,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə