ABA CEELİ
Davamedici Hüquq Təhsili Proqramı
Azərbaycan Respublikasının əmək qanunvericiliyi
mövzusunda
Bir günlük təlim
8 Yanvar, 2011-ci il (Şənbə günü)
ABA CEELİ-nin konfrans zalı
(Bakı şəhəri, 28 May küçəsi 5, mənzil 59-60, Giriş: Rəşid Behbudov 15)
Sözügedən təlim Bakı şəhərində çalışan praktik hüquqşünaslar və hüquqşünaslıq və ya beynəlxalq hüquq üzrə bakalavr dərəcəsi almış şəxslər üçün nəzərdə tutulur!!!
Təlimçi: Əbülfət Məhərrəmov (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi)
İştirakçılar: 20-25 praktiki hüquqşünas
Təlimin müddəti: 10:00- 16:30
Qeydiyyatdan keçmək məqsədilə İstək məktublarınızı (və əlaqə nömrələrinizi) e-mail vasitəsilə Pərviz Abbasova, parviz.abbasov@aba-az.org email ünvanına göndərə bilərsiniz.
Seçimin nəticələri barədə dərhal və ya Yanvarın 7-nədək email və ya telefon vasitəsilə məlumat veriləcək.
Qeydiyyatdan keçmək üçün son vaxt: 18:00, 06 Yanvar, 2011
Ətraflı məlumat almaq məqsədilə ABA-CEELI ofis nömrələrinə zəng vurmaqla əlaqə saxlamaq olar: 447 38 18; 497 87 69
Seçimdə gender bərabərliyinə riayət olunacaq.
Dostları ilə paylaş: |