Aban aban iş olmaz, bəsləməsən qız olmaz


Alimden zalim, zalimden alim doğar. Allah takdir ederse alim aileden kan dökücü kişi, zalim aileden bilgin saygıdeğer insanlar doğabilir. (Bayram Özdemir)



Yüklə 4,74 Mb.
səhifə3/59
tarix09.10.2018
ölçüsü4,74 Mb.
#73059
1   2   3   4   5   6   7   8   9   ...   59

Alimden zalim, zalimden alim doğar. Allah takdir ederse alim aileden kan dökücü kişi, zalim aileden bilgin saygıdeğer insanlar doğabilir. (Bayram Özdemir).


alimin biliyindən, yalançının dilindən yapışarlar.

alimin biliyindən, yalançının dilindən yapışarlar. (alimin elmindən, yalançının dilindən yapışarlar).

alimin sözündən de, iyidin özündən.

alımlı arslan, berimli sıçan. (alan arslan, verən sıçan kimidi).

alın arslan tutar, gücün kösgük tutmaz. (alın: kələk). (kösgük: qorxuluq. oyuq).

alın arslan tutar, gücün kösgük tutmaz. (alın: kələk). (kösgük: qorxuluq. oyuq).

alın dartıb yağıya, düzlük yalnız dosluğa. (alın dartıb: qızqın olub).

alın daşa, usun başa, əlin işə, ağzın aşa.

alın yazısın, yazılar pozmur, cinlər yozmur, alın yazısı seçim qoludur, seçimlərin quludur.

alınan bilim yaşınmasın, yaşansın. (öğrəşdiyin bacarığı yaşıtma yaşat. (yaşıtma: gizlətmə).

alınanı yoxla, satılanı boşla.

alınca son kəsin canında ölüm, deyəcəm yaşasın yaşam, yox olsun ölüm.

alında yazılmış, əl ilə pozulmamış.

alınmaza, satılmaza çatarsan, kəndi özən güvənsən, var yoxundan olarsan, özgə izdən sürənsən.

alınmaza, satılmaza çatarsan, kəndi özən güvənsən, var yoxundan olarsan, özgə izdən sürənsən.

alınyazı yazılmamış səndən ön, etdiklərin yazdırır, çəkdiklərin qurar yazıvı.

alınyazısı deyə nərsə yox, başa gələn alna yazılır.

alış al dadını gündən günəki sən yaşısan, yarına qalsa kefin, dadğınıbən dadı qaçar. (dadınıbən: dadığıbən. yad, başqa dad tutaraq).

alış oğlu, verişdi.

alış səssiz girər, dinməz öldürər. (alış: adət). {adət bala bala özünə yer elər, sonucunda bildirmədən edigər (edigər: qılar. e'mal edər)}. (alşın kəndi alışın önəmsəməz, nə olduğun biləməz. yan yörədən deyilən sözlərə uyarlı olmalıyıq. (alşın: alışqan. mö'tad).

alış veriş dosluğa körpüdür.

alışan, aşılarda, aşınarda.

alışdığın dadlı bal, keçsə günü acıyar.

alışdığın içində dursun, dışda duran gedər bir gün.

alışıq (adət), varlığın ikinci özüdür.

alışqanlıq hər nəyə, çevrir özün ölçüyə. (ölçüyə: me'yara).

alışqanlıq köləsi, tam yaddışın kölgəsi. (yaddışın: özgənin).

alışmağa min qapı , bıraxmağa bir qapı.

alışmağın nədəni, içdə olan boşluqdur.

alışmaq yer alanda, sarışmaq yerdən qalır. (sarışmaq: çin diləklə, ixlasla qulluqda olmaq).

alışmasa, daşlanmaz, od olmasa köz salmaz.

alışmısan seçim yox, başarmısan keçim (nəcat) yox.

alışmış qudurmuşdan, öğrəşən hürgəşəndən betər.

alqaçan su, dənizə çatmamış (çox oyan buyana qaçan su gor ba gor olar).

alqanda canım canım, bergəndə çıqdı canım.

alqı düşər yol üsdə, basqı doğar sənilə. (alqı: istənilməz nədənlə doğulan. istənilmədən verilən. şansı. təsadüfi). (basqı: istənilən nədənlə doğulan. istənilərək əldə edilən. iradi).

alqış alsan elindən, yüksək durar altından.

alqış alsan elindən, yüksək olmaz altından.

alqış aman, qarqış yaman. (aman: sağlamlıq).

alqış bilə ər kökər, yağmur birlə yer. (alqış ilə: təşviq ilə) (kökər: gögər. gögərər. becərər. bəsər).

alqış ilə ər gögər, yağmur ilə yer gögər. (gögər: gövərər. ösüşər).

alqış qaldırar, qarqış öldürməz.

alqış, iki əldən (çıxar).

allah bilər, qul sezər (görər).

allah bilir, qul sezir (görür).

allah qonağı allah evində olar.

allah ona qıymasın, tanrısı var, saxlasın.

allah pisindən gözləsin.

allah səni iki qaşıqlı, min külüklü eləsin.

allahım aşdır daşdır, umurqanın bol olsun, doğurduğun ərəndən, düşman qaytan ər olsun (umurqanın: azığın. zumarın. hasılın. rizqin). (qaytan: qaytaran). (yeni doğan uşağa sılağ vermə qutluğu).

alma dalda durar, hər gələn daşını atar.

alma dalda durar, hər gələn daşını atar. (alma dalda durunca, hər kərkəs daşını atar).

alma könül sevəni, algilən el sevəni.

alma piş ağzıma düş.

alma pişə ağzıma düşə öğrəşmə, günü gəlir işlər gedir tərsinə.

alma pişə ağzıma düşə, işə.qovaq yeri tələs işə. (qovaq: yerin).

alma yeyib ağrıyınca, ərik yedə öl.

alma, dibindən uzağa düşməz.

almadım verməm, görmədim bilməm.

almaq öğrətmir, satmaq öğrətir.

almaq üçün verirlər.

almaq, öğrətmir, satmaq öğrətir.

almanı atsan göyə, min dönüşük vardı düşüncə yerə. (gözlənilməz olaylar, bəklənilməz olur).

almaşdır tüm aldışların yarağı. (almaşdır: çalışdırmaqdır. yerinə başqasın qoymaqdır. tə'vizdir). (aldışların: adetlerin). (yarağı: dərmanı).

almayınca heç bir nəyi içivə, heç bir yara iç üzündə iz qoymaz.

almayırsa söz qulaq, çözüm qalır tək çomaq, qulaq verib yol alsa, axar ömürlük bulaq. kar qulaqda söz cayar, qanmaz başda baş yarar.

almayırsa söz qulaq, çözüm qalır tək çomaq, qulaq verib yol alsa, axar ömürlük bulaq. kar qulaqda söz cayar, qanmaz başda baş yarar.

almaz daşı bir çobanın əlində, çaxmaq daşı sanlanıbən kullanar. (almaz: almas). (sanlanıbən: güman edilərək).

almış güğümləri, qızlar gedər oluğa (bulağa), atam verərmi məni, sənin biri qopuğa. qopuğa. (qopuq: yersiz. avara. salma).

almış güğümləri, qızlar gedər oluğa (bulağa), atam verərmi məni, sənin biri qopuğa. qopuğa. (qopuq: yersiz. avara. salma).

almış yolun yürüyən, qalmış yolda yürüməz.

alnı yazan yiyəsi,heç bir alına yox yazı.

alnı yazan yiyəsi,heç bir alına yox yazı.

alnından, igit burnundan, atın iyi olacağı alnından, igitin cesur ve kahraman olacağı burnundan belli olar. (Bayram Özdemir).

alovsuz tütün, tütünsüz alovdan qorun. (qara yaxmalardan).

alp çərikdə, bilgə dirikdə.

alp çərikdə, bilgə dirikdə. (döğüşməyə iyidlik, yaşamğa bilik, elm gərək).

alp çəriktə, bilgə tirikdə. (biləkli savaşda, bilikli dolanşıqda, yaşamda bəllənir, seçilir). (biləkli: batur, tovğac, pəhləvan) (savaşda: qoşunda),.

alplar birlə vuruşma, bəylər birlə duruşma.

alsan bitər, satsan itər. {baxsan bitər (cücərər), savsan itər. (başı soyuqluqluq edsən əldən gedər)}. (bu evrən özənlə, yığmaqla, qorumaqla gəlişmiş, sovsalamaq, başı soyuqluqla, satıb savmaqla olan qurum durum tozar, dağılar).

alsan boyna yalanı, boşla gedsin qalanı.

alsan boyna yalanı, boşla gedsin qalanı.

alt dəğrman güclü axır.

alt dəğrman güclü axır.

alt üst edmə yaşamın, altı quyla, üstü qılın yaşamın.

alta baxan altı görər, tərsə baxan tərsi.

alta baxıb yerin tanı, üstə baxıb özün tanı. (alta baxıb daşma, üstə baxıb çaşma). (Sadece senden güçlü, bay insanları düşünme, güç bakımından senden aşağıda olanları da düşün. Güç ve zenginlik bakıından senden aşağıda olan insanlara bakarak gururlanma, senden daha güçlü ve zengin insanların olduğunu da unutma) (Bayram Özdemir).

altda qalanın canı çıxsın. { asda qaçan namətdi. kimi (hər kəs) başın çarasın bulsun. kimi (hər kəs) özün qurtarsın}.

altı ağız birləşmiş, göy üzdəkin endirmiş, altmış ağız alalmış, əlindəkin aldırmış. (alalmış: sözdaşlığın, sözbirliğin itirmiş).

altı alay, üsdü qalay. (altı kaval, üsdü qabal. görnüşü özənli, içi kövənli (boş). üzü bəzək, içi təzək).

altı dolu, gumbuldar (altı dolu, uca danışar).

altı dolu, uca danışar. (altı dolu, gumbuldar).

altı ola, ayrıq ola, altındakın aldırır, iki ola, birlik ola, təpədəkin endirir.

altı olub ağızbir, göyüzdəkin endirər, altı olub ağzala ağızdakın aldırar.

altı olub ağzıbir, göy üzdəkin endirər, altmış olub ağzala ağzındakın aldırar. (ağzıbir: sözbir olan). (ağzala: sözbir olmayan).

altı olub alaağız ağızdakın aldırar, iki olub birgəağız, göy üzdəkin endirər.

altı olub, ağızala, ağzındakın aldırar, iki olub, ağızbir, göy üzdəkin endirər. (ağızala: ağzala: birik olmayan). (biriq: müttəhid).

altı ötər, yeddi yetər, birdə görüşərik.

altın alma, alqış al. (alqış : uğur duva).

altın ayır dosd artır, düşman ocaq başında.

altın ayır gümüşdən, yaman batsın yerində, dosdun artır günündən, yağun yatsın sinində.

altın əli pıçaq kəsməz.

altın gəlsə gümüş düşməz gözümdən, dəğər biçsin qoy dəğərləri bilənlər.

altın gümüş əsgiməz, ata ana püsgüməz. (püsgüməz: dəğərdən düşməz. pozulmaz).

altın qılıc dəmir açar, çəlik yarar. (çəlik: polad). (qılıc: yaraq) (çəlik: polad).

altın qılıc, dəmir qapı açar.

altın yerdə qalmır, yaxşılıq ayaqda. (yaxşılığa deyer verilmir).

altın yerdə yatmaz, yaxşılıq əldə qalmaz.

altına dəmir azmaz, ölülər diril verməz, yaşlılar gəniclənməz, çoğan dönüb, evlər yıxar demişlər.. (azmaz: çönməz.-altına dəmir azmaz: dəmir qızıl olmaz). (diril verməz: yenidən dirilməz). (gəniclənməz: yenidən gəncolmaz). (çoğan: > cihan).

altına dəmir azmaz, ölülər diril verməz, yaşlılar gəniclənməz, çoğan dönüb, evlər yıxar demişlər.. (azmaz: çönməz.-altına dəmir azmaz: dəmir qızıl olmaz). (diril verməz: yenidən dirilməz). (gəniclənməz: yenidən gəncolmaz). (çoğan: > cihan).

altını odda sına, kişini işdə.

altınlı evdən, can dadlı.

altısı bir olsa, göydəkin yendirər (qapdırar), atmışın ayrıqsa, ağızdakın aldırar (qapdırar). (ayrıqmaq: təfrəqəli olmaq). (altı ola, ayrıq ola, altındakın aldırır, iki ola, birlik ola, təpədəkin endirir). (altağu alaqsa, altundakın alquzur, dördəvü düzəlsə, təpədəkin endirir).

altısın sevməmiş, birindən qalmış.

altız atsız, yanız yarsız bolbasın.

altmış olub ağzala, ağzındakın aldırar, altı olub ağzıbir, göy üzdəkin aldırar.

altmışa girdin arxana bax.

altmışa girdin arxana qara.

altmışında əkən, yetmişində yemiş (alma).

altun bilim birgəşsə, könül usun dincələr. (para ilə bilgi birləşsə, könül usun dincələr: canın başın dinc alar).

altun düşər palçuğa, palçuğ minər edərə. (edərə: dəğərə).

altun haçar, açmaz açar.

altun haçar, qapılar açar.

altun olan yıltılar, hər yırtılan altun dəl. (yıltılar: parıldar). (dəl: değil).

altun tasın ağılı aşın, dadlı aşım, paxır tasım. (paxır : mis).

altun tasın görsədər, ağulu aşın içirər.

altun tasın görsədər, ağulu aşın içirər.

altun yaraq, dos inaq. (inaq: andaş). (yaraq: arac).

altunu od sınar, əri altun.

altunyüz, işlərin düz. (altunyüz: yüzdə yüz altun).

alver dosluq götürməz, bütöv ağız hər bir söz ötürməz.

alver dosluq götürməz, bütöv ağız hər bir söz ötürməz.

alver dosluq götürməz, içi bütün heç bir söz ötürməz.

alver ilə çöllüklə, dos kimliyin sınarlar.

alveri bilən ac qalmaz, yolunu bilən gej qalmaz.

amac alda, pul dalda dursun. (parasız çətinki iş görülə). (alda: öndə).

amac arac qarışmaz, eyku kötü yarışmaz. (eyku: yaxcı).

amac aracı açıqlayamaz. (açıqlayamaz: doğrultamaz. tovcih edəməz).

amac bəlli yol bəlli. (burda çətin nə varki).

amac bulub düşünməyən yol bulmaz.

amac çatı, çatığın bulur. (çatı: pillə). (çatığın: pilləkanın. nərdüvanın). {amaclar aracın tapır, istəklilər yerin yapır. (tapır: ardır)}.

amac doğru işin doğru. (istəyin doğruysa, yalnışlıqın ötüşər).

amac hara, çataq ora. (çataq: çatcaq. mənzil).

amac hər yolun dalqacıdır. (dalqacı: çaxmıqı. mühərriki). (ərənlərin nərsəsi yox itirsin, itirmişsə ümidin). (ərənlərin nərsəsi yox: ərənlərə nərsə qalmaz). (ümidin: umacağın. amacın). (kişi üçün durmuş, yaşam seçdiyi diləklə sürür).

amac itib qurban olsa araca, güman qalmaz buyruq düşə aş aca. (buyruq düşə: qismət ola).

amac itirsə gözdən, yalnızlıqlar güc basar.

amac qaxsa yol qalmaz. (qaxsa : aradan çıxsa).

amac olsa gülər kişi yaşamı, amac itsə yolun azar yelən verәr ömrünü. (yelən: boşa).

amac vardır yol kəsdirər yol üsdə, amac vardır dərd artırar dərd üsdə. (yol üsdə yol kəsdirmək: yoldan yola keçməklə ən uyğun, qısa yolu seçmək).

amac varsa, arac var.

amac varsa, sapar yollar qapanmış. (sapar: sapıyan. şaşıran. iğva edәn. vəsvəsə edәn. istəkdən uzaq. vəsvəsəli).

amaca çatmaq üçün, yamac keçməli.

amaca çatmay toxtamay, bəlləmədən oxlamay. (diləyi almadan oturma, nişalamadan vurma).

amaca tutun, doğruca yürün.

amacı bil, seçdin sev, qutluq sana bal dadar.

amacı itik, yol bulmaz.

amacı yoxla, özüvü toxla. (toxla: yasa. mücəhhəz ol).

amacın bilən düşünmədən yol bulmaz.

amaclar aracın tapır, istəklilər yerin yapır. (tapır: ardır). {amac çatı, çatığın bulur. (çatı: pillə). (çatığın: pilləkanın. nərdüvanın)}.

amacsız yaşam, mən onsuz çaşam. (çaşam: gicəm). (amacsız yaşam, mən onsuz boşam).

amacsız yol duranmaz. (duranmaz: dayannamaz. istiqamət tapabilməz).

amacsız, yol tapılmaz. (amacsızlıq sapıq yol. amacsız, yolsuz qalar).

amacsız, yolsuz qalar. (amacsızlıq sapıq yol. amacsız, yol tapılmaz).

amacsızlıq sapıq yol. (amacsız, yol tapılmaz. amacsız, yolsuz qalar).

aman aman çox inanan az düşənən əlindən.

aman qadın zarıdar, yaman qoduğ dığladar, yaman qonşu bezdirər.

aman olsaq görəyin, yağnu gora basayın. (yağnu: yağını. düşmanı).

amanlığa gəpirməz, yaman olursa kişi.

amsaxla ( arvad bazla) qurumsaq birbirin tapar.

ana baladan, bala oyundan doymaz.

ana dansa ana dilin, bala seçər dana dilin!.

ana dansa anadilin necə deyim anadili.

ana dili, süt dili.

ana dilin danan ''öksüz'' olar. (ata anasın itirən soysuz).

ana dilin dananlar, özgə dilə yananlar.

ana dilin 'elə belə' atanlara. onlarki kimlik anlamın qanmırlar, düşünmürlər, ÖLÜ kimidirlər,.

ana dilin itirən qarabaş, ad tapanmaz olar külbaş.

ana dilin iyi gəpir, gəpirməsən, sümük gəmir. (it ol!).

ana dilin qorumazsa ana, nə deyim ona!.

ana könlü bilməz yazı bilməz qışı, gülürsə bala oda güləyər, tutulsa ürək, oda kitirər. (kitirər: tutular).

ana qızın ülgüsü, təpə dağın çölgüsü. (çölgüsü: genişliyi).

ana öğrətən uşağ, diribaş, ata öğrədən uşaq, bilgin olur.

ana ölüncə, ata, amca olur. (qadını ölmüş, yenidən evlənən ata, uşaqlarından uzaqlaşır).

ana sevir, ata qorur. (sevəcən ana, qorağan ata).

ana yerdən çıxmır, erkək balası, bala göydən düşmür, ana balası.

ana yol nə ölməkdir nə öldürmək. (igidlik nə ölməkdir nə öldürmək) (qozavada işlənən yasa). (qozovada, daldurumda: ıssız, ucqar, bəllənməz yerdə, çağda).

ana yurdun altın beşik.

ana yurdun aman olsa, üzün öngü saman olmaz. (öngü: rəngi).

ana, bala dilmacı, dansa dilin çox acı.

anadan doğmaq, ölmək üçündür.

anadan keçdi, yardan yox.

anadil, anayol yasar, atagüc, yağunu basar. (yasar: hazırlar).

anadilim genə evdə qalacaq, duzu artsa yavanmıyacaq.. (yavanmıyacaq: xərab olmuyacaq).

anadilin bilməyən, öksüz oğlu öküzdür. (öksüz: soysuz).

anadilin danan, dana. (anadilin danmaq danalıqdır).

anadilin danmaq danalıqdır. (anadilin danan, dana!).

anadilin danmamış belə, danadan hələ süt yeyən ana.

anadilin unutma, doğma elə çet qalma. (çet: yad).

anadilindən dad alamazsan, sümük yala.

anadır bəslir cocuqda dilək, könüldə əkir dilə bağlı çiçək.

anadır bəslir cocuqda həvəs, könüldə əkir dilə bağlı çiçək.

anadır bəslir diləsi, könüldə varsa bəsi, əkilər dilin səpəsi. (bəsi: mə'nəvi gücü). (səpəsi: tuxum).

anadır bəslir diləsi, könüldə varsa bəsi, əkilər dilin səpəsi. (bəsi: mə'nəvi gücü). (səpəsi: tuxum).

anadır bəslir həvəsi, könüldə varsa bəsi, əkilər dilin səpəsi. (bəsi: mə'nəvi gücü). (səpəsi: tuxum).

analar aldanmaz, atalar aldatmaz, sevişib doğar uşağı, ozaldan budur uğraşı.

analar tək sevigin eşqin əsiri sanamam huv tapılarmış.

anaları nəki, danaları nə olsun.

analı qız bəlli qız, anasız qız - dəli qız.

analı uşağa öğrətərlər, öksüz görüb götürər.

anam elə çox bilirki, kündəni xırda salır, atam elə çox bilirki, ikisin birdən alır. (anam elə çox bilirki, kündəni xırda götürür, atam elə çox bilirki, ikisin birdən götürür).

anam elə çox bilirki, kündəni xırda salır, atam elə çox bilirki, ikisin birdən alır.

ananın aşı, ağzıvın dadı, təndirin başı, yedin yat.

ananın aşı, təndirin başı.

ananın başqası, daşqaçı olar. (başqası: başqaca. başqa görülən. ali görülən. ərköyülü).

anasa yaman qızı nə, eşiyi yaman evi nə?. (ana olursa yaman, qızıda yaman olur. eşidə yaman davranın ev davranışıda yaman olur). (anası yaman qızını alma, eşiyi yaman evinə varma).

anasan dansan anadilin, çora dönsün ağuzda dilin.

anası çıxan ağacı, qızı budaq-budaq gəzər!.

anası çıxar yamacdan, qızı dırmaşar ağacdan.

anası tökəni, balası yığar (qız anasından öyrənər).

anası tökər, balası yığar. (bu söz ana ilə balanın tzm əməkdaşlığın bildirir) (bu söz iki kişini birbirinə uymağı bəlgitir). (ananın qılığın, ülgüsün, qızı yiyələnər).

anası tökər, balası yığar. 6anası tökər, balası yığar.

anası yaman qızını alma, eşiyi yaman evinə varma. (anasa yaman qızı nə, eşiyi yaman evi nə?). (ana olursa yaman, qızıda yaman olur. eşidə yaman davranın ev davranışıda yaman olur).



Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə