Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 4,74 Mb.
səhifə2/59
tarix09.10.2018
ölçüsü4,74 Mb.
#73059
1   2   3   4   5   6   7   8   9   ...   59
adaşqana: azaşqana). (manğ: ayıb). (sonğ:sonra).

adət ağlı aldadır. (aldış alıq aldadır). (alqı: şuur. biliklik. aqahlıq). (aldış bilik aldadır). (aldış: adət). (adət gücü, alqı gücün yenər, üstələr).

adı başqa, dadı başqa.

adı çəkilməsin, göz görməsin, qulaq duymasın. (yaman nərsədən söz gedəndə).

adı qonağın, dadı qonağçının.

adı tutulmayır meşədə, küsmüş ayı meşədən.

adı uluğ, səprəsi quruq. (səprəsi quruq: süfrəsi qıs, dar). ( adı hündür, əli qıs). (səprə:səpər. saçağ. süfrə).

adım dərviş, puldur görür hər iş, pulun var giriş, pulun yoxdur sürüş.

adın çək qulağın bur. (qurd ağzasan quyruğu görünət). (köplənc, sözü keçən başa gələn olur). (köplənc: koplanç. çoxraq. əğləb).

adın çəkmə, özün gətir.

adın nədir ? - dərviş, pul ilə olur hər iş, pulun var giriş, pulun yox, sürüş.

adın nökər, durma bekar.

adını eşit, görmə üzünü.

adlanan atlıda olar, atsızda, atlanan adlıda olar, adsızda.

adlım kişi adından qorxduqca, adsız kişi tanrıdan qorxmaz!.

adlımların hər dedigi dəğər daşımır!.

afdafa görməyən göt, lüleyin görəndə xoruldar.

ağ akca qara işlər işlər, qara işlər içlər. (kötü, pis işlər var para üçün görülür, gizli işlər para ilə çözülü).

ağ almanı alarla, ağ boşqaba qoyarlar, çağrılmamış qonağı, qaş qabaqla qoğarlar. (ağ almanı soyarlar, ağ boşqaba qoyarlar, çağırmamış qonağı, qaş gözülən qovarlar).

ağ almanı alarla, ağ boşqaba qoyarlar, çağrılmamış qonağı, qaş qabaqla qoğarlar.

ağ bulutdan yağış yağar, yerli yerdən bulaq çoğar, xoş yuxumlu günəş doğar, yaz gəliri, yaz gəlir. (çoğar: çoğ çoğ vurub qaynar).

ağ dediyin alqışdır, qara dediyin qarqışdır.

ağ gündə ağarsan, qara gündə qararsan.

ağ günüdən yaman günə dos saxla, varlı çağdan , yoxsulluğa pay saxla.

ağ günün ağçası çatar, ağçalının ağ günlüsü bəllənməz.

ağ ipəkdə geyinsən, kölgən qara görünəcək.

ağ kirlənsə qaralar, qara kirlənsə ağarmaz.

ağ qara yaşqasını gözdən alıb ellərə at. (yaşqasını: pərdəsini). (ellərə: yadlara). (çevrəvi, dünyavı ağ qarıya bölmə).

ağ qaralı var ilan, ey kötüsü seçilməz!. (ey eyi. iyi).

ağ qaralı, güllü kitli yol, yaşam yolu uzun yol, yaşam budur, bilisən bil, bilməsən yür. (yür: çəkdir ged).

ağ qaralıq ilanda, soxmağına dəğdirməz, yalançılıq oğurluq, doğruluqa sığışmaz.

ağ qoyunu görənlər, için dolu yağ bilər. (bilər: sanar).

ağ olsun, qara olsun, istiyot acıdır.

ağ paltar tez kirlənir. (1. ağ kir götürməz. 2. iyilərin kötülüyü çabıq gözə çarpır).

ağ saqqal sözün, axıra saxlar.

ağ saqqalın yaşına yox, başına bax.

ağa deyib sağallar, yava deyib yapallar.

ağa ilə bostan əkənin tağı çiynində bitər.

ağa itinə, itdə quyruğuna toxladar. ( toxlatmaq: irca vermək ).

ağa yeyib toxdur, nökərə bir çörək yoxdur.

ağac aymaz kölgəsini baltadan. (aymaz: qısmaz. əsir gəməz).

ağac başına yel dəğir, gözəllərə söz gəlir.

ağac dalı ilə gürlər.

ağac dibdən su içər, kişi başdan.

ağac dibindən su içər.

ağac əğildi sındı, yiğit əğildi öldü. (Kordus).

ağac göydə bitməz.

ağac göydə bitməz.

ağac içmiş kökündən su, umut içdən.

ağac istəməzsə, yapraq düşürməz, bir nədən olmazsa, yaluğ ölürməz, sən köçüb içə yandırıb yaxdın, tanrım sənin içqayın versin. (yaluğ: adam). (içqayın: nədəni bəlli olmaz içə düşən, içdən yıxan bəla).

ağac kəsəninə kölgə salar.

ağac kəsildi düşdü yerə, dost oldu baltaynan ərə.

ağac kökü üsdə bitər, el dili üstə.

ağac kökündən güclənir, kişi, eldən.

ağac kökündən quruyar.

ağac kökündən su içər.

ağac kökündən su içər.

ağac qança ösürsə göy üzünə, barıbir yapraqları düşür dibinə. (ösür: ötür. ucalır. rüşd edir). (barıbir: sonunda).

ağac qapı yapılırsa, altın qapı açılır.

ağac qarır, devran dönür, quş budağa bir kəz qonur.

ağac qatısı soxu, kişi qatısı çomuq olur. (soxu: six. şiş. biz). (çomuq: çomaq).

ağac quru doğrulmur, kotan beyin yoğrulmur!.

ağac quru əğilməz, su olmasa əkilməz. (hərnə yaşlıqda, gənclikdə oluşur, əkində susuz olamaz).

ağac quru əğməqin, sözün yokdur dinləqin, başın çıxmır soxməgin, qarnın toxdur yeyməqin, axmaq ilə oturdun, duyduğuva dinməqin. (məqin: olumsuz yapan ''mə. ma'' əki).

ağac qurur, devran dönür.

ağac nə qədər boy atsada, kökü topraqda olur.

ağac nə qədər yoğunsa, bir elə bərk sınar.

ağac olan yerdə budax sınar.

ağac olub yad ölkədə, kölgə salırsa bəlkədə, doğma eliqə kol olub, doğanda batsa yaxşıdır. (eliqə: elinə. millətinə).

ağac olursa gərək, olur ağacan.

ağac tutan ağac vurandan artıq.

ağac vardır çəmçəliyə kəsilir, qaymaq olur yoldaşı, ağac vardır qazıqlığa kəsilir, toxmaq olur yoldaşı.

ağac yaprağıyla gurlar.

ağac yaprağıyla gurlar.

ağac yarananda, baltada yaramışdır.

ağac yaranmış, baltası dibində.

ağac yaş ikən əğilir. (ağac barlı ikən əğilir).

ağac yemişindən, kişi qılışından.

ağac yemişindən, kişi qılmışından.

ağac yıxılsa, kölgəsi qalmaz.

ağac, ağac içində böyüyür.

ağac, kökündən güclənir, kişi, elindən.

ağac, kökündən su içər.

ağaca balta vurmuşlar, ahhh sapı məndən demiş.

ağaca çıxan geçinin, dala baxan oğlağı olur.

ağaca çıxan keçinin, budağa baxan oğlağı olur.

ağaca dayan çürür, özgəyə güvən gövür, kəndivə güvən, iki evrənin görür. (gövür: cumur. şumlur. puç olur).

ağacdır gətirən yemişi, paradır qutaran işi.

ağacı demə, yemişin de, üzünü demə, özünü de.

ağacı elə kəsmə ki, başına düşsün.

ağacı qurd, kişini dərd yeyər.

ağacı qut yeyər, kişini dəd.

ağacı ortasından tut, iki başıynan vur. (ağacı ortasından tutan, iki başdan vurar).

ağacı yalınqu pozar, yalınqu yalan. (yalınqu: yalınğ. kişi. adam).

ağacı yaran bir pay, higgəsin deyən iki pay. (yaran: ayıran).

ağacın ağırıda suda üzər.

ağacın barı gərək, iyidin yarı gərək.

ağacın barı, iyidin yarı. (ağacın barı gərək, iyidin yarı gərək).

ağacın böyügü, bürküdəndə qoruyar, yağışdanda. (bürküdəndə: tufandanda).

ağacın gördük yemişin yok. (ondan bizə elə kar dammadı).

ağacın gördün yemişin atma. (ağacın görüb yemişin atma). (üzünə baxıb için daşlama).

ağacın kökü yerdələr. adamın gözü yerdədir.

ağacın kölgəsin kəsən, ağacı qırandı.

ağacın qurdu içindən olur.

ağacın qurdu özündə olur, igidin kəmi sözündə olur.

ağacın qurdu özündə olur, igidin kəmi sözündə olur.

ağacın qurdu özündə olur, igidin kəmi, sözündə olur.

ağacın qurdu, öz dibindədir.

ağacın uzun olsun, qolun dinc.

ağaclı köyü su basmaz.

ağacsız bağ olmaz, gəlinsiz ev.

ağacsız meşə, sapsız teşə, otsuz neşə, burunsuz deşə, gəlirsiz peşə olunmaz.

ağacsız meşə, sapsız teşə, otsuz neşə, burunsuz deşə, gəlirsiz peşə olunmaz. (ot: göyətilərdən yapılan uyuşdurucu).

ağacsız, orman olmaz.

ağalar sözə baxmır, qağalar söz başarmır.

ağalıq verməklə, iyitlik vurmaqla. (ağalıq əliaçıqla, pəhləvanlıq qoçaqlıqla bəllənir).

ağamdan bir at isdərim, verirsə minər gəlirim, verməzsə, dönər gəlirim.

ağan eşşək olsada, 'hoş' demə.

ağanın bir gözü korsa, nökərin ikisi kordu.

ağanın gözü, igidin sözü. (ağa çevrəsin gözətliyə bilirsə, iğitdə sözün tuta bilirsə, sayın, hörmətli olur).

ağanın malı çıxar, nökərin canı.

ağaran baş, ağlayan göz, gizlənilməz.

ağaran baş, ağlayan göz, gizlənilməz.

ağarıb önə düşmə, qaralıb sona düşmə, ortalığa nə gəlib.

ağarıb önə düşmə, qaralıb sona qalma!.

ağarıb önə düşmə, qaralıb sona qalma. {uçurluq edmə. (uçurluq: ifrat təfrit)}. (hammını qınama, kəndivi bir sına). (lovğalıqla gurranıb, alda düşüb aldanıb).

ağası ağanın qulu quduz. (ağası : ağalar ağası. ağabaşı. başağa). (başağa bəyin nökəri qudurqan olur. ).

ağası ağanın qulu quduz. (ağası: ağalar ağası. ağabaşı. başağa). (başağa bəyin nökəri qudurqan olur. ).

Ağası gülüm olanın başına külüm olar. (Araz Gunduz).

ağası qul olanın, qulu quduran olur.

ağasız yeri, domuz sürər.

ağaşdan budaxdan, biridə gəldi bucaxdan.

ağaşdan budaxdan, biridə gəldi bucakdan.

ağbirçəksiz ev, karvansız yol olmasın.

ağca axca, qaragündə işgələr. (işgələr: dərdə dəğər).

ağca axca, qaragündə işgələr. (işgələr: dərdə dəğər).

ağcaqovaq, çartıldayıb yanar, amma közü düşməz.

ağça demə açğa de. (açğa: açar).

ağça gücü qara gündə bəlgürür, kosuq gücü qara qışda bəlgürür. (kosuq: kiçik dəlik).

ağça sayış, don yeriyiş öğrətir. ağça sayış (ağça sayış öğrətir: pul güvənc, itminan gətiri, verir).

ağça, qananın qulu, qanmazın çulu.

ağçaya inan, gücün varsa, gücə inan, inamın varsa.

ağçaya inan, gücün varsa, gücə inan, inamın varsa.

ağdarı yağsada oxları qınağ, dönmərəm verdigim ilqarı pozam birdə geri. {ağdarı: ağıdar. yağıdar (axmaq. ağmaq. yağmaq). (ağıdar baran. durmadan iti axan, yağan. sağanaq. (rəgbar)}.

ağdı qızıl bayraq, doğdu qara topraq.

ağgünün akcası, qaragünün yarcası. (yarcası: lap yaxın köməyi). {ağgünün akcası, qaragünün yarqacı. (yarqacı: açarı. ışıqcısı)}.

ağgünün akcası, qaragünün yarcası. (yarcası: lap yaxın köməyi). {ağgünün akcası, qaragünün yarqacı. (yarqacı: açarı. ışıqcısı)}.

ağgünün akcası, qaragünün yarqacı. (yarqacı: açarı. ışıqcısı). (ağgünün akcası, qaragünün yarcası. (yarcası: lap yaxın köməyi).

ağgünün sirri, keçmişdə qalma, özgəyə baxma!.

ağgünün sirri, keçmişdə qalma, özgəyə baxma!.

ağı acı, bal süycü, biri söğücü, biri söyücü. (biri söğücü, biri söyücü: biri çəkinməli, biri çəkici).

ağı acısı, bal süycüsü danılmaz, gün gözündə, qurtlu paxla satılmaz.

ağı ağlatar, sevik söylədər. (sevik: eşq).

ağı dağa gəlməz, başa gəlir.

ağı dərmandan qaçar, dərman ağrını qapar.

ağı qatar aşımıza, işlər gələr başımıza, bu bir oyun evrənə, daşın vurar başımıza.

ağı qatar aşımıza, işlər gələr başımıza, bu bir oyun evrənə, daşın vurar başımıza.

ağı var qarası var, hər olasın çağı var. qudurub çıxan taxda, onunda düşən çağı var.

ağıdan sağuq qəlməz, qəhbədən bağuq gəlməz. (sağuq: dərman). ( bağuq: bəfa).

ağıdan sağuq, qəhbədən bağuq gəlməz. (ağı: zəhər). (sağuq: dərman). (bağuq: bəfa).

ağigidin gözü tox, könlü ac olur, eyilik etdikcə, könül ona yar olur. (ağigid: covmərd. centilmən).

ağıl ağıldan üstün olur, söz sözdən ötgün olur.

ağıl başda, çörək daşda. (ağıl başdan çıxır, çörək daşdan).

ağıl başdan çıxır, çörək daşdan.

ağıl çaşsa saxlamaq çətin, öz işivə kəndliyin yetin. (başqa əldən yeyən doymaz, baş gedirsə ayaq durmaz).

ağıl çürümür, qızıl paslanmır.

ağıl xəznə, könül yozaq, dil açar. (açar: açqıç) (akıl hazine, gönül kilit, dil açar).

ağıl olsa baş içində, arzu gülər (çiçəklənər) daş içində.

ağıl pula satılar, pulla satılmaz.

ağıl tanrı vergisi yox, sınağ ötəridir. (ötəridir: örünüdür. hasilidir).

ağıl ulusdan çıxar, dərman kol kosdan.

ağıl üçün, yol birdir.

ağıl, ağıldan keçər, söz danışıqdan ötər.

ağıl, ağıldan üstün, söz, sözdən ötgün. (ağıl, ağıldan keçər, söz danışıqdan ötər).

ağıl, əli öğrədər, əl, işi görər.

ağıl, qızıl tacdır, hər başa qonmaz.

ağıla paxıllıq olmaz, ağıldan artıq var olmaz.

ağılda (: tövlədə) oğlaq doğsa, ovada otu bitər. (qurd olan yerdə yemdə tapılar).

ağılda göz olsa, özün qoruyar.

ağılda oğlaq doğsa, arükdə otu önər.

ağılda oğlaq doğsa, yaruğda otu önər. (yaruğ: otlağ. bayır).

ağıldan uca, var olmaz, ağıldan yaxın dost olmaz.

ağıldan uca, var olmaz, ağıldan yaxın dost olmaz. (ağıldan artıq var olmaz). (ağıla paxıllıq olmaz, ağıldan artıq var olmaz).

ağıldan yavansın, cibindən yağ damsın.

ağıldan yavası var, cibindən yağ damır.

ağılı diş ilanda, ağılı dil oğlanda. (oğlanda: insanda).

ağılı dişlər ilan üçün bəs edməz, əzik başlı yamanın quyruğunda unutma. (ilanın sarılıb sıxaraq öldürmə gücüdə çoxdur).

ağılı dişlər ilana bəs edməmiş ayaq gəzmiş. {utsuz üzü sulanmaz. (sulanmaz: ıslanmaz. utanmaz)}.

ağılı dişlər ilana bəs edməmiş ayaq gəzmiş. {utsuz üzü sulanmaz. (sulanmaz: ıslanmaz. utanmaz)}.

ağılı evdə qoyub gedərik, axmağın qulluğuna yetərik.

ağılı qısanın, dili uzun.

ağılı olan ərinməz, gücü olan sürünməz.

ağılla saqqal bir doğulmamışlar. (ağılla saqqalın, doğanlığı (qohumluğu) hardandır).

ağılla var birləşsə, devlət qurar.

ağıllı ağladırsa, öğün (sevin), səfeh güldürürsə döğün (düşün).

ağıllı bildiyin söyləməz, dəli söylədiyin bilməz.

ağıllı ''bizi'' tapınca, dəli bacadan düşər.

ağıllı duşməndən qorxma, dəli dostdan qorx.

ağıllı işinə baxar, dəli dişinə.

ağıllı qırqı, caynaqların gizlətir.

ağıllı olub dərd çəkincə, dəli ol, dərdivi çəksinlər.

ağıllı öğrənər, axmağ öğrədər.

ağıllı söz, daşdan qala, ağılsız söz başa bəla.

ağıllıdan, səfeh olmağın qədir qiymətin öğrən.

ağıllıların yükü, axmaqların çiğnində olar.

ağıllının ağlı səfehdə olsaydı, dünya cənnətə dönərdi.

ağıllıya demə biləcək, yaxşıya demə verəcək.

ağıllıynan daş daşı, axmağla yemə aşı.

ağılsız başın, ya gözlüsü, ya koru. (nə dəyişər).

ağını çəkdin, balını çək.

ağır (dəğərli. bahal) papaq, başa ağıl qoymaz.

ağır ağrını, ağı qoyur (toxdatır).

ağır al, ucuz saxla.

ağır basar, yüngül (yeyni) qalxar.

ağır çilə içdə yatır. (çilə: dərd). (ağır sular gurlamaz. (ağır sular: dərin sular).

ağır daş, batman döğər.

ağır daşı altdan qoy, keçənləri yaddan qoy. (yaddan qoymaq: başdan çıxartmaq).

ağır daşı su axızmaz.

ağır daşı yel qoparmaz, sel aparmaz.

ağır daşı yel qoparmaz, sel aparmaz. (ağır daşı, nə yel alır, nə sel).

ağır daşı, nə yel alır, nə sel.

ağır dərdə ağır dәrman, ömür qıssa, uzaq arman. (arman: arzu. çatılası istək).

ağır gedən, yol alar, yeyin gedən, yolda qalar.

ağır gülmək, ağır ağlamaq.

ağır işlə çalışma, sınırları sındırar.

ağır kişi apardı, yüngül olan yapandı (olundu. alındı).

ağır qazan, gec qaynar.

ağır qəmlər gəpiməyə söz bulmaz.

ağır qulaq baş ağrıdar, sağır qulaq göt.

ağır qulaq baş ağrıdar, sağır qulaq göt.

ağır qulaq baş ağrıdar, sağır qulaq göt. (sağır : kar). (ağır qulaq: söz dinləməz, öğrəşməz).(kar dümsüklə, dürtüklə söz dinlər).

ağır ol, batman döv.

ağır olan, altda olar.

ağır olda yeğ dinlə. (ağır: sakit). (ağır olduqca yeğrək eşidirsin. (səssiz olduqca yaxşı eşidirsin). (səssiz olub yeğ dinlə).

ağır olda yeğ dinlə. (ağır: sakit). (ağır olduqca yeğrək eşidirsin. (səssiz olduqca yaxşı eşidirsin). (səssiz olub yeğ dinlə).

ağır olsa bir bölük, parçalasan sürərsən..

ağır olur ağrısı, düz yerinə almış olursan yalan.

ağır olur daş köpdüğü yerdə.

ağır otur batman gəz.

ağır otur yüngül qalx, yüngül qalxun batman gəl.

ağır otur yüngül qalx.

ağır otur yüngül qop, gerçək içrə olmaz gop.

ağır otur, yüngül dur. (dur: qalx). (ağır otur, yüngül qop. (qop: qalx).

ağır sevgi, ağır yük.

ağır sular gurlamaz. (çilə: dərd). (ağır sular: dərin sular). (ağır çilə içdə yatır). (çilə: dərd).

ağır sular, dərin yatar.

ağır sular, lam axar.

ağır təprin, yuğaş gör, yüngül təprin, savaş gör..( təprinmək. devrinmək. davranmaq. təvşinmək. devşinmək. təpşinmək. davşınmaq yorışmaq. yerişmək. hərəkətlənmək. hərəkət edmək. rəfdar edmək).

ağır tutsan yıxılmaz, yüngül tutsan yaxılmaz. (yaşamın keçim, qazanc təməlin köklə (bəslə, tə'min ed), soruların, gedişatın çox ağır, ciddi tutmayıb yandırma, zay eləmə, zəhrmar eləmə).

ağır yaşam kişini filosof edər. (başına gələn başmaqçı olar).

ağır yük barha batar. (barha: barır. gəlir. bir gün).

ağır yük, yolu uzadar.

ağırbaşın ağrımaz başı!. (ağırbaşın: mətin olanın).

ağırın davran ərisin dağlar. (ağırın. dərin. mətin).

ağırın düşün yapınma acraş. (ağırın. dərin. mətin). (acraş: tələsik).

ağırın üstündən, yüngülün dibindən keç.

ağırlıq edsə qatı, çökər damı. (qat: dam). (damı: evi).

ağırlıq qızıl qala, yüngüllük başa bəla.

ağısız dərman, ağrısız ilac olmaz. (hər nəyin öz çətinliyi var).

ağıtla umut bir yola gedməz. (ağıtla: yə'slə. üzgünlüklə).

ağız aç gülə, uğur gülə. (aç ağız gülə, uğur gülə). (ağzın xeyrə aç) (ağzın uğra aç).

ağız açdın daşatma, baş itirib daş atma. (ağız açdın daşatma: ağzıva gələni danışma).

ağız açdın ölçü bil, iş yapındın ülgü bil.

ağız açıb gəpirməz, kim olduğu bəlirməz.

ağız açma söğgüyə, qavqa dönsün sevgiyə.

ağız ağıza verilmiş, diş dişə verilməz. (olamaz, görünməmiş iş). (ət ətə dəğər, sümük sümükdən qaçar).

ağız ağızdan yel alar.

ağız ağızdan yel alar. (yel alar: güc alar). (ağız ağıza güc verər).

ağız ala itlərdə, börü görcək birləşər. (ağzala: ağız ala).

ağız alalıq pozar dağıdar, pozar yoxadar. (ağız alalıq: birgəşməzlik. qeyri müttəhidlik).

ağız bəzəyi sözdür, üz bəzəyi, gözdür.

ağız bir, qulağ iki, söz bir, eşit iki.

ağız birlik ağır basdı, ağzaralar dağıb çaşdı. (dağıb çaşdı: dağılıb yozuldular). (dağıb çaşdı: dağılıb yozuldular).

ağız burnun tutmuş göz qulağın açmış.

ağız çoxu aşa qolay, əlin çoxu işə.

ağız dadın bal olsa, alışdınsa yad olar.

ağız deyər baş ağrıyar. (dil ağrısın baş çəkər).

ağız deyər qulaq duyar, iş olmasa , sevgi yalan söz qalar.

ağız deyər, qulaq duyar, göz görər.

ağız deyər, qulaq duyar, könül dinər. (ağız deyər, qulaq duyar, ürək bulanar). {sözlə sözün, duyan qulağın alan ürəyin çox dərki var. (çox fərqi var)}.

ağız deyir, sol göz görür, sağ göz qıyır.

ağız dolduran, qoltuq şişirən, beyin pukaldan sözlərdən uzaq ol!.

ağız doyar qarın yox.

ağız qapıq, gözün açıq.

ağız qulaqdan söz alır. (ağız dinlənən sözü təkərlər).

ağız püflər od yanar, ağız ki yox.

ağız verən aş verməz.

ağız yağlanar, mala baxsan, könül dincələr, pul qazansan.

ağız yandıran aşı, qaşıq tanıyar.

ağız yeməz, üz utmaz. (ağız yeməsə üz utanmaz). (ağız, yemək yaluq yılıqda (insan heyvanda) əş gəlir, bir dəğər bəslir. kişioğlu ağzın, yeməyinin önün alanmasa, sonucun toplar).

ağız yeyər, göz utanar.

ağız yeyər, göz uyazar (utanar).

ağız yeyər, qarın çəkməz bulğanar. (hər iş iki başlıdır).

ağızala el olmaz. (ağızala: bir ağız olmayan).

ağızbir götürsən, ağır olmaz. (ağızbir: biləkdə. ittihadla).

ağızbirə tanrı vər. (ağzı bir olana tanrı verir).

ağızbirlər göyüzdəkin qapçırar, ağzalalar əlindəkin qaçqırar. (qaçqırar: uçurar).

ağızbirlik güc yasar. (yasar: qurar).

ağızbirlik, güclülük.

ağızda dilin olsun, əlində yaraq.

ağızda yerləşən dildir, acı süycünü bildirir. (süycünü: dadlını. şirini).

ağızdan bir, qulaqdan iki, söz bir, eşitmək iki.

ağızdan çıxan başa qada, ağızdan girən içə qada. (ağızdan çıxan baş qadası, ağızdan girən iç qadası).

ağızdan çıxan söz, topunan belə tutammazsan. (ağızdan çıxan söz, yanılmaz (qayıtmaz).

ağızdan çıxan söz, yanılmaz (qayıtmaz).

ağızdan ön qulaq aç.

ağızdan, burun yaxın, qardaşdan, qarın yaxın.

ağızıın olsa tanrı yetgər hər yerdə. (ağızıın: qismətin).

ağızın qapa, gözün aç.

ağızla gəmir, dilinlə gəpir, qulaqla səmir. (səmir: bəslən).

ağızla pilav pişməz, yağla düğü olmayınca.

ağla batan yumşaq sözlər, nə yorar nə üzər.

ağla qara ilədi evrən qılışı, böylədir ta ki durur evrənimiz. (qılışı: işi. əməli. kirdari). (ağla qara: yaxcı pis yaxa yaxmaz. yax yamaz).

ağladınsa iş yaşdı, başladınsa iş başdı. (başladınsa: işə geçdinsə).

ağlağan göz kor qalır, açıqsa göz pay alır.

ağlama gülüm qoy düşmanın ağlasun, alalvan geyin, yağun qara bağlasun. (yağun: düşmanın).

ağlamağa döşəkli yer salınmış, çalış gülmək üçün yaşamında yer axdar.

ağlamağı sevənlər, gülməkliyi sevənməz.

ağlamağın yüz nədəni yaşamda, çalışda tap yüzbirini gülməyə.

ağlamaq, anlamağa yol açmır.

ağlamaqdan iş bitmәz, salıb çıxsan iş kitməz. (kitməz. düğünlənməz). (düşünüb qılınsan iş düğün düşməz).

ağlamaqla gülmək, yoldaşdılar.

ağlamam, toplayaram yaşlarımı, toxlataram damarıma, qan edərəm. (toxlataram: doldoraram).

ağlamaz bala süt yeməz.

ağlamaz bala, məməsiz qala.

ağlamıyan uşağa, laylay deməzlər.

ağlar gözdən yaş kəməlməz, gülər dodaqdan gülüş. (qəm qəmi gəttirir, dəm dəmi).

ağlar gözdən, saxta sözdən, özünü gözlə.

ağlar gözə, dadlı sözə inanma, düz qılığa, doğru özə işənqıl. (işənqıl: inanda).

ağlaram ağlar kimi, toğluyam toğlar kimi, soğur urdu töküldüm, urğana bağlar kimi. (toğluyam: dağlıyam. dərdliyəm) (toğlar: dağlar). (soğur: xəzan. (savır. üzün: üyzün < üzmək) (urğana: vırğana. xaraba).

ağlasan yağmurda ağla, əssən küləkdə.

ağlaya - ağlaya quyu qaz, gülə - gülə suyun iç. (ağlaya ağlaya arx qazsan, gülə gülə su içərsən).

ağlayacaqsan, sağlığımda ağla sən.

ağlayan var ölü üçün, ağlayanda var diri üçün.

ağlayıb inləmə, oxşusan içli kamana, dəğiş havan, silkə yuvan, bu evrəndə duran deyil. (dünya belə qalmaz).

ağlı qısanın, dili uzun olar.

ağlı qıssada, dil uzun.

ağlı olan ərinməz, güclü olan sürünməz.

ağlın azlığı, ağır yükdür.

ağlın ilə gör, ürəklə eşit.

ağlın yüngüllüyündən, ayağa ağırlıq düşər.

ağlıva bir ağıl qat, düşmanı gözdən qoyma.

ağlıva gəlməyənin, önündən keçmə.

ağllı kişi, saqqallı keçiyə inanmaz.

ağnasa dağ, dərələr boş qalmaz. (dağ yıxılmasa dərə dolmaz). (olan versə, acıq ac qalmaz). (acıq: möhtac. ac olan).

ağrı dilən töksün başdan sanasız, bir sevinci iğnə ilə arasan.

ağrı əkən ağrı biçər, əğri tutan, əğri tikər.

ağrı gircək, bütün dadlar yad olur, könül bulsan, bütün dərdlər dad olur. (könül bulmaq: huzur bulmaq. sevmək. dinolmaq).

ağrı varsa ölüm deyil, ölüm varsa ağrı deyil. (ağrı başqa ölüm başqa). (hər ölüm ağrılı, hər ağrı ölümlü olmaz). (incəlik konuları ayırmaqdadır).

ağrıdı ürək darıxdı könül, duydu genə ayrılıq sözün, olcağıydısa ayrılıq ölüm, açmayaydı kaş evrənə gözüm.

ağrıq atlana atlana gələr, sallana sallana çıxar. (ağrıq atlı girər, yayaq çıxar). (yayaq: piyada).

ağrıq atlı girər, yayaq çıxar. (yayaq: piyada). (ağrıq atlana atlana gələr, sallana sallana çıxar).

ağrıq yamanın sağ bilməz, aclıq yamanın tox bilməz.

ağrıqlı baş yastığında yatanmaz. (başa gələn qada bala soxulduğun durumdandır).

ağrılar birlə çalışda, ölüm ilə barışma!.

ağrılar var çəkilirdə qaçınılmaz!..

ağrımasa, göz yaşmaz, şeh olmasa, pas basmaz. (yaşmaz: yaşarmaz).

ağrımaz baş saqqız götürməz.

ağrımaz başa salma saqqızı, düşünlmədən açma ağızı.

ağrını ağını, ağı qoyur (toxdadır).

ağrını danmaqla yok, çəkib çözməklə gidər.

ağrısı var sınağın, gülmək olmaz sınanda.

ağrısın deməz qulunc olar, deyər gülünc olar. (qulunc: sancı).

ağrısız baş, qəbirdə olur.

ağrıtmazki saç başı (saçdan başa yük olmaz). (saçın başa yükü yox).

ağrıyan ölmədi, havlığan öldü. (havlığan: tələsən).

ağrıyı kölgələyən, özü ağrıya dönür. (siqar. tüstü).

ağruda sancı yaman, sözdə qanğı yaman. (qanğı: sinsi kinayə. istehzalı ima. təlmih ). (xəstəlikta sancı kötü, qonuşmada sinsi, təlmih kötüdır).

ağruda sancı yaman, sözdə qanğı yaman. (qanğı: sinsi kinayə. istehzalı ima. təlmih ).(xəstəlikta sancı kötü, qonuşmada sinsi, təlmih kötüdır).

ağsa qızıl bayraq, doğar qara topraq. (qızıl bayraq: günəş).

ağsa yoxsul, düşman belə dosd olur, düşənlərdən, ən yoxunlar yox olur. (ağsa: yüksəlsə).

ağsa yoxsul, düşman belə dosd olur, düşənlərdən, ən yoxunlar yox olur. (ağsa: yüksəlsə).

ağsaqqalda baş olsa, keçi başa keçənməz.

ağsoyluq (nəciblik) qanda yox, ürəkdədir, başdadır.

ağu olsun ana sütü kimsəyə, anadilin daşlayıbda yad saya.

ağu olsun ana sütü kimsəyə, anadilin daşlayıbda yad saya.

ağudan acı, qılıcdan ötgür, balcadan dadlı, könülə hopar. (balcadan: beçə baldan). (ötgür: iti. kəsgin). (dil. söz).

ağulda oğlaq doğsa, otlağda otu biter.

ağulu aşım, altun tasım batası. (zəqqum aşım olmasın, qızıl kasam olmasın).

ağuz açıb duşunmə, ilkin düşün, aç ağuz.

ağuzsan çox ayaq çalmaq gərək. (ağuzdu çox ayaq çalsın gərək). (pişməyə uzun yol var). (ağuzsan. naşısan. xamsan. əcəmisin).

ağza baxıb, tikə kəs.

ağza sal duyquların dillənsin!. (dillənsin: səslənsin).

ağza sığmayan, qarna sığmaz.

ağza yüyən, ağza gələn samranmaz. (yüyən: yular. cilov). (samranmaz: söylənməz).

ağzı açığın malını, gözü açık yeyər.

ağzı açıq ac qalmaz.

ağzı açıq ac ölməz. (acında ölməz).

ağzı açıq tikəsin qapar, təndiri sıcaq, çörəyin yapar.

ağzı bağlı itinən, avdan gələr nəyinən.

ağzı bağlı itinən, avdan gələr nəyinən. (ağzın bağlayıb, gözün dağlayıb).

ağzı birin gücü artar, köpçül sözü dağı yartar. (köpçül. çoxluq).

ağzı bol aşa, gəpə, əli bol işə yaxşı. (gəpə: söyləşə).

ağzı büzük bəy olsa, doğru çıxar söz ondan.

ağzı dadlı, gözü qapaqlı, başı papaqlı.

ağzı dişsiz, diş ağrısın it qapanda bilər.

ağzı dişsiz, əli dırnaqsız börü olamaz.

ağzı əğri, dili düz. (dili: sözü).

ağzı gülüb, könlü pozuq ərlərə, yoldaş olub yaxın durma ıraq eylə özünğü. (özünğü: özünü).

ağzı küygən, savuq suyu püfleb içər. (küygən: yanan).

ağzı qarnından yekə ac qalar.

ağzı qarnından yekə ac qalar.

ağzı qışıq bolsada, bəyin oğlu gəpləsin. (qışıq: qıyşıq. qayşıq. əğri).

ağzı pişib süytdə, üfləp içər suyudə.

ağzı sözdən boşalmaz, sözü sözə oxşamaz.

ağzı uğra aç. (verən əllər boş qalmaz). (bolluq dilə, bol olsun, korluq dilə, kor olsun).

ağzı uğra aç. (verən əllər boş qalmaz). (bolluq dilə, bol olsun, korluq dilə, kor olsun).

ağzı ütük aş bitirir, əli ütük iş.

ağzı varsa dili yox, ölü yaratıq diri yox.

ağzı yağlanan, dili bağlanan.

ağzı yağlı, dili bağlı.

ağzı yağlı, dili bağlı. (ağzı yağlanan, dili bağlanan).

ağzı yanan, püflər içər.

ağzı yarın aşa yatğın, əli yarın işə yatğın. (yarın: yarqın. yaraqlı).

ağzı yoxdu dişi var, başımızda işi var. (tapmaca) (daraq).

ağzıdan qaşığa çox yol var.

ağzın aç, ''dişi'' olsa qaç.

ağzın açan tutuldu, başı olan qurtuldu.

ağzın açıb söyləyən, istənməzi dinləyər, dadlı denən dad gəlsin, acı demə yad gəlsin.

ağzın açıq yaşamda gərək, düşsə payın qapasan. (qapasan: yığasan. tutasan).

ağzın bir olsada, qarnın iki tut.

ağzın deyəni, qulağın eşidər.

ağzın dolu qan olsa, düşman gülər, tüpürmə.

ağzın əğridə olsa, düz danış.

ağzın sözün, başın börkün, ayağqabın bulmalı. (bulmalı: bilməli. tanımalı). (götüvün qabın, ağzıvın sözün tanı).

ağzına gələni samrap yürmə. (samramaq: sayqarmaq. sadalamaq).

ağzına hoy ver, əlinə bel ver.

ağzına qoysan belə gətirməzin, tüpürüb qoyar ac, qarnın. (belə: hətta). (gətirməzin: şansısızın. qarabaxdın).

ağzında bal dadlı dilin! gedmədən ön dənğə bilin. (dənğə bilin: qiymət verə bilin).

ağzında bircə dişi yox, yaşamda görcək işi yox.

ağzında bircə dişi yox, yaşamda görcək işi yox.

ağzında dadı yox, başı umut yeliylə əsir. (qurusuyla umut olmaz, umut ilə qarın dolmaz).

ağzında dili yox baş, kəsilməli.

ağzında əmzik tutanmır, mənə çörək yemək öğrədir.

ağzında quş danışma, özgə işə qarışma. (quş: yem).

ağzındaki doğma dilin danırsa, özgə poxun istəyilə yalırsa, nəyivə yarar belə biri.

ağzındakı doğma dilin kəsib at, özgə dilə ağız qatıb olub tat.

ağzındaki sözün bil, başındaki börkün bil, ayağdaki qabın bil. (bil: bul. tanı).

ağzındaki sözün bil, başındaki börkün bil, ayağdaki qabın bil. (bil: bul. tanı).

ağzından çıxan söz, səndə qanac sərgəni. (qanac: dərk gücü. qanma, dərk gücü. şuur). (sərgəni: vitrini).

ağzından çıxan yaxavı tutsun. (qarqışın özüvü tutsun).

ağzından çıxan yaxavı tutsun. (qarqışın özüvü tutsun).

ağzındaykən sənindi, çıxdı isə özgənin. (söz).

ağzıva bax kəs tikə, ağzı kiçik, yekə tikə.

ağzıva bax tikə kəs, yağdaya bax yürə kəs. (yağdaya: duruma) (yürə: tədbir).

ağzıva çatmır, dişi suçlama.

ağzız dadlı çayız şirin olsun.

ağzun açmadan, gözün aç.

ahda yerin bulur, hakda, sən iyi düşün, o olur.

axacaq qan, damarda durmaz. (olan olacaq).

axan arx, axmadan, durmaz.

axan su yolun tapar.

axan su yolun tapar.

axan su yolun tapar.

axan su, arxa dönməz.

axan suda, kir qalmaz.

axan suya dayanma, hər deyənə inanma.

axan tərlə, sızan qanla ıslaq topraq qurumaz.

axan, arxa gedər!.

axar axarda gedər, barıb oluna yetər. (oluna: olacağına).

axar çaylar qurudu, kəsən çayı, əlin qurusun.

axar su, yerin tapar.

axar sular dənizə batar, yaşam keçər ölümə çatar.

axar sular durar olsa ısqanar. (ısqanar: iylənər).

axar sular keçiksiz, duran nərsə ölümsüz olmaz.

axar suya gedirsə, axar sular quruyar, əğilirsə su içə, qaynar bulaq quruyar. (kütaçuğ. şansısız). (əğilmişsə içə su, qaynar bulaq qurudu).

axar suyun yolağun tapar, gedən yolçu barcağa çatar. (barcağa: amaca. məqsədə. mənzilə).

axdar tap, yoğur yap. (yoğur: əllə. çapış. çalbış. uğraş. sə'y ed. himmət ed. cəhd ed).

axdaran çox tapan yox, mutluluğa tək haçar , düşünməklə anlamaqla düşünməklə.

axdaran çox tapan yox, mutluluğa tək haçar, düşünməklə anlamaqla düşünməklə.

axdaran tapabilimiş olur, qaçan qurtulabilmiş olur, çabasız oturan aldanır kəsin.

axdaran tapar, qayrağan yapar. (qayrağan: güclənən: qeyrətə gələn).

axdaran tapar, yoğuran yapar.

axdaranda tapılmaz, gərəkməzsə (boş yerdə) guruldar.

axdarışdır düşünmək, gerçək olan mutluluq.

axdarışdır düşünmək, gerçək olan mutluluq.

axdarma sən göyçəyini yaşamda, axdar birin gözəlliklər gətirsin.

axıc, için bildirir. (süzəyin gördün, için bil).

axıc, için bildirir. (süzəyin gördün, için bil).

axırda yatanla saman satan qardaşdır.

axırda yatanla, saman satan qardaşdır.

axırda, atda olur, eşşəkdə.

axmağ baş, ayağa daş.

axmağ bir söz deyər, ağıllar inanar.

axmağ elçidən umma.

axmağa qarşı susunmaq yeğ durur, kar qulaq qanday olurki dinləsin. (qanday: necə).

axmağa yaxınlaşan, ağıllı olmalı, yamana yaxınlaşan, yaxşı olmalı.

axmağın ağası olunca, ağıllının, nökəri ol.

axmağın atı, noxdasıyla sürünür.

axmağın duyğusu, yeltağın yuxusu bitməz. (yeltağın: yalqavın. təmbəlin).

axmağla aş işməkdən, ağıllıya daş daşı (ağıllıynan daş daşı).

axmax bir söz deyər ağıllar inanar.

axmaxla aş işməkdən, ağıllıya daş daşı. (ağıllıya daş daşı, axmaqıla, yemə aşı).

axmaq belə susunca bilgə kişi görünmüş.

axmaq dindi, bilgin (ağıllı) susdu.

axmaq dosdan, ağıllı düşman yeğ. (yaxcıdır).

axmaq elçi, dilənçi doğar.

axmaq elçi, qonçu ellər pozar.

axmaq kişi arvadıından pul güdər.

axmaq olan döşək salar eşşəyə. (axmaq olan döşək salar köşşəyə).

axmaq özünə əş tapmaz, təmbəl iş.

axmaq susanda, ağıllı görünər.

axmaqla söz sözə gələn, ağıllı birinci susar.

axmaqlar belə düşünürlərki heç kim özünə axmaq deməz.

axmaqlar böyük olduqca, sözləri güclü keçir.

axmaqlar hər nə yapabilirlər.

axmaqlar olmasaydı, bilginlərə (ağıllılara) baxmazdılar.

axmaqları, saymaqla qurtulmaz.

axmaqların kölgəsi böyüdükcə, günəş batmağa yürür.

axsa bulaq qapından, suya dəğər bilinməz.

axsa sular, əssə yellər çevirgələr dərmanım.

axsa sular, əssə yellər çevirgələr dərmanım.

axsağ, yügürgən olur.

axsağı dayaq saxlar.

axsağı dayaq saxlar.

axsağın əlindən alsan ağcın, yaman dərdə düşər tapmaz əlacın.. (məxtuqulu).

axsağsız sürü, tapılmaz. (sürü axsaqsız olmaz).

axsaq ayaq qızıl geyik qaçanmaz, qaçırsada qayavçudan qurtulmaz. (qayavçudan: naməd ovçudan).

axsaq eşşəyin, kor taxcısı (nalbəndi) olar.

axsaq eşşəyin, kor taxcısı olar. (taxçısı: nalbədçisi).

axsaq yalan toxsaq doğurdan gur qaçar. (qaçar: yayılar).

axsaq yügürgən ölür.

axsaqlığın bilənlər, yanılmadan qorxmazlar. (axsaqlığın: kəndi zəf nuqtəsin).

axsın gözdən qanlı yaş, yağsın göydən qara daş.(qarqış).

axşam bazarı, dana yümdür.

axşam döz, yarın göz (gör). (axşam dün, səhər gör).

axşam qon, ertin köç. (qon: qonğ).

axşam qonğ ertin köç.

axşam olar gün qalmaz, olan ölər can qalmaz, olanından verənlər, qalanına heç yanmaz.

axşam olar gün qalmaz, olan ölər can qalmaz, olanından verənlər, qalanına heç yanmaz.

axşam örtəni, dan bilir (bəlirir).

axşam örtəni, dan bilir (bəlirir). (axşamın sırrın, dan bilir).

axşamın sırrın, dan bilir.

axşamın uğrundan, ertirin oğru yeğ. (uğrundan: xeyrindən). (ertirin: sabahın). (oğru: şərri).

axşamın uğrundansa, ertirin ağru yeğ. (uğrundansar: xeyrindənsə). (ertirin: səhərin). (ağru: şərri).

axşamlığın tapan, ertirliyin qayğırmaz. (ertirliyin: sbahlığın. səhərliyin) (köçəbə yaşam).

axtar, axtaranıvı!.

axtaran tapar, yoğuran yapar.

axtaranda tapılmaz, gərəkməzsə (boş yerdə) guruldar.

al əlivə yarağı, tanrı verər yararı (yardımı).

al geyən, alınır oğul.

al geyən, alınır.

al gilas üstünə qar yağar. (bəklənilməz olaylar).

al gömlek gizlenmez. (olağan veya yasa dışı olaraq yapılan bir işi gizləmək imkansızdır. mutlaqa bir şekilde duyulur yada görülür).

al gördün, qan demə. (işin için bil danış).

al gül ağ gül qırmızı, törür barı yerdə yatan topraqdan. (törür barı qara üzlü topraqdan). (barı: hamısı).

al gül ağ gül qırmızı, törür barı yerdə yatan topraqdan. (törür barı qara üzlü topraqdan). (barı: hamısı).

al gülüm, ver gülüm.

al ilə arslan tutular. (al: kələk).

al ilə aslan tutulur, zor ilə köçən tutulmaz.

al köynəkli gizlənəməz.

al utanma, ver qorxma.

al ver deyiblər, al ye yox.

al ver deyiblər, al ye yox.

al verdiyin çiçəkləri geri sən, hər çiçək bir tikən olub batır içimə.

al! malın iyisini, çəkmə qayğısını.

ala gəldi az sayma, verə geddi çox sayma. {gedəni daşla, gələni haxla (qalanı saxla)}.

ala it çaqqalın dayısıdır.

ala qarğa suya düşsədə, qaz olmaz.

ala qarqada haqqım olsun, alammasam, gözüm oysun.

alacağ ilə, borc (verəcək) ödənməz. (alacağına güvənərək borc alan, sıxıntıya düşər).

alacağa göz tikmiş, əlindəkin vermiş.

alacaq biri, könlümdə yerin, gedəcəksin çək gid, gözümdən itin.

alacaq birin, içdəki yerin. (birin: birisi).

alacaqla ev yığılımaz, alacaqla boğaz tıxılmaz.

alaçiy ət qarın pozar, alaçal söz, dosluğu. (alaçal: ala yarımçıq).

alağız itlər birikər, qənşər çıxanda qurda. (qənşər: üzbəüz). (alağız: səsbir olmayan. xtilaflı).

alağuz itlər qurd görüncə ağuz bir. (alağuz: birgəşməyən. çəlişli. ixtilaflı).

alan alıb varlanıb, satan satıb aldanıb.

alan asğın, verən salqın. (salqın: ağır). (alanın dili qısa, verәninki uzun).

alan çoxsa satan yox, mal tutarı köpərmiş, satan çoxsa alan yox, mal tutarı kəmərmiş.

alan əl asğın, verөn əl üstün. (asğın: tabe'. alçaq).

alan əl asğın, verөn əl üstün. (asğın: tabe'. alçaq).

alan əllər aldıqların bilirlər, verən əldə verdiklərin bilməli. (hər işivi çək ilə, görən desin ha böylə). (çək: həd).

alan gətirir, satan itirir.

alan ölür, satan köçür, eykiliklər yarqanır, kötülüklər qarqanır, kimsəyə kəmdən kandan qalmayır. (kəmdən kandan: azdan çoxdan).

alan satandan umar.

alan satandan umsa, satan alana cumar (kələk gələr).

alan satandan, satan alandan umar.

alan uçdu, qalan cumdü. (uçdu: qurtuldu).

alan verən evrən, duranları devirən.

alana altı az gəlir, verənə beşdə çox gəlir.

alana altısı az, verənə beşi çox. (alcıya altı azdı, vericiyə beşdə çox).

alanda hopur, verəndə qopur.

alanda qızsanır, satanda qırcanır.

alanın gözü göz olsa, satanın götündə (uzundə) qalmaz.

alanın gözü olsa, satan acından ölər.

alanın gözü satanın əlində olar.

alanıva bəğinmə, berənivə qınanma. (qazandığıva çox sevinmə, verdiyivə çox acınma, yaşam ilərdədir) (qazandığıva çox şişinmə, verdiyimə heç yanma).

alası olsa içində, göz yahalar seçimdə.

alat işin sonu onat olmaz.

alavanla qıyıda sən oynarsan, suda o sən ilə. (alavan: nək. nak).

alba alba iş olmaz, dama dama göl olmaz. (albac. albas: (albadal). basınc. güc. zor. fişar. təzyiq).

alcağın olsada, vercəğın qalmasın.

alcağını bilməcək, itirdiyin bilənoq. (bilməcək: bilənməyən). (bilənoq: bilənməz).

alcağlardan baş alan dursun, ulcağlardan daş alan. (dursun: gəlsin: yaşasın).

alcıya altı azdı, vericiyə beşdə çox. alana altısı az, verənə beşi çox.

alçağa dartan hər nə vardan ayrılmadan, uçuş oyun, qalxış duyun at başdan.

alçağı ayaxdan yıx, böyügü başdan.

alçağı sel alar, yüksəyi yel alır.

alçağın biri, kölgəsi burut. (burut: mundar). (yaman).

alçak xalqın ağısı böyük olur.

alçaq aşa, kişi işə gəlir. (alçaq: yerik). (yerik aşa, yeğik işə gəlir). (yeriki aşda, yeğiki işdə gör).

alçaq baxar döğünər, doslar görər sevinər!.

alçaq eşşək, minməyə qolay, öksüz cocuq, dövməyə.

alçaq eşşəyi, yükləməyə navar ki.

alçaq görməz ucalmaz,endirilmədən ər olmaz, duzlu sudan buz olmaz.

alçaq görüb daşlanma, yüksək görüb, alçalma.

alçaq kişi verirsə söz tutanmaz. qırar ilqar, dönər üzün utanmaz. (ilqar: əhd).

alçaq kişilərin böyük kölgəsi olan yerdən qaçın, orda gün batışda donub, gün verməz. (alçaq: kiçik). (gün: keçinəcək. keçirin. güzəran).

alçaq könül sevgini gizli tut, umsulğu unut. (umsulğu: umsulluğu: acgözlügü).

alçaq könül uca başı qoruyar.

alçaq kötü dağ başına çıxmaqilə ucalmaz.

alçaq qapıdan engəşib öt. (engəşib: yengəşib: əğilib).

alçaq oldun aldatdın, axmaq oldun aldandın. (alçaq sayar aldatsan, axmaq görür aldansan). (aldatırsan alçaqsan, aldanırsan axmaqsan).

alçaq sayar aldatsan, axmaq görür aldansan. (aldatırsan alçaqsan, aldanırsan axmaqsan). (alçaq oldun aldatdın, axmaq oldun aldandın).

alçaq selin, yüksək yelin.

alçaq uçan uca qonar, uca uçan alçaq.

alçaq ulçağa borc vermiş köprü üsdə istəmiş. (namət mərdə borc vermiş köprü üsdə istəmiş).

alçaq ulçağı köprü üsdə yaxalar. (mət namət köprü üsdə yaxalar).

alçaq yer, iyidi xor göstərir. (kötü çevrədə, kişilik alçalır).

alçaq yerdə yatma, sel alar, uca yerdə yatma, yel alar.

alçaq yerdə, təpəcik kəndini, dağ sanır. (alçaq yerdə, təpəcik özün dağ sanır).

alçaq yerdə, təpəcik özün dağ sanır.

alçaqda yatsan sel alar, ucada yatsan yel alar. (alçaq yerdə yatma, sel alar, uca yerdə yatma, yel alar). (alçağı sel alar, yüksəyi yel alır).

alçaqdan (soysuzdan) bəfa gəlməz, qəhbədən ar (namus).

alçaqdan uçan ucaya qonar, ucadan qonan, alçağa.

alçaqlala tutuşma, nərsəsi yox itirsin.

alçaqlar ucalanda, ucalar alçalır, ayaq tutsa alçaqlar, ayaqdan düşər ucalar.

alçaqlara vermə aşın, bəklətməzin verər daşın.

alçaqlardan yapışma, qalxmaq könlündə varsa. (alçaqlardan: əclaflardan).

alçaqlardan yapışsan, ucalmağa boy verməz. (alçaqlardan: şərəfsizlərdən) (boy verməz: imkan verməz).

alçaqların yasal dini kitozluq (yasal: rəsmi). (kitozluq: ikiüzlük).

alçaqlıqlar kötüsü, ən yovuqdan gələsi.

alçaquca qaraçı sözü, ''yalan demə, düzündə demə''. (alçaquca: böyük əsgik kişi. böyüklük tasası olub, kötü diləkli olan). (qaraçı: ləkə yapan. araqarışdıran. ara vuran).

alçalanlar basılır, yüksələnlər asılır.

alda keçdin bij olursn, arda qaldın gij.

alda qara, yalan qara qaradan, yalançının yox qorxusu qaradan. (alda: xəta. iştibah. səhv). (qara: pis). (yamanlar yamanı, kötülər kötüsü yalandır, yalançıya pislik nədir manlıq nədir alınmaz) (alınmaz: sanılmaz).

alda özün, dalda pulun olsun. (alda: qabaqda. birinci). (yaşamda özün, kimliyin birinci keçir, bırak (ama) ardında pulunun olsun).

alda yürü dağlar aş, başqa yeri görməsən qoyulduğun çuxurdan. (doğulduğun çuxurdan). (alda: irəli).

aldadan, almadan inanmaz.

aldadan, almadan inanmaz. (toğlayan, torbalamadan, inanmaz). (bu söz, kişini rialisligə çağırır). kişi aldıya (nəğdə) inanmalıdır, yox aldana (nisyiyə). {aldı: (alınmış). enik (< enmək). movcud. nəğd. (-enik olsa para, əl atıb tutmağa nə var)}. {aldan: (alınan nərsənin alda, qabaqda, irəldə verilən parası). nisyə}.

aldadırsan birin, sanma abdalından, güvənmiş biridir o lap artığınıdan (artığınıdan: gərəkdiyindən). (sənə aldanan birini axmaq sayma, o çəkdən, həddən artıq sənə inanıb, güvənib).

aldan ala düşərmiş, uyan yada dosda, doğan olub yoldaşa.

aldanıldığın düşünən yanmış, üzülmüş, hayıfsınmış.

aldanırsın dününə, qalırsın qara gününə, gəlcəyini güdənlər, heç dönərmiş dününə. oxun atmış yayın gizmiş, dəmin almış qəmin vermiş bu evrən. (yalan dünya).

aldanma aldışalara, isti qalmaz qışalara. (aldışlara: adәtlərə).

aldanmaqıl sözünə, yoxla işin hər kəsin, iç üzünü istəsən.

aldatan ağladarmış bir gün!.

aldatan varsa demək aldatılan var.

aldatanı qınama, aldatıldın qınanqıl. (aldatanı təpikləmə, aldatıldınsa kəndini təpiklə).

aldatırsan alçaqsan, aldanırsan axmaqsan. (alçaq sayar aldatsan, axmaq görür aldansan). (alçaq oldun aldatdın, axmaq oldun aldandın).

aldatma kəndi kəndivi, yalanda yaşanar, yalanlada.

aldatmasan aldanarsan. aldatılmadan, aldat!, al, dad!.

aldı verməz, dad bir deməz, ölüm itin dünyadır.

aldığın verməyən, axdardığın tapmaz.

aldın ast, geyin üst. (ilk alt, son üst). (aldın: ilkin). (geyin. sonra. sohra).

aldın düşün yoldaşın, geyin qoyun yol daşın. (aldın: ilkin. əvvəl). (yol daşın qoyunmaq: yola çıxmaq. : yola çıxmağa başlamaq). (çalış köməksiz qalma).

aldın düşün yoldaşın, geyin qoyun yol daşın. (aldın: ilkin. əvvəl). (yol daşın qoyunmaq: yola çıxmaq. : yola çıxmağa başlamaq). (çalış köməksiz qalma).

aldın gedən yol alır. (aldın gedən: irəli gedən).

aldın odun savurma külün.

aldın oylan, ardın aytan. (ilkin düşün, geyin söylən).

aldın yemək, sonun demək. (aldın: ilkin. əvvəl). (ilkin yaşantıvı qur, çörəyin qazan, sonra sözü becərt).

aldınsa bəğin, verdinsə bəğin, qınaş qoy yada qalsın, payın alsın. (bəğin: seviş) (qınaş: korluq).

aldınsa qul olma, verdinsə qul edmə.

aldış alıq aldadır. (alqı: şuur. biliklik. aqahlıq). (aldış bilik aldadır). (aldış: adət). (adət ağlı aldadır). (adət gücü, alqı gücün yenər, üstələr).

aldış atışı, qınasız olmaz, toyla düğün zırnasız. (aldış: alışqanlıq. adət). (qınasız: zəhmətsiz. çorsuz, korluqsuz).

aldış bilik aldadır. (aldış alıq aldadır). (alqı: şuur. biliklik. aqahlıq). (aldış: adət). (adət ağlı aldadır). (adət gücü, alqı gücün yenər, üstələr).

aldış budur, boyun əğsən minərlər. (aldış: adət).

aldış budur, ensə boyun minən çox, dinməz dilə çörək yox, bir vurursa hən desən, ağzuvada qoyan çox. (qoyan\soxar).

aldış gücü bilincaltın güc basar. (aldış: adət). (adət şuuraltın üstələr, bilikləri (hikmətləri) kor yapar).

aldış hər nə ola, hər kim ola təpgiləyib etgilər. (aldış: adət).

aldış qılma çevrәnә, duruq vermə devrənə. (aldış: adət). (duruq: subat. dəğişməzlik. qərar).

aldış qılma çevrәnә, duruq vermə devrənə. (aldış: adət). (duruq: subat. dəğişməzlik. qərar).

aldış qoyan, qıncıqmasın neyləsin. (aldış: alışqanlıq. adət).

aldış olsa yalana, altar əri çalana. (adət edilirisə yalana, kişini oğru edər, kişini oğruluğa alçadar). (aldış: adət). (altarmaq: alçatmaq. alta endirmək. dəğişmək).

aldış tullayan, qınasın çəkər. (aldış: alışqanlıq. adət). (qınasınsın: cəzasın).

aldış tullayan, qınasın çəkər. (aldış: alışqanlıq. adət). (qınasınsın: cəzasın).

aldış varsa bilincaltın güc basar. (aldış: adət). (bilincaltın: şuur altını). (adət olan yerdə zehniyyət etgisiz qalmaz).

aldış, bilinc altından baş gəlir. (aldış: adət). (baş gəlir: güc gəlir). (bilinc altından: şuur altından).

aldış, ötgərir yaşam yolunu. (ötgərir: özgərir. dəğişir).

aldışa bax aldışa, qoyar əri hər işə. (aldışa: adətə). (aldışın gücü).

aldışa əsir, tüm qılıq kəsir. (nərsiyə öğrəncəklik, tüm karakteri etgilir).

aldışa tutul, hər nəyə utul. (aldış: alışqanlıq. adət). (kişi nərsiyə alışandan, öğrəşəndən son, başqaların dəğərləri dəğişər, düşər) (aldışlıq, alışqanlıqçox itgilər uyartır).

aldışa tutulan, qıyın dəğişər. (aldış: alışqanlıq. adət). (çətin dəğişər, atar. dəğişə bilməz).

aldışa yoxdur gərəkin itməyə, devrişməgə, dəğişməgə güc istir. (aldışa: adətə).

aldışa yoxdur gərəkin itməyə, devrişməgə, dəğişməgə güc istir. (aldışa: adətə).

aldışı ötür, yaxısın götür. (aldış: alışqanlıq. adət). (yaxısın götür: əzabın, mərəzin çək).

aldışın dəğiş, özgürlük qazan. (aldışın: aldışıvı).

aldışın dəğiş, ulduğa əriş. (aldışın: adәtin). (ulduğa: ösüşə. böyüklüyə). (kişi üçün alışqanlıqlar, adətlər ən bayağı dustaq qurur).

aldışın qoyan, sancısın çəkər. (aldış: alışqanlıq. adət).

aldışın tulladın, ağramın tuşla. (aldış: alışqanlıq. adət). (ağramın tuşla: əzabın rasla, qarşıla).

aldışın yenən, gücə güj gələr. (aldışın: adətin). (güj: güc).

aldışlar bizlə doğur bizlə ölür. (1. aldışlar bizimlə doğur bizimlə ölür). (2. aldışlar biz ilə doğur biz ilə ölür). (biz: miz. yılxı sürmədə işlənən iti uclu kiçik arac) (biz ilə: güc ilə. zorla).

aldışların qarışar, onda başda şaşırar. (aldış: adәt). (adətlər kəndləri üçün gizli düzən yaradar).

aldışma dözümə, dözümlə çalış, dözüb yatan, yerə batmış. (aldışma: yahalma. alınma. qapılma).

aldışmırsın, özgür qalırsın. (aldışmırsın: öğrəşikli olmayırsansa).

aldrışın köpəlsə, qazaş ona neyləsin. (aldrış: xərc. məsrəf). (köpəlsə. çoxalsa).

alğa iyi irisin, dalğa kirlisin. (alğa: qabağa) (dalğa: dalıya).

alğası bəzək, dalğası təzək. (alğası: üzü. qabağı). (dalğası: dalısı).

alğısız, söz yaranmamış, dilsiz, söz dayanmamış. (alğı: duyum. idrak. şuur). (qanıclıq, düşünüş, şuur sözə qaynaqdır, dili qorunmayıb yazılmayıb, qısılan, darıtılan dağıtılan elin, sözləridə uzun sürə, sürməmiş. {dilivi qoru sözüvü yarat, yavuz düşmanın bağrın qarat. (bağrın qarat: umutsuz, mutsuz eylə)}.

alıb asğun oluncaq, verib ökdə ol. (asğun: bağlı, verəcəkli). (ökdə: üsdə. alacaqlı).

alıb asılı olmaqdansa, verib, asılı ol.

alıb asqın olunca, verib ökdə ol. (ökdə: usdə).

alıb vermək, görüş qaydası, gedib gəlmək, elçi qaydası.

alıb vermək, görüş qaydası, gedib gəlmək, elçi qaydası.

alıcı çok, satıcı az, aracı çok.

alıcı çok, satıcı az, aracı çok.

alıcı havada gərək, tutunmağı öz əlidə. (dolanıb avlamağı öz əlindədir).

alıcı havada gərək, tutunmağı öz əlində. (dolanıb avlamağı öz əlindədir) (alıcının ömrü az olar).

alıcı quşun ömrü az olur. (saldırqana, günlərin biridə saldırılır). (alıcı: yırtıcı).

alıcının ömrü az olar.

alığ başda ağıl yox. (alığ: vurqun. aşıq).

alım alınmış, verilməmiş. (alım: haqq. həqq).

alım birlə (ilə) borc ödənməz.

alim unutmuş, qələm unutmamış.


Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə