2
Elmi redaktor: Prof. Dr. Yusif Yusifov, Dos. Dr. Mirheydər Mirzəyev
Redaktor:
Prof. Dr. Ramiz Əskər, Həlimə Rzaquliyeva
Firudin Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədərki tarixi.
(Doqquz Bitik); III Bitik: Azərbaycanda qurulan qədim dövlətlər.
Bakı, 2014, «Ağrıdağ» nəşriyatı, 310 s.
«Altay» nəzəriyəsinin əksinə olaraq, «Urmu teoriyası» baxışı ilə
türk etnosunun mənşəyini Ön Asiyada müəyyənləşdirən 9 cildlik
«Azərbaycan türklərinin İslamaqədərki tarixi» («9
Bitik») adlı
əsər müəllifin bu sahədə apardığı 30
illik tədqiqatın nətcəsi kimi
ortaya çıxmışdır. Bütovlükdə türk xalqlarının
tarixini yeni kon-
sepsiya ilə ortaya qoyan bu əsər tarixi qaynaqlar, tarixi coğrafiya,
Azərbaycanda qurulan qədim dövlətlər, tarixi onomastika, tarixi
etnoqrafiya, həmçinin folklor və mifologiyada tarix, azər türkcə-
sinin tarixi və azər türklərinin soykökü kimi ayrı-ayrı cildlərdə
verilən mövzuları əhatə edir.
Azərbaycanın ən qədim dövlətlərindən bəhs olunan III cilddə
İslamaqədər Ön Asiyada, o cümlədən Azərbaycanda quralan türk
dövlətləri, türk dövlətçilik gələnəyi, ordu və dövlət məsələləri yer
almışdır. Bu cilddə türkologiyada ilk dəfə olaraq, bir neçə türk
dövlətinin varlığı ortaya çıxarılmışdır.
(Müəllif hüquqları agentliyi. Şəhadətnamə № 5797)
© Ağasıoğlu
© «Ağrıdağ.» nəşriyatı, 2014
3
BAŞLIQLAR
1. Dövlət qurumları
……………………………………………………….
M.ö. III-II minillərdəki qurumlar
………………………….…..…….
M.ö. I minildən İslamaqədərki qurumlar
…………………..……….
2
.
Türklərin dövlət qurumu
.…………………………..………………..
Dövlət düzəni və atributları
……………………….…………………
Dövlətçilik gələnəyi
……………………………………..……………
3. Ordu və dövlət
………………………………….………………………
Türklərin ordu sistemi
………………………………………….…….
Savaş taktikası
……………………………….…………………………
Atlı türklər və süvari döyüşçülər
………………………………
4. İslamaqədər Ön Asiyada qurulan türk dövlətləri ……...……..
Subar eli (ölkəsi)
………………………………….………….………..
Subar bəyliyi
…………………………………………..…….…..……..
Doğu Subar bəylikləri
……………………………...……….………...
Aratta eli
……………………………………………….………….….…
Lulu eli
………………………………..………………..………….……
Qut eli
………………………………..………………..…….……...…..
Turuk (Türk) bəyliyi
……………………………...…..……………….
Kuman bəyliyi
…………………………………….…….……..………
Azərbaycanda kiçik bəyliklər (m.ö. IX-VII əsrlər)
.…….……...….
Mana eli
…………………………………….………………….……….
Qamər bəyliyi
……………………………………………………….…
Saqa eli
……………………………………………………….…………
Mada eli
…………………………………….………………….……….
Azərbiqan
eli (Kiçik Mada, Atropaten)
………..………………..….
Alban (Aran) eli
…………………………..……………………..……..
Ədəbiyat
……………………………………………………………………..
4
12
16
22
25
61
76
85
103
107
111
120
126
133
151
161
173
198
204
214
269
286
301
344
367
400
480
4
1.
DÖVLƏT QURUMLARI
Türk dövlətləri haqqında yazılan əsərlərdə dövləti quran, onun ya-
ranmasında əsas qüvvə olub, ağırlığı çiynində daşıyan xalqın tarixi deyil,
hakimiyəti yönətən sülalə-xanədanların, onların idarəsi altında olan ölkə
və
bölgələrin tarixi verilir.
Belə tarix kitabları dövləti quran türk
boylarını,
dövlətin etnik
özəyini
gözardı edib,
arxa plana keçirir.
Türk mədəniyətini
dərindən duya bilməyən yabançı alimlərin bu münasibətini siyasi baxış
kimi də düşünmək olar, lakin bir-iki
alimi çıxmaq şərtilə,
türk xalqlarının
öz içindən çıxan və özəlliklə
azər tarixçilərinin bu münasibətini
anlamaq
olmur. Türk xalqlarının tarixinə eyni münasibəti qüdrətli Osmanlı impe-
riyasının varisi
olan
Türkiyədə də
görmək olur.
Belə ki,
türk boylarının
bugünə qədər qurduğu
və adına
16 imperiya,
50-dən artıq dövlət, 50-dən
artıq
şahlıq-bəylik, bir neçə
atabəylik, 20-dən artıq
xanlıq, 10-dan artıq
sultanlıq və
15-dən artıq respublika (cümhuriyət)
sözü qoşulan
150-dən
yuxarı dövlət qurumu bəllidir. Lakin bu dövlətlərin əksəriyətinin adını
çəkən çağdaş Türkiyə tarixçiləri Doğu və Güney-Doğu Anadolu, İkiçaya-
rası və Azərbaycanda m.ö.
III
minildən
üzübəri türk,
protoazər
və
azər
boy-
larının
qurduğu Aratta dövləti,
bir neçə
Subar bəyliyi,
Qut imperiyası,
Lulu
dövləti,
Turuk (Türk)
və
Kuman bəyliyi,
Mana dövləti,
Mada imperiyası,
Saqa, Alban-Aran dövlətləri və onlarla bəylik, xanlıq, sultanlıq qurumla-
rının və hətta Səfəvi dövlətinin adını belə çəkmirlər.
1
Burada qədim dünya dövlətləri sırasında türk dövlət qurumlarının
önəmli yeri və özəlliyi haqqında bilgi vermək nəzərdə tutulduğundan,
ilk
dövlət qurumlarının yaranma səbəbləri və yaranma şəraiti fonunda qədim
türk dövlətlərinin etnik dayaqları,
coğrafiyası, başqa dövlətlərlə oxşar
və
fərqli cəhətlərinin müqayisəsi,
siyasi hakimiyət növləri, dövlət atributları,
dövlət-xalq, dövlət-ordu
anlamları,
türk dövlətçilik gələnəkləri kimi bəzi
məsələlər üzərində dayanmaq və ölkə,
əhali,
hakimiyət atributları ilə ortaya
çıxan Dövlətin inzibati və etnik coğrafi sınırları, etnik demoqrafiyası, mo-
narx, oliqarx və ya demokratik mahiyətli siyasi hakimiyəti, unitar, fede-
rativ və ya konfederativ quruluşu, bəylik, xanlıq,
şahlıq və imperiya tu-
tumlu ölçülərini diqqətə almaq lazım gələcəkdir.
1
Halbuki, tanınmış türk tarixçisi F. Sümerin sözləri ilə desək, Səfəvi dövləti Səlcuq və
Orta Asiya türk dövlətlərindən daha «türk» idi.