Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 4,74 Mb.
səhifə59/59
tarix09.10.2018
ölçüsü4,74 Mb.
#73059
1   ...   51   52   53   54   55   56   57   58   59
tapun: baxtın).

yetişmədən qıl yaraq, yaş yetmiş, iş bitmiş.

yetişsə yerə ağac budağı, demək ki yetirmiş bollu barı.

yetlik olsa, ər öldiməz, içlik olsa, at yağrımas: başmaq olsa, ər qalmaz, yəhərlik (yəhər altı keçə) olsa, at beli yaralanmaz.

yetməyən yerə ayağın, soxulmasın qadalı başın.

yetməz çörəyi, acı qoxar ürəyi. (yetməz: namərd).

yetməzin ağzı aşa, burnu daşa dəğər. (yetməz: (yetməmiş). umatsız. şanssız. bədbəx).

yetməzləri, çatmazları, olmazları çevrə bərdən qoğdunsa, yetən çatan, olan gülən yoğ durar. (yoğ: bol. yaxın).

yevriyə alan dar gəlməz, utsuza yalan man gəlməz. (yevriyə: yüvrüyə. yürügə: çevik. zirəngə). (utsuza: hayasıza) (man: ar).

yeyən ağız öğrəşər.

yeyən arığlamaz, işləyən yorulmaz.

yeyəni su aparmadı, yemiyən suya getdi.

yeyənməsən doyunca, yaşanmasan boyunca, ötər yaşın köş keçər, yetənməsən barınca. (barınca: dincələk. dincəlgə. düşərgə. istirahətqah).

yeyənməsən doyunca, yaşanmasan boyunca, ötər yaşın köş keçər, yetənməsən barınca. (barınca: dincələk. dincəlgə. düşərgə. istirahətqah).

yeyənməsən doyunca, yaşanmasan boyunca, ötər yaşın köş keçər, yetənməsən barınca. (barınca: dincələk. dincəlgə. düşərgə. istirahətqah).

yeyib doymab, yalab doymaz. (doymab: doymayan).

yeyib doymaz, yalab doymaz.

yeyib yeddi olmayan, yalab yetmiş olamaz.

yeyici ki (orucun yeyən) uğruya (xeyir edə), pisin (şərri) sava, yeğ oruc tutandan ki, dünya qova.

yeyilən çörək gej durmaz!. (yeyilən çörək tez unudulur).

yeyim içim ölçüdə, dincər qarın qursağın. (dincər: dinc olar. ağrımaz).

yeyimli at armaz. (yeyimli: yeyəcən). (armaz: əldən düşməz).

yeyin gedən tez çatmaz, irtə qalxan gec çatmaz.

yeyin gedən tez çatmaz, irtə qalxan gec çatmaz.

yeyin gedən tez çatmaz, irtə qalxan gec çatmaz.

yeyip içip, qonup köçüp, illər oğun, çağdan soyun.

yədəyin görən əklənər, yədəyin atan təklənər.

yəhəhərsiz ata yük çatılmaz.

yəhər at belində, həmməşə qalmaz.

yəhər ata yük olmaz, arvad ərə.

yəhər gedmiş at qalmış, üzgü gedmiş iç qalmış. (yəhər gedsin at qalsın, üzgü gedsin iç qalsın). (üzgü: üzü. surəti).

yəhər, gah atın belində gəzər, gah yiyəsinin.

yəhər, gah atın belində gəzər, gah yiyəsinin.

yəhərin ağır yüngülün at bilir.

yəhərin qaşında duran, qazanın aşından olur. (durum var yenməli, durumda var yenilməli). (durum vardır sürüb çevirməlisin, durumda var boyun əğməlisin).

yəhərsiz ata, yük çatılmaz.

yələ dursa, yelə gedər. (yaşamda, seçilən amaca çatamaq üçün, yol salmalıdır).

yələdən (yaldan) tutanmayan, quyruğdan nə tutar.

yigid görkü, bilik yaraq. (görkü: yaraşığı. gözəlliyi).

yigit başı sağ olsun, mallısıda var malsızıda. (yigit: comət. centilmən).

yığılax biz araya, məlhəm qoyax yarıya.

yığılaq biz araya, məlhəm qoyax yarıya. (yığılaq bir araya, məlhəm qoyak yaraya).

yığışma deyirəm, yoluşma başa düşür.

yiğitlik keçməklə, ağalıq verməklə.

yiğitlik keçməklə, ağalıq verməklə.

yığmaq olmaz əl ayağın, söz düşərsə dillərə.

yığsan dağalar, səpən dağılar. (yığsan: ekonomi edsən). (dağalar: dağ olar. çoxalar).

yıxdınisə göydən yox, yıxıldınsa yerdən yox. (yox: görmə).

yıxdınisə göydən yox, yıxıldınsa yerdən yox. (yox: görmə).

yıxığı yığan (götürən, qaldıran), qalığı qoruyan.

yıxığı yığan, qalığı qoruyan.

yıxılan ağaca, minən çox olar.

yıxılan çatı (damı), bir kərpiç saxlamaz.

yıxılan qalxdı, yatan qaldı, ölən batdı.

yıxılan qalxmış, oturan batmış.

yıxılan özgədən görər, yıxan özündən.

yıxılan özgədən görər, yıxan özündən.

yıxılan, gürəşdən doymaz. (öc isi (hissi) için oyar).

yıxılanı əzmə, düşəni itmə (itələmə).

yıxılanı yer tutar, yer olmasa gor tutar. (tutar: saxlar). (yıxılmış olan durmuşsa, gorda yatan durmamış. ölü gəlib dirilməz).

yıxılanın üstünə tökülən çox olar.

yıxılanın, dosdu olmaz.

yıxılası daşqa, qırxgün öndən cırıldar.

yıxılcağın yerim bilsəydim, döşərdim saman yerinə.

yıxıldın özündən gör, yıxsan özgədən.

yıxıldın özündən gör, yıxsan özgədən.

yıxıldınsa gülən çox olar, eşitmə, dayandınsa dosdun çox, güvənmə!.

yıxıldınsa qalxmadın, ölüm gəlir sıradan.

yıxıldınsa qalxmadın, ölüm gəlir sıradan.

yıxıldınsa, toprağa sarıl.

yıxılıb qalxan çatdı, yıxılıb qalan batdı.

yıxılıb qalxan, öğrəşər, yıxılıb qalan, ölməyinə aldışar. (aldışar: adət edər).

yıxılıb qalxar, qalxıb düşər öğrəşər uşaq ayaqda durmaq.

yıxılıb qalxmaq, yanılıb yara almaq, öğrəşib onmaq, yaşamaq böylə. (onmaq: düzəlmək).

yıxılıb sınıb əzilməyə öğrəşən, çətin qalxa ösə dirsələ. (ösə: böyüyə. inkişaf edə. rüşd edə).

yıxılır özgəni döğür, yıxır özünü öğür.

yıxılır özgəni döğür, yıxır özünü öğür.

yıxılırısan, dəvə boynundan yıxıl.

yıxılırsa biri əldən tutasan sən kişisən,


düşənə vurmuyasan taqqa təkə sən kişisən, varasan malla davara yoluvu azmıyasan sən kişisən,
əzilib ya əzələr olsana topraq təki bərk sən kişisən,
istəyin salmaya əldən ələ, ovsarlıyasan sən kişisən,
kar koru kəl keçəli manlamasan sən kişisən
(istəyin: həvəsin. nəfsin). (manlamasan: ayıblamayasan).

yıxılmadan durğalmır. (bulanmadan duralmır). (qalxış yolu düşməkdən). (qalxış keçir düşməkdən).

yıxılmadan qorxan, düz yolda çaşar.

yıxılmağı danınma, qalınmağa inanma. (qalınmağa : sınıb qalmağa).

yıxılmağı danınma, qalınmağa inanma. (qalınmağa: sınıb qalmağa).

yıxılmağı gözləyən, göz görərək yıxılmış.

yıxılmağın bilməyən, ayağ üsdə qalanmaz.

yıxılmaq sənin üçün, qorunmaq sənin işin.

yıxılmasan, qoruyan var.

yıxılmayar ev olmaz, başıqanlıda baş olmaz.

yıxılmış ağaca, çıxmağa nə var.

yıxılsan dizindən gör, əzilsən dilindən gör.

yıxılsan ucadan yıxıl, otursan alçaqda otur.

yıxılsan, yerdən yapış, boğulsan çöpdən.

yıxır özündən, yıxılır özgədən. (yıxılsa özgədən görür, yıxsa özündən).

yıxmağa yarında var gec deyil, düzətmәyә bu gün belə tez deyil.

yıxmağıvı göydən, yıxıldığın yerdən gör. (yıxıldınsa yerdən gör, yıxdınsa göydən).

yılxı susar, boynun uzar. (yılxı: heyvan).

yılxının dişin sana, yalxının işin. (yılxının: heyvanın). (sana: hesaba qoy). (yalxının: insanın).

yılxının dişin sana, yalxının işin. (yılxının: heyvanın). (yalxının: insanın).

yılığ ıslaşa ıslaşa, yaluğ söyləşə söyləşə (birbirin tanır). (yılığ: heyvan) (yaluğ: insan). (ıslaşa ıslaşa: iyləşə iyləşə) (söyləşə söyləşə: sözləşə sözləşə).

yılığın (qorxaq) otu qızdırmaz.

yılığlar arsaq ölür. (yılığlar: heyvanlar). (arsaq: mə'sum).

yılıqın (qorxaq) otu qızdırmaz.

yıparlıq kəsürgüdən yıpar gedər, iyi qalır.

yırıq ırmaq, yaşam bir çəmçəcikdir ondan. (yırıq: müzük).

yırqa deyər yuxladar, balam deyər oğşadar, incə yerin tuşladar, uf deməyə verməz aman bu dünya. (yırqa :mahnı. türkü). (uf deməyə: of deməyə).

yırqa deyər yuxladar, balam deyər oğşadar, incə yerin tuşladar, uf deməyə verməz aman bu dünya. (yırqa: mahnı. türkü). (uf deməyə: of deməyə).

yırqıça tarıq: - bir saz bir, söz (gərək, lazım). {yırqıca (yarqaçı, oxuyayana) tarık (gərək, lazım) bir saz, bir söz}.

yırtı süzü iş yarmaz. {dərdə dəğməz. (yırtı: yırtıq)}.. (süzü: süzgəc).

yırtıcılıq qazanda, yartcılığı qazanda. (pozuqluğ qazandadır, yasırdı, hazırdı, ama yaratcılıq, bəsləməyi qazanmalısan). (yırtıcılıq, doğal bir iş, yartıcılıq üçün iş gərək, yartıcılıq qazanılmalıdır). (yırtıcılıq: vəhşilik. yıxıb sökmə). (yartcılıq: yartıcılıq: iysəvərlik. xeyrxahlıq. yaradıcılıq). (doğada iyi kötü seçilməz, doğru yalan tapılmaz. bu konular kişiyə, kişiliyə özdür. (doğada: təbiətdə) (özdür: məxsusdur).

yırtıq ələk, yıxıq dam.

yırtıq ələk, yıxıq dam.

yırtıq ələk, yıxıq dam.

yırtıqları çatdıran, pozuqları onatan, sapıqları yolatan, yazıqları qutaran yasalar (qanunlar).

yiyesini ağırlayan, itinə gəmik atar.

yiyə çıxda saxla ara sevgidən, acınmadan qıymış olur sevgilər. (qıymış olur: zulum edir).

yiyə çıxda saxla ara sevgidən, acınmadan qıymış olur sevgilər. (qıymış olur: zulum edir).

yiyəli it sılanar. (sılanar: sıylanar: hörmət görər).

yiyəli itin, quyruğu dik durar.

yiyəlik hər nə olursa olsun, yiyəligə ərdəm gərək. (yiyəlik: milk. mülk) {yiyəligə: yiyəlik uyarın qorumağa. (uyarın: haqqın)}.

yiyəni su aparmaz, yemiyəni aparar.

yiyəsinə bax atın nalla.

yiyəsinə baxıb, mıxını çalır.

yiyəsinə gərək olan, qonşuya kütün demişlər. (kütün: haram).

yiyəsiz dərə, tülkü bey.

yiyəsiz dərə, tülkü bəyliyi.

yiyəsiz eşəgi qurd yemiş.

yiyəsiz göldə, qubağa xanlıq edər.. (qaz qopsa, ördək gölə yiğələnür) (yiğələnür: iyələnir. əkələnir. malik olur). (qopsa: ölsə. köçsə. uçsa).

yiyəsiz qarqış yerin tapar.

yiyəsiz qoyunu, qışdada qırxarlar.

yiyəsiz mal, ya elə gedər, ya yelə.

yoğandan (yorğandan) artıq ayağ kösülsə (çözülsə. uzunsa) üşüyür.

yoğrulmamış xəmirdən, çörək çıxmaz.

yoğrulu söz, duzlağı gülşən edər, yontusuz söz, gülşəni duzlağ edib!.

yoğruluq sözdə, doğruluq özdə. (yoğruluq: yaxımlılıq. bacarlıq. incəlik).

yoğrun malı oğrun mala qatmaqıl. (yoğrun oğrun: həlal həram).

yoğşaq ürək çilələrin dəngirin, ağrıların ağırın, dilmə gözlər ağlaşların acırın gizlədir. (yoğşaq: yumşaq. kəvrәk). (dəngirin: ağırın). (dilmə: can alan. dilbər). (acırın: ən acısın).

yoğun incəlincə, incə üzülər.

yoğun tüstü dar bacadan çıxanmaz.

yoğun yonulunca, incə üzülər.

yoğur (xəmir) tez gələndə arvad deyər ərim məni çox istir.

yoğur (xəmir) yetişəndə qabarır.

yoğur vermədən, uğur gözləmə. (yoğur vermədən: səyasət edmədən). (göz yumduğundan, uğur gözləmə).

yoğurçusu yoğurar, kilimçisi toxuyar, gəbəcisi doğurar, xırmançısı soğurar, çevrənçisi çevirir. (gəbəci: doğumu yaxın olan boylu). (işivin uzmanı, ustası ol. bilən iş ardıca ged).

yoğurt yoğurt danışmaqdansa yoğurub danışmaq yeydi.

yoğuş könüldə yaşır, başda yok. (yoğuş: sevi. rəhmət. məhbbət).

yoğuş tezraq düşür dan atmamış irtin önü. (yoğuş: kərəm. rəhmət).

yoğuşlu gəlin, güveyi yavaş bulur. (xələtli gəlin kürəkəni yumşaq, əxlaqlı görür, bulur, gözlür). (yoğuşlu: xələtli).

yox bir kimsə aldanmağa geciksin. (heçkəzin aldanmağa kimsə gecikməmiş).

yox bir yapı yapıqsız, yox qablama qapaqsız. (yapıqsız: qapısız. giriş çıxışsız).

yox bir yapı yapıqsız, yox qablama qapaqsız. (yapıqsız: qapısız. giriş çıxışsız).

yox dəğəri sevginin, duysa qulaq söz ilə, yox gözəlin dəğəri , baxsan ona göz ilə, könüldədi sevgi seviş kişidə, ona yiyə yaxcı gedər işində.

yox dinləmək diləməz, hən duymadan yorulmaz. (yaltaqçı kimsə).

yox ertiyə bir sözüm, keçmişimlə döğüşüm, işi qoymam yarına, gücüm çatsa gününə. (ertiyə: sonraya. gəlcəyə).

yox olmasın arçağlar, var qalmasın alçağlar. (fərqlər aradan qalxmasın, əsgiklər uzun sürməsin).

yox olsun yoxsulluq, varlığa nə darlıq.

yox salı, xoş salı. ( salı: xəbər).

yox salı, xoş salı. ( salı: xəbər).

yox salıq xoş salıq. (salıq: xəbər). (yaxınlarından uzaqda olanlara avunc üçün deyilən söz). (avunc: təsəlli).

yox salıq, xoş salıq. (salıq: xəbər).

yox salıq, xoş salıq. (yox xəbər, xoş xəbər).

yox yaşıyan ölüm çün.

yox yerdən əzrayılda can ala bilməz.

yoxa qoy keçənləri, ala dur olanları, görə tut gələnləri.

yoxa qoy keçənləri, ala dur olanları, görə tut gələnləri.

yoxa tut yaşıq, çəkmə simcimə, dinlən, solun, bırax, ötün, olduğun yaşa. (yoxa tut: yüngül tut). (yaşıq: yaşamı).

yoxa yürük yetməmiş, yoxu tutan olmamış.

yoxadan yoxa pay düşmәz, qurudan qura yoğuşmaz. (yoxadan yoxa: yoxsuldan yoxsula). (yoğuşmaz: bələşməz). (quru: çinis. gözüdar).

yoxda uğur olmaz. (pozitivizm açıdan) (yoxluq iyi qarşılanmaz).

yoxdu çaqqal, giribən bir meşədə, heç gülün yoxsa tikanı demədə.

yoxdu çaqqal, giribən bir meşədə, heç gülün yoxsa tikanı demədə.

yoxdu gücü yaşamın yoxsa umut yerində, atdım atan irəli çilə qoyar geyində. (çilə: dərd). (geyində: ardında. dalında).

yoxdu gücü yaşamın yoxsa umut yerində, atdım atan irəli çilə qoyar geyində. (çilə: dərd). (geyində: ardında. dalında).

yoxdu gücün eyləməyə yaxcılıq, olsun gücün kötülüyə yox demək!.

yoxdu işgil danışıqla çözülə olmuyasi.

yoxdu qalan, yalan qalan, qalan yalan, axi dünya!, oda yalan.

yoxdu qapı qalsın qapıq sevgi gücü qarşında.

yoxdu qarşılıq verəsi aşqa, güdmə qarşılıq verdiyin aşqa.

yoxdu qarşılıq verəsi aşqa, güdmə qarşılıq verdiyin aşqa.

yoxdu yaxın kölgəsindən heç nəyin, düşsə qaranlıq oda çıxmış yoxa.

yoxdur mənə yar, oldu bu gündə gecə yarı, açdıca səhər qan oluri gözdəki yaşi.

yoxiydi qadası başın, olmasaydı ağızda dili.

yoxlamamış inanma.

yoxlu üzü soğuq olur, varlı üzü yoğuq olur. (yoxlu: yoxsul) (yoğuq: isti. yaxımlı).

yoxluğu dərk edəməm sən varikən köngüldə. (dərk edəməm: fərq edəməm. hiss edəməm. anlayamam).

yoxluğu düşünən varlıqdan olar.

yoxluğu düşünən varlıqdan olar.

yoxluğu düşünən, varlığa inanar.

yoxluğu düşünən, varlığa inanar.

yoxluğun bilməyən, varlığı qanmaz.

yoxluğunda varlığını düşünmə, dirligində, kəndi sində eşinmə. (kəndisində: kəndi gorunda). (o ki dirilikdə, ad qoymaq üçün çalışı, yaşlı ömrün, çürüklərə tapşırır. (yaşlı: yeni. taza, gənc. pöhrəli. verimli) ….

yoxluq çolum, varlıq dolum. (varlıq bolum, yoxluq solum). (varlığa yiyə olan yoxluquyla uğraşmaz). (varlığına sahab çıxan, ölüm sonrasın düşünməz).

yoxluq üzü soğuq olur, varlıq üzü yoğuq olur. (yoxluq: ölüm) (yoğuq: isti. yaxımlı).

yoxluqla ölüm arası yaşamdır. gerçək ''yaratıb yaşadığındır'', yansıma, yalan ''öğrəşib sürməkdir''.

yoxluqla ölüm arası yaşamdır. gerçək ''yaratıb yaşadığındır'', yansıma, yalan ''öğrəşib sürməkdir''.

yoxluqla toxluğun arasın, dağlar kəsir.

yoxluqları düşünən, varlığını unutar.

yoxluqları düşünən, varlığını unutar.

yoxluqları yaşatan, varlıqların nisgili.

yoxluqları yaşatan, varlıqların nisgili.

yoxpulun (yoxsulun) yoxsulluq, bəyin toxluq dərdi var.

yoxpulun, yoxsuluq, bəyin toxluq dərdi var.

yoxsa gücün ayaqda, başmaqda suç arama.

yoxsa ışıq, ağla qara seçilməz. (yağmurluqda yaşar gözlər bəllənməz).

yoxsa səndə itirməyə bir nəyin, yetmiş başa yaş qatarın bilgilən.

yoxsa səndə itirməyə bir nəyin, yetmiş başa yaş qatarın bilgilən.

yoxsa umut qurulmamış yaşamaq, dirik olsa umutsuz, adın qoyma yaşamaq.

yoxsa umut qurulmamış yaşamaq, dirik olsa umutsuz, adın qoyma yaşamaq.

yoxsa umut nərsiyə, bəkləməyin boşuna, yaşam balı dadlanar, keçsə xoşluq qoşuna. ( qoşuna: cütlükdə).

yoxsa yaşamda yasa, kəndi başınca yaşa.

yoxsa yaşamda yasa, kəndi başınca yaşa.

yoxsul aclığından ölər, varlı, qorxusundan.

yoxsul arpa tapar, saxlamağa yer tapmaz!.

yoxsul aşı yarma köçə, oda pişər yarı gecə.

yoxsul bağında çor, cibində cüvə, torbasında bit gəzir.

yoxsul baylığı, can sağlığı. (yoxsulun çahlığı, tən sağlığıdır).

yoxsul biri nə versin, ondan nərsə istəsən, ol varlıdan istəki, paylaşmadan qaçınmaz.

yoxsul dedi var yoxum getdi, inanmadılar. varlı dedi: siçan dəmiri yedi, inandılar.

yoxsul ələ baxan yox, dolu əli süzən çox. (gidi acun (dünya) var donatar, yox soyatar). (varlı bəzək, yoxsul təzək).

yoxsul görür, yoxlur, varlı görür, poxlur.

yoxsul hər nə geysə gəlişir. (gəlişir: yaraşır).

Yoxsul itinin adını gümüş qoyar. (Araz Gunduz).

yoxsul kişi var taparsa yer tapmaz.

yoxsul qızına, qızıl demiş, kor itinə (itirdiyinə) gümüş.

yoxsul olda ucuz yox, istəyin ol yalan yox.

yoxsul olda ucuz yox, istəyin ol yalan yox.

yoxsul oldun görən işin bilinməz, görən düşün yorulmaz. (bilinməz: dəğərlənməz).

yoxsul oldun varın yoxun bir bolar, heçkim sözən işən qılmaz, kar bolar, uğur deyib tutan işin, qay bolar, qoldan uçub, umay adlı quş gedsə. (varın yoxun: varlığın yoxluğun). (sözən: sözüvə). (uğur: xeyir). (qay: şərr). (umay: devlət. dövlət. baxt. bəxt). (misgin qılıc).

yoxsul oldun, öz ölkəndə yad oldun, varlı oldun qərib yerdə, çağ (şad) oldun.

yoxsul olmaq man deyil, yoxsul qalmaq man olmuş.

yoxsul olsan ağa ini doğan qardaş yad olur. (ağa ini: böyük kiçik). (doğan qardaş: qohum qardaş).

yoxsul olsan bilik qazan, bilgin olsan, bilək qazan.

yoxsul olsan qarındaşın yad olur, varlı olsan yad ellərin qarındaş. (qarındaş: qardaş).

yoxsul olsan toplum içrə aydan sözün yer tutmaz, dinləməzlər tingə sözün dınq olar. (tingə: gözəl. dəğərli). (dınq: qara pul. dəğərsiz).

yoxsul olsan, qardaş yad.

yoxsul olunca, yox ol!.

yoxsul ölsə, ağu yox, arrıq ölsə yağu yok.

yoxsul toyux yeyirsə, ya özü xəsdədir, ya toyuğu.

yoxsula ağıl verən çox olur, çörək verən az.

yoxsula baylıq, can sağlıq. (baylıq: bəylik: devlət).

yoxsula dəğmə, varlıya güvənmə.

yoxsula əl ver, əl uzatma.

yoxsula gülən, varlıya bel bağlayan, sona çatmaz.

yoxsula vətən yoxdu, varlı oldun vətən çoxdu.

yoxsulçunun gördüyü iş bilinməz, gördüyü düş yorulmaz. (bilinməz: dəğərlənməz).

yoxsulda yox qayğı varın itirsin. (qazan boşsa qaynamaz).

yoxsuldan yoxsul olan, varlılardır.

yoxsullar tarixdə yazılmaz.

yoxsulları xor görəni savqıla, varlıları qısqananı atqılın. (savqıla: rədd ed). (atqılın: atgilən).

yoxsulluğa gülən çox, yoxsulluqla gülən yok.

yoxsulluğa öğrənən, dövlətlidən, iyi keçinər.

Yoxsulluğun üzü qara olsun! (Araz Gunduz).

yoxsulluğun yolun bilən, varlılardan xoş gülər.

yoxsulluğun, kimdə olsun güldürməz. (yoxsulluğun: yoxsulluq durumu).

yoxsulluğun, nə olduğun bilməyən, varada çatar, varsızada.

yoxsulluq bolluq görməz, varlılıq yoxsulluq.

yoxsulluq duyqusu, bəylər yoxsulladar.

yoxsulluq əğrilik deyil.

yoxsulluq qırır, öldürür, güldürməz, diritməz, yaşatmaz.

yoxsulluq qırmasada, güldürməz. (qırmasada: öldürməsədə).

yoxsulluq mutluluq yolun qapamır, pulluluq mutluluq yolun hamayır. (hamayır: safaldır).

yoxsulluq mutluluq yolun qapamır, pulluluq mutluluq yolun hamayır. (hamayır: safaldır).

yoxsulluq öldürməsədə, güldürməz!.

yoxsulluq, bağımlığın anasıdır.

yoxsulluq, doğma topraq (vətəni), yad edər.

yoxsulluqda olmaq, istərmisənsə, xəşlə.

yoxsulluqda varından demə, qocalıqda zorundan demə.

yoxsulluqdan, vara nə, qocalıqdan, zora nə.

yoxsulluqlar yoxluqlara yol açır, baylıqlıqlar varlıqlara çatdırır. (baylıqlıqlar : zənginliklər).

yoxsulluqlar yoxluqlara yol açır, baylıqlıqlar varlıqlara çatdırır. (baylıqlıqlar: zənginliklər).

yoxsulu vuran, ya varlıya, ya varına güvənir.

yoxsulu vurma, varlını qoğma.

yoxsulun baylığı, can sağlığı. (baylığı: bəyligi: devləti).

yoxsulun bəyi olunca, bəyin yoxsulu ol. (bəylər içrə yoxsul ol).

yoxsulun çöri qarın doyurmaz.

yoxsulun nəyi var qısmağa.

yoxsulun uşağı çox, zənginin quzusu çox olar.

yoxsulun varı yox, varlının yoxu çox. (yoxsulun varı yoxdu, varlının yoxu çoxdur).

yoxsulun yoxu artıq, varlının poxu.

yoxsulun yoxu varlının pozu.

yoxsulun yoxu verməyə, varlının əli almağa.

yoxsulun yoxun alan, varlının poxun yeyər.

yoxsulun yoxun güdən, varlının poxun güdər.

yoxsulun, yadı çox, varlının kimi yox.

yoxsun olsan suç yox səndə, yoxsun ölsən! suç səndə. (yoxsun: arman. məhrum).

yoxsuz olduq, yolsuz olmadıq.

yoxun dərdi yox.

yoxun, dərdi yox.

yokluğu ataq, varlığı tutaq. qoşa ol tək ol, sən gül mənsə butaq.

yoqandan artıq ayaq kösülsə üşüyür.

yol açar, dərd qaldırar düşünən, yollar qaqıb, dərd artırar üşünən. (yol yapar, dərdə açar bulur düşünən, yolları bağlar, dərdi çoxaldar qorxağan).

yol açar, dərd qaldırır düşünən, yollar qapıp, dərdə salar üşünən.

yol arac biz araçı.

yol arac deməkdir. aracın gözəlliyi amacı alamaz.

yol azabı, gör azabı.

yol bataqlıq gedilməz, köprü qırıq dönülməz, ışıq yoxsa görülməz, oğru çoxsa güdülməz.

yol bilən, kərvana qatılmaz.

yol bilən, kərvana qatılmaz. (sınavlı, bilgili (aqah) kimsə, işini tək başına görər, aşar, açar).

yol bilgisi almağa gözlə qulaq gərəkir.

yol bilməz, baş əğməz, baş əğər, yol bilməz.

yol colanı bilməzlik, azaşmağa yol açar.

yol değerin yolçudan, əkin nədir unçudan.

yol dərəkin dağ dərəyə düşən bilər. (dərəkin: qədərin).

yol doğrusa, yük ağır, min ömürlük çəkməyə nə var.

yol doğuru amac ilə durşunar. (durşunar: istiqamət tapar. müstəhkəmləşər).

yol dosluğu, kəndi görüncə olur.

yol düzən ol, yol pozan yox.

yol əri yolda gərək. (yoluna inanan, canına qıyar).

yol əzabı gör azabı.

yol gedənin, yol ardıca ağlama, ürək tövlə deyil, öküz inək bağlama.

yol igən (çox) ıraq, erkəndən yaraq.

yol igən (çox) ıraq, erkəndən yaraq. (yol uzundur, tezdən qalxıb yaraqlanmaq gərək).

yol ilə düşsən yola, barcaq başa tez çatar, özgə yolla sürünsən, batar, çatar bәllәnmәz. (barcaq: amac. məqsəd. mənzil).

yol korluğu, gör korluğu. (korluğu: əzabı).

yol qırağında ev tikənin, incinarı çox olar. (incinar: mühendis. injenyor. ənjenyor).

yol quran ol, yol qıran yox.

yol sormadan yol alma.

yol sormaqla bulunur. (işi aparmaq üçün, bilənlərdən sormaq gərək).

yol tapmasan könülə, evrən çönər dönülə. (dönülə: bulğana).

yol uzaq yağtu görünməz gözümə, qonşu yatsa yuxu görcək özünə. (yağtu : ışıq. umut).

yol uzaq yağtu görünməz gözümə, qonşu yatsa yuxu görcək özünə. (yağtu: ışıq. umut).

yol uzaq, eşşək çolaq. {yol uzaq, yük ağır, azıq qıtıq. (azıq: yemək. qıda)}.

yol uzaq, kütəl ağır. (kütəl: tuşə. {yanda götrülən nərsə (yük. ağraq)}. ({(kütəl: 1. < götəl < göt: kök. dib). (1. < güdmək < göz. gözmək. gözəmək). (1. götürmək)}.

yol uzun araba qoca, mən yorqun.

yol uzunsa kəsişər. (kəsişər: üz üzə gələr).(yaşam boyu biriylə daha üzləşmək çox olasıdı).

yol üstündə nə bulduğun gözləmə, keçən günlər nə əkdiyin izləmə, bu gün əkib, bu gün biçib tox yaşa.

yol üzü dәrә dağ başına çatanmaz. (yol üzü dәrә: axarı dərəyə olan yol). (seçilən yol amac bəklətər).

yol verdinsə, yol almağın qıyın iş. (qıyın : çətin).

yol verdinsə, yol almağın qıyın iş. (qıyın: çətin).

yol yarağ qılıyan, yolara qalmaz, atun ardağlayan, yağuya qalmaz. (ardağlayan: ardında olan. gözləyən. muvazib olan). (yağuya qalmaz: düşmana əsir düşməz).

yol yarağı yemik, el dayağı bilik. (yaraq: ləvazimat). (yemik: yemək. çörək) (dayaq: hami. püştiban). (bilik: ilim).

yol yarağın bu günkündən tutmayan, yarın gecdir yolun tutar yaraqsız.

yol yarağın yoxdusa, yola çıxmaq gərəksiz.

yol yeriməklə, borc ödəməklə, pul sərpəməklə, yaş yaşamla tükənir.

yol yola çatır, yoluğ uzur. (yoluğ: səfər). (evrən sonsuz baş quyruğu yığılmaz, boş bir güdül tutmaqilə tıxılmaz). (hər kim gəlmiş kәndi ömrün yaşamış). (kəndi başın kəndi yolun tutqılan, ömür bitər səndən qalan iz olur). (yolçular bitər, yolçuluq sürər).

yol yolağ var yaşama, onu bilməz yaşama. (yaşamı iyi sürmək üçün qaçınılmaz yasaları öğrənib boyun olmalısan). (boyun olmalısan: cəvabdeh olmalısan. öhdəvə götürməlisin).

yol yoldaşı yoldaşına söyənər, qorxuq yatan tez tətinə oyanar. (qorxuq: xoflu. dehşətli). (tez tətinə: heç nəyilə).

yol yoldaşı, su yoldaşı (uzun sürməz).

yol yoldaşı, su yoldaşı (uzun sürməz).

yol yoldaşın it olsa, arxan güllə yaslaşmaz. (yaslaşmaz: iltaf olunmaz. oxşanmaz. bəzənməz).

yol yoldaşın yolda qoy.

yol yorağı bilsə kişi, daş durumda, görər işi.

yol yürənin, iş yapanın, at minənin. (yolu yürən, işi yapışan bitirmiş). {yolu yürən yenər, işi yapışan. (yenər: qutarar)}.

yol, birdir gedənə, yol, mindir itənə (yol birdir: doğru yol birdir. onğ, düz yol birdir). (yol, mindir: sapıq, çaşıq, münhərif yol mindir). (bu söz kişini, seçdiyi yolda, onal, doğru, sadiq durmağa, amacını güdüb, itirməməyə çağırır. yaşamda qaz vurub, qazan doldurmaq olmaz, düşünmək gərəkdir).

yola çıxdın, yaraqlı, iş başladın, ayaqlı. (ayaqlı: yeyin. iti. əzmli). (gedəndə, çörək götür, gələndə, ayaq götür). (yola çıxdın, yol gərəclərin unutma, gəlirsənsə, gəlişivi yubatma (gəl qutar). (işlərivi uslu, qeyim yap).

yola çıxsan azıqlı, toyun olsa aşıqlı.

yola çıxsan yoldaşlı, işə girsən qoldaşlı. (qoldaşlı: köməkli).

yola qafa işə çaba. (yol seçimi baş ilə, iş yürüşü çalışmaqla, qeyrətlə).

yolağ bilən bələdçi, açmazlara yol açar. (yolağ: tədbir).

yolağ bilən bələdçi, açmazlara yol açar. (yolağ: tədbir).

yolağ biriksin, yağun iriksin. (gəngəşdə söylənir). (ortaq bir yol yolağa, məsləhətə varasız, düşmanız məhv olsun, əzilsin).

yolağ biriksin, yağun iriksin. (gəngəşdə söylənir). (ortaq bir yol yolağa, məsləhətə varasız, düşmanız məhv olsun, əzilsin).

yolağ mən pişiyə, özü tutar, özü yiyər!. (yolağ: qurban).

yolağıyam ol kişiki söz qana. (yolağıyam: qurbanıyam).

yolatası keçi olanın, dərə dırnaq yeri olar.

yolbars tülkü izin güdləməz.

yolçu gedər yol qalar.

yolçu gedər yol qalar.

yolçu keçər iz qoyar, haylı keçər, vay qoyar.

yolçu keçsə izi qalar, topraq əssə, tozu qalar.

yolçu yoxsa yol batar, amac yoxsa yolçuluq.

yolçu yoxsa yol batar, amac yoxsa yolçuluq.

yolçu yoxsa yol batar, dili yoxsa el batar.

yolçu yoxsa yol batar, dili yoxsa el batar.

yolçu yoxsa yol itər, sevgi gedsə kin bitər.

yolçu yoxsa yol olmaz, az yığmasan çox olmaz. (yolçu yoxsa yol olmaz, az yığmasan çox olmaz). (yolçu yoxsa yol olmaz, su gəlməsə göl dolmaz). (yolçu yoxsa yol yoxdu, göy ağlamır su yoxdu). (yolçu yoxsa yol olmaz, su gəlməsə göl dolmaz). (yolçu yoxsa yol yoxdu, göy ağlamır su yoxdu).

yolçu, yol yolağu. (kişi işdə gərək). (kişi tutduğu yolda durmalıdır). kişi olğan, için ilə qılınar kəndi işin). (için ilə: içi candan. ixlas ilə) (yolağ: qurban. fəda). (yolağu: qurbanlıq. fədayi).

yolçuda nə var qırığa (yoluğa) verə.

yolçudan yolçuya pay düşməz.

yolçular bitər, yolçuluq sürər. {yol yola çatır, yoluğ uzur. (yoluğ: səfər)}. (evrən sonsuz baş quyruğu yığılmaz, boş bir güdül tutmaqilə tıxılmaz). (hər kim gəlmiş kәndi ömrün yaşamış). (kəndi başın kəndi yolun tutqılan, ömür bitər səndən qalan iz olur).

yolçuluq içindən başlır. (kəndivi tanı, kəndivə güvən).

yolçunu pula, qonşunu paya öğrətmə.

yolçusan yolun olsun, kənd özüvə güvən olsun.

yolçusan yolun olsun, kənd özüvə güvən olsun.

yolçuya yol gərək, qurbağaya göl gərək.

yolda bəklərin al ged, yolda tuşladın qoy ged. (bəklərin: səni bəkləyən).

yolda duran aparır, gözü yolda gəbərir.

yolda duran aparır, gözü yolda gəbərir.

yolda düşən yolda qalar. (yolla gələn yola gedər, yellə gələn yelə).

yolda işdə iki olda, yemək başı təkdə olsan ötüşər.

yolda qalar yük əğrisi, tuşlar amac ox doğrusu.

yolda qoşulan yolda qalar.

yolda yoldaş tapsana, yol üsündə atsana.

yolda yoldaşım, evdə sırdaşım.

yolda yoldaşın, evdə sırdaşın.

yolda yoluğan, yoldaş olmaz.

yoldalçının başı yolda qalat. (yol kəsənin, yağmacının qafası yolda qalır). (küzə su yolunda qırılır).

yoldan gəldin tozun sil, ağzın açdın sözün bil.

yoldan gəldin tozun sil, ağzın açdın sözün bil.

yoldan irəli - yoldaş, evdən irəli - qardaş.

yoldan qal, yoldaşdan qalma. (yoldan keç, yoldaşdan keçmə). (yaramaz biriylə, iyi yola çıxmaqdansa, iyi yolu sağlamaqdansa, iyi yoldaşın olsunda, otur, yaşa).

yoldan yoldur, yollar içi biyoldur. (biyoldur: bir yoldur).

yoldaş arar yoldaşın, yaxşı yaman yolunda.

yoldaş ilə, yol daşı. ( tək yola çıxma).

yoldaş işdə sınalyar.

yoldaş var yola ayaqdaş, yoldaşda var ayaqa daş.

yoldaş var, yol üsdə daş, yoldaşda var, yola aş.

yoldaş yolda sınalyar.

yoldaş, arvad, qazanda, əsgidikcə yeğləşir (iyiləşir).

yoldaşı qarqa olanın, yediyi pox olur.

yoldaşı ölmüş türk, dəvəsi ölmüş ərəb. (yoldaşı ölmüş türk, dəvəsi ölmüş ərəb deyilsinki, əlin üzündən çək!. (əlin üzən qoyma). (arvadı ölmüş türk, dəvəsi ölmüş ərəb).

yoldaşım eldəndi, uşağım beldən, dosdum ürəkdən.

yoldaşın içi ağlar, üzü gülər, yağının içi gülər, üzü ağlar.

yoldaşın olsa qarqa, yemindən pox kəsilməz (yoldaşı qarqa olanın, yemindən pox kəsilməz). (əksilməz: əksilməz).

yoldaşın tanı, axşamın danı. (axşamın danı: axşamın səhəri). (hər gecənin gör sonun, sökük bağrı dan çağı).

yoldaşın yaxcıdısa, uzun demə yoluva.

yoldaşınla yavdaşın, iş başında bəllənər. (yavdaşın: öcdaşın. düşmanınıvın dosdu).

yoldaşların bilməyən, yolda daşa tuşlanar. (bilməyən: tanımayan).

yoldaşların yamanı, yol üstünün yoldaşı.

yoldu açar kişi içini. (yol kişinin için dışarı tökər).

yolğa güdən yola çıxar. (qazaş güdən qazana girər).

yolla gedən yorulmaz deyiblər bil, sevən könül, sevdirən könül, gəl yola gir.

yollar açıq gedənə, gücü düşər dönənə.

yollar ayrılmış, seçimə gec qaldıq.

yollar bitir, arzular itir.

yollar əsgi, yolçular yeni.

yollar körpüdən keçər, umud, altında yuva qurur. (umud onun altında).

yollar mənsiz, məndə yolsuz, evrən çönər bizi devirər.

yollar sərik yaşamda, seçilməgin seçəməgin sənlə yar.

yollar uzsa ayrılar, yalnız könül yarılar, qıssa götür yoluvi, canın təndən ayrılar. (uzsa : uzansa).

yollar uzun yüklər ağır, yaş qısa.

yolları kəsilmiş, gücləri kamanları yasılmış.

yolların ən çətini, yola qoşuntusuz (yaraksız) çıxanındır.

yolsuz azar, elsiz batar.

yolsuz yerdə karvan yürməz, öytgəp keçər ömür durmaz. (öytgəp keçər: 1. keçib gedər. 1. ötgür keçər).

yolsuz, yol aşınmaz, kovasız su daşınmaz. (yolsuz: yola düşmədən).

yolsuzlara can çəkibən yaranma, duz tanımaz aşın yeyər qab qırar. (yolsuzlara: qaykişilərə. namərdlərə). (can çəkibən: can yadırıbda). (yaranma: qulluq edmə).

yolsuzluqdan, anqur çanqur yol yaxşı. (anqur çanqur: ebgəbəli. atartutarlı).

yolu azana, itin səsi, bülbül səsindən xoşdur.

yolu bilən , yol üstünə tək çıxmaz.

yolu daşlı, qara qaşlı, özü yaşlı, gözü yaşlı.

yolu doğrunun, yükü ağır olsada, dosdu dağdırsa, kolay çəkilir.

yolu qıssa, qatı qatta, buda bir kələkmi ola. (qatı: kirası).

yolu qıssa, qatı qatta, buda bir kələkmi ola. (qatı: kirası).

yolu qovan gəncə varır, sözü qovan qavqaya (dağvaya).

yolu qovan xəznəyə varır, sözü qovan dağvaya qoparar.

yolu yolçudan, aşı aşçıdan sormuşlar.

yolu yolçudan, aşı aşçıdan sormuşlar.

yolu yürən bitirmiş, işi görən.

yolu yürən yenər, işi yapışan. (yenər: qutarar). (yolu yürən, işi yapışan bitirmiş). (yol yürənin, iş yapanın, at minənin).

yolu yürən, işi yapışan bitirmiş.

yoluğ ağrı oğula qalar. (onğura yarası gec düzələr). (yoluğ: oluğ.. onqura bölümü).

yoluğ ağrı oğula qalar. (onğura yarası gec düzələr). (yoluğ: oluğ.. onqura bölümü).

yoluğ yoluğa ulaşar, yollar uzar, güdə ömür, uzun umur, yaşda bitər yolda qalar. (yoluğ: güdül. koridor. uzun yol). (umur: intizar).

yoluğda nə var yalığa nə versin. (yoluxda nə varki, qırığa verə).

yoluğun nəyi varki ölüğə verə. (yoluğun : çılpağın. lütün).

yoluğun nəyi varki ölüğə verə. (yoluğun: çılpağın. lütün).

yoluxda nə var yalığa nə versin.

yoluxda nə varki, qırığa verə.

yoluq verib, yarıqsayın (ehsan verin, rəhmət apartdıyın).

yolun açıq, düşmanın basıq (olsun).

yolun azana, ulduz ay kimi görünür.

yolun bilməz gej qalmış, yolun bilər tez varmış.

yolun bilsən od pırıldar daşından, barıt doğar qarından. (hərnə bilikdən asılı, bilik yoxsa gorun qazılı).

yolun boş olmasın.

yolun bular izləməz, adın bilər səsləməz. (gicoğlu gic).

yolun sevinci, isəiyip gedmaxda yox, gedə gedə istəməkdədir.

yolun sonğ bölümü, lap uzun gələr.

yolun tanışı, qıssa görünür.

yolun tutan, bardınqar, ağız güdən, aldınqar. (bardınqar: əlbəttə ki (hətmən) barqınar: amaca, mənzilə çatar). (aldınqar: əlbəttə ki (hətmən) mə'təl, avara qalar).

yolun tutan, barqınar, ağız güdən, aldınar. (barqınar: amaca, mənzilə çatar). (aldınar: mə'təl, avara qalar).

yolun tutan, çata çatdı, ağız güdən, yolat qaldı. (çat: məqsəd. mənzil) (yolat: yol üsdə).

yolun tutan, çata yetdi, ağız güdən, yola getdi. (yola getdi: heçə (götə) getdi).

yolun tutan, çatın almış, ağız güdən, yolda qalmış. (çat: məqsəd. mənzil).

yolun ucu məndən, ayağın gücü səndən.

yolun yaxın, yükün yüngül.

yoluna inanan, canına qıyar. (yol əri yolda gərək).

yolunan gedən yorulmaz, acdan yemək sorulmaz. (əğri olsun yol olsun, düz danışan dil olsun).

yolunuz açıq ola, yurduza bolluq ola. (alqış. dua).

yoluvu tut irəli, qoy qala itlər hürəli.

yolyarağı qılan, yolara qalmaz, atun ardağlayan, yağuya qalmaz. (yolyarağ qılıyan, yolara qalmaz, atun ardağlayan, yağuya qalmaz). (yolyarağ qılan, yolara qalmaz, atun ardağan, yağuya qalmaz). (yolyarağ: yolçuluq gərəçləri). (ardağlayan: ardağan: ardında olan. gözləyən. muvazib olan). (yağuya qalmaz: düşmana əsir düşməz).

yonca bitdi, torba tikdi, eşşək öldü.

yonca bitər, torba tikər, eşək qalsa yər.

yonca bitsə dizimdən, ölməz eşşək acından, yaz gəldidə bitmədi, eşək öldü acından.

yonğalır süngü qılış yarası çox, yonğalmağa dil yarası çarə yox.

yonulan haçar düşməz hər yola, yolun tapın, yonun haçarı.

yonulan qələm qızıl quşdan, yaxşılıq çəksin dartıqdan. (ləyaqətinə görə axşılıq görsün). (qızıl quş: sağlam, bərk qızıl boyasıl ağac çeşiti).

yordamında ərdəmdə, bayraq kimi görkəmli. (davranışında başarcanlığında örnək olan).

yorğa minən yoldaşından, çox yaşayan qurdaşından ayrılar.

yorğa minən, ayaqdaşın itirər. (yorğa minən: durmadan, yorulmadan, yüyrək, iti gedən). (ayaqdaşın: yol yoldaşın).

yorğa minən, yayıq yoldaşından ayrılar.

yorğan gedər, qovğa bitər.

yorqa ata ıraq yok, yürək ərə çatmaz yok, uslu ərə olmaz yok. (yürək: çevik. canlı).

yorqa ilə ayqa, bayqa ilə yalqa, bir yola çıxmış, ayrılmış. (ayqa: ayaq. yayaq. piyada). (bayqa: zəngin). (yalqa: yoxsul). (ir: tez).

yorqa minən yoldaşından ayrılır, çox yaşayan yaşdaşından ayrılır. (yorqa ata minən yoldaşın geridə qoyur, itirir, uzun yaşayan yaşıtların itirir).

yorqa minən yoldaşından, çox yaşayan qurdaşından ayrılar.

yorqan güdə qıs ayağun, için çəkmir, qıs boğazun.

yorqandan artıq qaçılsa ayaq, üşüyür. (qaçılsa: keşilsə. sösülsə).

yorqun ata şallaq vursan, şıllaq atar.

yorqun ata şallaq vursan, şıllaq atar. (yorqun ata şallaq vursan, şıllaqlar).

yorqun olan çağa uyqun gələməz.

yorqun olan çağa uyqun gələməz.

yorqun olub, acqın qurd, tez basar.

yorqunluq, təklik, qocalıq üçü, birləşsə bükər kişi belini.

yormadan qalan, sormadan gedən cocuq yox.

yortanın izindən, yürəndə yetər.

yorulmasan sevməgindən doymazsan.

yoşqarışlı hər nə kötü görürsə, iygərir. (yoşqarışlı: xoşqarışlı. uyumsar. optimisit. xoşbin). (iygərir: iyi sayır).

yov üzdən eşər, daldan deşər. (yov: yağu) (eşər: toxur. bəzir).

yov yox demə yurdunqa, qurd yox demə malınqa. (yurd düşmansız, mal oğrusuz olmaz).

yovşan kölgəsi dovşanlıq, palıt kölgəsi sürülük olur. (yovşan kölgəsinə dovşan sığar, palıt kölgəsinə bir sürü).

yovu qarınca görmə. (yovu ''qarnı incə'' görmə). (yovu: düşmanı).

yovu ''qarnı incə'' görmə. (yovu qarınca görmə). (yovu: düşmanı).

yozulmamış qanun, oxunmaz.

yöndərilmədən ər olmaz, duzlanırsa, buz olmaz.

yudları ölkə edən bil eğitimdir, eğitimdir,eğitim. (eğitim: tərbiyət).

yudları ölkə edən bil eğitimdir, eğitimdir,eğitim. (eğitim: tərbiyət).

yuğarsa qanı su, qan suyu bular. (qan suyu bular, su qanı yuğar).

yuğunduqca yuğun, sudan arın (təmiz) olanmazsanki.

yuxarda tanrını, aşağda pulu unutma.

yuxarı tüpür üzündə yığ, aşağı tüpür, saqqalında.

yuxxarı bax qəm eylə, aşşağı bax dəm eylə.

yuxlama yoxdur oyaqlar çün, ölümdür son duraq, biz oyaqlıqdandır olmuş əsrəqüş, kül gerindən közgərib sönməz oduq, dan atan yollar üzə yağtu saçaq. (əsrəqüş: kefli). (yağtu: ışıq).

yuxlayan yuxudakıni haçan oyaldar (uyur uyuru haçan uyara?).

yuxu bassa yasdıq yoxdu nəyinə, könül sevsə görkü yoxdu nəyimə. (görkü: gözəlliyi).

yuxu durunca bitər, yaşam ölüncə sürər.

yuxu görməyə, yatmağ nə gərək.

yuxu görüb yola çıxma.

yuxu kişidən (adamdan), yavuzdu (ağırdı), ölüm yuxudan yavuz.

yuxu yuxlamıram quşqulanıram.

yuxuda balıq görən, yasdığın altın güdər.

yuxuya batan qalxdı, ona dalsınan batdı!(yuxuya dalsınmaq: özün yuxuya vurmaq).

yuxuya batan qalxdı, ona dalsınan batdı!(yuxuya dalsınmaq: özün yuxuya vurmaq).

yukarlarda qolu olanın, götü yer salar. (qolu: gücü. əli. ilişgisi).

yularsız at baxımsız bağ olmaz.

yularsız at yiyəsiz qalar. (yularsız: cilovsuz).

yumma gözün qoy gözlərin gözəllikdən pay alsın.

yumma gözün qoy gözlərin gözəllikdən pay alsın.

yummadan gözün bitir işlərin olduğun yerdə, son günün gəlir, geclərə qalır gözlənən irtə. (geclərə: uzaqlara. açmazlara). (irtə: səhər). (gün işivi yarına qoyma).

yumşağı döğdükcə bərkiyər.

yumşaq ağac qurda yem.

yumşaq ağacı qurd yeyər.

yumşaq basılır, qatı asılır.

yumşaq basılır, qatı asılır.

yumşaq dillə süfrəyə çatılır. {dilin dərgitə dəğir. (dərgit: süfrə)}. kişi dili altındadır.

yumşaq qorxaq, güdə alçaq deyil. (güdə: kəltə. qısaboy).

yumşaq olsan düşman tez qırar, qaqığan isən, xalq səndən doyar. (qaqığan: iti. tünd. quru).

yumşaq olsan düşman tez qırar, qaqığan isən, xalq səndən doyar. (qaqığan: iti. tünd. quru).

yumşaq üzlü evlənənməz.

yumulu ağıza nə girər. açıq ağıza nə girməz, açıq ağızdan nə çıxmaz.

yumurta sanı cücə sanı sayılmaz.

yumurtadan yun qırxan.

yumurtana görə, qaqqılda.

yumusan, küfdə deyir, yayısan, lavaş deyir.

yumuşaq atın şıllağı sərt olur.

yunağa gedər, qırnaya (şirə), düğünə gedər, zırnaya vurulur. (çapıq otuşan, çabıq ötüşür. çapıq bəğənib, çabıq vazkeçənlər üçün söylənir).

yunağda utanan, kirli qalar. (yunaq ═ hamam).

Yundun mu gızım demiş, kel başımı da daradım demiş. Yunma, arınma, temizlenme, kel, saçı dökülmüş, veya azalmış. Darama, tarakla düzeltme. Bir şeye gönlü olmayan, işi yapmamak için bahaneler ileri sürer, bahanelere sığınır. (Bayram Özdemir).

yurd içində nisgil qalar yurduna, uçsa inam, bitsə güvən bir eldə, ağızda dili nisgil qalar dilinə, gedsə güvən, yadavsa dil bir eldə.

yurd kiçik bolsa, anğut böyük tut. (çəmçən kiçik olsa belə, qazanı böyük tut).

yurd kiçik bolsa, anqut böyük tut: çəmçən kiçik olsa belə, qazanı böyük tut.


ayağın yekə olsa, atdımın kiçik tut.
ürəyin bir olsunda, başın iki tut.
ağzın bir olsada, qarnın iki tut.

yurd yuvanı od yel suv pozar, el arasın söz pozar.

yurd. -'yurd aşq, sevi' olmayana xor baxacam mən.

yurda seviş, yovqa söğüş birgə doğur. (yovqa: yağuya).

yurdsuz kişi, tuxumsuz topraq.

yurdun otlusundan qutlusu yeğdir.

yurdun yekəliyin, sən bilməsəndə, qar bilər.

yurqaş zırna qaval gəzdirməz. (yurqaş: ağbasan. ölü yuğan).

yurt dərəki, köçən son, pul dərəki, bitən son, eyku kişi, ölən sonra bəlgirür. (eyku: yaxcı).

yurt dərəki, köçən yurtda bəlgürür, qın sınamaz, ballanmamış demişlər. (dərəki: qədri) (qın sınamaz, bal olmamış: çətinlik görmədən dadlı ələ gəlməz).

yurtlar yürüb, dağlar aşıb, yollar eşib. (çox gəzib çox görən kimsə).

yurulub yorulmayıb gözlərə baxıram, tapdanıb oyanmayıb baxdıma yanıram.

yutlu danırsa özün, yatlı gəlib yurt salar.

yutuğ, içöz yoxsa, yaşam, doğa doğru əğri tanımaz. (yutuğ: içöz vicdan).

yuvanı dişi quş yapar. (erkək ev yapır, qadın oda).

yuvanı ərkək tikər, dişi saxlar.

yuvarlaq daş yosun tutmaz, göt tikilməmiş ev olmaz.

yuvarlaq daşda, yosun (ot) bitməz.

yuvarlaq daşda, yosun bitməz. (yosun: ot).

yuvarlanan daş, yosun bulmaz. (dığırlanan daşda ot bitməz).

yuvaş gedən yadamaz. (yuvaş gedən armaz). (yavaş gedən yorulmaz).

yügrük gedən yorular.

yügürən iti, sevəməz tilki.

yügürmə çoxa, düşərsin poxa. (poxa: bükə. dərdsərə).

yügürməyi gənc başarır, yürüməyi yaşam öğrədir.

yügürüb batmaq, çəkilib dayanmaq.

yügürük eşşək axsaq at, birin sat birin at.

yük ağırı çəkilir, söz ağırı çəkilməz.

yük altında, ipək çulla gəzilməz.

yük götürən dəvə, qamış belə götürür.

yükləsən kimsəyə, işin qaldı, kəndinə inanır, işin aldı. (inanc, güvənc kiməsniyə (kimsə olursa olsun) yaramaz!).

yüksək könül qırıq könüllərdə törür.

yüksəkdə uçan yer üzü görməz.

yüksəkdən baxan irini uvağ (kiçik) görər.

yüksəkdən baxan irini uvağ görər. (uvağ: kiçik).

yüksələndə çevrə bilər sən kimsin, düşən anda sən doslarun tanırsan.

yüksələndə çevrə bilər sən kimsin, düşən anda sən doslarun tanırsan.

yüksəyə ağan, devrilir bir gün.

yüksüz eşşək yorğa gedər.

yükü çəkən atdı, atı çəkən arpa.

yükü çəkəndən sor, atı minəndən, oxu atandan, düşü yatandan, aşı qazandan.

yükün ağdığı, barınmayar barınqa. (ağdıq yük, mənzilə çatmaz). (ağdıq: əğri).

yükün ağırın nər çəkər, dərdin ağırın ər çəkər.

yüngül dosdun, yükü ağır olar.

yüngül satma ərginligin qalasın, ərginlikdən kişi tapar sayasın, kor yaşasan çəkmə gözün qadasın, bələş qana, qurdurqana əğilmə. (ərginligin: ərkinligin. özgürlügün). (sayasın: sayqısın. hörmətin). (qadasın: minnətin).

yüngül tutsan, xoş gedər.

yüngül yapan yükünü, qolay çatar barçağa. (barçağa: məqsədə).

yüngülü yel alar, ağır yerində qalar.

yünğ əğirsən ip olar. (hər nə bir nəyin sonucudur). (hər nəyə bir nәdәn var).

yürəkdənisə sevənin, bırakma onu.

yürən, yetir, izər, ərir!. (yeriyən, çatır, izləyən, yetir).

yürən, yetmiş, izən, ərmiş. (izən: izləyən). (yeriyən, yetir, izləyən, çatır).

yürənə yol yaxşı, qalana öy.

yürəngizdə qoyma verin yaman işdən cınqa pay. (ürəkdə yaman oylar işlər yer tutarsa, paslanar).

yürgən atın başına vurma.

yürgən ayaq, yol bitidər, çalışan baş, iş.

yürgənin yolu bitər, yatqanın günü.

yürqat bilən yorqalı, atlı bilən arbalı yoldaşlığı tutunmaz. (yürqat: yayaq. piyada) (yorqalı: yol atlı. yüyrək atlı). (arbalı: maşınlı) (tutunmaz: baş tutmaz).

yürsən sayaq, yərsin dayaq.

yürük baxlı, yoraq atlı. (baxtı yürük, atı yorqa).

yürük törük bacarsan, ucalığı taparsan. (yürük: rəfdar). (törük : devrik. davranma). (ucalığı: böyüməyi. ilərləməyi).

yürük törük bacarsan, ucalığı taparsan. (yürük: rəfdar). (törük: devrik. davranma). (ucalığı: böyüməyi. ilərləməyi).

yürüməyə üşənən, qoşmaya doyamaz. (üşənən: təmbəllk edən).

yürün bəylər döğüşə, yollar dözün günəşə.

yürüş bilməz, yol pozar, gəpiş bilməz söz pozar.

yürüş, gəliş irəliş.

yürüversən ömür bitməz yetərsən, başı sonu burda duraqın sənin. (yeri çalış istəklərinə çatdı, ilkin sonun burda bitir bilgilən).

yürüyən yoldan tapar, oturan hardan tapar.

yürüyən, sürünən, yügürən, uçan, görünən, yubunan (gizlənən), çapınan, qaçan.

yürüyürsən yürü ged kəndivi ver çaylar axarı, yoxsa hündürlüyə-bascaqdı səni gedmə yuxarı.

yüyən görməz, yəhər minməz, arpa yeməz at olmaz, pul qazanmaz, xanım gəlməz, ev olmaz.

yüyənli at, yəhərsiz, yəhərli at, iyənsiz qalmaz. (yüyənli: ovsarlı). (iyənsiz: yiyəsiz).

yüyrəkli işdənsə, ürəkli iş üs bassın. (yüyrəkli: rayic. yerik olan. modda olan). (yapdığın işə könül ver). (çalış könlüvə yatan işi yapın).

yüz beynin olsada, birgə bilənlə danış.

yüz birə qoşulmaz, bir yüzə qoşular.

yüz dərəni bir sərə biçər.

yüz durandan min soruş, min ölüdən bircə yox. (qarşıvı tanı qarşıla).

yüz eşitməkdən bir görmək yaxşı.

yüz eşitməkdən bir görmək yaxşıdır. (yüz eşitməkdən bir görmək yaxşı).

Yüz gün yaraq, bir gün gərək. (Araz Gunduz).

yüz ildə bəslənən sevini, bir günlük ürəyə satdım. (sevini: eşqi).

yüz iligin umursun adam deyə əkdirsin, on iligin umursun ağac yalım tikirsin, bir iligin umursun buğda əkib biçirsin. (əkdirsin: əkidirsin. becərirsin. tərbiyət edirsin).

yüz iligin umursun adam deyə əkdirsin, on iligin umursun ağac yalım tikirsin, bir iligin umursun buğda əkib biçirsin. (əkdirsin: əkidirsin. becərirsin. tərbiyət edirsin).

yüz illər var bir günə sinər. (sinər: yerləşər. gizlənər).

yüz ölçək bir biçək, özümüzə uyğun seçək.

yüz sorasan mində sor, yanlış soru doğru yanıt alanmaz.

yüz söz, iki işləyən əli, dəğişə bilməz.

yüz 'vur' diyəndən, bir vuran yaxşı.

yüz" "birə" getmir, "bir" "yüzə" gedir, çox "aza" getmir, "az" "çoxa" gedir.

yüzdə var doxsanda var, öpməli daban gördüm, tüpürməli üzdə var.

yüzdən ayrı tək başına qurda gedsə bir kişi, quşqu yoxdur yüzdən bir az zaman hər nəyi bitirir.

yüzlükə dursan, ellə yürsən, işin yanar, könlün qalar. (yüzlük. rəsm).

zafranın sarılığın, görəndən (xəsdədən) sor, dadını, qoxlayandan.

zaman keçər söz qalar.

zaman yaşan ömürdü, gələn soluq, keçənləri alınmaz, daddan sayılmaz. (yaşan: yaşanılan).

zaman zamana uymaz.

zaman, tanrı yaşar, kişioğlu həp ölmək için var!.

zamana yatlu oldu, halal yeyilməz, haram ˇqiymətli oldu.

zamanaya qaqıyanın, qazığı samanla dolar.

zamanı keçdi samanı keçdi, itin hürdü karvanı keçdi, yarına umuq, günü bəklədin, yaşlığın keçdi, yaşın keçdi.

zengin bulsa “qutlu ola”, yoxsul bulsa “nerden ola?”.

zenginlik yürüyüş, yoxsulluq döğüş öğredir. (yürüyüş: oturuş duruş).

zəfranın sarısın, sayrudan (saruğdan. xəsdədən) sor, dadın, yeyəndən.

zənginin payı gəlincə, yoxsulun canı çıxar.

zər ilə zor iş aparar.

zərər maldan olsun başdan yok.

zərgər evində, pişik taqqıltıdan qorxmaz.

zərgər tükanın tozuda qızıldandır.

zərgər tükanın tozuda qızıldır.

zinə sular, çay olar.

zirək kişi bir sorunu qaldırar, bilgə kişi bu sorudan qaçınar.

zirək kişi bir sorunu qaldırar, bilgə kişi bu sorudan qaçınar.

zirəm sənə su verəcəm – bu gün verəcəm sabah verəcəm – özüm billəm haçan verəcəm.

zırnaçının göz nəyinə, anlamazın söz nəyinə.

zırnaçıyla, halvaçı yığnağı. (boş kavara kimsələr toplamı).

zirvələrin, öz zirvəsi var.

zolağ görməmiş ağ qaranı nə tanır, ağ qaranı görməmiş zolağı nə tanır.

zor - zoru, kor – koru görür.

zor altında yaşanar, qorxu altda yaşanmaz.

zor altında yaşanar, qorxu altda yaşanmaz.

zor qapıdan girince yasa bacadan çıxar.

zor qapıdan girincə, şəriət bacadan çıxar.

zor olsada başlaması, xoş olsunda qutulması.

zor zoru, kor koru görür.

zorla it sürüyə gedməz.

zurnaçının göz nəyinə gərəkdir.

zük üzüyü görər, dərdi deşilər.

zülmün ipi yoğunluğundan qırılar.



.


Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə